Tikdim ki, izim qala

 

Əsl şəxsiyyətlər vaxtdan da, zamandan da ucada dayanırlar. Belə şəxsiyyətlərdən biri məşhur Bakı milyonçusu Ağa Musa Nağıyevdir. Onun millət qarşısında gördüyü xeyirxah işlər hər bir kəsdə qürur hissi oyadır.

Təbiət etibarilə Musa Nağıyev dəqiq hər şeyi ölçüb-biçən şəxs olub. İllərlə hər çətinliyə sinə gərən, yoxsulluqla yaşayan Musanın qazdığı quyudan neft fontan vurur az müddət ərzində fəhlə Musa Nağıyev iri neft maqnatlarından birinə çevrilir. Neftdən əldə etdiyi gəlir çoxaldıqca, Ağa Musa Bakı kəndlərindəki yataqları da satın alır yeni quyular qazdırır. İmkanları artdıqca o, "Qara şəhər"də neft emalı zavodu tikdirir, Xəzər dənizində ilk bərəsi görünməyə başlayır. Neft milyonçusu, "neftin kralı" (Çar II Nikolay onu belə adlandınb) ikinci birinci dərəcəli tacir mesenat-xeyriyyəçi titullarının daşıyıcısı Ağa Musa Nağıyev həm III dərəcəli Müqəddəs Stanislav ordeni "Çîëàòàÿ øåéíàÿ íà Àíäðåéåâñêîé ëåíòå" medalına layiq görülür.

Ağa Musa Nağıyev 1879-1880-ci illərdə Qara şəhər kerosin istehsal edən zavod tikdirir.

Fəhlələrinə öz hesabına toy edən A.M.Nağıyev fərqlənən işçilərinin təhsil haqqını ödəməklə gənclərin savadlanmasına çalışıb. Ağa Musa Nağıyev yaddaşlarda daha çox tikdirdiyi möhtəşəm binalarla qalıb. Bakının gözəllik tacı—"İsmailiyyə" (AMEA) binası, həyatımızın ilkin özüllərini qoyduğumuz "Səadət sarayı", ictimai, mədəni elm ocaqlarını özündə təcəssüm etdirən yüzlərlə bu tip binalamız bizə məhz milli burjuaziya            nümayəndələrindən—A.M.Nağıyevdən, H.Z.Tağıyevdən, M.Muxtarovdan yadigar qab.

Ağa Musanın Realnı məktəbi tikdirməsi hamiliyə götürməsi ilə xalqın maariflənməsində böyük rolu olmuşdur. Atalar gözəl deyib: "Tikmədim özüm qalam, tikdim ki, izim qala".

yaxşı ki, onun xeyirxah əməllərini davam etdirən Dilarə Solmaz kimi varisləri var.

Öz səyi nəticəsində arxiv yaradan Dilarə Nağıyeva 15 ilə yaxındır ki, uzun illər kölgədə qalmış, "kapitalist" damğası vurulmuş unutdurulmağa çalışılmış neft milyonçusu A.M.Nağıyevin taleyinə işıq saçır. A.M.Nağıyevin adını vəfatından 80 il keçdikdən sonra yaddaşlara qaytarıb, vətənində az qala qərib olan məzarını abadlaşdırıb.

D.Nağıyeva xatirələr və faktlar əsasında "Xalq üçün ömrünü şam kimi əridən..." kitabını da ərsəyə gətirmişdir. A.M.Nağıyevin nəvəsi Dilarə xanım ilə söhbət edərkən: "Dövlətimiz müstəqillik əldə edəndən sonra Ağa Musanın qaranlıq taleyinə işıq salmaqla məşğulam. Xatirələri yada saldıqca, elə bil o illəri yaşayıram. Həyacanlanıram, kövrəlirəm, kədərlənirəm... Var-dövlət içində olsalar da, babam Ağa Musanın, atam Fərəcin çəkdikləri "əzabları içimdə hiss edirəm, sızlayıram" - deyir.

Azərbaycanda bolşevik-kommunist rejiminin qurulması Bakı milyonçularına taleyin sərt, amansız üzünü göstərdi.

Ötən əsrin 20-ci illərində bolşeviklərin hakimiyyətə gəlməsi ilə Bakı milyonçularının fəaliyyətinə də birdəfəlik xitam verildi. Sovet rejiminin 70 illik təbliğat maşını nəhəng tikililəri və onun sahibi barədə məlumatları xalqın yaddaşından silmək üçün əlindən gələni etdi. "Lakin haqq nazilər, amma üzülməz" - deyiblər. Onlara vurulan "xalq düşməni" damğası yalnız 70 ildən sonra üzərlərindən götü-rüldü.

Bir zamanlar Bakının mədəniyyətində mühüm yer tutan insanlar barədə danışmaq təhlükəli olsa da, adlarının xalqın yaddaşlarından silinməsinə nail olmaq qeyri-mümkün idi. İllər keçdikcə, Ağa Musanın xeyriyyəçiliyindən çox şəxsi taleyindən və bir də xəsisliyindən söz açmışlar.

Onun ən ağrılı yerlərindən biri Azərbaycanın səhiyyə sistemindəki problemlər olub. Məhz səhiyyənin zəif olması səbəbindən oğlu İsmayılı itirən və bu itkinin ağrısını daim qəlbində gəzdirən milyonçu, başqasının çarəsizlikdən ölməsinin qarşısını almaq məqsədilə xəstəxanalar tikdirməyi qarşısına məqsəd qoyaraq Bakıda o dövr üçün müqayisəolunmaz dərəcədə yüksək səviyyədə təchiz olunmuş dörd nəhəng xəstəxana binası tikdirib ki, bu gün də insanlar bu səhiyyə ocaqlarında şəfa tapır, müalicə olunurlar. Bu binaların tikintisi zamanı antibakterial materiallardan, gümüş tozundan, xüsusi kafeldən istifadə olunub. Tavanın hündürlüyünün 5 metrə yaxın olması, enli və hündür pəncərələr havanın təmizlənməsi üçün, müasir dil ilə desək, kondisioneri əvəz etmək məqsədilə nəzərdə tutulub.

Ümumiyyətlə, A.M.Nağıyev milli ornamentlərlə zəngin olan 98 bina tikdirmişdir. D.Nağıyeva onu da bildirdi ki, "kapitalist" soyadının əsiri olan atası—26 yaşlı Fərəc Nağıyev sürgün həyatı keçirmiş Dilarə xanım 1940-cı ildə Dağıstan Respublikasının Dərbənd şəhərində anadan olmuşdur.

D.Nağıyeva hazırda Azərbaycanın əski milyonçularının varislərinin "Mesenat" fondunun prezidenti olmaqla bərabər, geniş tədqiqat işi ilə məşğuldur. A.M.Nağıyevin tikdirdiyi binalar indi şəhərimizə xüsusi gözəllik verir.

Bu binalar memarlıq üslubu cəhətdən nadir tikililərdir.

 

 

Rauf İLYASOĞLU

 

Respublika.- 2010.- 29 avqust.- S. 4.