Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası
haqqında
SAZİŞ
Bundan sonra
“Razılığa gələn
Tərəflər” adlandırılacaq
Azərbaycan Respublikası
Hökuməti və Serbiya Respublikası Hökuməti,
iki Razılığa
gələn Tərəf
arasında əməkdaşlığı
inkişaf etdirmək və şəxslərin yerdəyişməsi üçün
daha səmərəli
qanunların tətbiqini
təmin etmək niyyəti ilə, Razılığa gələn
Tərəflərin Dövlətinin
milli qanunvericiliyi ilə şərtlənən
hüquqlara və öhdəliklərə hörməti
və onların təminatlarını prioritet
kimi nəzərə alaraq, bu sahəni
tənzimləyən beynəlxalq
təcrübə və
qəbul edilən beynəlxalq öhdəliklərə
əsasən şəxslərin
qarşılıqlı readmissiyasını
tənzimləmək və
digər Razılığa
gələn Tərəfin
Dövlət ərazisinə
daxil olması, qalması və ya orada yaşaması
qeyri-qanuni olan üçüncü dövlət
vətəndaşları və
ya vətəndaşlığı
olmayan şəxslərin
tranziti üçün
şərtləri müəyyən
etməyi arzulayaraq,
səmərəli əməkdaşlıq və
qarşılıqlılıq prinsipinə əsaslanaraq,
qeyri-qanuni miqrasiyanın
Razılığa gələn
Tərəflərin ictimai
təhlükəsizliyi və
iqtisadi sabitliyinə təhlükə yaratmasını
nəzərə alaraq,
qeyri-qanuni miqrasiya
ilə daha səmərəli mübarizə
aparmaq məqsədilə
əməkdaşlığı gücləndirməyi qərara
alaraq,
bu Sazişin
icazəsiz yaşayan şəxslərin kütləvi
və ya kollektiv şəkildə ölkə ərazisindən
çıxarılması üçün
əsas olmadığını
nəzərə alaraq,
bu Sazişin
Tərəflərin beynəlxalq
hüquqdan, xüsusilə
də İnsan hüquqlarının və
əsas azadlıqlarının
müdafiəsi haqqında
4 noyabr 1950-ci il tarixli Avropa Konvensiyasından və Qaçqınların Statusu
haqqında 28 iyul
1951-ci il tarixli Konvensiyadan irəli gələn hüquq, öhdəlik və yurisdiksiyasma xələl gətirmədiyini vurğulayaraq,
aşağıdakılar barədə razılığa
gəldilər:
Maddə 1
Anlayışlar
Bu Sazişin
məqsədləri baxımından
sadalanan terminlərin mənası aşağıdakı
kimidir:
(1) “Sorğu edən Razılığa
gələn Tərəf’
dedikdə readmissiya və ya tranzit
müraciəti etmiş
Razılığa gələn
Tərəf nəzərdə
tutulur;
(2) “Sorğu edilən Razılığa
gələn Tərəf’
dedikdə readmissiya və ya tranzit
müraciəti ünvanlanan
Razılığa gələn
Tərəf nəzərdə
tutulur;
(3) “viza” dedikdə,
öz ərazisinə
daxil olmaq, qalmaq və ya oradan tranzitlə
keçmək üçün
Razılığa gələn
Tərəflərin səlahiyyətli
orqanları tərəfindən
verilən icazə və ya qəbul
edilmiş qərar nəzərdə tutulur. Bura hava limanı
tranzit vizası daxil deyildir;
(4) “yaşayış icazəsi” dedikdə, Razılığa gələn
Tərəflərin səlahiyyətli
orqanları tərəfindən
verilən və şəxsə öz ərazisində yaşamaq
hüququ verən hər hansı növ icazə nəzərdə tutulur. Buraya sığınacaq və ya yaşayış
icazəsi üçün
müraciətə baxılma
müddətində öz
ərazisində müvəqqəti
qalmaq üçün
verilən icazə daxil deyildir;
(5) “Azərbaycan Respublikasının vətəndaşı”
dedikdə, qanunvericiliyinə
uyğun olaraq, Azərbaycan Respublikasının
vətəndaşlığına mənsub olan hər hansı şəxs nəzərdə
tutulur;
(6) “Serbiya Respublikasının
vətəndaşı” dedikdə,
qanunvericiliyinə uyğun
olaraq, Serbiya Respublikasının vətəndaşlığına
mənsub olan hər hansı Şəxs nəzərdə
tutulur;
(7) “üçüncü dövlət vətəndaşı”
dedikdə, Azərbaycan
Respublikasının və
ya Serbiya Respublikasının vətəndaşı
olmayan, digər ölkənin vətəndaşlığına
mənsub olan şəxs nəzərdə
tutulur;
(8) “vətəndaşlığı
olmayan şəxs” dedikdə, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan şəxs nəzərdə
tutulur;
(9) “səlahiyyətli orqanlar” dedikdə, Razılığa gələn
Tərəflərin bu
Sazişin 16-cı maddəsinin
1-ci bəndinə uyğun
olaraq bu Sazişin icrasına məsul olan milli səlahiyyətli orqanları nəzərdə
tutulur;
(10) “tranzit” dedikdə,
üçüncü dövlət
vətəndaşının və ya vətəndaşlığı
olmayan şəxsin Sorğu edən Razılığa gələn
Tərəfdən təyinat
ölkəsinə gedərkən
Sorğu edilən Razılığa gələn
Tərəfin ərazisindən
keçməsi nəzərdə
tutulur;
(11) “Readmissiya” dedikdə, bu Sazişin müddəalarına
uyğun olaraq, Razılığa gələn
Tərəflərin ərazisinə
daxil olma, qalma və ya
yaşama şərtlərinə
əməl etməyən
və ya bu şərtləri artıq yerinə yetirməyən şəxsin
(Sorğu edilən Razılığa gələn
Tərəfin vətəndaşı,
üçüncü dövlət
vətəndaşı və
ya vətəndaşlığı
olmayan şəxs) Sorğu edən Razılığa gələn
Tərəf tərəfindən
ötürülməsi və
Sorğu edilən Razılığa gələn
Tərəf tərəfindən
qəbulu nəzərdə
tutulur.
Maddə 2
Öz vətəndaşlarının
readmissiyası
1. Sorğu edən
Razılığa gələn
Tərəfin müraciəti
əsasında və bu Sazişdə ehtiva edilən şərtlərdən əlavə
rəsmiyyətçiliyə yol vermədən, Sorğu edilən Razılığa gələn
Tərəf Sorğu edən Razılığa
gələn Tərəfin
Dövlətinin ərazisinə
daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı qüvvədə
olan şərtlərinə
əməl etməyən
və ya bu şərtləri artıq yerinə yetirməyən, həmin Sorğu edilən Razılığa gələn
Tərəfin Dövlətinin
vətəndaşı olması
sübut olunan və ya ilkin
baxış nəticəsində
əldə olunmuş
(prima facie) dəlillərlə əsaslandırılmış
şəkildə ehtimal
edilən bütün
şəxsləri readmissiya
edir.
