Uşaqlar üçün yararlı Azərbaycan naminə çalışaq

 

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

 

Müasir dövrdə insanın hüquq və azadlıqları, onların təmini və səmərəli şəkildə müdafiəsi, təbliği hər bir dövlətin və cəmiyyətin inkişafının mühüm faktoru kimi çıxış edir. Beynəlxalq hüququn, o cümlədən ümumtanınmış insan hüquqları standartlarının dövlətdaxili implementasiyası üçün adekvat hüquqi əsas müəyyən edən 12 noyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Konstitusiyası və ölkəmizdə insan hüquqları sahəsində qəbul edilmiş digər normativ-hüquqi aktlar beynəlxalq hüquq normalarına hörmət prinsipi üzərində qurulmuşdur. Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə mühüm bir vəzifə kimi qoyulmaqla yanaşı, insan və vətəndaş hüquqlarının üstünlüyü, ölkə ərazisində birbaşa qüvvəsi, onların təmin olunması Azərbaycan Respublikasının ali məqsədi olduğu bəyan edilir.

Eləcə də "Ümumdünya insan Hüquqları Bəyannaməsində", "İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasında", BMT-nin Uşaq Hüquqlan Konvensiyasında, o cümlədən insan hüquq və azadlıqları ilə bağlı digər beynəlxalq sənədlərdə təsbit olunmuş insan hüquqları cəm halındadır, bir-birini tamamlayır.

Ölkəmiz müstəqilliyini yenidən bərpa etdikdən sonra ilk qoşulduğu mühüm beynəlxalq sənədlərdən biri də 1992-ci ildə ratifikasiya etdiyimiz Uşaq Hüquqları Konvensiyasıdır. Bundan sonra, respublikamız bir sıra beynəlxalq sənədlərə qoşulmaqla, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində tədbirlər həyata keçirilmişdir. 1998-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında" qanunu milli qanunvericiliyin bu sahədə qəbul edilmiş beynəlxalq standartlara uyğunlaşdırılması yolunda atılmış addımlardan biridir.

2009-cu il 18 mart tarixində Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi məqsədilə keçirilmiş ümumxalq səsverməsi (referendum) nəticəsində Konstitusiyanın 17-ci maddəsinə valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqların dövlətin himayəsində olması, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinin, o cümlədən 15 yaşına çatmayan uşaqların işə götürülməsinin qadağan edilməsi, uşaq hüquqlarının   həyata   keçirilməsinə dövlətin nəzarət etməsi ilə bağlı mühüm müddəalar daxil edilmiş-dir. Bu dş ölkəmizdə əhalinin müxtəlif qruplarından biri kimi uşaqların hüquqlarının müdafiəsinə və təmininə təminat verir.

Məhz ölkəmizdə insan hüquq və azadlıqlarının daha səmərəli təmini istiqamətində həyata keçirilən islahatların məntiqi ardıcıllığını davam etdirmək məqsədilə Ombudsmanın da təklifləri nəzərə altnmaqla qəbul edilmiş, cənab Prezidentin sərəncamı ilə təsdiq olunan Azərbaycan Respublikasında insan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı (MFP) son dövrlərdə insan hüquqları sahəsindəəldə olunan ən böyük nailiyyətlərdəndir və ölkəmizdə insan hüquqlannın effektiv müdafiəsi və təbliği üçün yeni mərhələ açdı.

İnsan hüquqlarının tərkib hissəsi kimi, uşaq hüquqlarının tədrisi, uşaqların hüquqlarmın və onların qanuni maraqlarının müdafıəsi də fəaliyyətə başladığımız ilk günlərdən daim diqqət mərkəzində olan istiqamətlərdəndir.

Müvəkkilin də təklifi nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli sərəncamına əsasən 2009-cu ilin "Uşaq ili" elan edilməsi isə insan hüquqlarının, onun tərkib hissəsi kimi uşaq hüquqlarının tədrisi, onlara ünvanlanan, eləcə də onlarla işləyən şəxslər üçün müxtəlif hüquqi maarifləndirmə tədbirlərinin də keçirilməsinin yeni metodologiyasının formalaşdırılmasına münbit şərait yaratdı.

