Xüsusi Borcalma Hüquqlarının (XBH) xüsusi birdəfəlik ayrılması barədə Beynəlxalq Valyuta Fondu haqqında Sazişin maddələrinə təklif olunan Dördüncü Düzəliş qəbul olunmasının təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

I. Beynəlxalq Valyuta Fondunun Müdirlər Şurasının 52-4 nömrəli Qətnaməsi ilə təsdiq edilmiş Xüsusi Borcalma Hüquqlarının (XBH) xüsusi birdəfəlik ayrılması barədə Beynəlxalq Valyuta Fondu haqqında Sazişin maddələrinə təklif olunan Dördüncü Düzəlişin Azərbaycan Respublikası tərəfindən qəbul olunması təsdiq edilsin.

 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 2 fevral 2001-ci il

                 ¹ 62-IIQ

 

 

Beynəlxalq Valyuta Fondu haqqında Sazişin maddələrinə təklif olunan

 

DÖRDÜNCÜ DÜZƏLİŞ

 

Adlarından bu Sazişin imzalandığı hökumətlər aşağıdakılar üzrə razılığa gəldilər:

 

1.  XV maddənin 1 -ci bölməsinə düzəliş edilərək aşağıdakı redaksiyada qəbul olunsun:

 

a)  mövcud ehtiyat aktivlərinin artırılmasına tələbat əmələ gəldikcə, belə tələbatın ödənilməsi üçün Fonda XVIII maddənin müddəalarına uyğun olaraq xüsusi borcalma hüquqları departamentinin iştirakçıları olan üzv dövlətlər arasında xüsusi borcalma hüquqlarım bölüşdürmək səlahiyyətləri verilir.

 

b)   Bundan başqa, Fond xüsusi borcalma hüquqları departamentinin iştirakçıları olan üzv dövlətlər arasında xüsusi borcalma hüquqlarının bölüşdürülməsini 1 ¹-li Əlavənin müddəalarına uyğun olaraq həyata keçirir.

 

2.  Sazişin maddələrinə aşağıdakı redaksiyada yeni Əlavə M daxil edilir.

 

ƏLAVƏ M

 

Xüsusi borcalma hüquqlarının xüsusi birdəfəlik bölüşdürülməsi

 

 

1.  Aşağıda göstərilən dördüncü bəndi nəzərə alaraq, 1997-ci il 19 sentyabr tarixinə xüsusi borcalma hüquqları departamentinin iştirakçısı olan hər bir üzv dövlət bu Sazişə Dördüncü Düzəlişin qüvvəyə mindiyi tarixdən sonra 30-cu gün bölüşdürmə qaydasında alınmış xüsusi borcalma hüquqlarının xalis kumulyativ məbləğini onun 19 sentyabr 1997-ci ilə olan kvotasının 29, 315788813 faizinə çatdıracaq məbləğdə bölüşdürmə qaydasında xüsusi borcalma hüquqları alacaq. Eyni zamanda kvotaları Müdirlər Şurasının 46-2 ¹-li Qətnaməsində olan təkliflərə uyğun olaraq dürüstləşdirilməyən iştirakçılar üçün hesablamalar həmin Qətnamədə təklif olunan kvotalar əsasında həyata keçirilir.

 

2. (a) Aşağıda göstərilən 4-cü bəndi nəzərə alaraq, 19 sentyabr 1997-ci ildən sonra, lakin Fondun üzvlüyünə daxil olması tarixindən 3 ay müddətindən gec olmayaraq, xüsusi borcalma hüquqları departamentinin iştirakçısı olan hər bir ölkə bölüşdürmə qaydasında, aşağıda göstərilən (b) (c) bəndlərinə uyğun olaraq hesablanan məbləğdə, aşağıda göstərilən tarixlərin lap axırıncısından sonrakı 30-cu gün xüsusi borcalma hüquqları alacaq:

 

ya yeni üzv dövlətin xüsusi borcalma hüquqları departamentinin iştirakçısı olduğu (i) tarixdən, ya da bu Sazişə Dördüncü Düzəlişin qüvvəyə mindiyi (ii) tarixdən.

