"Azərbaycan Respublikası
müdafiə, daxili işlər, milli təhlükəsizlik
nazirliklərinin, Azərbaycan Respublikası Dövlət Sərhədini
Mühafizə Komitəsinin və Azərbaycan Respublikası
qanunvericiliyində nəzərdə tutulan digər hərbi
birləşmələrin hərbi qulluqçularını,
sıravi və rəis heyətinə mənsub şəxslərini
ərzaq payı və pul vəsaiti ilə təmin etmək
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1992-ci il 19 may tarixli, 271 nömrəli qərarına dəyişiklik
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və
Milli Təhlükəsizlik Nazirliyinin təkliflərini nəzərə
alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. "Azərbaycan Respublikası müdafiə, daxili
işlər, milli təhlükəsizlik nazirliklərinin, Azərbaycan
Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin
və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə
tutulan digər hərbi birləşmələrin hərbi
qulluqçularını, sıravi və rəis heyətinə
mənsub şəxslərini ərzaq payı və pul vəsaiti
ilə təmin etmək haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1992-ci il 19 may tarixli, 271
nömrəli qərarının 9-cu bəndi
aşağıdakı redaksiyada verilsin:
"9. Xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar
olaraq yaşayış yeri olmayan və bu səbəbdən
kirayədə yaşamağa məcbur olan zabitlərə,
gizirlərə, miçmanlara, müddətdən artıq
xidmət edən hərbi qulluqçulara faktiki məsrəflərə
uyğun olaraq, lakin aşağıdakı məbləğlərdən
yuxarı olmamaq şərti ilə mənzilin kirayəsi
üçün pul kompensasiyası ödənilir:
Bakı şəhərində - 1 sutka
üçün 1700 manat;
başqa şəhər və rayon mərkəzlərində
- 1 sutka üçün 1200 manat;
digər yaşayış məntəqələrində
- 1 sutka üçün 1000 manat.
Göstərilən hərbi qulluqçulara onlarla
birlikdə yaşayan hər bir ailə üzvü
üçün yuxarıda göstərilən müvafiq pul
kompensasiyasının 25 faizi həcmində əlavə ödənilir."
2. Nəzərə alınsın ki, bu qərarın
1-ci bəndində nəzərdə tutulmuş dəyişikliklərlə
bağlı aidiyyəti nazirlik və baş idarələrə
2000-ci il üçün tələb olunan vəsait həmin
təşkilatların 2000-ci il üçün təsdiq
edilmiş büdcələrində nəzərdə
tutulmuş vəsait dairəsində ödənilir.
3. Bu qərar 2000-ci il 1 oktyabr tarixindən qüvvəyə
minir.
Azərbaycan Respublikasının Baş naziri
A.Rasİzadə
Bakı şəhəri, 9 oktyabr 2000-ci il
¹ 183
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 oktyabr, ¹ 10.- S.4424.