Ombudsman təsisatı tərəfindən "Uşaq ili" çərçivəsində mühüm tədbirlər həyata keçirildi. Belə ki, Müvəkkilin təşəbbüsünə əsasən Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Xocalı faciəsinin ildönümü ərəfəsində "Biz sülh elçisiyik! Bizə qoşulun!" devizi ilə ölkəmizin müxtəlif güşələrində yaşayan və təhsil alan 310.000-dən artıq məktəblinin, o cümlədən qaçqın və məcburi köçkün uşäqların imzaları toplanmışdır. Erməni təcavüzünün ölkəmizə, xalqımıza, o cümlədən uşaqların taleyinə təsir göstərmiş ağır nəticələrini özündə əks etdirən məktub və toplanmış imzalar Xarici işlər Nazirliyinin dəstəyi ilə BMT Baş katibinin müavini, Uşaqlar və silahlı münaqişələr problemi üzrə xüsu-si nümayəndəsi xanım Radhika Kumarasvamiyə göndərilmiş və bu təşəbbüs onun cavab məktubunda yüksək dəyərləndirilmişdir.

Ombudsmanın təklifi nəzərə alınaraq, Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının 20-ci ildönümü günü ölkə Parlamentində uşaqların özlərinin də bilavasitə iştirakı ilk dəfə "Uşaq hüquqları" üzrə sessiya keçirilmiş, uşaqların vəziyyəti müzakirə olunmuş, bir sıra mühüm təklif və tövsiyələr verilmişdir.

Eyni zamanda, uşaq hüquqlarının qorunması məqsədilə Ombudsman təsisatında 24 saat ərzində xidmət göstərən 916 nömrəli qaynar xətt yaradılmış, bu haqda məlumat aidiyyəti dövlət qurumları, şəhər və rayon icra hakimiyyətləri və KİV vasitəsilə geniş şəkildə yayılmışdır. Bu xidmətin yaradılması ölkəmizdə uşaq hüquqlarının daha etibarlı, səmərəli və təxirə salınmadan müdafiə olunmasına xidmət edir.

Müvəkkil Azərbaycan Qadın və Inkişaf Mərkəzinin, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi-nin imkanlarından resurs mərkəzi kimi faydalanır, Şəbəkədə fəaliyyət göstərən Liderlər Məktəbinin üzvləri ilə mütəmadi görüşlər təşkil edərək, orada uşaqlara hüquqlarını və müdafiə üsullarını izah edir, uşaq hüquqları ilə bağlı aktual mövzularda treninqlər keçirir.

Bu gün "İnsan hüquqları"nın müstəqil fənn kimi orta ümumtəhsil məktəblərində, orta ixtisas və ali təhsil müəssisələrində tədris olunmasını məqsədəmüvafiq hesab edərək mütləq fənlər siyahısına əlavə edilməsini dəfələrlə müvafiq qurumlara təklif edilmiş və tədricən həmin ideyaların reallaşdırılması istiqamətində tədbirlər görülür.

Bu baxımdan "Uşaq ili" çərçivəsində Təhsil Nazirliyi ilə razılaşdırılmış və bu ilin yanvarından başlayaraq aprel ayına kimi Bakı şəhərinin üç orta ümumtəhsil məktəbində həyata keçirilmiş "Uşaq hüquqları ,üzrə pilləli tədris" layihəsi yaddaqalan oldu və insan hüquqlarının tədrisi baxımından ən yaxşı təcrübə kimi qiymətləndirilə bilər.

"Uşaq hüquqları üzrə pilləli tədris" layihəsi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və təhsil nazirinin birgə imzaladığı tədbirlər planı və müqavilə əsasında pilot olaraq seçilmiş Bakı şəhər Nəsimi rayonunun 5 nömrəli, Yasamal rayonunun 31 nömrəli və Nərimanov rayonunun 207 nömrəli məktəblərində reallaşdırılmışdır.

