Əlillər, sağlamlıq
imkanları məhdud uşaqlar hamilə qadınlar və
südəmər uşaqları olan analar, 60 yaşından
yuxarı olan kişilər və 55 yaşından yuxarı
olan qadınlar, eləcə də siyahısı Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi tərəfindən
təsdiq olunmuş xəstəlikləri olan cinayət törətmiş
narkomanlar barəsində məcburi müalicə
Qaydalarının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
"Narkotik vasitələrin, psixotrop maddələrin
və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 4 avqust tarixli, 174 nömrəli Fərmanının
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Əlillər, sağlamlıq imkanları məhdud
uşaqlar hamilə qadınlar və südəmər
uşaqları olan analar, 60 yaşından yuxarı olan
kişilər və 55 yaşından yuxarı olan qadınlar,
eləcə də siyahısı Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi tərəfindən
təsdiq olunmuş xəstəlikləri olan cinayət törətmiş
narkomanlar barəsində məcburi müalicə
Qaydaları" təsdiq edilsin (əlavə olunur). [2]
2. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 10 oktyabr tarixli, 186 nömrəli qərarı
ilə
təsdİq edİlmİşdİr
Əlillər, sağlamlıq imkanları məhdud
uşaqlar hamilə qadınlar və südəmər
uşaqları olan analar, 60 yaşından yuxarı olan
kişilər və 55 yaşından yuxarı olan qadınlar,
eləcə də siyahısı Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi tərəfindən
təsdiq olunmuş xəstəlikləri olan cinayət törətmiş
narkomanlar barəsində məcburi müalicə QAYDALARI
1. Narkomanlığa düçar olan şəxslər
arasında xəstəliyin növündən asılı
olmayaraq əlillərə, sağlamlıq imkanları məhdud
uşaqlara hamilə qadınlara, südəmər
uşaqları olan analara, 60 yaşından yuxarı olan
kişilərə və 55 yaşından yuxarı olan
qadınlara, eləcə də Səhiyyə
Nazirliyi tərəfindən siyahısı təsdiq edilmiş
xəstəlikləri olan cinayət törətmiş şəxslərə
qarşı məcburi müalicə tədbirləri tətbiq
edilib-edilməməsi haqqında rəy həkim-məsləhət
komissiyası tərəfindən fərdi qaydada verilir.
2. Əlillik, sağlamlıq imkanlarının məhdudluğu
hamiləlik, südəmər uşaqları olan analar, Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi tərəfindən
siyahısı təsdiq edilmiş xəstəliklərin
olub-olmaması yalnız ixtisaslaşdırılmış tibb
müəssisəsi və ya tibbi-sosial ekspert komissiyası tərəfindən
müəyyənləşdirilir.
3. Səhiyyə Nazirliyi tərəfindən təsdiq
edilmiş siyahıya uyğun olaraq adları aşağıda
göstərilən ruhi xəstəliklərdən əzab
çəkən və narkotik vasitələri qəbul edən
şəxslər psixiatriya xəstəxanalarında müalicə
olunmalıdırlar:
şizofreniya - kəskin şəxsiyyət qüsuruna
gətirib çıxaran bədxassəli, fasiləsiz
inkişaf edən və tutmavari gedişli bütün
formaları;
epilepsiya - tezləşmiş qıcolma tutmaları
(yaxud psixi ekvivalentlər), ağıl zəifliyinə gətirib
çıxaran dərin şəxsiyyət dəyişilməsi
ilə;
invalüsion psixozlar - kəskin simptomatika ilə yaxud
ağıl zəifliyi ilə;
oliqofreniya - kəskin büruzə verən debillik,
yaxud imbesillik;
maniakal - depressiv psixoz tutmaları.
4. Bu Qaydaların 2-ci bəndində göstərilən
xəstəliklərdən əvvəllər müalicə
olunmuş şəxslərdə narkoloji müayinə
zamanı həmin xəstəliklərin əlamətlərinin
olub-olmaması məsələsi həll edilir, bu əlamətlər
aşkar edilmirsə, onlar tibbi-sosial ekspert komissiyasının
rəyi əsasında məhkəmə qərarı ilə məcburi
müalicəyə cəlb olunurlar.
5. Bu Qaydaların 1-ci bəndində göstərilən,
həmçinin narkomaniyaya düçar olmuş şəxslər
azadlıqdan məhrumetmə yerlərindən azad olunduqdan
sonra onlar haqqında yaşadıqları yer üzrə
narkoloji tibb müəssisəsinə islah əmək müəssisələrinin
rəhbərliyi tərəfindən məlumat verir. Həmin
şəxslər qeydiyyata götürülür,
müşahidə olunur və lazımi hallarda həmin
narkoloji-tibb müəssisəsində onlara aid profilaktik və
müalicə tədbirləri tərtib edilir.
6. Ruhi və narkoloji tibb müəssisələrində
təxirəsalınmaz stasionar müalicəyə ehtiyacı
olan hər hansı mənşəli kəskin psixozlar (o
cümlədən alkoqol və ya narkotik vasitələrin qəbulu
ilə əlaqədar olan), narkomaniya xəstəliyinə
düçar olmuş şəxslərdə narkomaniya xəstəliyi
ilə yanaşı, təcili
ixtisaslaşdırılmış stasionar müalicənin
aparılmasını tələb edən digər (cərrahi,
daxili və s.) xəstəliklər zamanı narkomaniyadan məcburi
müalicə tədbirlərinin tətbiq edilməsinə
müvəqqəti yol verilmir.
Həmin şəxslər adı çəkilən xəstəliklərə
aid müvafiq ixtisaslaşdırılmış müalicə
kursu aldıqdan sonra narkomaniyaya qarşı məcburi
müalicəyə göndərilməlidirlər.
Azərbaycan Respublikasının Baş naziri
A.Rasİzadə
Bakı şəhəri,
10 oktyabr 2000-ci il
№ 186
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. -
2000.- 31 oktyabr, № 10.- S.4428-4429.