Lazar Şaulov-75

 

Rabitə İnformasiya Texnologiyaları Nazirliyində veteran rabitəçilərə xüsusi qayğı ilə yanaşılır onların problemlərinin həlli istiqamətində mütəmadi olaraq lazımi tədbirlər həyata keçirilir. Ağsaqqal rabitəçilərin yubileyləri bir qayda olaraq onların çalışdıqları müəssisələrin kollektivi ilə qeyd olunur, keçdiyi ömür yolu vərəqlənir...

Belə bir toplantı “Azərpoçt” Dövlət Müəssisəsinin iclas zalında təşkil olunmuşdu. Müəssisənin kollektivi və RRVŞ-nın üzvləri poçt rabitəsi sahəsində xüsusi xidmətləri olan L.N.Şaulovun 75 illik yubileyinə toplaşmışdılar.

“Azərpoçt” DM, PDM və RRVŞ - nin adından qocaman rabitəçiyə Fəxri Fərman, gül dəstəsi və müxtəlif hədiyyələr verildi.

L. Şaulov Azərbaycanın Quba rayonunda doğulduğunu, burada yaşadığını, Vətəni çox sevdiyini vurğulayaraq rabitəçi - veteranlara, o cümlədən onun özünə göstərilən diqqətə görə ölkə başçısına minnətdar olduğunu, RİTN - rəhbərliyinin ona göstərdiyi qayğıdan razı qaldığını, bu münasibəti ən böyük hədiyyə hesab etdiyini bildirdi və gənc rabitəçilərə çalışdıqları bu mühüm sahənin qədrini bilməyin və inkişaf etdirməyin çox vacib olduğunu qeyd etdi, hamıya uzun ömür və uğurlar arzuladı.


Camaləddin Dostəli

 

Rabitə dünyası.- 2009.- 20 fevral.- S.17.