Keçirilmiş tədris prosesində Təhsil Nazirliyinin müvafiq qurumları, eləcə də Bakı Dövlət Universitetindən alınmış rəy əsasında nəşr edilmiş "Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular" və "Uşaq hüquqları hamı üçün" ad-lı iki tədris vəsaitindən istifadə olunmuşdur.

Qeyd etməliyəm ki, layihə gedişində tədris prosesinə 300 nəfər şagird cəlb olunmuşdu ki, onlar-dan da 204-ü proqramda tam iştirak edərək hüquqi bilik və bacarıqlara yiyələnmişlər.

"Uşaq hüquqları üzrə pilləli tədris" layihəsini uğurla başa vurmuş şagirdlər "Ombudsmanın elçisi" adını daşıyan döş nişanı və vəsiqəsi, həmçinin sertifikatlarla təltif olunmuşlar.

Qeyd olunan tədris layihəsi uşaq hüquqlarının öyrənilməsi sahəsində mütərəqqi təcrübə kimi qazanılmış nailiyyətlərdəndir.

Bu gün bütün uşaqların normal şəraitdə və sağlam ətraf mühitdə yaşamaq, təhsil almaq hüquqlarının reallaşdırılması üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik. Bunun üçün uşağın normal ailəsinin olması əsas şərtlərdəndir. Ailədə övladın yaxşı tərbiyəsi isə valideynlərin ümdə vəzifələrindən olmalıdır. Onlar cəmiyyət üçün yararlı, sağlam düşüncəli, sağlam əqidəli, vətənpərvər, bəşəri dəyərlər əsasında tərbiyə olunan övladlar yetişdirməlidirlər.

Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.

Uşaqlar öz hüquqlarını tanımalı, heç kimin onları təsir altına salmasına, istismar etməsinə imkan ver-məməlidir. Bəzən yollarda maşın şüşəsi təmizləyən, ayaqqabı silən, dəsmal satan, ağır yük qaldıran, dilənçiliklə məşğul olan uşaqları görmək çox acınacaqlıdır. Heç bir valideynin uşağı belə istismar etməyə, təhşildən ayırıb məcburən bu işlərə vadarötməyə haqqı yoxdur. Ailədə maddi vəziyyət aşağı olduqda belə, böyüklər uşağını bu cür işlərdən uzaq saxlamalıdırlar.

Uşaqlara bütün sahələrdə göstərilən qayğı bir amala, bir məqsədə ünvanlanmışdır: cəmiyyət üçün layiqli, faydalı insan böyütmək!

Bu gün dövlətimizin uşaqlara göstərdiyi diqqət qayğı da göz qabağındadır. Ölkəmizdə uşaqların sağlam böyümələri, onların hərtərəfli inkişafı üçün ölkə Prezidenti cənab ilham Əliyev tərəfindən mühüm sərəncamlar verilir.

Heydər Əliyev Fondu tərəfindən məktəblərin, uşaq evləri bağçalarının inşası, onların yenidən müasir tələblərə uyğun şəkildə qurulması, həmçinin digər sahələrdə görülən işlər, gerçəkləşdirilən layihələr, proqramlar isə özünün uğurlu nəticələri ilə hamıda böyük sevinc razılıq hissi oyatmışdır.

Bu baxımdan, UNESCO İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü təşkilatçılığı ilə həyata keçirilən layihə proqramlar xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, ölkəmizdə uşaqlara diqqət qayğının artırılmasına, onların problemlərinin həll edilməsinə yönəldiyindən olduqca əhəmiyyətlidir.

Ölkəmizdə dövlət uşaq siyasətini həyata keçirən Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Ko-mitəsinin bugünkü fəaliyyəti əhalinin həmin qrupuna aid olanlarının da problemlərinin öyrənilməsi həll olunması baxımından müsbət nəticələr verməkdədir.

