Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. “Bələdiyyənin nümunəvi nizamnaməsi”
təsdiq edilsin (əlavə olunur).
2. Bu Qanun
dərc edildiyi gündən qüvvəyə
minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əlİyev
Bakı şəhəri, 15 oktyabr
1999-cu il
¹ 709-IQ
Azərbaycan Respublikasının 1999-cu il
15 oktyabr tarixli,
709-IQ saylı Qanunu ilə
təsdİq edİlmİşdİr
BӘLӘDİYYӘNİN
NÜMUNƏVİ NİZAMNAMƏSİ
I. Bələdİyyənİn
adı
Bələdiyyə onun yerləşdiyi ərazinin adı ilə adlandırılır.
II. Bələdİyyə
orqanının ünvanı
Bələdiyyə orqanının ünvanı onun yerləşdiyi şəhər, şəhərdə rayon, qəsəbə, kənd, küçə və müvafiq binanın nömrəsidir.
III. Bələdİyyənİn
hüdudları
Bələdiyyənin hüdudları onun yerləşdiyi ərazinin sərhədləri ilə müəyyənləşdirilir.
IV. Bələdİyyənİn
fəalİyyətİnİn təşkİlİ Bələdİyyənİn
İclası
Bələdiyyənin
iclası
1. Bələdiyyənin iclası bələdiyyə üzvlərinin ümumi yığıncağıdır.
2. Bələdiyyə iclaslarında aşağıdakı məsələlər həll edilir:
bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;
bələdiyyənin reqlamentinin təsdiq edilməsi;
bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyalarının seçilməsi;
yerli vergilərin dərəcələrinin aşağı salınması barədə qərar qəbul edilməsi və yerli ödənişlərin müəyyən edilməsi;[1]
növbəti büdcə ili üzrə yerli büdcənin layihəsinin və onun icrası haqqında hesabatların təsdiq edilməsi;[2]
bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam;
yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi;
yerli iqtisadi proqramların qəbul və icra edilməsi;
yerli ekoloji proqramların qəbul və icra edilməsi.
3. Bələdiyyə üzvləri Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən seçilirlər.[3]
Bələdiyyənin
daimi və başqa komissiyaları
1. Bələdiyyənin daimi və başqa komissiyaları bələdiyyə üzvlərindən ibarətdir.
2. Bələdiyyənin daimi və başqa komissiyalarının əsas vəzifələri aşağıdakılardan ibarətdir:
yerli əhəmiyyətli sosial müdafiə və sosial inkişaf, ekoloji, iqtisadi inkişaf, yerli xidmət üzrə proqramlar hazırlayıb bələdiyyənin iclasına və ya bələdiyyənin qərarına əsasən yerli əhalinin müzakirəsinə çıxarmaq;[4]
yerli əhəmiyyətli məsələləri müzakirə etmək, bələdiyyə iclaslarında müzakirə üçün proqramlar, arayışlar, qərar layihələri və başqa materiallar hazırlamaq;
bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlamaq;
seçicilərin tapşırıqlarının yerinə yetirilməsinin təşkilinə və yoxlanılmasına kömək etmək.
3. Bələdiyyənin daimi və başqa komissiyaları bələdiyyə iclaslarında təşkil edilir.
Bələdiyyənin
icra orqanı
1. Bələdiyyənin icra orqanı onun icra aparatıdır.
2. Bələdiyyənin icra aparatı yerli əhaliyə xidmət, iqtisadi, ekoloji, sosial müdafiə və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan idarə, şöbə və digər struktur bölmələrdən ibarət ola bilər.
3. Yerli əhaliyə xidmət, iqtisadi və sosial proqramları həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərini bələdiyyənin qərarına əsasən, digər işçilərini işə birbaşa bələdiyyənin sədri vəzifəyə təyin edir.
4. Bələdiyyənin icra aparatının strukturu onun qarşısında duran vəzifələrdən və maliyyə vəziyyətindən asılı olaraq bələdiyyə iclasının qərarı ilə təsdiq edilir.
5. Bələdiyyənin icra aparatının səlahiyyətlərinə aşağıdakılar aiddir:
bələdiyyəyə baxılmaq və təsdiq edilmək üçün təqdim edilən büdcə, plan, proqram və qərar layihələrinin hazırlanması;
bələdiyyənin qəbul etdiyi qərarların yerinə yetirilməsi;
bələdiyyə sədrinin qəbul etdiyi qərarların yerinə yetirilməsi;
bələdiyyənin qanunla müəyyən olunmuş səlahiyyətlərinin həyata keçirilməsinin təşkili;
bələdiyyə mülkiyyətinin və bələdiyyənin istifadəsinə verilmiş başqa mülkiyyətin idarə edilməsi;
bələdiyyə əmlakının texniki inventarizasiyasının aparılması;[5]
qanunvericiliyə əsasən ona həvalə edilmiş digər səlahiyyətləri həyata keçirir.
6. Bələdiyyənin icra aparatı bələdiyyənin, habelə bələdiyyənin daimi və başqa komissiyalarının təşkilati, informasiya, kargüzarlıq, maddi-texniki təminat məsələlərini həyata keçirir, bələdiyyə sədrinin tapşırıqlarını yerinə yetirir, bələdiyyənin qərarlarının icrasını təmin edir. Bələdiyyənin icra aparatının struktur bölmələrinin rəhbərləri görülmüş işlər barədə bələdiyyə sədrinə və bələdiyyəyə hesabat, daimi və başqa komissiyaların iclaslarında səlahiyyətlərinə aid məsələlər barəsində məlumat verirlər.[6]
Vətəndaşların yığıncaqları
Qanunla müəyyən olunmuş hallarda bələdiyyələrdə yerli əhəmiyyətli məsələlərə münasibət bildirmək, təkliflər irəli sürmək, kollektiv rəy söyləmək, qərarlar qəbul etmək məqsədi ilə həmin bələdiyyə ərazilərində vətəndaşlar öz yığıncaqlarını keçirə bilərlər.