 

(b) Yuxarıda göstərilən (a) bəndinin məqsədləri üçün hər bir iştirakçı bölüşdürmə qaydasında alınmış xüsusi borcalma hüquqlarının xalis kumulyativ məbləğini həmin üzv dövlət xüsusi borcalma hüquqları departamentinin iştirakçısı olacağı vaxt onun kvotasının 29,315788^13 faizinə çatdıracaq məbləğdə bölüşdürmə qaydasında aşağıdakı yolla dürüstləşdirilmiş xüsusi borcalma hüquqları alacaq:

 

(i) birincisi, 29,315788813 faizin qiymətinin yuxarıda göstərilən 1-ci bəndə uyğun olaraq hesablanmış, aşağıdakı (c) bəndində göstərilən iştirakçılara məxsus kvotaların ümumi məbləğinin, həmin üzv dövlət xüsusi borcalma hüquqları departamentinin iştirakçısı olduğu tarixə bu iştirakçıların kvotalarının ümumi məbləğinə olan nisbətinə vurulması yolu ilə

 

(ii) ikincisi, yuxarıda göstərilən (i) yarımbəndinə uyğun olaraq alınmış hasilin xüsusi borcalma hüquqlarının XVIII maddəyə uyğun olaraq bölüşdürmə qaydasında aşağıda göstərilən (c) bəndində adları çəkilən iştirakçılar tərəfindən, həmin üzv ölkənin xüsusi borcalma hüquqları departamentinin iştirakçısı olması tarixinə alınmış xalis kumulyativ məbləğlərin belə iştirakçılar tərəfindən yuxarıda göstərilən 1-ci bəndə uyğun bölüşdürmə qaydasında alınmış məbləğlərin cəminin bu iştirakçılar tərəfindən 19 sentyabr 1997-ci il tarixə XVIII maddəyə uyğun olaraq bölüşdürmə qaydasında alınmış xüsusi borcalma hüquqlarının xalis kumulyativ məbləğlərinin bu iştirakçılar tərəfindən yuxarıda göstərilən 1-ci bəndə uyğun olaraq bölüşdürmə qaydasında alınmış xüsusi borcalma hüquqlarının cəminə nisbətinə vurulması yolu ilə.

 

(c) Yuxarıda göstərilən (b) bəndinə uyğun olaraq, aparılması tələb olunan dürüstləşdirmə məqsədləri üçün xüsusi borcalma hüquqları departamentinin iştirakçıları 19 sentyabr 1997-ci il tarixə xüsusi borcalma hüquqları departamentinin iştirakçısı olan (i) həmin dövlətin xüsusi borcalma hüquqları departamentinin iştirakçısı olduğu tarixdən bu departamentin iştirakçısı olaraq qalan, həmçinin 19 sentyabr 1997-ci ildən sonra Fond tərəfindən həyata keçirilən bütün bölüşdürmələr çərçivəsində xüsusi borcalma hüquqları alan üzv dövlətlərdir.

 

3.  (a) Aşağıda göstərilən 4-cü bənd nəzərə alınaraq, əgər Yuqoslaviya Federativ Respublikası (Serbiya/Çernoqoriya) İcraçı Şuranın 14 dekabr 1992-ci il tarixdə qəbul etdiyi 10237-(92/150) ¹-li Qərarının şərtlərinə uyğun olaraq BVF-in üzvü xüsusi borcalma hüquqları departamentinin iştirakçısı qismində sabiq Yuqoslaviya Sosialist Federativ Respublikasının varisi olarsa, bu halda o, aşağıda göstərilən tarixlərin ən gecindən 30 gün sonra bölüşdürmə qaydasında, aşağıda göstərilən (b) bəndinə uyğun olaraq hesablanan məbləğdə xüsusi borcalma hüquqları alacaq:

 

(i) Yuqoslaviya Federativ Respublikasının (Serbiya/Çernoqoriya) İcraçı Şuranın 10237-(92/150) ¹-li Qərarının şərtlərinə uyğun olaraq BVF-in üzvü xüsusi borcalma hüquqları departamentinin iştirakçısı qismində varis olduğu tarixdən;

 

(ii) ya bu Sazişə Dördüncü Düzəlişin qüvvəyə mindiyi tarixdən.

