Bakının kənd və qəsəbələrində müasir rabitə

 

Xəzər rabitəsi

 

Ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” nın icrası istiqamətində bütün sahələrdə olduğu kimi rabitə və informasiya texnologiyaları sahəsində davamlı tədbirlər həyata keçirilir. Bunun məsuliyyətini dərindən dərk edən rabitəçilər verilən tapşırıqların ən qısa vaxt ərzində yüksək səviyyədə icrası üçün mütərəqqi addımlar atmaqdadır.

 

Xəzər Telefon Qovşağı

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin(BTRİB) Bakı şəhərində informasiyakommunikasiya texnologiyalarının inkişafı ilə əhaliyə müasir telefon rabitəsi xidməti ilə yanaşı digər multimedia xidmətləri də təqdim etmək üçün həyata keçirdiyi tədbirlər uğurlu nəticələr verməkdədir. Bu uğurlu layihələr Bakının ən ucqar kənd və qəsəbələrini də əhatə etməklə yeni bir şəbəkənin əsası qoyulmuşdur. BTRİB Xəzər TQ-nin xidmət ərazisini əhatə edən yaşayış məntəqələri də ən yüksək tələblərə cavab verən yeni texnologiyalar əsasında qurulmuş rabitə xidmətləri ilə təmin edilmişdir. Xəzər TQ-nin rəisi Cavid Həsənov bizimlə söhbətində bildirdi ki, BTRİB-in onlara göstərdiyi böyük köməkliklər sayəsində qovşaq xidmət ərazisinə aid kənd və qəsəbələrdə sakinlərin mənzillərinin telefonlaşdırılması, onların tələbatına uyğun rabitə xidmətinin təşkili, müasir internetmultimedia xidmətlərinin təşkili ən yüksək səviyyədə təmin olunmuşdur. Onun sözlərinə görə, həyata keçirilmiş layihələr nəticəsində Türkan, Albalılıq Elektron Avtomat Telefon Stansiyaları (EATS) dəyişdirilərək müasir standartlara cavab verən EATS-lərlə əvəzlənmişdir. Əhalini daha dayanıqlı, daha keyfiyyətli rabitə xidmətləri ilə təmin etmək üçün EATS-454-dən Türkan-Hövsan istiqamətində fiber-optik kabel xətti çəkilərək kənd Qala, stansiya Qala, Türkan, Türkan üzümçülük EATS-ləri optik şəbəkəyə qoşulmuşdur. Bu kənd EATS-lərinin alternativ rabitəsinin təşkili üçün STM-1 avadanlığı quraşdırılmış və istifadəyə verilmişdir.

C.Həsənov bildirdi ki, BTRİB Bakı şəhərində müasir rabitə sistemi ilə yanaşı, genişzolaqlı internet şəbəkəsinin də inkişafını ön planda tutduğu üçün birliyin bu xidmətdən istifadə edənlərin sayının artırılması tələbi qovşaq tərəfindən yüksək səviyyədə icra edilir. Bu sahədə həyata keçirilən təbliğatın nəticəsidir ki, bu gün qovşaq üzrə abunəçilərin genişzolaqlı internet xidmətinə qoşulması üçün optik kabel vasitəsilə DSLAM avadanlıqları quraşdırılmış və Mərdəkan, Hacı Mövlan, ONU-1, Buzovna, Bilgəh,Albalılıq, Binə, Hövsan südçülük, Zirə, Pirallahı, Şağan, Şimal DRES, Türkan, Qala Hərbi hissə, Qala kənd, Qala stansiya EATS-ləri üzrə 3032 port abunəçilərin istifadəsinə verilmişdir.

Qovşağın ərazisində İAD avadanlığından istifadə etməklə avunəçilərə müasir multimedia xidmətləri təklif olunur.Hal-hazırda Şüvəlan Ticarət Mərkəzində 3 ədəd 32 portluq, Binə Atçılıq Klubuna 1 ədəd 8 portluq, Bilgəhdə 1 ədəd 8 portluq, Mərdəkanda 2 ədəd 8 portluq. Şağanda 1 ədəd 4 portluq, Albalılıqda 1 ədəd 8 portluq İAD avadanlıqları quraşdırılıb abunəçilərin istifadəsinə verilmişdir.

Qovşaq tərəfindən Zirə kəndində, Pirallahı qəsəbəsində hava rabitə xətləri texniki normalara gətirilmiş,digər ərazilərdə uyğun tədbirlər davam etdirilir.

Nəzərdə tutulan planlardan danışan rəis qeyd etdi ki, Dübəndi massivində elektron ATS-in tikilməsi planlaşdırılır ki, bu da telefona olan tələbatın ödənilməsi istiqamətində atılan növbəti addımdır. Bundan başqa, sakinlərin daha keyfiyyətli rabitə, yüksək sürətli internet xidmətləri ilə təmin olunması istiqamətində aparılan işlərin tərkib hissəsi olaraq Zirə-Pirallahı istiqamətində fiber-optik kabelin çəkilməsi planlaşdırılır.