Hər bir xalqın, dövlətin ən böyük qiymətli sərvəti uşaqlardır. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin məsuliyyətli, mənəvi qüvvə tələb edən bir işdir. Planetimizin əhalisinin üçdə birini təşkil edən uşaqlarımızın necə tərbiyə olunmasından, hansı ideyalara qulluq etməsindən hər bir ölkənin gələcəyi asılıdır.

Ombudsman ölkə üzrə hüquqi maarifləndirmə işini genişləndirmək preventiv üsulların əhalinin diqqətinə çatdırmaq üçün tədbirlərin görülməsini, sülh mədəniyyətinin təbliği, müntəzəm şəkildə xüsusi ehtiyacları olan həssas qruplar, əlil uşaqlar, o cümlədən risk şəraitinə düşən ya bu şəraitdə yaşayan uşaqların vəziyyətinin araşdırılmasını, uşaq üçün qaynar xəttin yaradılmasını, uşaqlara dair bütün göstəriciləri özündə ehtiva edən statistik məlumat bankının yaradılması, dünya təcrübəsində müsbət qarşılanan "Uşaq dostu şəhərlər" layihəsi üzrə dövlət qurumları ictimai təşkilatlarla müzakirələrin aparılmasını, "Uşaqların cismani cəzadan müdafiəsi" haqqında qanunun qəbul olunmasını, Uşaqların cinsi istismar sui-istifadədən müdafiə olunmasına dair Avropa Şurasının Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiya edilməsini, Milli Məclisdə bu sahədə daha yaxşı koordinasiyası üçün ixtisaslaşmış "Ailə, qadın uşaq məsələləri komitəsi"nin yaradılmasını, zorakılığa məruz qalan uşaqların psixoloji sosial xidmətin təşkili, reabilitasiyası üçün proqramın hazırlanması, BMT Baş Assambleyası tərəfindən qəbul edilən "Uşaqlar üçün yararlı dünya" Bəyannaməsinə Avropa Şurası tərəfindən qəbul adilən Uşaqlar üçün yararlı Avropa" Bəyannaməsinə uyğun olaraq "Uşaqlar üçün Yararlı Azərbaycan" adlı uzunmüddətli strateji Proqramın qəbul olunmasını, uşaq QHT-lərinin onların şəbəkəsinin yaradılmasını uşaqların hüquqlarının maraqlarının daha dolğun etibarlı təmin olunmasına yönəlmiş təkliflər bu qəbildəndir.

Fəaliyyət dövrü ərzində Ombudsman məhkumların onların ailə üzvlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq, "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununun müddəalarına uyğun olaraq ölkə Prezidenti yanında Əfv məsələləri Komissiyası qarşısında dəfələrlə vəsatət qaldırmış, nəticədə, yüzlərlə məhkum, o cümlədən bir neçə uşaq da əfv edilmişdir. Ümumilikdə isə uşaqların saxlandığı bütün müəssisələrlə Müvəkkilin uşaqlara aid fəaliyyət istiqamətinin tərkib hissəsi kimi daim diqqət mərkəzindədir.

18 lyun - Milli insan Hüquqları Günüdür. Bu gün bizlər üçün, ümumiyyətlə, insan hüquqlarının müdafıəsi ilə məşğul olan hər bir kəs üçün olduqca əziz önəmli bir gündür.

18 lyun - Milli Insan Hüquqları Günü ərəfəsində uşaqlar naminə uşaqların iştirakı ilə bütün dövlət qurumlarını, ictimai təşkilatları, icmaları hər kəsi uşaqlara qayğı ilə yanaşmağa dəstək verməyə səsləyirəm.

Mayın 18-dən Ölkəmizdə elan olunmuş insan hüquqları aylığı bunun üçün bizlərə verilən bir imkan fürsətdir.

Gəlin bunu heç zaman unutmayaq ki, uşaqlar bizim gələcəyimizdir, hamımız onların xoş gələcəyinə çalışaq "Uşaqlar üçün yararlı Azərbaycan" yaradaq!

 

 

Elmira SÜLEYMANOVA

 

Respublika.- 2010.- 1 iyun.- S. 7.