 

(b) Yuxarıda göstərilən (a) bəndinin məqsədləri üçün Yuqoslaviya Federativ Respublikası (Serbiya/Çernoqoriya) bölüşdürülmə qaydasında alınmış xalis kumulyativ məbləği ona, Yuqoslaviya Federativ Respublikası (Serbiya/Çernoqoriya) yuxarıda göstərilən (a) bəndinə uyğun olaraq bölüşdürmə hüququ aldıqdan sonra, yuxarıda göstərilən 2 (b) (ii) (c) bəndlərinə uyğun olaraq dürüstləşdirilmiş, İcraçı Şuranın 10237-(92/150) ¹-li Qərarının 3 (c) bəndinə uyğun olaraq təklif olunmuş kvotanın 29,315788813 faizinə çatdıracaq xüsusi borcalma hüquqları məbləğini alacaq.

 

4.  Bölüşdürmə tarixinə qədər bu bölüşdürmə çərçivəsində xüsusi borcalma hüquqlarını almaqdan imtina haqqında öz niyyətlərini yazılı şəkildə Fonda göndərən iştirakçılar arasında bu Əlavəyə uyğun olaraq Fond xüsusi borcalma hüquqlarının bölüşdürülməsini həyata keçirmir.

 

5.  (a) Əgər yuxarıda göstərilən 1, 2 ya 3-cü bəndlərə uyğun olaraq bölüşdürmə qaydasında iştirakçıya xüsusi borcalma hüquqlarının verilməsi anında həmin iştirakçının Fond qarşısında vaxtı keçmiş öhdəlikləri varsa, bu tərzdə təqdim olunmuş xüsusi borcalma hüquqları deponə edilərək xüsusi borcalma hüquqları departamentinin şərti bloklaşdırılmış hesabında saxlanılır iştirakçının Fond qarşısında vaxtı keçmiş öhdəlikləri ödənildikdən sonra ona təqdim olunur.

 

(b) Şərti bloklaşdırılmış hesabda saxlanılan xüsusi borcalma hüquqları bu Əlavəyə uyğun olaraq yerinə yetirilən hesablamalardan başqa, hər hansı digər məqsədlər üçün istifadə oluna bilməz Sazişin maddələrinin məqsədləri üçün xüsusi borcalma hüquqlarının bölüşdürülmüş məbləğ avuarlarının hesablamalarında nəzərə alınmır. Əgər iştirakçıya bölüşdürmə qaydasında verilmiş xüsusi borcalma hüquqları iştirakçının xüsusi borcalma hüquqları departamentində iştirakına xitam verilməsi anında, yaxud xüsusi borcalma hüquqları departamentinin ləğvi barədə qərarın qəbul edilməsi anında şərti bloklaşdırılmış hesabda saxlanılırsa, həmin xüsusi borcalma hüquqları ləğv edilir.

 

(c)  Bu bəndin məqsədləri üçün Beynəlxalq Valyuta Fondu qarşısında vaxtı keçmiş öhdəliklərə ümumi resursların hesabları üzrə vaxtı keçmiş bac yığımlar, vaxtı keçmiş əsas məbləğlər xüsusi ödənişlər hesablarında kreditlər üzrə faizlər, vaxtı keçmiş yığımlar xüsusi borcalma hüquqları departamentinə mütləq ödəmələr himayədar qismində çıxış edən Fond qarşısında vaxtı keçmiş öhdəliklər daxildir.

 

(d) Bu bəndin müddəalarında nəzərdə tutulmuş hallardan başqa, bütün digər hallarda ümumi hesablar departamentini xüsusi borcalma hüquqları departamentini ayırma prinsipləri, həmçinin ehtiyat aktivləri qismində xüsusi borcalma hüquqlarının qeyd-şərtsiz xarakteri saxlanılır.

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2001.- 28 fevral, ¹ 2.- S.398-401.