Regionlarda İKT sürətlə inkişaf edir

 

Saatlı rabitəsi

 

Saatlıda bütün sahələrdə olduğu kimi rabitə və informasiya texnologiyaları sahəsində də inkişaf tendensiyası davam edir. RİTN “Aztelekom” İB, “Azərpoçt” MMC-ninrayon İcra Hakimiyyətinin dəstəyi ilə rabitə və informasiya texnologiyaları sahəsində yüksək nəticələr əldə olunmuşdur.

 

İnformasiyakommunikasiya texnologiyaları

 

Saatlıda informasiyakommunikasiya texnologiyalarının inkişafı istiqamətində təqdirəlayiq işlər görülüb. Belə ki, Regionların “Sosial-İqtisadi İnkişafı” Dövlət Proqramına uyğun olaraq rayonda telekommunikasiya şəbəkəsi tamamilə elektronlaşmış, əvvəllər stansiya olmayan 7 kənddə elektron ATS-lər quraşdırılmışdır. Saatlı Telekommunikasiya Qovşağının rəisi Vüsal Əliyev rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovun rəhbərliyi altında “AztelekomİB-nin köməkliyi ilə bütün bölgələrdə olduğu kimi Saatlıda da müasir standartlara uyğun rabitə şəbəkəsinin qurulduğunu bildirərək bunu hər bir sakinin böyük sevinclə qarşıladığını və bütün bunların həyata keçirilməsində göstərdiyi diqqət və qayğıya görə möhtərəm prezidentimiz İlham Əliyev cənablarına minnətdar olduqlarını söylədi. Rayon İcra Hakimiyyətinin onlara göstərdiyi diqqəti xüsusi qeyd edən V.Əliyev kəndlərdə uyğun yerlərdə yeni EATS-lərin tikildiyini bildirərək şəbəkənin elektronlaşdırılması ilə yanaşı KAREL DS-200L tipli mərkəzi EATS-in beynəlxalq və şəhərlərarası çıxış fiber-optik (FO) kabeli 90 kanalla verilməklə rayon sakinlərinə müasir telefon rabitəsi ilə yanaşı yüksək sürətli internet, fakselektron poçt xidmətlərindən istifadə etməsinə şərait yarandığını qeyd etdi.

Şəbəkənin elektronlaşması işləri zamanı bütün kənd istiqamətində birləşdirici xətlərin əsasən FO kabeli vasitəsilə aparıldığını deyən V.Əliyev bununla kənd sakinlərinə daha keyfiyyətli rabitə xidməti göstərmək imkanı əldə etdiklərini qeyd etdi. O sözlərinə davam edərək bildirdi ki, elektronlaşdırma zamanı stansiyaların müvafiq tutumları artırılmışdır ki, bu da onlarla sakinin mənzillərinin telefonlaşdırılmasına imkanlar yaratmışdır. Həyata keçirilmiş tədbirlər nəticəsində mini EATS-lər olan Qarayevkənd və Samadakənd kəndlərinin hər birində 128 nömrə tutumlu DS-200 tipli EATS-lər qurulmuşdur.

Saatlı TKQ-nın rəisi V.Əliyev daha sonra bildirdi ki, bu il ərzində rekonstruksiya olunmuş şəhər, kənd EATS-lərinə və yeni istismara buraxılmış 5 kənd EATS-indən telefon çəkilişi işləri davam etdirilmişdir. Yeni istismara verilmiş Hacıqasımlı EATS-dən Hacıqasımlı və Kamallı kənd əhalisinə 80 telefonun çəkilişi üçün xətt şəbəkəsi tikilmiş, 6 ay ərzində Hacıqasımlı və Kamallı kəndlərində 34 abunəçiyə telefon çəkilişi aparılmış və 44 abunəçinin telefonu bərpa edilmişdir. Tutumu 32 nömrə olan Qazanbatan EATS-nin xətt şəbəkəsi tikilərək başa çatdırılmış və 21 abunəçinin mənzili telefonlaşdırılmışdır. Bu il xətt şəbəkəsi tikilmiş Xanlarkənd EATS-dən 30 telefon, mərkəzi EATS-dən və rekonstruksiya olunmuş kənd EATS-lərindən 100-ə yaxın ailəyə telefon çəkilmişdir.

Şəbəkənin elektronlaşdırılması ilə internet istifadəçiləri sayının artdığını bildirən V.Əliyev bu istiqamətdə tədbirlərin davam etdirildiyini söylədi. Onun bildirdiyinə görə,rayon abunəçilərinə yüksək sürətli internet xidməti göstərmək məqsədilə mərkəzi EATS-ə 96 abunəlik, Nəsimikənd kəndində isə 48 abunəlik ADSL avadanlığı qurulmuşdur. Hal-hazırda rayon mərkəzində 65, Nəsimikənd EATS-də 9 abunəçi yüksək sürətli internetə bağlanıb.