2. Sorğu edilən
Razılığa gələn
Tərəf həmçinin
aşağıdakı şəxsləri
readmissiya edir:
1-ci hissədə göstərilən şəxsin
doğum yerindən və ya vətəndaşlığından
asılı olmayaraq yetkinlik yaşına çatmamış subay uşaqları, əgər
onlar Sorğu edən Razılığa
gələn Tərəfin
Dövlətində müstəqil
yaşamaq hüququna malik deyildirlərsə;
1-ci hissədə göstərilən şəxsin
Sorğu edilən Razılığa gələn
Tərəfin ərazisinə
daxil olmaq və qalmaq hüququna malik digər ölkənin vətəndaşı olan
və ya heç bir vətəndaşlığı olmayan ərləri/arvadları, əgər onlar Sorğu edən Razılığa
gələn Tərəfin
Dövlətində müstəqil
yaşamaq hüququna malik deyildirlərsə.
3. Sorğu edilən
Razılığa gələn
Tərəf, həmçinin
Sorğu edən Razılığa gələn
Tərəfin Dövlətinin
ərazisinə daxil olduqdan sonra Sorğu edilən Razılığa gələn
Tərəfin Dövlətinin,
vətəndaşlığına həmin Dövlətin qanunvericiliyinə uyğun
olaraq xitam verilmiş, Sorğu edən Razılığa
gələn Tərəfin
Dövlətinin ərazisində
qeyri-qanuni qalan və ya yaşayan
şəxsləri, əgər
bu şəxslər Sorğu edən Razılığa gələn
Tərəfdən vətəndaşlığa
qəbul edilmək barədə ən azı vəd almamışdırlarsa, readmissiya
edir.
4. Sorğu edilən
Razılığa gələn
Tərəf readmissiya
ilə bağlı müraciətə müsbət
cavab verdikdən sonra Sorğu edilən Razılığa
gələn Tərəfin
aidiyyəti diplomatik nümayəndəlik və
ya konsulluğu readmissiya olunacaq şəxsin istəyindən
asılı olmayaraq və Sorğu edən Tərəfin səlahiyyətli orqanının
müraciət etdiyi tarixdən sonra beş iş günündən gec olmayaraq readmissiya olunacaq şəxsə qayıdış üçün
tələb olunan və etibarlılıq müddəti 90 gün olan səyahət sənədi verir. Əgər Sorğu edilən Razılığa
gələn Tərəf
5 (beş) iş günü müddətində
səyahət sənədini
verməzsə, onun Sorğu edən Razılığa gələn
Tərəfin ölkədən
çıxarılma məqsədilə
verdiyi standart səyahət sənədini
qəbul etdiyi hesab olunur (Sorğu
edən Razılığa
gələn Tərəf
Azərbaycan Respublikası
olduqda Əlavə 7, Sorğu edən Razılığa gələn
Tərəf Serbiya Respublikası olduqda Əlavə 8).
5. Əgər hüquqi və ya faktiki səbəblərdən
səyahət sənədinin
etibarlılıq müddəti
ərzində aidiyyəti
olan şəxs ötürülə bilmirsə,
Sorğu edilən Razılığa gələn
Tərəfin aidiyyəti
diplomatik nümayəndəlik
və ya konsulluğu Sorğu edən Tərəfin səlahiyyətli orqanının
müraciət etdiyi tarixdən sonra 5 (beş) iş günü ərzində etibarlılıq müddəti
eyni olan yeni səyahət sənədi verir. Əgər Sorğu edilən Razılığa
gələn Tərəf
5 (beş) iş günü müddətində
səyahət sənədini
verməzsə, onun Sorğu edən Razılığa gələn
Tərəfin ölkədən
çıxarılma məqsədilə
verdiyi standart səyahət sənədini
qəbul etdiyi hesab olunur (Sorğu
edən Razılığa
gələn Tərəf
Azərbaycan Respublikası
olduqda Əlavə 7, Sorğu edən Razılığa gələn
Tərəf Serbiya Respublikası olduqda Əlavə 8).
6. Readmissiya ediləcək
şəxs Azərbaycan
Respublikasının və
ya Serbiya Respublikasının vətəndaşlığına
mənsub olmasından
əlavə, üçüncü
dövlətin vətəndaşı
olduğu halda, Sorğu edən Razılığa gələn
Tərəf readmissiya
ediləcək şəxsin
geri qaytarılacağı
dövlətə dair
seçimini nəzərə
alır.
Maddə 3
Üçüncü dövlət vətəndaşlarının
və vətəndaşlığı
olmayan şəxslərin
readmissiyası
1. Sorğu edən
Razılığa gələn
Tərəfin müraciəti
əsasında və bu Sazişdə ehtiva edilən şərtlərdən əlavə
rəsmiyyətçiliyə yol vermədən, Sorğu edilən Razılığa gələn
Tərəf Sorğu edən Razılığa
gələn Tərəfin
ərazisinə daxil olmaq, qalmaq və
ya yaşamaqla bağlı qüvvədə
olan şərtlərinə
əməl etməyən
və ya bu şərtləri artıq yerinə yetirməyən bütün
üçüncü dövlət
vətəndaşlarını və ya vətəndaşlığı
olmayan şəxsləri
readmissiya edir, əgər sübut olunsa və ya ilkin baxış
nəticəsində əldə
olunmuş (prima facie) dəlillərlə əsaslandırılmış şəkildə ehtimal edilsə ki, bu şəxslər:
(1) readmissiya müraciəti təqdim edilən anda Sorğu edilən Razılığa gələn
Tərəfin səlahiyyətli
orqanlarının verdiyi
etibarlı vizaya və ya yaşayış
icazəsinə malikdirlər;
və ya
(2) Sorğu edilən
Razılığa gələn
Tərəfin ərazisində
qaldıqdan və ya tranzitlə keçdikdən sonra Sorğu edən Razılığa gələn
Tərəfin ərazisinə
qeyri-qanuni və birbaşa daxil olmuşdurlar.
2. 1-ci hissədə qeyd olunan readmissiya
öhdəliyi aşağıdakı
hallarda tətbiq edilmir:
(1) üçüncü dövlət vətəndaşı
və ya vətəndaşlığı olmayan şəxs Sorğu edilən Razılığa gələn
Tərəfin beynəlxalq
hava limanında yalnız tranzit uçuş zonasında olmuşdursa;
(2) üçüncü dövlət vətəndaşı
və ya vətəndaşlığı olmayan şəxs Sorğu edən Razılığa gələn
Tərəfin ərazisinə
vizasız giriş hüququndan yararlanmışdırsa;
(3) “Sorğu edən Razılığa
gələn Tərəf
üçüncü dövlət
vətəndaşını və ya vətəndaşlığı
olmayan şəxsi üçüncü ölkəyə
həmin ölkə ilə ikitərəfli readmissiya sazişində müəyyən edilmiş
şərtlərə uyğun
olaraq qaytara bilər”;
(4) Sorğu edən
Razılığa gələn
Tərəfin səlahiyyətli
orqanı üçüncü
dövlət vətəndaşı
və ya vətəndaşlığı olmayan şəxsə onun ərazisinə daxil olduqdan əvvəl və ya sonra viza
və ya yaşayış icazəsi
vermişdir, istisnadır:
1) həmin şəxs
Sorğu edilən Razılığa gələn
Tərəfin səlahiyyətli
orqanı tərəfindən
verilmiş daha uzun etibarlılıq müddəti olan viza və ya
yaşayış icazəsinə
malikdirsə və ya
2) Sorğu edən
Razılığa gələn
Tərəfin səlahiyyətli
orqanı tərəfindən
verilmiş viza və ya yaşayış
icazəsi yalan və ya saxta
sənədlərdən istifadə
edilməklə əldə
edilmişdirsə.
