Regionlarda İKT sürətlə inkişaf edir

 

Hacıqabul rabitəsi

 

Hacıqabul bu gün ölkənin sürətlə inkişaf edən rayonları arasında ön sırada durur. Ölkə başçısı cənab İlham Əliyevin Hacıqabula səfərləri rayon ictimaiyyətində böyük ruh yüksəkliyi yaratmış, onların işləmək əzmini daha da artırmışdır. Yeni obyektlərin istifadəyə verilməsi, aparılan abadlıq işləri, parkların, yaşıllıq zolaqlarının salınması, küçələrin asfalt örtüyünün dəyişməsi rayonun yeni simasını müəyyən etmişdir. Hacıqabulda bütün sahələrdə olduğu kimi informasiya texnologiyaları poçt rabitəsi sahəsində dinamik inkişafa şahid olmaq mümkündür.

 

İnformasiya kommunikasiya texnologiyaları

 

Bu gün bütün bölgələrdə olduğu kimi Hacıqabulda informasiya texnologiyaları digər sahələrə sürətlə inteqrasiya edir. Bu mənada Hacıqabul TKQ-nin həyata keçirdiyi işləri qeyd etmək lazımdır. Hacıqabul Telekommunikasiya Qovşağının rəisi Asif Məmmədov bizimlə söhbətində bildirdi ki, RİTN “Aztelekom” İB rayon icra hakimiyyətinin böyük dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində ötən il rayonun Atbulaq, Qubalıbaloğlan, Talış, Muğan kəndlərinin hər birində 256 nömrə tutumlu, Əllətli kəndində 16, Tava Padar kəndlərinin hər birində 32 nömrə tutumlu elektron ATS-lər quraşdırılaraq istifadəyə verilmişdir. Qeyd olunan kəndlər üzrə daxili şəbəkə tikilərək abunəçilərin istifadəsinə verilmişdir. Əlavə olaraq Rəncbər, Nəvahi Kolanı kəndlərində əhalinin telefona olan tələbatı artdığından mövcud stansiyaların tutumu Rəncbər kəndində 270, Nəvahi Kolanı kəndlərinin hər birində 50 nömrə genişləndirilmişdir.

 

Keyfiyyətli sürətli internet

 

Sözügedən kəndlərdə elektron ATS-lərin quraşdırılması həmin ATS-lərin Hacıqabul rayon mərkəzi EATS-in üzərindən ötürülməsi üçün əlavə kanal artırmaq məqsədilə Rəncbər, Nəvahi, Meyniman Kolanı kənd EATS-də əlavə SDN avadanlıqları quraşdırılmışdır. Qeyd olunan kəndlər üzrə Nəvahi kəndində 1,2 km, Muğan kəndində 1,4 km, Talış kəndində 1,7 km, Qubalıbaloğlan kəndində 6,3 km olmaqla ümumilikdə ötən il ərzində istifadəyə verilən stansiyalar üzrə 10,6 km məsafədə birləşdirici fiber-optik kabel xətləri çəkilmişdir.

Rayonda Mərkəzi EATS-də genişzolaqlı internet (ADSL)şəbəkəsi yaradılmışdır ki, vətəndaşlar, idarə müəssisələr bu xidmətlərdən yetərincə faydalana bilərlər. Bu il ərzində qovşaq tərəfindən həyata keçirilən tədbirlər nəticəsində kənd sakinləri bu xidmətdən yararlana biləcək. Bundan əlavə, rayonda əhalinin təşkilatların rahatlığının təmin olunması məqsədilə Hacıqabul TKQ-nin abunə şöbəsində internet əvvəlcədən ödəniş kartlarının satışı təmin olunmuşdur.

Rayon mərkəzində material sərf olunmadan boş cütlüklərdən istifadə etməklə 120 nömrə çəkilib istifadəyə verilmişdir.

Göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə rayon icra hakimiyyətinin inzibati binasına, polis şöbəsinə Beynəlxalq bankın yerli şöbəsinə fiber optik kabel xətləri çəkilmişdir.

 

Yeni nailiyyətlər

 

A.Məmmədov daha sonra bildirdi ki, “AztelekomİB-nin rayon icra hakimiyyətinin dəstəyi ilə bu il rayonun Cəyirli yaşayış massivində 720 nömrə tutumlu yeni elektron ATS-in qurulması planlaşdırılır. Qovşaq tərəfindən aparılan təxirəsalınmaz tədbirlər nəticəsində rayonun Nəvahi qəsəbəsində 128, Qarasu kəndində 15 km FO kabelinin çəkilməsi 512 nömrə tutumlu elektron ATS-lərin qurulması işləri həyata keçirilir.

Rəis qazanılan nailiyyətlərlə qürrələnmədiklərini bildirərək görüləsi işlərin daha çox olduğunu bildirdi. kollektivin səyi ilə bütün qarşıda duran məsələləri yüksək səviyyədə yerinə yetirəcəklərini dedi.

A.Məmmədov onlara yaradılan şəraitə görə RİTN “Aztelekom”İB-nin rəhbərliyinə dərin minnətdarlığını bildirərək bu il ərzində əhaliyə daha keyfiyyətli rabitə xidməti göstərilməsi məqsədilə üzərlərinə düşən işi layiqincə yerinə yetirəcəklərini əminliklə qeyd etdi.

