Regionlarda İKT sürətlə inkişaf edir

 

Cəlilabad rabitəsi

 

Bu gün Azərbaycanın bir çox rayonları kimi Cəlilabad da sürətlə inkişaf edir. Bu günlərdə ölkə başçısı İlham Əliyev cənabları rayona səfəri zamanı orada aparılan quruculuq yenidənqurma işlərini yüksək dəyərləndirmişdir. Hazırda rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda aparılan köklü islahatlar nəticəsində rabitə sektorunda da mühüm addımlar atılmışdır.

 

İnformasiya kommunikasiya texnologiyaları

 

Bu barədə qəzetimizə açıqlama verən Cəlilabad TKQ-nin rəisi Cəbrayıl Vəliyevin bildirdiyinə görə Cəlilabad TKQ tərəfindən aparılmış işlər nəticəsində rayonda informasiya texnologiyalarının inkişafı istiqamətində xeyli işlər görülmüşdür. Əvvəllər tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalan rayon rabitəsi hazırda dirçəlməkdədir.

 

İnkişaf edən kənd rabitəsi

 

Belə ki, RİTN “Aztelekom” İB-nin dəstəyi ilə qovşaq tərəfindən əhalinin tələbatına uyğun olaraq rayonun Şatırlı, Cəlayır, Ləkin, Uzuntəpə, Alar, Şiləvəngə kəndlərinin hər birində elektron ATS-lər qurulmuşdur. Qovşaq tərəfindən aparılmış işlər nəticəsində telefonlaşdırılması çətin olan əhalisinin sayı az olan yaşayış məntəqələrində mini EATS-lər qurulmuşdur.

Qovşaq üzrə bu ilin I rübündə tarif gəliri 129.0 min manat proqnoza qarşı 129.5 min manat, yəni 100.5% icra olunmuş, 2.1 min manat mənfəət əldə edilmişdir. Əhaliyə 46 ədəd CDMA telefonu satılmış, bununla CDMA abunəçilərinin sayı 408 ədəd olmuşdur. Əhaliyə göstərilmiş servis xidmətlərinin həcmi 6.1 min manata qalxmışdır.

 

İnternet istifadəçilərinin sayı artır

 

Cəlilabad TKQ-nin informasiya kommunikasiya texnologiyaları sahəsində uğurlarını qeyd etmək olar. Belə ki, bu sahənin inkişaf etdirilməsi istiqamətində qovşaq tərəfindən əməli tədbirlər həyata keçirilmişdir. Belə ki, “İskrateltipli Mərkəzi EATS-ə 48 yerlik geniş zolaqlı internetə çıxış üçün DSLAM avadanlığı quraşdırılmış istifadəçilər bu imkanlıqdan geniş şəkildə yararlanırlar.

Bundan başqa, digər provayderlərin fəaliyyətini genişləndirməsi üçün hər bir imkan yaradılmışdır ki, bunun da nəticəsində hazırda DATAPLUS internet abunəçilərinin sayı 63 abonentə çatdırılmışdır.

İki yeni elektron ATS-in alınması üçün bütün sənədləşmə işləri aparılmış bu yaxınlarda Cəngan Astanlı kəndlərində stansiyanın quraşdırılma işləri yekunlaşmış bu günlərdə sakinlərin istifadəsinə verilmişdir.

 

Şəbəkə tamamilə elektronlaşacaq

 

C.Vəliyev daha sonra bildirdi ki, həyata keçiriləcək tədbirlər nəticəsində Sərhədabad, Hamarqışlaq, Xənagah, Gülməmmədli, Komanlı Üçtəpə kəndlərində analoq tipli ATS-lər II rüb ərzində EATS- əvəz ediləcəkdir şəbəkənin ilin sonuna kimi tam elektronlaşmasının başa çatdırılması təmin olunacaqdır.

Telekommunikasiya qovşağının rəisi C.Vəliyev onlara yaradılan şəraitə görə RİTN “Aztelekom”İB-nin rəhbərliyinə dərin minnətdarlığını bildirərək bu il ərzində əhaliyə daha keyfiyyətli rabitə xidməti göstərilməsi məqsədilə üzərlərinə düşən işi layiqincə yerinə yetirəcəklərini əminliklə bildirdi.

 

Poçt

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının diqqət qayğısı sayəsində sürətlə inkişaf edən informasiya kommunikasiya, o cümlədən poçt rabitəsi ən yeni texnologiyaların tətbiqi ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bütün bölgələrdə olduğu kimi Cəlilabadda informasiya kommunikasiya texnologiyaları ilə yanaşı poçt rabitəsi sahəsi sürətlə inkişaf edib. Respublikamızın bütün bölgələrində, o cümlədən Cəlilabadda poçtamtın inzibati binası müasir standartlara uyğun təmir edilmiş, yeni poçt şöbələri tikilmiş, xidmət keyfiyyəti bir qədər artmışdır. Bu sahədə görülən işlər, əldə olunan nəticələr haqqında oxucularımıza geniş məlumat verən Cəlilabad Poçt Filialının rəisi Fadail Əmiraslanov ilk öncə əldə edilən nailiyyətlərin qazanılmasında RİTN “Azərpoçt”MMC rayon icra hakimiyyətinin başçısı Ə.Əzizovun böyük köməkliklərini xüsusi qeyd edərək daha böyük nailiyyətlər əldə etmək üçün bütün kollektivin səfərbər olunduğunu bildirdi.