3. Sorğu edilən
Razılığa gələn
Tərəf readmissiya
müraciətinə müsbət
cavab verdikdən sonra Sorğu edən Razılığa
gələn Tərəf
aidiyyəti olan şəxsə onun Sorğu edilən Razılığa gələn
Tərəfə qayıtması
üçün tələb
olunan, əcnəbilər
üçün nəzərdə
tutulan səyahət sənədini verir.
Maddə 4
Readmissiya prinsipləri
1. Bu maddənin
2-ci hissəsində qeyd
olunan şərtlər
istisna olmaqla, bu Sazişin 2-ci və 3-cü maddələrində
ehtiva olunan öhdəliklərdən biri
əsasında readmissiya
edilməli olan şəxsin ötürülməsi
Sorğu edilən Razılığa gələn
Tərəfin səlahiyyətli
orqanına readmissiya müraciətinin təqdim
edilməsini tələb
edir.
2. Readmissiya edilməli
olan şəxs Sorğu edilən Razılığa gələn
Tərəfin etibarlı
səyahət sənədinə,
həmin şəxs üçüncü dövlət
vətəndaşı və
ya vətəndaşlığı
olmayan şəxs olduqda, həmçinin etibarlı vizasına və ya yaşayış
icazəsinə malik olduqda heç bir readmissiya müraciətinə ehtiyac
yoxdur.
3. 2-ci bəndə xələl gətirməmək
şərtilə, əgər
şəxs bilavasitə
Sorğu edilən Dövlətin ərazisindən
gələrkən sərhədi
qeyri-qanuni keçdikdən
sonra Sorğu edən Razılığa
gələn Tərəfin
Dövlətinin bilavasitə
dövlət sərhədində,
o cümlədən dövlət
sərhədindən buraxılış
məntəqələrində saxlanılmışdırsa, Sorğu
edən Dövlət readmissiya müraciətini
həmin şəxsin
saxlanılmasından sonrakı
iki iş günü ərzində təqdim edə bilər (sürətləndirilmiş
prosedur).
Maddə 5
Readmissiya müraciəti
1. Readmissiya müraciəti
Sorğu edən Razılığa gələn
Tərəfin səlahiyyətli
orqanı tərəfindən
Sorğu edilən Razılığa gələn
Tərəfin səlahiyyətli
orqanına poçt, faks və ya
elektron poçt vasitəsilə yazılı
formada təqdim edilir. Sorğu edilən Razılığa
gələn Tərəfin
səlahiyyətli orqanı
readmissiya müraciətini
qəbul etdikdən dərhal sonra təsdiq göndərir.
2. Readmissiya müraciətinə
cavab Sorğu edilən Razılığa
gələn Tərəfin
səlahiyyətli orqanı
tərəfindən Sorğu
edən Razılığa
gələn Tərəfin
səlahiyyətli orqanına
poçt, faks və ya elektron
poçt vasitəsilə
yazılı formada təqdim edilir. Readmissiya müraciətindən
imtina olunduğu halda, səbəblər yazılı şəkildə
təqdim edilir.
3. Readmissiya müraciəti,
mümkün qədər
əhatəli şəkildə,
aşağıdakı məlumatları
ehtiva etməlidir:
(1) readmissiya edilməli olan şəxsə dair xüsusi məlumat (məs., adı, soyadı, doğum tarixi, doğum yeri və mümkündürsə,
son yaşayış yeri) və aidiyyəti
olduqda, yetkinlik yaşına çatmamış
uşaqları və/və ya ərləri/arvadları barədə xüsusi məlumat;
(2) 1 və 2 saylı Əlavələrdə
sadalanan, vətəndaşlığı
sübut edən və vətəndaşlığın
ilkin baxış nəticəsində əldə
olunmuş (prima facie) dəlilləri ehtimal edilən sənədlər;
(3) üçüncü dövlət vətəndaşları
və vətəndaşlığı
olmayan şəxslərlə
bağlı, 3 və
4 saylı Əlavələrdə
sadalanan, vətəndaşlığın
sübutu və ya üçüncü dövlət vətəndaşları
və vətəndaşlığı
olmayan şəxslərin
readmissiyası üçün
şərtlərin ilkin
baxış nəticəsində
əldə olunmuş
(prima facie) dəlilləri hesab edilən sənədlər;
(4) readmissiya edilməli olan şəxsin fotoşəkli;
(5) şəxsin barmaq izləri;
(6) readmissiya edilən şəxsin tibbi yardıma və ya qayğıya ehtiyacı ola biləcəyini
göstərən bəyanat,
bir şərtlə
ki, həmin şəxs
bu bəyanatın verilməsinə razılığını
ifadə etmişdir;
(7) fərdi qayıdış
halında zəruri
ola biləcək istənilən
digər növ qoruma, təhlükəsizlik
və ya şəxsin səhhəti
ilə bağlı məlumat.
4. Readmissiya müraciətləri
üçün istifadə
edilməli olan ümumi forma bu Sazişə 5 saylı Əlavə kimi verilmişdir.
Maddə
6
Vətəndaşlığa dair dəlillər
1. Vətəndaşlıq bu
Sazişin 2(l)-ci maddəsinə
uyğun olaraq, xüsusən bu Sazişin 1 saylı Əlavəsində sadalanan
və hətta etibarlılıq müddəti
ən çoxu 6 ay əvvəl bitmiş sənədlər vasitəsilə
sübut edilə bilər. Bu cür sənədlər təqdim
edildiyi halda, Razılığa gələn
Tərəflər vətəndaşlığı
qarşılıqlı olaraq
tanıyırlar. Vətəndaşlıq
saxta sənədlər
vasitəsilə sübut
edilə bilməz.
2. Bu Sazişin 2(l)-ci maddəsinə
uyğun olaraq vətəndaşlıq ilkin
baxış nəticəsində
əldə olunmuş
(prima facie) dəlillər kimi
bu Sazişin 2 saylı Əlavəsində
sadalanan sənədlər
vasitəsilə, onların
etibarlılıq müddəti
bitmiş olsa belə, müəyyən
edilə bilər. Bu cür sənədlər təqdim edildiyi halda, Razılığa gələn Tərəflər
əksini sübut etməzlərsə, vətəndaşlıq
müəyyən edilmiş
hesab olunur. Vətəndaşlıq ilkin
baxış nəticəsində
əldə olunmuş
(prima facie) dəlil olaraq
saxta sənədlər
vasitəsilə müəyyən
edilə bilməz.
3. Bu Sazişin 1 və 2 saylı Əlavələrində
sadalanan sənədlərdən
heç biri təqdim edilə bilinmirsə və ya natamamdırsa və bu əsaslandırılmışdırsa,
Sorğu edilən Razılığa gələn
Tərəfin diplomatik
nümayəndəlik və
ya konsulluqları Sorğu edən Razılığa gələn
Tərəfin xahişi
əsasında, qeyri-zəruri
yubanmaya yol vermədən və müraciət olunan gündən etibarən 15
(on beş) iş günündən gec olmayaraq vətəndaşlığını
müəyyənləşdirmək üçün readmissiya
edilməli şəxslə
müsahibə aparır.
