Regionlarda İKT sürətlə inkişaf edir

 

Lerik rabitəsi

 

Son illər Lerikdə bütün sahələrdə davamlı inkişaf qeydə alınmışdır. Möhtərəm Prezidentimizin tapşırıq tövsiyələrinə uyğun olaraq rayonda bütün sahələr kimi rabitə informasiya texnologiyaları sahəsi sürətlə inkişaf edir. Belə ki, İcra Hakimiyyətinin dəstəyi, Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin birlik müəssisələrinin fəaliyyəti nəticəsidə mütəmadi olaraq rayon mərkəzi ilə yanaşı kəndlərdə müasir elektron ATS-lər yeni poçt şöbələri tikilərək əhalinin istifadəsinə verilir.

 

İnformasiya kommunikasiya texnologiyaları

 

Lerikdə informasiya kommunikasiya texnologiyalarının inkişafı nəzərdə tutulmuş tədbirlər planlarına uyğun olaraq uğurla davam edir. Rayonun relyefinin çətin quruluşa malik olması burada bu sahənin istənilən kimi inkişafına mane ola bilməyib. RİTN “Aztelekom” İB-nin daim dəstəyini üzərində hiss edən lerikli rabitəçilərin onların qarşısında qoyulan tapşırığın yüksək səviyyədə icrası nəticəsində bu gün Lerikdə telefonlaşdırılmamış kənd, yaşayış məntəqəsi yoxdur. Hətta iki-üç ailədən ibarət rayonun əlçatmaz yaylaqlarında belə rabitə mövcuddur. Peyk rabitəsinin köməkliyi ilə bu problem birdəfəlik həll olunub. Rayonun peyk rabitəsi ilə telefonlaşmış olan 5 kəndində (Bırkandul, Davaradibin, Hücü, Conu Vılıq) 16 nömrəlik mini EATS-lər istifadəyə verilmişdir.Vaxtilə telefonlaşdırılması mümkün olmayan radiotelefonla telefonlaşdırılmış yaşayış məntəqəsi kimi sırada duran, ancaq özündə böyük problemləri yaşadan radiotelefonlar çoxdan arxivə verilib.

Lerik TKQ-nin rəisi Kamaddin Məstiyev RİTN “Aztelekom” İB-nin İcra Hakimiyyətinin onlara göstərdiyi köməklik sayəsində rayonda informasiya kommunikasiya texnologiyalarının inkişafı istiqamətində bütün imkanların səfərbər olunduğunu dedi.

Qeyd edək ki, rayon mərkəzi ATS-i tamamilə rekonstruksiya olunaraq sakinlərin istifadəsinə verilmişdir. Köhnə ATS yerləşən avtozal otağı yenidən əsaslı təmir olunaraq müasir səviyyədə otaqları yaradılmışdır.

Rayonda baş verən təbii fəlakət zamanı qısa zaman kəsiyində kəndlərdə rayon mərkəzində abunəçilərin telefonlarının fasiləsiz işinin təmin edildiyini bildirən qovşaq rəisi hər an bu hadisələrin təkrarlana biləcəyindən ehtiyat edərək işlərini daha mükəmməl qurduqlarını qeyd etdi. O daha sonra bildirdi ki, tədbirlər planına uyğun olaraq Lerik-Lənkəran magistralı boyunca olan rabitə xətti texniki normalara uyğunlaşdırılıb.

K.Məstiyev rayonda internet istifadəçilərinin sayının artdığını bildirdi. Abunəçilər Dail-up-la yanaşı, genişzolaqlı internetdən geniş şəkildə istifadə edirlər. Artıq bu istiqamətdə aparılan işlər öz bəhrəsini vermişdir.

Qovşaq rəisi kollektivin qarşıda duran bütün layihələrin həlli istiqamətində bütün gücünü topladığını bildirərək bundan sonra da leriklilərə ən mükəmməl rabitə xidməti təqdim edəcəklərini söylədi.

 

Poçt

 

Proqnoz tapşırıqların icrası təmin olunur

 

Lerikdə poçt rabitəsi sahəsində aparılan islahatlar öz bəhrəsini verir. Bu istiqamətdə aparılan işlərdən əldə olunan nailiyyətlərdən danışan Lerik PF-nin rəisi Baba Tağıyev Filial tərəfindən bir mərkəz 29 kənd poçt şöbəsi tərəfindən rayonun 162 kəndinin sakinlərinə bütün poçt xidmətəri göstərdiklərini bildirdi. Rəis bildirdi ki, filialın kollektivi tərəfindən bu ilin 8 aylıq plan tapşırığı artıqlaması ilə yerinə yetirilmişdir.