 

Uğurlu inkişaf

 

Rabitə İnformasiya Texnologiyaları NazirliyiAzərpoçt”MMC-nin diqqət qayğısı sayəsində poçtamt daha böyük uğurlar əldə etməsi üçün bütün qüvvələrini səfərbər edib. Belə ki, poçtamt tərəfindən əhaliyə göstərilən xidmət keyfiyyəti xeyli artırılıb. Onlara yeni xidmətlərin təqdim edilməsi üçün əməli tədbirlər həyata keçirilir. Bunun səbəbidir ki, əhalidə poçta inam daha da artıb. Poçtamt tərəfindən bu ilin 4 ayında kommunal xidmət haqları artıqlaması ilə yığılmışdır.

Kollektiv bu ilin 4 ayı ərzində ümumi tarif gəliri proqnozunu 40900 manata qarşı 44821 manat, yəni 109.5 pullu xidmət proqnozu isə müvafiq olaraq 32020 manata qarşı 44479 manat, yəni 138.9 faiz artıqlaması ilə yerinə yetirilmişdir. F.Əmiraslanov sözünə davam edərək bildirdi ki, son illər filialın tabeçiliyində olan Şəhər-12 Şəhər-2 saylı poçt şöbələri müasir standartlara cavab verəcək səviyyədə tikilərək əhalinin istifadəsinə verilmişdir. Poçt şöbələriAzərpoçt”MMC tərəfindən yeni kompyuter avadanlıqları ilə təmin edilmişdir. Cəlilabadda olarkən sözügedən poçt şöbələrində olub xidmət keyfiyyəti ilə maraqlandıq. Poçt şöbəsində sakinlərə xidmət göstərmək üçün hər bir şərait var idi. Söhbətləşdiyimiz rayon sakinləri poçt şöbəsinin xidmətindən razı olduqlarını bildirdilər.

Son beş il ərzində Göytəpə şəhər, Komanlı, Privolnoye, Uzuntəpə, Qarazəncir, Sabirabad, Alar, Günəşli, Üçtəpə, Gülməmmədli, Qarakazımlı, Xənagah Cəngah kənd poçt şöbələri tikilərək əhalinin istifadəsinə verilmişdir. Hazırda Astanlı poçt şöbəsinin yeni binasının tikinti-quraşdırma işləri uğurla davam etdirilir qısa müddət ərzində əhalinin istifadəsinə verilmişdir.

Dünya Bankı ilə Azərbaycan Hökuməti arasında imzalanmışMaliyyə xidmətlərinin inkişafılayihəsinə uyğun olaraq poçt filialı tərəfindən kəndlərdə icmal poçt şöbələri yaradılmışdır. Bu şöbələr tərəfindən əhaliyə yüksək səviyyədə bank xidmətləri göstərilməsi üçün əməli tədbirlər görülmüşdür.

 

Xidmət keyfiyyəti daha da artırılır

 

Poçtamt rəisi bildirdi ki, şöbələr arasında aparılmış təhlillər onların nəticələrinin müzakirə olunması onlarda işə olan məsuliyyəti daha da artırmış, poçt şöbələrinin kollektivləri yüksək göstəricilərə nail olmuş bunun nəticəsində göndərişlərin xüsusi çəkisinin artırılması ilə yanaşı, çatdırma tezliyini təmin etmiş, əhaliyə xidmət mədəniyyətini genişləndirmişlər.

Belə ki, ötən illərlə müqayisədə poçt rabitəsi xidmətləri hər gün artmaqda davam edir. Əhalidən qəbul edilən bağlamaların, banderolların məktubların sayı artmışdır. Daxili beynəlxalq pul baratlarının sayı demək olar ki, hər gün artmaqda davam edir. F.Əmiraslanov daha sonra qeyd etdi ki, rayon rabitəçiləri rayonda yerləşən N saylı hərbi hissənin əsgərlərinə yüksək səviyyədə bütün poçt rabitəsi xidmətləri göstərir. Onlara göndərilən bağlamalar, moniqramlar yüksək səviyyədə olmaqla vaxtlı-vaxtında sahiblərinə çatdırılır.

Ənənəvi xidmətlərlə yanaşı, qeyri-ənənəvi xidmətlər genişləndirilir. Hazırda rayon mərkəzində smart-kart sayğacları quraşdırılması ilə əlaqədar Cəlilabad Poçt Filialı ilə rayon Paylayıcı Elektrik Şəbəkəsi arasında mövcud müqaviləyə uyğun olaraq filialın mərkəzi şəhər-1 saylı poçt şöbələrində 1 işçi yeri icarəyə verməklə enerji haqlarının toplanması kartlara nağd pul vəsaitinin yüklənməsi həyata keçirilir.

Filialda kadrların seçilib yerləşdirilməsi, habelə gənc kadrların maddi-məsul vəzifələrə irəli çəkilməsinə xüsusi diqqət yetirilir bu tədbir lazımi səmərə verir.

Qazanılan uğurlarda, əldə olunan nəticələrdə kollektivin əməyini xüsusi vurğulayan F.Əmiraslanov sonda dedi: ”Daim inkişaf edən Azərbaycan poçtu çiçəklənmə dövrünü yaşamaqdadır. İnanırıq ki, sabahı bu gündən inkişaflı olacaq. Kollektiv şəkildə rəhbərliyin etimadını doğruldaraq bundan sonra da öz vəzifə öhdəliklərimizi layiqincə yerinə yetirərək əhaliyə nümunəvi xidmət göstərəcəyik

 

 

Soltanov Rəvan

 

Rabitə dunyası.- 2010.- 4 iyun.- S.4.