Şəxsin identifikasiyası
üçün müsahibə
müvafiq qaydada Sorğu edilən Tərəfin ən yaxın diplomatik nümayəndəlik və
ya konsulluğunda keçirilir.
Razılığa gələn Tərəf
müsahibə zamanı
müsahibə aparan diplomatik xidmət əməkdaşının təhlükəsizliyini
təmin edir.
4. Sorğu edilən Razılığa gələn
Tərəfin səlahiyyətli
diplomatik nümayəndəlik
və ya konsulluğu müsahibənin
keçirildiyi tarixdən
ən çoxu 5 (beş) iş günü müddətində
onun nəticələri
ilə bağlı Sorğu edən Razılığa gələn
Tərəfin səlahiyyətli
orqanını məlumatlandırır.
Cavabın müsbət
olduğu və şəxsin Sorğu edilən Razılığa
gələn Tərəfin
vətəndaşı kimi
müəyyənləşdirildiyi təqdirdə, səlahiyyətli
orqan bu Sazişin 9-cu maddəsinin
2-ci və 3-cü hissələrində
nəzərdə tutulan
zaman məhdudiyyətini nəzərə
alaraq readmissiya müraciətinə baxılması
prosesinə başlayır.
Zərurət yaranarsa,
Sorğu edən Dövlətin səlahiyyətli
orqanı öz ərazisində şəxslə
müsahibə aparmaq məqsədilə Sorğu
edilən Dövlətin
ekspertlərinin səfərinə
dair müraciət edə bilər. Ekspertlərin səyahət
və qalma xərcləri Sorğu edən Razılığa
gələn Tərəf
tərəfindən ödənilir.
Maddə
7
Üçüncü dövlət vətəndaşları və
vətəndaşlığı olmayan şəxslərə
dair dəlillər
1. Bu Sazişin 3(l)-ci maddəsində
təsbit olunduğu kimi, üçüncü
dövlət vətəndaşları
və vətəndaşlığı
olmayan şəxslərin
readmissiyasını şərtləndirən
sübutlar məxsusi olaraq bu Sazişin
3 saylı Əlavəsində
sadalanan dəlillər
vasitəsilə təqdim
edilir; onlar saxta sənədlər vasitəsilə təqdim edilə bilməz. İstənilən bu cür sübut Razılığa gələn
Tərəflər tərəfindən
qarşılıqlı olaraq
tanmır.
2. Bu Sazişin 3(l)-ci maddəsində
təsbit olunduğu kimi, üçüncü
dövlət vətəndaşları
və vətəndaşlığı
olmayan şəxslərin
readmissiyasını şərtləndirən
ilkin baxış nəticəsində əldə
olunmuş (prima facie) dəlillər
məxsusi olaraq bu Sazişin 4 saylı Əlavəsində
sadalanan sənədlər
vasitəsilə təqdim
edilir; onlar saxta sənədlər vasitəsilə təqdim edilə bilməz. Bu cür ilkin baxış nəticəsində
əldə olunmuş
(prima facie) dəlillər təqdim
edildiyi halda, Razılığa gələn
Tərəflər əksini
sübut etməzlərsə,
şərtlərin yerinə
yetirildiyi kimi qəbul olunur.
3. Daxilolma, qalma və ya yaşayışın
qeyri-qanuniliyi üzərində
Sorğu edən Razılığa gələn
Tərəfin lazımi
vizasının və
ya digər yaşayış icazəsinin
olmadığı aidiyyəti
olan şəxsin səyahət sənədləri
əsasında müəyyən
edilir. Şəxsin lazımi səyahət sənədlərinə, vizaya
və ya yaşayış icazəsinə
malik olmaması barədə
Sorğu edən Razılığa gələn
Tərəfin bəyanatı
qeyri-qanuni daxilolma, qalma və ya
yaşayışın ilkin
baxış nəticəsində
əldə olunmuş
(prima facie) dəlilini doğurur.
Maddə
8
Vətəndaşlığı müəyyənləşdirmək
üçün əlavə
sənədlər
1. Əgər Sorğu edən Razılığa
gələn Tərəf
bu Sazişin 1-4 saylı Əlavələrində
sadalanmayan sənədlərin
readmissiya ediləcək
şəxsin vətəndaşlığını
müəyyənləşdirmək üçün zəruri
ola biləcəyini zənn
edirsə, belə sənədlər readmissiya
müraciəti ilə
birlikdə Sorğu edilən Razılığa
gələn Tərəfə
təqdim edilə bilər.
2. Bu maddənin 1-ci hissəsində
sadalanan sənədlərin
readmissiya müraciətinə
baxılan zaman nəzərə
alınması ilə
bağlı qərar Sorğu edilən Razılığa gələn
Tərəf tərəfindən
verilir.
Maddə
9
Vaxt məhdudiyyətləri
1. Readmissiya üçün
müraciət Sorğu
edən Razılığa
gələn Tərəfin
səlahiyyətli orqanı
tərəfindən üçüncü
dövlət vətəndaşı
və ya vətəndaşlığı olmayan şəxsin daxilolma, qalma və ya yaşama
ilə bağlı qüvvədə olan şərtlərə əməl
etməməsi və ya bu şərtləri
artıq yerinə yetirməməsi barədə
məlumatı əldə
etdikdən sonra ən çoxu 6 ay ərzində Sorğu edilən Razılığa
gələn Tərəfin
səlahiyyətli orqanına
təqdim edilməlidir.
Müraciətin vaxtında
təqdim edilməsində
hüquqi və ya faktiki maneələr
olduqda, vaxt məhdudiyyəti Sorğu
edən Razılığa
gələn Tərəfin
müraciəti əsasında,
yalnız maneələr
aradan qaldırılana
qədər uzadılır.
2. Readmissiya müraciəti yazılı şəkildə
cavablandırılır:
(1) müraciət sürətləndirilmiş
prosedura əsasən təqdim edilirsə, iki iş günü
ərzində;
(2) müraciət adi prosedura əsasən təqdim edilirsə, 15 (on
beş) iş günü ərzində.
Bu vaxt məhdudiyyəti readmissiya müraciətinin
alındığının yazılı təsdiqləndiyi
tarixdən hesablanmağa
başlanır.
3. Müraciətin 15 (on beş)
iş günü ərzində cavablandırılmasına
hüquqi və faktiki maneələr olduqda, bu vaxt
məhdudiyyəti əsaslandırılmış
müraciətlə əlaqədar
maneələr aradan qaldırılana qədər
uzadıla bilər.
4. Əgər Sorğu edilən Razılığa
gələn Tərəf
bu maddənin 2-ci və ya 3-cü hissələrində qeyd olunan vaxt məhdudiyyəti
ərzində cavab vermirsə, ötürülmə
razılaşdırılmış hesab olunur.
5. Sorğu edilən Razılığa gələn
Tərəf tərəfindən
razılıq verildikdən
və ya bu maddənin 2-ci və ya 3-cü hissələrində müəyyən
edilmiş vaxt məhdudiyyətinin bitməsindən
sonra aidiyyəti şəxs 3 (üç)
ay ərzində Sorğu
edən Razılığa
gələn Tərəf
tərəfindən ötürülür.
