Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli, 278 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

I. "Geniş istehlak təyinatlı sənaye mallarının alveri ilə mübarizə haqqında" Azərbaycan SSR Ümumazərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 1936-cı il 3 sentyabr tarixli qərarı;

"Brakonyerlik haqqında" Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1937-ci il 9 may tarixli, 2893 nömrəli qərarı;

"Geniş istehlak predmetlərinin alveri ilə mübarizənin gücləndirilməsi haqqında" Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1938-ci il 7 mart tarixli, 1204 nömrəli qərarı;

"Növbələrlə və geniş istehlak predmetlərinin alveri ilə mübarizənin gücləndirilməsi haqqında" Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1938-ci il 27 dekabr tarixli, 6554 nömrəli qərarı;

"Azərbaycan SSR şəhərlərində və şəhər tipli qəsəbələrində özbaşına tikinti ilə mübarizə tədbirlər haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1951-ci il 1 fevral tarixli, 119 nömrəli qərarı;

"Ticarətin, sənət kooperasiyasının və yerli sənayenin təşkilində itkilərlə və oğurluqla mübarizənin gücləndirilməsi haqqında" Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 1955-ci il 7 oktyabr tarixli, 707 nömrəli qərarı;

"Cinayətkarlıqla mübarizə tədbirlərinin gücləndirilməsi haqqında" Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 1966-cı il 16 avqust tarixli, 466 nömrəli qərarı;

"SSRİ Dövlət Arxiv Fondu haqqında Əsasnamənin və SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" SSRİ Nazirlər Sovetinin 4 aprel 1980-cı il tarixli, 274 nömrəli qərarı haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1980-cı il 5 iyun tarixli, 232 nömrəli qərarı (I bəndinin 4-cü yarımbəndi istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin.

II. Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 25 mart tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan SSR-də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası haqqında Təlimat"ın 92-ci maddəsinin 3-cü abzası aşağıdakı redaksiyada verilsin:

"Övladlığa götürənin istəyinin ziddinə olaraq övladlığa götürmənin sirlərini yayan şəxs Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyır."

III. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 dekabr tarixli, 138 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə vasitələrinin və qurğularının mühafizə Qaydaları"nın 18-ci bəndinin 1-ci abzasında "inzibati və cinayət məsuliyyəti" sözləri "məsuliyyət" sözü ilə əvəz edilsin.

IV. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 fevral tarixli, 33 nömrəli qərarı ilə təsdiq edilmiş "Tir atıcılığının təşkili üçün xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları"nın 2.4.5-ci yarımbəndinə "ağır" sözündən sonra "və xüsusilə ağır" sözləri əlavə edilsin.

V. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 1 may tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Pullu hüquqi xidmətlərə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları"nın 2.4.8-ci yarımbəndinə "ağır " sözlərindən sonra "və xüsusilə ağır" sözləri əlavə edilsin.

VI. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları"na 2 nömrəli əlavədə "Qanunlarına uyğun olaraq cinayət, inzibati və yaxud digər məsuliyyətləri daşıyırlar" sözləri "qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar" sözləri ilə, "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununa və "İnzibati hüquqpozmalar haqqında" Azərbaycan Respublikasının Məcəlləsi"nə uyğun olaraq cinayət, inzibati və digər məsuliyyətləri daşıyırlar" sözləri isə "Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar" sözləri ilə əvəz edilsin.

VII. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş "Yer təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədi ilə "Dağ-mədən ayırması" statusunun verilməsi Qaydaları"na 1 nömrəli əlavədə "Qanunlarına uyğun olaraq cinayət, inzibati və yaxud digər məsuliyyətləri daşıyırlar" sözləri "qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar" sözləri ilə, "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununa və "İnzibati hüquqpozmalar haqqında" Azərbaycan Respublikasının Məcəlləsi"nə uyğun olaraq cinayət, inzibati və digər məsuliyyətləri daşıyırlar" sözləri isə "Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar" sözləri ilə əvəz edilsin.

VIII. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 sentyabr tarixli, 152 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında balıq ehtiyatlarının mühafizəsi və balıq ovu Qaydaları"nın 9-cu bəndində "mülki, intizam, inzibati və cinayət məsuliyyəti" sözləri "məsuliyyət" sözü ilə əvəz edilsin.

IX. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri A.Rasİzadə

 

Bakı şəhəri, 9 oktyabr 2000-ci il

 

№ 185

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. - 2000.- 31 oktyabr, № 10.- S.4426-4427.