KürAraz çaylarının daşması zamanı baş vermiş təbii fəlakət nəticəsində kənd EATS-lərinə ziyan dəyməməsi üçün qovşağın kollektivi tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilmişbu, müsbət nəticə vermişdir.

Qovşaqda insan faktoru daim ön planda saxlanılaraq əhalinin müraciət və təkliflərinin diqqətlə dinlənilməsi, onlara lazımi köməkliklərin göstərilməsi işləri mütəmadi olaraq həyata keçirilir.

V. Əliyev qazanılan nailiyyətlərdə kollektivin əməyini xüsusi qeyd edərək bundan sonra da daha böyük nailiyyətlər qazanmaq üçün bütün qüvvələrini səfərbər edərək Saatlı sakinlərinə daha mükəmməl, daha dayanıqlı rabitə xidməti göstərəcəklərini əminliklə söylədi.

 

Poçt

 

Saatlıda poçt rabitəsi sahəsində aparılan yeniliklər burada müasir poçt rabitəsinin əsasını qoymuşdur. Bu istiqamətdə rayonda aparılan işləri xüsusilə qeyd etmək olar. Prezident İlham Əliyevin rabitə və informasiya texnologiyaları sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan Saatlı Poçt Filialının rəisi Qaçay Şahbazov rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə informasiya texnologiyaları, o cümlədən poçt rabitəsi sahəsində uğurlu nəticələrin əldə olunduğunu dedi. RİTN “Azərpoçt” MMC-ninrayon İcra Hakimiyyətinin onlara göstərdiyi diqqəti qeyd edən filial rəisi Qaçay Şahbazov kollektivin səyi ilə 9 aylıq plan və tapşırıqların yüksək səviyyədə icra edildiyini bildirdi.

Filial 21 poçt şöbəsi vasitəsilə əhaliyə xidmət göstərir. Əhaliyə yüksək səviyyədə xidmət göstərmək üçün şöbələr estetik vəziyyətə gətirilmiş, yerləri yeni elektron avadanlıqlarla təmin edilmişdir. Estetik vəziyyətə gətirilmiş inzibati binada işçilər, o cümlədən xidmətdən istifadə edən vətəndaşlar üçün hər cür şərait vardır. Poçtamtda hər bir işçi öz vəzifə borcunu vicdanla yerinə yetirməklə əhaliyə yüksək səviyyədə rabitə xidmətlərinin göstərilməsi üçün səylə çalışır. Saatlı poçtamtı tərəfindən poçtun vətəndaşlara daha da yaxınlaşdırılması, xidmət mədəniyyətinin yüksəldilməsi məqsədilə daim tədbirlər həyata keçirilir. Yerlərdə poçtun xidmətləri təbliğ edilir, bu xidmətlərdən vətəndaşların faydalanması üçün işlər aparılır.

Poçtamtın əməkdaşları mətbuat və poçt göndərişlərinin, sürətli pul baratlarının, teleqramların təlimata uyğun yüksək səviyyədə çatdırılmasını təmin edir. Şəhərlərarası danışıq, abunə haqqı pulları, həmçinin kommunal haqqı pullarının qəbulu və işlənməsi, əhalisinin sayı 250 nəfərdən çox olan kəndlərdə poçt qutularının qurulması yüksək səviyyədə təşkil olunmuşdur.

KürAraz çaylarının, eləcə də Sarısu gölünün daşması rayon əhalisinə xüsusilə də bu istiqamətdə yaşayan kənd əhalisinə ciddi problemlər yaratmışdır. Poçtamt rəisi bildirdi ki, ərazidən köçürülən sakinlərin siyahısı tutularaq müvafiq tədbirlər görülmüşdr. Belə ki, həmin vətəndaşlara ünvanlanan müxtəlif poçt göndərişləri vaxtlı-vaxtında sahiblərinə çatdırılmışdır. Əhaliyə ünvanlanan maddi yardımlar da problemsiz olaraq onlara çatdırılmışdır.

Qeyd edək ki, Saatlı poçt işçiləri 9 oktyabr - Ümumdünya poçt işçiləri gününü yüksək fəallıqla qarşılayırlar. Bu məqsədlə nəzərdə tutulmuş tədbirlər planının icrası yüksək səviyyədə icra olunur.

Poçtamt rəisi sonda bildirdi ki, kollektiv bundan sonra da əhaliyə yüksək səviyyədə xidmət göstərməklə, dövlətçiliyimizin daha da inkişafı naminə bütün səy və bacarıqlarını əsirgəməyəcək.

 

 

Rəvan Soltanov

 

Rabitə dünyası.- 2010.- 8 oktyabr.- S.8.