Sorğu edən Razılığa gələn
Tərəfin müraciəti
əsasında, bu vaxt məhdudiyyəti hüquqi və faktiki maneələri aradan qaldırmaq üçün tələb
olunan vaxta qədər uzadıla bilər.
6. Readmissiya müraciətinə
imtina edildikdə imtina edilməsinin səbəbləri göstərilməlidir.
Maddə
10
Ötürülmə üsulları və nəqliyyat rejimləri
1. Şəxsin qaytarılmasından
əvvəl, Sorğu
edən Razılığa
gələn Tərəfin
səlahiyyətli orqanları
ötürülmənin tarixi,
dövlət sərhədindən
buraxılış məntəqəsi,
mümkün müşayiətlər
və ötürülmə
ilə bağlı digər məlumatları özündə əks etdirən yazılı ötürülmə bildirişini
(Əlavə 9) ən
azı 3 iş günü əvvəlcədən
yazılı şəkildə
Sorğu edilən Razılığa gələn
Tərəfin səlahiyyətli
orqanına çatdırır.
2. Mümkün olarsa və ehtiyac yaranarsa, bu maddənin
1-ci hissəsində qeyd
olunan yazılı bildiriş həmçinin
aşağıdakı məlumatları
əhatə edir:
(1) ötürülən şəxsin
kömək və ya qayğıya ehtiyacı ola biləcəyini
bildirən bəyanat;
(2) fərdi ötürülmə
halı ilə bağlı vacib ola biləcək hər hansı digər müdafiə və ya təhlükəsizlik tədbirləri və ya şəxsin sağlamlığı ilə
bağlı məlumat.
3. Daşınma hava yolu ilə həyata
keçirilir. Hava yolu ilə qayıdış
Razılığa gələn
Tərəflərin milli daşıyıcıları
ilə məhdudlaşdırılmır
və müntəzəm
və ya çarter reysləri ilə həyata keçirilə bilər. Müşayiət olunan qayıdışlarda müşayiət
edən heyəti Sorğu edən Razılığa gələn
Tərəf təmin edir. Müşayiət olunan qayıdışlarda
belə müşayiətçilər
yalnız Sorğu edən Razılığa
gələn Tərəfin
səlahiyyətli şəxsləri
ilə məhdudlaşdırılmır,
bu şərtlə
ki, onlar Razılığa
gələn Tərəflər
tərəfindən səlahiyyətləndirilmiş
şəxslərdirlər.
4. Əgər şəxs readmissiya və ya tranzit prosesində
heyətlə müşayiət
olunacaqdırsa, Sorğu
edən Razılığa
gələn Tərəf
aşağıdakı məlumatları
verir: müşayiət
edən şəxslərin
adlan, soyadları, vəzifələri, pasportlarının
və xidməti vəsiqələrinin növü,
nömrəsi və verilmə tarixi, müşayiətə icazə
verən sənəd.
5. Müşayiət edən
şəxslər Sorğu
edilən Razılığa
gələn Tərəfin
milli qanunvericiliyinə tabe
olmaq məcburiyyətindədirlər.
6. Müşayiət edən
şəxslər xidməti
geyimdə olmurlar və Sorğu edilən Razılığa
gələn Tərəfin
ərazisində üzərində
qadağan olunan silahları və digər əşyaları
gəzdirmirlər.
7. Müşayiət edən
şəxslər Sorğu
edən Razılığa
gələn Tərəfin
səlahiyyətli orqanının
verdiyi etibarlı pasport və xidməti vəsiqələri,
eyni zamanda müşayiətə icazə
verən sənədi
üzərilərində gəzdirirlər.
Müşayiət heyətinə
daxil olanların sayı əvvəlcədən
səlahiyyətli orqanlar
tərəfindən razılaşdırılır.
8. Səlahiyyətli orqanlar müşayiət heyətinin
Sorğu edilən Razılığa gələn
Tərəfin ərazisində
qalması ilə əlaqədar bütün
məsələləri ilə
bağlı əməkdaşlıq
edirlər. Əgər
ehtiyac olarsa, Sorğu edilən Razılığa gələn
Tərəfin səlahiyyətli
orqanları müşayiət
edən şəxslərə
mümkün köməyi
təmin edirlər.
9. Müşayiət olunan qayıdışlarda müşayiətçilər
zəruri vizaların alınmasından azad edilirlər.
Maddə
11
Yanlış readmissiya
1. Bu Sazişin 2-ci və
3-cü maddələrində qeyd olunan tələblərin
yerinə yetirilməməsi
aidiyyəti olan şəxsin ötürülməsindən
sonra 6 (altı) ay, üçüncü dövlət
vətəndaşları və
vətəndaşlığı olmayan şəxslərlə
bağlı isə 12
(on iki) ay ərzində
müəyyən edilərsə,
Sorğu edən Razılığa gələn
Tərəf Sorğu edilən Razılığa
gələn Tərəfin
readmissiya etdiyi hər hansı şəxsi geri götürür. Belə
hallarda bu Sazişin prosessual müddəaları mutatis mutandis tətbiq edilir və geriyə qaytarılmalı olan şəxsin həqiqi kimliyi və vətəndaşlığı ilə əlaqədar bütün mövcud məlumat təqdim edilir.
Maddə
12
Tranzit prinsipləri
1. Razılığa gələn
Tərəflər üçüncü
dövlət vətəndaşları
və vətəndaşlığı
olmayan şəxslərin
tranzitini bu şəxslərin təyinat
dövlətinə birbaşa
qaytarıla bilmədikləri
hallarda həyata keçirirlər.
2. Sorğu edilən Razılığa gələn
Tərəfin səlahiyyətli
orqanları Sorğu edən Razılığa
gələn Tərəfin
səlahiyyətli orqanlarının
sorğusu əsasında
Sorğu edilən Razılığa gələn
Tərəfin Dövlətinin
ərazisindən Sorğu
edən Razılığa
gələn Tərəfin
səlahiyyətli orqanlarının
əməkdaşlarının müşayiəti altında
üçüncü dövlət
vətəndaşlarının və vətəndaşlığı
olmayan şəxslərin
tranzitinə icazə verə bilər, o halda ki, Sorğu edən Razılığa
gələn Tərəf
həmin şəxslərin
tranzit və ya təyinat Dövləti olmasından
asılı olmayaraq üçüncü ölkə
ərazisinə azad girişini təsdiq edən yazılı bildirişi təmin etmiş olsun.
3. Razılığa gələn
Tərəflər tranzitdən
aşağıdakı hallarda
imtina edə bilərlər:
(1) üçüncü dövlət
vətəndaşı və
ya vətəndaşlığı
olmayan şəxs təyinat dövlətində
və ya digər tranzit dövlətdə onun irqi, dini, milliyyəti,
xüsusi ictimai qrupa mənsubiyyəti və yaxud siyasi
əqidəyə malik olması
səbəbindən işgəncə,
qeyri-insani və ya alçaldıcı rəftar, yaxud cəza və ya ölüm cəzası, yaxud da təqib edilmə kimi həqiqi təhlükəyə məruz
qalarsa; yaxud
(2) üçüncü dövlət
vətəndaşı və
ya vətəndaşlığı
olmayan şəxs təyinat dövlətində
və ya digər tranzit dövlətdə cinayət
məsuliyyətinə cəlb
edilərsə; yaxud
da
(3) ictimai sağlamlıq,
milli təhlükəsizlik, ictimai asayiş və ya Sorğu
edilən Razılığa
gələn Tərəfin
digər milli maraqları
əsasında.