Vətəndaşların yığıncaqlarında həmin bələdiyyə ərazisində yaşayan 18 yaşı tamam olmuş vətəndaşların iştirak etmək hüququ vardır.
Vətəndaşların yığıncaqlarında bələdiyyənin nizamnaməsi və başqa qərarlar qəbul edilir, dəyişdirilir və ləğv olunur.
Vətəndaşların yığıncaqları bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququ olan vətəndaşların azı 25 faizi iştirak etdikdə səlahiyyətlidir.
V. Bələdİyyə
sədrİ və sədr müavİnİnİn
səlahİyyət müddətİ
Bələdiyyənin səlahiyyət müddəti ərzində bələdiyyə sədri və sədr müavini bələdiyyənin qərarı ilə müəyyən olunan müddətə seçilə bilərlər.
VI. Bələdİyyə
aktlarının qəbul
edİlməsİ və
qüvvəyə mİnməsİ
qaydası
Bələdiyyə iclaslarında baxılan yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə, digər qərarlar isə bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
Müvafiq qanunda nəzərdə tutulmuş qaydada qüvvəyə minmiş bələdiyyə aktları əhaliyə elan edilir və bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir.[7]
VII. Bələdİyyələrİn,
bələdİyyə orqanlarının
və onların vəzİfəlİ şəxslərİnİn
məsulİyyətİnİn əsasları və növlərİ
Bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri öz fəaliyyətlərinə və qəbul etdikləri qərarlara, hüquqa zidd hərəkətlərinə (hərəkətsizliyinə) görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
VIII. Bələdİyyə
üzvlərİnİn statusu
və sosİal təmİnatları[8]
Bələdiyyə üzvünün səlahiyyət müddəti beş ildir.
Bələdiyyə üzvünün səlahiyyətləri onun seçildiyi gündən başlanır və bələdiyyənin yeni tərkibinin işə başladığı gün qurtarır.[9]
Bələdiyyə üzvləri öz səlahiyyətlərini daimi əsasla icra edə bilərlər.
Öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvlərinə:[10]
əmək haqqı bələdiyyə büdcəsinin vəsaiti hesabına ödənilir;
səlahiyyət müddəti onun ümumi və fasiləsiz iş stajına daxil edilir.
Bələdiyyənin qərarı ilə yerli büdcənin hesabına səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvünə müalicə olunması və istirahət etməsi üçün hər il onun orta aylıq əmək haqqının 1 misli məbləğində müavinət verilir.
Səlahiyyətlərini daimi əsasla icra etmiş və səlahiyyət müddəti qurtardıqdan sonra yeni müddətə seçilməyən bələdiyyə üzvlərinə bələdiyyənin qərarı ilə iki ay müddətində onların orta aylıq əmək haqqının 2 misli məbləğində müavinət verilir.[11]
IX. Bələdİyyə
üzvlərİnİn səlahİyyətlərİnə
xİtam verİlməsİ
əsasları və qaydası
Bələdiyyə üzvlərinin səlahiyyətlərinə onların səlahiyyət müddəti qurtardıqda xitam verilir.
Bələdiyyə üzvlərinin səlahiyyətlərinə qanunla müəyyən olunmuş əsaslara görə vaxtından əvvəl xitam verilə bilər.
Bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi bələdiyyə iclasının sadə səs çoxluğu ilə qəbul etdiyi qərarı əsasında həll edilir.
X. Bələdİyyə
üzvlərİnİn, bələdİyyə
orqanlarının vəzİfəlİ
şəxslərİnİn hüquqları üçün
təmİnatlar
Bələdiyyə üzvlərinin öz səlahiyyətlərini maneəsiz və səmərəli həyata keçirməsinə, onların hüquqlarının, şərəf və ləyaqətinin müdafiəsinə dövlət təminat verir.[12]
XI. Bələdİyyə
qulluğu təşkİlİnİn
şərtlərİ və
qaydası
Bələdiyyə sədri və bələdiyyənin icra aparatı struktur bölmələrinin rəhbərləri bələdiyyə qulluğu ilə bağlı təşkilati rəhbərliyi həyata keçirir.
Bələdiyyə icra aparatının tərkibi bələdiyyənin fəaliyyət göstərdiyi ərazidən, qarşısında duran vəzifələrdən və maliyyə vəsaitindən asılı olaraq bələdiyyə tərəfindən idarə rəisləri və rəis müavinlərindən, şöbə müdirləri və onların müavinlərindən, mütəxəssislərdən, müfəttişlərdən və digər işçilərdən təşkil olunur.
XII. Yerlİ özünüİdarənİn həyata keçİrİlməsİnİn
İqtİsadİ və
malİyyə əsasları,
bələdİyyə mülkİyyətİnə
sahİblİyİn, ondan
İstİfadənİn və
ona sərəncam verİlməsİnİn ümumİ
qaydası
Yerli özünüidarənin həyata keçirilməsinin iqtisadi və maliyyə əsasları, bələdiyyə mülkiyyətinə sahibliyin, ondan istifadənin və ona sərəncam verilməsinin ümumi qaydası “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Azərbaycan
Respubliikas Qanunvericilik toplusu 31
yanvar 2000-ci il, ¹1.- S.7-11.