Azərbaycan xalqının tarixi nailiyyəti

 

Bu gün müstəqil Azərbaycan inkişafının elə yüksək mərhələsindədir ki, bu prosesin davamlı dönməz səciyyə daşımasını təmin etmək baxımından dövlətçiliyimizin tarixi mərhələsinə daim nəzər salmaq, əsrlərlə formalaşmış müsbət ənənələri qoruyub saxlamaq, buraxılan səhvlərdən isə nəticə çıxarmaq zərurətə çevrilmişdir. Xalqımızı müstəqilliyə aparan yol qədər keşməkəşli, əzab-əziyyətli olsa da tarixi həqiqət bütün azərbaycanlılarda qürur hissi doğurur. Hər bir xalqın həyatında, tarixi yaddaşında onun öz azadlığına qovuşduğu, öz müstəqilliyini əldə etdiyi gün böyük əziz bayram, mühüm tarixi hadisə kimi əbədi qalır.

Ötən əsrin əvvəllərində çar Rusiyasında cərəyan edən ictimai-siyasi proseslər, imperiya daxilində xalqların azadlıq uğrunda mübarizəyə qalxması 1918 -ci il mayın 28-də Azərbaycana öz istiqlaliyyətini elan etmək imkanı yaratmışdır. Çar Rusiyasının əsarətindən sonra Azərbaycan Milli Şurasının "İstiqlal Bəyannaməsi"ni qəbul edərək Azərbaycanın dövlət müstəqilliyini bütün dünyaya bəyan etməsi çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri, xalqımızın düşüncə tərzinin, onun milli azadlıq hərəkatının ən böyük nailiyyəti idi. Gənc respublika tərəfindən həyata keçirilən siyasət müstəqil respublikamızın əsaslarının yaradılması gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Demokratik hüquq azadlıqların bərqərar olması, etnik dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların verilməsi, Şərqdə ilk dəfə olaraq qadınların seçki hüququnun tanınması, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil mədəniyyətin inkişafına qayğı göstərilməsi, Bakı Dövlət Universitetinin təsis edilməsi, Milli Ordunun, təhlükəsizlik strukturlarının formalaşdırılması Azərbaycan Xalq Cümhuriyyətinin qısa bir zamanda böyük uğurları kimi qiymətləndirilir xatırlanır.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini, onun tarixi əhəmiyyəti rolunu çox yüksək dəyərləndirib: "Müsəlmən Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi mədəni inkişafının, xalqımızın milli oyanışı dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın şüur səviyyəsinin, intellektual mədəni potensialının, yüksək istedad qabiliyyətinin göstəricisi idi... Biz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəx-siyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik".

1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin bəyan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında görkəmli dövlət xadimləri, vətənpərvər ziyalılar peşəkar hərbçilərin, Məmmədəmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin başqalarının böyük xidmətləri olmuş, onların adları xalqımızın yaddaşına əbədi həkk edil-mişdir.

Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq diplomatiya sahəsində çox mühüm uğurlar əldə etmiş, Paris sülh konfransında Azərbaycanın müstəqilliyinin tanınmasına nail olmuşdur. Bolşevik işğalı nəticəsində 1920 -ci ilin aprelində süqut etməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə önəmli yer tutmağa, xalqımızın gələcək müstəqilliyi yolunda təməl daşına, mayaka çevrildi. Çünki artıq azadlıq ideyaları şüurlara birdəfəlik hakim kəsilmişdi. 1991 -ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra özünü Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi elan edərək onun üçrəngli milli bayrağını, gerbini himnini qəbul etmişdir. "İstiqlal Bəyannaməsi"nin bəyan olunduğu 1918 -ci ilin 28 May günü hər il Respublika günü kimi təntənə ilə qeyd edilir.

Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, keçdiyi yol təsdiq etdi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. 1991 -ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə bu, əslində formal xarakter daşımışdır. 1993 - ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyaları bərqərar olmuşdur. 1994-cü ilin oktyabr, 1995 -ci ilin mart hadisələrində Heydər Əliyev özünün qətiyyəti ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas edə bilmişdir. Ümummilli liderimiz siyasi sabitliyi təmin etməklə yanaşı demokratik dövlət modeli konsepsiyasını həyata keçirməyə başlamış, Azərbaycanı uğurlu inkişaf yoluna çıxarmışdır. 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitutsiyasının qəbulu, Milli Məclisə keçirilən seçkilər respublikada dövlət quruculuğunu sürətləndirmiş, demokratik islahatların sürətləndirilməsini təmin etmişdir. Bir sözlə, dünya səviyyəli siyasətçi Heydər Əliyevin xalqın xahişi ilə Azərbaycanda hakimiyyətə qayıdışı bizi qoruyub saxladı, müstəqilliyimizi əbədi və dönməz etdi.

Hər bir dövlətin həqiqi müstəqilliyi yalnız yüksək iqtisadi inkişaf, sosial rifah, insan hüquq və azadlıqlarının etibarlı təminatı şəraitində mümkün olur. Bu reallığı düzgün dəyərləndirən dövlət başçısı llham Əliyev bu istiqamətdə mühüm addımlar atmışdır. Azərbaycan son illər bütün sahələrdə dinamik inkişaf etmiş, ölkənin beynəlxalq nüfuzu daha da artmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan dünya miqyaslı layihələr respublikamızın müstəqilliyini daha da möhkəmləndirir, regionda müstəqil siyasət aparmasını təmin edir. Dövlət başçısı cənab İlham Əliyev haqlı olaraq vurğulayır: "Müstəqillik o deməkdir ki, ölkə tam şəkildə müstəqil siyasət apara bilsin. Mən heç bir başqa misal gətirmək istəmirəm. Biz bu misalları yaxşı bilirik. Ölkələr var ki, müəyyən səbəblərə görə müstəqil siyasət aparmaq iqtidarında deyildir, haradasa imkanları yoxdur, haradasa tədbirlər görülməyibdir. Azərbaycan bu baxımdan ayaq üstə çox möhkəm dayanan ölkədir. Bizim vəzifəmiz, borcumuz, bütün Azərbaycan xalqının borcu ondan ibarətdir ki, bu müsbət meyil-ləri daha da möhkəmləndirək".

Xalqımız əmindir ki, ümummilli liderimiz Heydər Əliyevin yaratdığı və qurduğu müstəqil Azərbaycan dövləti etibarlı əllərdədir. Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın sürətli inkişafının və milli mənafeyimizin qətiyyətli təminatçısıdır. Onun rəhbərliyi ilə xalqımız daha firavan gələcəyə doğru inamla addımlayır.

 

 

Əhməd MEHDİYEV

 

Respublika.- 2010.- 1 iyun.- S. 4.