4. Tranzit əməliyyatı
zamanı bu maddənin 3-cü hissəsində
qeyd olunan hallar yaranarsa və ya aşkarlanarsa,
yaxud da digər mümkün tranzit dövlətlərdən keçməyə
və ya təyinat dövləti tərəfindən readmissiyaya
zəmanət artıq
olmadıqda, Razılığa
gələn Tərəflər
verilmiş hər hansı icazəni ləğv edə bilərlər. Bu halda Sorğu edən Razılığa gələn
Tərəf üçüncü
dövlət vətəndaşını
və ya vətəndaşlığı olmayan şəxsi zəruri şəkildə
və yubanmadan geri götürür.
Maddə
13
Tranzit prosedur
1. Tranzit müraciəti Sorğu edən Razılığa gələn
Tərəfin səlahiyyətli
orqanı tərəfindən
Sorğu edilən Razılığa gələn
Tərəfin səlahiyyətli
orqanına poçt, faks və ya
elektron poçt vasitəsilə yazılı
formada birbaşa göndərilir. Sorğu edilən Razılığa
gələn Tərəfin
səlahiyyətli orqanı
tranzit müraciətini
qəbul etdikdən dərhal sonra müraciətin alınması
ilə bağlı təsdiq göndərir.
2. Tranzit müraciəti aşağıdakı məlumatları
əhatə edir:
(1) tranzitin növü (yalnız hava yolu ilə), mümkün olan digər tranzit dövlətləri və
müəyyən edilmiş
sonuncu təyinat məntəqəsi;
(2) aidiyyəti olan şəxs barədə xüsusi məlumat (məs., adı, soyadı, qızlıq soyadı, istifadə olunan/tanınan digər adları və ya təxəllüsləri,
doğulduğu tarix, cinsi və mümkün
olduqda, doğulduğu
yer, vətəndaşlığı,
dili, səyahət sənədinin növü
və nömrəsi);
(3) nəzərdə tutulan dövlət sərhədindən
buraxılış məntəqəsi,
ötürülmənin vaxtı
və müşayiətçilərdən
istifadənin mümkünlüyü;
4. Sorğu edən Razılığa gələn
Tərəfin bu Sazişin 12-ci maddəsinin
2-ci hissəsində göstərilən
şərtlərin yerinə
yetirilməsi və bu Sazişin 12-ci maddəsinin 3-cü hissəsinə
əsasən müraciətdən
imtinaya əsas verəcək səbəblərin
məlum olmaması barədə bəyanatı.
3. Tranzit müraciətləri
üçün istifadə
olunan ümumi forma bu Sazişin 6 saylı Əlavəsindəki
kimi verilmişdir.
4. Sorğu edilən Razılığa gələn
Tərəf müraciəti
aldıqdan sonra 5 (beş) iş günü ərzində Sorğu edən Razılığa gələn
Tərəfi dövlət
sərhədindən buraxılış
məntəqəsini və
nəzərdə tutulan
qəbuletmə vaxtmı
təsdiq edən qəbuletmə razılığı
barədə və ya qəbuletmədən imtina və belə imtinanın səbəbləri barədə
yazılı şəkildə
məlumatlandırır. 5 (beş) iş günü ərzində cavab olmadıqda, tranzit razılaşdırılmış
hesab edilir. Tranzit müraciətinə
cavab elektron poçt və ya faks ilə
təqdim edilə bilər.
5. Hava yolu ilə
tranzit əməliyyatında
readmissiya edilməli olan şəxs və mümkün müşayiətçilər hava limanı tranzit vizasını almaqdan azad edilirlər.
6. Sorğu edilən Razılığa gələn
Tərəfin səlahiyyətli
orqanları qarşılıqlı
məsləhətləşmələr şərtilə tranzit əməliyyatlarında xüsusilə
aidiyyəti olan şəxslərə nəzarət
və bu məqsədlə əlverişli
şərait yaratmaq vasitəsilə yardım edirlər.
7. Başqa hal razılaşdrılmadıqda aidiyyəti
şəxslərin tranziti
müraciətə razılıq
alındıqdan sonra
30 (otuz) gün ərzində həyata keçirilir.
Maddə
14
Nəqliyyat və tranzit xərcləri
1. Sorğu edən Tərəfin səlahiyyətli
orqanlarının readmissiya
edilməli olan şəxsdən və ya üçüncü tərəflərdən readmissiya
ilə bağlı xərclərin kompensasiyasını
almaq hüququna xələl gətirmədən,
bu Sazişə uyğun olaraq readmissiya və tranzit əməliyyatlarından
irəli gələn sonuncu təyinat dövlətinin dövlət
sərhədindən buraxılış
məntəqəsinə qədər
bütün nəqliyyat
xərcləri Sorğu
edən Razılığa
gələn Tərəf
tərəfindən ödənilir.
2. Bu Sazişin 11-ci maddəsində
göstərilən şəxslərin
readmissiyası və onların Sorğu edən Razılığa
gələn Tərəfin
Dövlətinin ərazisindəki
dövlət sərhədindən
buraxılış məntəqəsinə
qədər mümkün
müşayiəti ilə
bağlı xərclər
hərəkət və
ya hərəkətsizliyi
şəxsin yanlış
readmissiyasına səbəb
olan Tərəf tərəfindən ödənilir.
3. Bu maddənin 1-ci və 2-ci hissələrində göstərilən
xərclər çəkilmiş
xərcləri təsdiq
edən sənədlərin
alınmasından 30 (otuz)
təqvim günü müddətində ABŞ dolları
ilə ödənilir.
Maddə
15
Fərdi
məlumatların mühafizəsi
Fərdi
məlumat yalnız o halda verilir ki, vəziyyətdən asılı
olaraq bu məlumatın verilməsi
Razılığa gələn
Tərəflərin səlahiyyətli
orqanları tərəfindən
bu Sazişin həyata keçirilməsi
üçün zəruridir.
