Azərbaycan
Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları
üzrə gömrük rüsumlarının dərəcələri
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 22 aprel tarixli, 91 nömrəli qərarının
"Azərbaycan Respublikası ərazisinə gətirilən
mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"
əlavəsində 85-ci mal qrupunda 1-ci sütunda "8530"
mal mövqeyindən, 2-ci sütunda onun adından və
3-cü sütundakı gömrük rüsumu dərəcəsindən
sonra 1-ci, 2-ci və 3-cü sütunlarda müvafiq olaraq
"8531" rəqəmi, "Yalnız hava
limanlarının təhlükəsizliyini təmin etmək
üçün onların ərazisinin perimetri boyu elektron
mühafizə hasarı sisteminin tərkibinə daxil olan
cihazlar, avadanlıqlar və materiallar" sözləri və
"0" rəqəmi əlavə edilsin.
2. "Azərbaycan Respublikası ərazisinə gətirilən,
əlavə dəyər vergisindən azad olunan malların siyahısı
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 14 avqust tarixli, 124 nömrəli qərarı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası ərazisinə gətirilən,
əlavə dəyər vergisindən azad olunan malların
siyahısı"nda 1-ci sütunda "8530" mal
mövqeyindən, 2-ci sütunda onun adından sonra 1-ci və
2-ci sütunlarda müvafiq olaraq "8531" rəqəmi və
"Yalnız hava limanlarının təhlükəsizliyini təmin
etmək üçün onların ərazisinin perimetri boyu
elektron mühafizə hasarı sisteminin tərkibinə daxil
olan cihazlar, avadanlıqlar və materiallar" sözləri əlavə
edilsin.
3. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A.Rasİzadə
Bakı şəhəri, 26 oktyabr 2000-ci il
¹ 195
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. -
2000.- 31 oktyabr, ¹ 10.- S.4495.