Qovşaq tərəfindən telefonların fasiləsiz işinin təmin olunması daim diqqət mərkəzindədir. İnsan faktoru daim rəhbər tutulduğundan işçilərlə abunəçilərin davranışı, onların problemlərinin vaxtında icrası təmin edilir.

Qovşağın inzibati binasının həyətində binanın qarşısındakı bağda səliqə-sahman işləri xüsusi diqqəti cəlb edərək ora gələnlərdə xoş ovqat yaradır.

C.Həsənov sonda BTRİB-in rəhbərliyinin onlar qarşısında qoyduğu bütün tapşırıların öhdəsindən kollektivin səyi ilə gələcəklərini əminliklə bildirərək yaradılan şəraitdən maksimum istifadə edərək kənd qəsəbələrdə daha dayanıqlı, daha keyfiyyətli rabitə xidmətləri təqdim etmək üçün bütün bacarıqlarını əsirgəməyəcəklərini söylədi.

 

4 saylı Poçt Filialı

 

Bakının kənd və qəsəbələrində informasiyakommunikasiya texnologiyalarının inkişafına paralel olraq müasir poçt rabitəsinin yaradılması işləri də həyata keçirilmişdir. Xidmət keyfiyyətinin artırılması, əhaliyə ən yeni xidmətlərin təqdimi poçt rabitəsini əhaliyə bir qədər də yaxınlaşdırmışdır. “Azərpoçt” MMC-nin həyata keçirdiyi tədbirlər nəticəsində Xəzər rayonunda da bu istiqamətdə böyük uğurlar əldə edilmişdir. Filialın rəisi Arif Maqsudov bizimlə söhbətində bildirdi ki, müəssisənin 4 saylı Poçt Filialı tərəfindən 1 müştəri xidmətləri, 25 poçt şöbəsi və 5 poçt agentliyi tərəfindən əhaliyə keyfiyyətli poçt rabitəsi xidməti göstərilir. 4 saylı Poçt Filialının rəisi Arif Maqsudovun bildirdiyinə görə filialın 20 poçt şöbəsi və 1 Müştəri Xidmətləri şöbəsi bank və maliyyə xidmətləri göstərilməsi üçün Colvir sisteminə qoşulmuşdur.

Filialın kollektivi əhaliyə göstərilən xidmətlərin çeşidini keyfiyyətini yüksəltməklə 2010-cu ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə tarif gəlirində 123300 manat artıma nail olmuşdur. Belə ki,pul baratlarının qəbulundan 11870 manat, qiymətli məktub, banderol kiçik paketlərin qəbulundan 380 manat, bağlamaların qəbulundan 3960 manat, telefon abunə haqlarının yığımından 440 manat, elektrik enerjisi haqlarının yığımından 12340 manat, qazdan istifadə haqlarının yığımından 22640 manat, sudan istifadə haqlarının yığımına görə 380 manat digər kommersiya xidmətlərindən 71290 manat əlavə gəlir əldə olunmuşdur ki, bu da gəlirlərin 23,8 faiz artması deməkdir.

Filialın bütün poçt şöbə agentliklərinin estetik vəziyyəti günün tələbləri səviyyəsindədir. Şöbə və agentliklər kompyuter və digər avadanlıqlarla təmin olunmuşdur.

Filial üzrə bank maliyyə xidmətlərinin göstərilməsinə başlanılmış, ilkin olaraq valyuta mübadiləsinin aparılmasına start verilmişdir. Bu məqsədlə müştəri xidmətləri şöbəsində pul vəsaitlərinin saxlanması üçün bunker tikilmişdir.

Filialın avtonəqliyyat vasitələrinin daima işçi vəziyyətdə saxlanılması onların fasiləsiz işinin təmin edilməsiAzərpoçt” MMC-nin daim diqqət mərkəzindədir bu məqsədlə filiala yeni avtomaşınlar da verilmişdir. Poçtamtda nizam-intizam, işçilərin işə davamiyyəti, onların əhali ilə davranışı xüsusi diqqət mərkəzində saxlanılır, istismar fəaliyyəti zamanı yol verilən nöqsanlar minimuma endirilmişdir.

Filialın rəhbəri Arif Maqsudov Yeni Azərbaycan Partiyasının filial üzrə sədridir rəhbərlik etdiyi filialda gənclərin YAP sıralarına keçirilməsi sahəsində çox görmüşdür. Hazırda poçtamtda YAP-a üzv olanların sayı artmaqdadır.

A.Maqsudov sonda əminliklə bildirdi ki, 4 saylı Poçt Filialının əmək kollektivi baş idarə tərəfindən yaradılmış bütün imkanlardan maksimum dərəcədə istifadə edərək bu ili əvvəlki illər kimi uğurlarla başa vuracaq.

 

 

Rəvan Soltanov

 

Rabitə dünyası.- 2010.- 1 oktyabr.- S.7.