Hər bir ayrıca halda fərdi məlumatın təhlili və istifadəsi Razılığa
gələn Tərəflərin
daxili qanunvericiliyinə
uyğun həyata keçirilir. Əlavə
olaraq aşağıdakı
prinsiplər tətbiq
edilir:
(1) fərdi məlumat qərəzsiz və qanunvericiliyə uyğun təhlil edilməlidir;
(2) fərdi məlumat bu Sazişin həyata keçirilməsi
üçün müəyyən
edilmiş, aydın və qanuni məqsədlə toplanmalıdır
və bu məqsədə uyğun
olmayan şəkildə
nə ötürən,
nə də qəbul edən orqan tərəfindən artıq istifadə edilməməlidir;
(3) fərdi məlumat tələblərə uyğun,
işə aid olmalı və onun toplanması və ya sonrakı
təhlili məqsədi
üçün artıq
olmamalıdır; xüsusilə,
verilən fərdi məlumat yalnız aşağıdakıları ehtiva
edə bilər:
- readmissiya olunan, ötürülən və
ya tranzitlə ötürülən şəxs
barədə xüsusi
məlumat (məs., adı, soyadı, əvvəlki adı, istifadə olunan/tanınan digər adı və ya təxəllüsü,
cinsi, vətəndaşlıq
vəziyyəti, doğulduğu
tarix və yer, hazırkı və hər hansı əvvəlki vətəndaşlığı);
- pasport, şəxsiyyət
vəsiqəsi və ya sürücülük vəsiqəsi (nömrəsi,
etibarlılıq müddəti,
verilmə tarixi, verən orqan, verilən yer);
- səyahətdə dayanacaqlar
və marşrutlar;
- ötürülməli olan
şəxsin müəyyən
edilməsi və ya bu Sazişə
uyğun olaraq readmissiya tələblərini
yoxlamaq üçün
lazım olan digər məlumat;
(4) fərdi məlumat düzgün olmalı və zəruri halda yenilənməlidir;
(5) fərdi məlumat faktların yığılması
və ya onların sonrakı təhlili məqsədilə
tələb olunandan artıq olmamalı və yalnız məlumat subyektlərinin müəyyən edilməsinə
imkan verən formada saxlanılmalıdır;
(6) məlumatın təhlili bu maddənin müddəalarına uyğun
apanlmadıqda, xüsusilə
də məlumat qeyri-adekvat, aidiyyətsiz, qeyri-düzgün və ya onun təhlili
məqsədinə münasibətdə
həddən artıq
olduqda, məlumatları
mübadilə edən
səlahiyyətli orqanlar
fərdi məlumatın
müvafiq şəkildə
təshih edilməsi, silinməsi və ya bloklaşdırılmasını
təmin etmək üçün bütün
məqsədyönlü tədbirlər
görür. Bura məlumatın
təshih edilməsi, silinməsi və ya bloklaşdırılmasına
dair digər Razılığa gələn
Tərəfə bildirişin
verilməsi də daxildir;
(7) sorğu əsasında, məlumatı qəbul edən orqan təqdim edilmiş məlumatdan istifadə və onun nəticələri
barədə müraciəti
təqdim edən səlahiyyətli orqanı
məlumatlandırır;
(8) fərdi məlumat yalnız səlahiyyətli
orqanlara təqdim edilə bilər. Məlumatın sonradan digər orqanlara verilməsi məlumatı
təqdim edən orqanın əvvəlcədən
razılığını tələb edir;
(9) məlumatları mübadilə
edən səlahiyyətli
orqanların fərdi məlumatın təqdim edilməsi və qəbulunun yazılı qeydiyyatını aparmaq öhdəlikləri vardır.
Maddə
16
Səlahiyyətli orqanlar
1. Razılığa gələn
Tərəflər bu Sazişin icrası üçün aşağıdakı
orqanları səlahiyyətli
orqan təyin edirlər:
(1) Azərbaycan Respublikası
üçün:
Xarici İşlər Nazirliyi
Dövlət Miqrasiya Xidməti
Dövlət Sərhəd Xidməti
(2) Serbiya Respublikası üçün:
Readmissiya
müraciətlərinin təqdim
edilməsi və baxılması üçün
səlahiyyətli orqan:
Daxili İşlər Nazirliyi
İnzibati İşlər Direktoratlığı
Səyahət Sənədləri və
Readmissiya Departamenti
Readmissiya
sazişlərinin icrası
bölməsi və
Ötürülmələr və tranzitin icrası üçün səlahiyyətli
orqanlar:
Daxili İşlər Nazirliyi İnzibati İşlər
Direktoratlığı
Səyahət Sənədləri və
Readmissiya Departamenti
Ötürülmə, Tranzit və Miqrasiya Tətbiqi və Əməliyyat üzrə
Əməkdaşlıq bölməsi.
2. Razılığa gələn
Tərəflər bu Sazişin imzalandığı
gündən sonra 30 (otuz) təqvim günü ərzində
1-ci bənddə qeyd olunmuş səlahiyyətli
orqanlarının əlaqə
məlumatları barədə
bir-birlərinə diplomatik
kanallarla məlumat verirlər. Gələcəkdə
səlahiyyətli orqanlar
öz əlaqə məlumatlarının istənilən
dəyişikliyi barədə
bir-birlərini birbaşa
məlumatlandıracaqlar.
3. Razılığa gələn
Tərəflərin diplomatik
nümayəndəlikləri və konsulluqları bu Sazişin icrası ilə əlaqədar səlahiyyətli
orqanlara kömək üçün təyin olunmuşdurlar.
Maddə
17
Dövlət sərhədindən buraxılış məntəqələrinin
təyini
1. Razılığa gələn
Tərəflər readmissiya
və tranzit üçün aşağıdakı
dövlət sərhədindən
buraxılış məntəqələrini
təyin edirlər:
(1) Azərbaycan üçün:
Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı
(2) Serbiya üçün: Surcin, Belqrad (Belqrad Nikola Tesla Beynəlxalq
Hava Limanı)
2. Razılığa gələn
Tərəflər yaranan
ehtiyaca əsasən istisna hal kimi
müəyyənləşdiriləcək
digər dövlət
sərhədindən buraxılış
məntəqələrini təyin
edə bilərlər.
3. Razılığa gələn
Tərəflər bu maddənin 1-ci hissəsində
verilən dövlət
sərhədindən buraxılış
məntəqələrinin siyahısında edilən
hər hansı dəyişikliklərlə bağlı
dərhal bir-birini birbaşa səlahiyyətli
orqanlar vasitəsilə
məlumatlandırırlar.
Maddə
18
Birgə
readmissiya komitəsi
1. Razılığa gələn
Tərəflər bu Sazişin tətbiqi və təfsirində bir-birlərinə qarşılıqlı
yardım edəcəklər.
Bu məqsədlə, onlar
xüsusilə aşağıdakı
vəzifələrin yerinə
yetirilməsi üçün
birgə readmissiya komitəsi (bundan sonra - komitə) yaradırlar:
(1) bu Sazişin tətbiqinə nəzarət
etmək;
(2) bu Sazişin müddəalarının təfsiri
və ya tətbiqindən irəli gələn məsələləri
həll etmək;
(3) bu Sazişin vahid tətbiqi üçün zəruri
tədbirlərin həyata
keçirilməsi barədə
qərar qəbul etmək;
(4) bu Sazişə və onun Əlavələrinə
dəyişikliklər tövsiyə
etmək.
2. Komitənin qərarları
Razılığa gələn
Tərəflər üçün
məcburidir.
3. Komitə Razılığa
gələn Tərəflərin
nümayəndələrindən ibarətdir.
4. Komitə zəruri hallarda Razılığa gələn Tərəflərdən
birinin sorğusu əsasında iclas keçirir.
5. Komitə özünün
prosedur qaydalarını
müəyyən edir.
Komitə tərəfindən
həll edilə bilinməyən mübahisəli
məsələlər Razılığa
gələn Tərəflər
arasında məsləhətləşmələr
yolu ilə həll edilir.
Maddə
19
Sazişin icrası zamanı
yarana biləcək çətinliklərin nəzərə
alınması
Azərbaycan Respublikasının üzləşmiş
olduğu silahlı münaqişənin davam edən təsirləri bu Sazişin həyata keçirilməsi
zamanı nəzərə
alınacaqdır.
Maddə
20
Tətbiq
olunduğu ərazi
Bu Saziş Razılığa
gələn Tərəflərin
dövlətlərinin ərazisinə
münasibətdə tətbiq
edilir.
Maddə
21
Ünsiyyət dili
Bu Sazişin icrası üçün ünsiyyət
dili ingilis dili olacaqdır.