Ucqar dağ kəndlərinin poçt şöbələrində bank maliyyə xidmətlərinin göstərilməsi günün tələbidir

B.Tağıyev bildirdi ki, hal-hazırda filialın kollektivi tərəfindən rayon əhalisinə 30-a yaxın xidmət növü üzrə poçt rabitəsi xidmətləri göstərilir. Bu gün rayon əhalisinə poçt şöbələri vasitəsilə bank maliyyə xidmətlərinin göstərilməsi günün tələbləri səviyyəsində durduğu üçün ilkin mərhələdə filialın tabeçiliyində olan 30 poçt şöbəsindən 20-si vasitəsilə bu xidmətin göstərilməsi planlaşdırılır. Son illərdə RİTN “Azərpoçt”MMC-nin dəstəyi ilə milli üslubda tikilmiş mebel dəstləri ilə təchiz olunmuş Kələxan, Pirasora, Şingədulan, Qsmalyan, Günəşli, Rvarud, Vistən, Livədirqə, Kirəvud, Vizəzmin kənd poçt şöbələrinin maddi-texniki bazası bank maliyyə xidmətləri göstərməsi üçün bütün tələblərə tam cavab verir. Çyrud poçt şöbəsinin əsaslı təmir olunması üçün sənədlər hazırlanmış yaxın günlərdə qeyd olunan poçt şöbəsinin əsaslı təmirinə başlanılacaqdır. Bundan başqa bu il ərzindəAzərpoçt” MMC-nin investisiya fondundan ayrılan vəsaitlər hesabına Vei Züvüç kəndlərində yeni poçt şöbələrinin tikintisi həyata keçiriləcək.

B.Tağıyev söhbətinə davam edərək bildirdi ki, filialın kollektivi tərəfindən filial üzrə tarif gəlirinin artırılması üçün daim mənbələr axtarılmaqdadır. Filial üzrə əsas gəlir mənbələrindən olan ŞATD, abunə, elektrik enerjisi, qaz, su haqlarının yığımı daim nəzarətdə saxlanılır. Lerik TKQ ilə Lerik PF arasında qurulmuş normal əməkdaşlığın məntiqi nəticəsi olaraq hər ay ŞATD haqları 97-98 faiz yığılaraq təyinatı üzrə köçürülür. Bundan başqa, kommersiya xidmətlərindən, bağlama, qiymətli banderol, moniqram qəbulundan əldə olunan gəlirlərin artırılması üçün işlər davam etdirilir. Daxil olan dövri mətbuatın, poçt göndərişlərinin nəzarət keçid müddətində itkisiz olaraq ünvanları üzrə çatdırılması üçün lazımi tədbirlər görülür. Poçt göndərişlərinin qəbulu çatdırılması zamanı filialın işçiləri tərəfindən poçtun təhlükəsizlik qaydalarına tam riayət olunduğu üçün poçt göndərişlərinin qəbulu çatdırılması zamanı heç bir itki ya oğurluq hallarına yol verilməmişdir.

Rəis kollektivdən çox razılıq etdi bütün qazanılan nailiyyətlərdə onların əvəzsiz zəhməti olduğunu dedi. O daha sonra əlavə etdi ki, kollektivMüştəri həmişə haqlıdırdevizini ön planda tutaraq işlərini bu istiqamətdə qurur. Rabitəçilər tərəfindən nəinki rayonda yaşayan insanlara, eyni zamanda rayona gələn bütün qonaqlara yüksək səviyyəli poçt rabitəsi xidməti göstərilir. Məhz kollektiv tərəfindən vətəndaşlara göstərilən yüksək səviyyəli xidmətlərin məntiqi nəticəsidir ki, hesabat dövründə göstərilən xidmətlərin keyfiyyəti ilə əlaqədar vətəndaşlar tərəfindən istər Ali Hakimiyyət orqanlarına, RİTN-ə, “Azərpoçt” MMC-, istərsə Lerik İcra Hakimiyyətinə digər rayon təşkilatlarına heç bir ərizə, şikayət, müraciət daxil olmamışdır. Elə Lerikdə olarkən söhbətləşdiyimiz sakinlər onların işindən razılıq etdilər. Ümumilikdə qeyd etmək olar ki, bu il Lerik PF üçün uğurlu olmuşdur. Son illərdə respublikamızda rabitə sahəsində aparılan əsaslı islahatlar, bu sahənin yenidən qurulması, rabitə xidmətlərinin kəmiyyət keyfiyyət göstəricilərinin yüksək həddə çatması, Bakı şəhərindən başlamış ucqar dağ kəndlərinə qədər geniş diapazonda milli üslubda, müasir tipli yeni poçt şöbələri binaları tikilərək rabitəçilərin istifadəsinə verilməsi filialın kollektivini sevindirməklə bərabər qarşılarına məsuliyyətli vəzifələr qoymuşdur.

Filialın kollektivi bu ilin ikinci yarımilliyinə böyük ümidlərlə başlamış, əhaliyə yüksək səviyyəli poçt rabitəsi xidmətləri göstərməkləMaliyyə xidmətlərinin inkişafılayihəsinə uyğun olaraq rayon əhalisinə bank maliyyə xidmətlərinin göstərilməsinə başlanmasını planlaşdırır. Bu işlərin yerinə yetirilməsi üçün filialın kollektivinin kifayət qədər gücü vardır.Lerik PF-nin kollektivi 2010-cu ilin qalan dövründə rayon əhalisinə nümunəvi poçt xidmətləri göstərmək kimi şərəfli işin öhdəsindən gəlmək üçün bütün potensial qüvvələrini səfərbər edərək qarşıya qoyulan vəzifələrin öhdəsindən bundan sonra da ləyaqətlə gələcəkdir.

 

 

Rəvan Soltanov

 

Rabitə dünyası.- 2010.- 17 sentyabr.- S.10.