Aztelekom” İB CDMA simsiz rabitə xidməti şəbəkəsinin genişləndirilməsini davam etdirir

 

Aztelekom” İB CDMA simsiz rabitə xidməti şəbəkəsinin genişləndirilməsini davam etdirir. Hazırda birliyin CDMA simsiz rabitə xidməti şəbəkəsi üzrə abunəçilərin ümumi sayı 14.300 təşkil edir. 408 indeksi üzrə abunəçilərin sayı 4612, Zaqatalada 1.261, Şəkidə 1224, Lənkəranda 1.185, Masallıda 680, Gəncədə 959, Qubada 700, Xaçmazda 594, Şamaxıda 586, Şəmkirdə 495, Mingəçevirdə 540, İmişlidə 421, Kürdəmirdə 186, Balakəndə 166, Qaxda 81, Ağdaşda 139, Cəlilabadda 119, Beyləqanda 91, Ağsuda 91, Sabirabadda 50, Ağdamda 42, Füzulidə 36, Yevlaxda 39-dur.

2008-ci ildə “Aztelekom” İB-nin CDMA simsiz rabitə xidməti şəbəkəsinin genişləndirilməsi məqsədilə Zaqatala TKQ-də Muxax və Katex məntəqələrində əlavə baza stansiyaları quraşdırılmışdır. Qoyulmuş avadanlıqlar 33 yaşayış məntəqəsini əhatə etmişdir, bunlardan 5 yaşayış məntəqəsi (Sabunçu-1, Sabunçu-2, Cimcimax, Ciciqana və Qəbizdərə) telefonlaşdırılmamış yaşayış məntəqələridir. Zaqatala TKQ üzrə rayon mərkəzi daxil olmaqla 61 yaşayış məntəqəsindən 59 yaşayış məntəqəsi CDMA-nın əhatə dairəsinə daxildir. Hazırda Ağdam rayonu ərazisi də CDMA-nın əhatə dairəsinə daxil olmuş, Sabirabad rayonunda da bu sistemin tətbiqi telefonlaşmamış yaşayış məntəqələrinin telefonlaşdırılmasına şərait yaratmışdır.

Xaçmaz TKQ-də bir ədəd mini baza stansiyası Xudatda, bir ədədi isə Nabranda quraşdırılmışdır. Qoyulmuş baza stansiyaları 36 yaşayış məntəqəsini əhatə edir, bunlardan 10 yaşayış məntəqəsi (Xəzərli, Seyidlikənd, Sabir oba, Çaxçaxlı, Gödəkli, Şərif oba, Baraxum, Tikan oba, Aslan oba, Aşağı oba) telefonlaşdırılmamış yaşayış məntəqəsidir. Xaçmazın 149 yaşayış məntəqəsindən 147-si CDMA-nın əhatə dairəsindədir.

“Aztelekom” İB-nin CDMA simsiz rabitə xidməti şəbəkəsinin genişləndirilməsi məqsədilə bir ədəd böyük və bir ədəd mini BTS Kürdəmir TKQ-də quraşdırılmış, 26 telefonlaşdırılmamış yaşayış məntəqəsindən 24-ü (İsmayıllı, Böyük Kəngərli, Ucarlı, Bağman, Kariz Əyribənd, Qaramahmudlu, Ərəbxana, Yeni Şıxımlı, Bala Kəngərli, Təklə, Qocalı, Carlı, Pirəköçə, Məhərrəmli, Sovla, Söyüdlər, Quşlar, Xəlsə, Beyi, Çölqubalı, Dayıkazımlı, Qoçulu, Qarabucaq, Öyləqulu) CDMA-nın əhatə dairəsinə alınmışdır.

Ümumiyyətlə, Kürdəmir rayonu üzrə 62 yaşayış məntəqəsindən 60-ı CDMA-nın əhatə dairəsinə daxil olmuşdur.

Balakən, Qax, Gəncə və Lənkəran TKQ-lərinin hər birində bir ədəd mini baza stansiyası quraşdırılmışdır. Balakən və Qaxda BTS-lər mərkəzi stansiyada quraşdırılmışdır.

Balakən rayonu üzrə əhatə dairəsinin test işləri başa çatdırılmış, 55 yaşayış məntəqəsindən 53 yaşayış məntəqəsi CDMA-nın əhatə dairəsinə daxil olmuşdur. 17 telefonlaşdırılmamış yaşayış məntəqəsinin hamısı əhatə dairəsinə alınmışdır.

Qax rayonu üzrə əhatə dairəsinin test işləri başa çatdırılmış, 58 yaşayış məntəqəsindən 54-ü, o cümlədən, telefonlaşdırılmamış 6 yaşayış məntəqəsindən 4-ü CDMA-nın əhatə dairəsinə daxil olmuşdur.

Gəncə TKİ-də Yeni Gəncə istiqamətində ATS-54-də və Lənkəran TKQ-də Vilvan kəndində mini BTS-lər quraşdırılmış, əhatə dairəsi genişləndirilmişdir.

Ümumiyyətlə, telefonlaşdırılmamış məntəqələrin telefonlaşdırılması layihəsinə uyğun olaraq “Aztelekom” İB-nin CDMA simsiz rabitə xidməti şəbəkəsində bu günə qədər 28 baza stansiyası istismara verilmiş və quraşdırılmış avadanlıqlar hesabına 82 telefonlaşmamış yaşayış məntəqəsi telefonlaşdırılmışdır.

Novxanı, Fatmayı, Xırdalan saytlarında və “Aztelekom”un əsas binasında yerləşən BTS-lərdə kanal tutumlarını artırmaq məqsədilə BSC-yə kanal kartları artırılmış, bu saytlarda kanal tutumlarının 64/128 konfiqurasiyasından 128/256 konfiqurasiyasına qədər artırılması təmin edilmişdir.

Hesabat dövründə Kürdəmir, Qax, Balakən, Sabirabad, Ağdam, Ağsu, Ağdaş, Beyləqan, Cəlilabad, Füzuli rayonları, Xaçmaz rayonunun Nabran və Xudat, Quba rayonunun Təngəaltı, Lənkəran rayonunun Vilvan yaşayış məntəqələri CDMA şəbəkəsinin əhatə dairəsinə daxil olmuş, Kürdəmir, Ağdam, Ağsu, Ağdaş, Beyləqan, Cəlilabad rayonlarının hər birində 1000 nömrə tutumlu, Zaqatala rayonunda 600 nömrə tutumlu, Gəncə şəhərində, Qax və Balakən rayonlarında, Sabirabad rayonunun Şəhriyar, Xaçmaz rayonunun Nabran və Xudat, Quba rayonunun Təngəaltı, Lənkəran rayonunun Vilvan yaşayış məntəqələrinin hər birində 300 nömrə tutumlu yeni baza stansiyaları quraşdırılmışdır. Hazırda CDMA şəbəkəsinin xidmətləri 24 rayon və şəhərdə təşkil olunmuş, şəbəkədə abunəçilərinin sayı 14 mini keçmişdir.

 

 

Rabitə dünyası.- 2009.- 27 fevral.- S.11.