Maddə
22
Digər
beynəlxalq öhdəliklərlə
əlaqə
1. Bu Saziş Razılığa
gələn Tərəflərin
beynəlxalq hüquqdan,
o cümlədən onların
Dövlətlərinin üzv
olduqları beynəlxalq
konvensiyalardan irəli
gələn hüquq,
öhdəlik və məsuliyyətlərinə təsir
etmir.
2. Bu Sazişin heç bir müddəası şəxsin geri qaytarılmasına və ya Razılığa gələn Tərəflərin
Dövlətlərinin milli qanunvericiliyi ilə müəyyən edilən
qayıdış prosedurlarına
mane olmur.
Maddə
23
Əlavələr
Bu Sazişin bütün Əlavələri onun ayrılmaz hissəsini təşkil edir.
Maddə
24
Dəyişikliklər
Bu Sazişə Razılığa
gələn Tərəflərin
qarşılıqlı razılığı
ilə dəyişikliklər
edilə bilər. Belə dəyişikliklər
bu Sazişin ayrılmaz tərkib hissəsi olaraq ayrıca protokollar formasında rəsmiləşdirilir
və bu Sazişin 26-cı maddəsində
nəzərdə tutulan
qaydada qüvvəyə
minir.
Maddə
25
Müvəqqəti dayandırma
Hər bir Razılığa gələn Tərəf digər Razılığa
gələn Tərəfə
diplomatik kanallar vasitəsilə rəsmi bildiriş göndərməklə
bu Sazişin icrasını üçüncü
dövlət vətəndaşı
və ya vətəndaşlığı olmayan şəxslərə
münasibətdə təhlükəsizlik,
ictimai asayişin mühafizəsi, ictimai sağlamlıq və ya digər milli maraqlara əsasən qismən və ya tam olaraq müvəqqəti
dayandıra bilər. Dayandırma bu barədə diplomatik kanallar vasitəsilə yazılı bildirişin alındığı gündən
2 (iki) gün sonra qüvvəyə minir.
Razılığa gələn Tərəflər
daha sonra bu Sazişin icrasının müvəqqəti
dayandırılmasının ləğv edilməsi barədə bir-birini məlumatlandırırlar. Bu halda
bu Sazişin icrasının dayandırılmasının
ləğvi müvəqqəti
dayandırmanın ləğvi
barədə diplomatik
kanallar vasitəsilə
yazılı bildirişin
alındığı gündən
2 (iki) gün sonra qüvvəyə minir.
Maddə
26
Qüvvəyəminmə, müddət və ləğvetmə
1. Bu Saziş onun qüvvəyə minməsi
üçün zəruri
olan dövlətdaxili
prosedurların yerinə
yetirilməsi barədə
Razılığa gələn
Tərəflərin sonuncu
yazılı bildirişinin
diplomatik kanallar vasitəsilə alındığı
tarixdən sonrakı ikinci ayın birinci günü qüvvəyə minir.
2. Bu Saziş qeyri-müəyyən
müddətə bağlanılır.
3. Hər bir Razılığa
gələn Tərəf
istənilən vaxt digər Razılığa
gələn Tərəfə
bu Sazişi ləğv etmək niyyəti ilə bağlı diplomatik kanallar vasitəsilə yazılı şəkildə
məlumat verə bilər. Ləğvetmə
belə bildirişin alınması tarixindən
3 (üç) ay sonra
qüvvəyə minir.
Belqrad şəhərində 23 noyabr
2022-ci ildə, hər
biri Azərbaycan, serb və ingilis
dillərində olmaqla,
iki əsl nüsxədə imzalanmışdır,
bütün mətnlər
bərabər autentikdir.
Bu Sazişin müddəalarının
təfsiri zamanı fikir ayrılığı
yarandığı təqdirdə,
ingilis dilindəki mətndən istifadə olunur
Azərbaycan Respublikası
Hökuməti adından
(imza)
Serbiya Respublikası
Hökuməti adından
(imza)
Əlavə 1
Vətəndaşlığın sübutu
hesab edilən sənədlərin ümumi
SİYAHISI
(Sazişin 2(1) və 6(1) maddələri)
Müraciət edilən dövlət
Azərbaycan Respublikasıdırsa:
- bütün növ pasportlar (ümumvətəndaş
pasportları, diplomatik
pasportlar və xidməti pasportlar);
- dənizçinin şəxsiyyət
vəsiqəsi istisna olmaqla, hər hansı növ şəxsiyyət vəsiqələri.
Müraciət edilən dövlət
Serbiya Respublikasıdırsa:
- bütün növ pasportlar (milli pasportlar, diplomatik pasportlar, xidməti pasportlar);
- bütün növ şəxsiyyət vəsiqələri.
Əlavə 2
Vətəndaşlığın ilkin baxış nəticəsində
əldə olunmuş
(prima facie) dəlili hesab
edilən sənədlərin
ümumi
SİYAHISI
(Sazişin 2 (1) və 6 (2) maddələri)
- Əlavə 1-də sadalanan
etibarlılıq müddətinin
bitmə tarixi 6 aydan çox olmayan sənədlər;
- Əlavə 1-də sadalanan
sənədlərin hər
hansı birinin surətləri;
- rəqəmsal barmaq izləri və digər biometrik informasiya;
- Sorğu edilən Razılığa gələn
Tərəfin səlahiyyətli
qurumu tərəfindən
verilən müvəqqəti
və ilkin milli kimlik vəsiqəsi;
- hərbi kimlik vəsiqələri və
hərbi kitabçalar;
- dənizçinin qeydiyyat kitabçası, kapitanın
xidmət kartı, dənizçinin şəxsiyyət
vəsiqəsi;
- vətəndaşlıq faktını
göstərən vətəndaşlıq
şəhadətnamələri və digər rəsmi sənədlər;
- sürücülük vəsiqələri
və ya onların surətləri;
- doğum haqqında şəhadətnamələr və
ya onların surətləri;
- vətəndaşlığı müəyyən etməyə
imkan verən hər hansı digər rəsmi sənəd;
- səlahiyyətli orqanlar tərəfindən hazırlanan
rəsmi protokol hesabatına daxil edilmiş, Sorğu edilən Razılığa
gələn Tərəfin
səlahiyyətli orqanları
tərəfindən əsaslandırılan
aidiyyəti olan şəxsin və ya həqiqi şahidin ifadəsi;
- aidiyyəti olan şəxsin ifadəsi, onun danışdığı,
o cümlədən rəsmi
dil testlərinin nəticələri vasitəsilə
müəyyən edilmiş
dili;
- Viza İnformasiya Sistemində axtarış
nəticəsində şəxsiyyətin
təsdiqi;
- Viza İnformasiya Sistemindən istifadə etməyən dövlətə
münasibətdə, həmin
dövlətin vizası
üçün edilmiş
müraciətin qeydiyyat
sistemi əsasında şəxsiyyətin və
vətəndaşlıq mənsubiyyətinin
təsdiqi;
- “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış Sistemi”ndə (İAMAS) aparılmış axtarış nəticəsində şəxsiyyətin və vətəndaşlıq mənsubiyyətinin təsdiqi.
Azərbaycan Respublikasının Qanunvericilik
toplusu .-
2023.- mart, ¹ 3.- S.796-819.