 

Poçt

 

Hacıqabulda informasiya kommunikasiya texnologiyaları sahəsi ilə yanaşı, poçt rabitəsi günü-gündən inkişaf edir. Bu sahənin daha da inkişaf etdirilməsi, xidmət çeşidinin artırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Xidmət keyfiyyətinə görə əhalinin razılıqla qarşıladığı poçt rabitəsi işçiləri xidmətdə insan faktorunu əsas amil kimi önə çəkərək işlərini günün tələbləri səviyyəsində qururlar. Hacıqabul Poçtamtının yerləşdiyi rabitə evi müasir standartlara uğun şəkildə alkopanla üzlənmiş, normal estetik vəziyyətdədir.

 

Müasir poçt

 

Hacıqabul Poçt Filialının rəisi Rövşən Həsənov RİTN “AzərpoçtMMC-nin rayon icra hakimiyyətinin böyük dəstəyi ilə mərkəzlə yanaşı, kəndlərdə poçtun inkişaf etdirilməsi, əhaliyə müasir xidmətləri göstərmək üçün tədbirlər həyata keçirildiyini bildirdi. Filial rəisi bizimlə söhbətində dedi ki, poçtamt bir mərkəz, şəhər 1 saylı Atbulaq, Nəvahi, Rəncbər, Qubalıbaloğlan, Udulu, Muğan, Qarasu, Padar, Abdulabad, Talış, Meyniman kənd poçt şöbələri ilə əhaliyə xidmət edir. Poçtamtın bütün poçt şöbələri müasir üslubda tikilmiş binalarda yerləşir. Poçtamt rayon əhalisinə 23 adda ənənəvi qeyri-ənənəvi poçt xidməti göstərir. Ənənəvi poçt xidməti kimi sadə, sifarişli məktubların qəbulu çatdırılması, bağlamaların, pul baratlarının, qiymətli məktub banderolların, teleqramların qəbulu, çatdırılması s. xidmətləri göstərmək olar. Qeyri-ənənəvi poçt xidməti kimi əhalidən telefon, enerji, qaz su haqlarının toplanması yığılmış vəsaitin həmin idarələrin hesabına köçürülməsi.

 

Qeyri-ənənəvi xidmət genişlənir

 

Hal-hazırda rayon mərkəzinə SMART-kart tipli sayğaclara keçdikdən sonra Hacıqabul Poçt Filialı ilə rayon paylayıcı elektrik şəbəkəsi arasında mövcud müqaviləyə uyğun olaraq elektrik şəbəkəsinə filialın mərkəzi 1 saylı poçt şöbələrində 1 işçi yeri icarəyə verməklə enerji haqlarının toplanması kartlara yüklənməsi həyata keçirilir. Bundan əlavə, texnologiyanın inkişafı ilə əlaqədar əhalidən toplanan qaz haqları MHM-in kompyuter terminalından istifadə edilməklə abunəçinin öz kodu əsasında onun hesabına ödənilir.

R.Həsənov daha sonra bilirdi ki, MHM- bağlı poçtamtın problemi ondan ibarətdir ki, həmin mərkəzin xidməti yalnız mərkəzi poçt şöbəsində mövcud olduğu üçün bütün poçt şöbələrinin işləri mərkəzdə həyata keçirilir. Faktiki olaraq poçtamtın ən böyük gəlirli poçt şöbələrindən olan şəhər 1 saylı poçt şöbəsi kompyutersizdir, əgər şöbə kompyuterlə təchiz olunsa bu daha səmərəli olar.

 

Nailiyyətlər artır

 

2010-cu ildə daha həvəslə işə başlayan poçtamtın kollektivi daha böyük nailiyyətlər əldə etmək üçün səylərini artırıblar. Bunun nəticəsidir ki, kollektiv 1-ci rübün plan tapşırıqlarını 127 faiz yerinə yetirmişdir.

2009-cu ilin 1-ci rübü ilə 2010-cu ilin 1-ci rübünü müqayisəli şəkildə göstərsək aydın görünər ki, ötən ilin 1-ci rübündə 41300 manat pul baratı vətəndaşlara ödənildiyi halda, bu ilin müvafiq dövründə həmin rəqəm 55575 manat olmuş, əhalidən qəbul edilən pul baratı ötən ilin 1-ci rübündə 45760 manat olduğu halda, cari ilin 1-ci rübündə bu rəqəm 94173 manat olmuşdur. Enerji haqlarının yığımını müqayisə etdikdə ötən ilin 1-ci rübü üçün 362100 manat olduğu halda, 2010-cu ilin 1-ci rübündə bu rəqəm 649266 manat olmuşdur. Bütün xidmət növlərində ötən ilin müqayisəsində artım vardır ki, bu da filial işçilərinin öz işlərinə olan doğma münasibətindən irəli gəlir.

R.Həsənov daha sonra bildirdi ki, hər ay 1 dəfə olmaqla keçirilən kollektiv toplantısında qarşıda duran məsələlər müzakirə edilir. O bütün nailiyyətlərin qazanılmasında kollektivin əməyini çox yüksək dəyərləndirdi. Verilən tapşırıqların vaxtında yüksək səviyyədə icrası sonda nailiyyət sırasına daha bir nailiyyətin yazılması ilə nəticələnir. Filial rəisi onların qarşısında daha böyük uğurların durduğunu bildirərək onlara yaradılan şəraitə görə RİTN “AzərpoçtMMC-nin rəhbərliyinə təşəkkürünü bildirdi bundan sonra da bütün qüvvələrinin səfərbər olacağını dedi.

 

 

Rəvan Soltanov

 

Rabitə dünyası.- 2010.- 30 aprel.- S.7.