Görkəmli alim və pedaqoq

 

Ulu Tanrı hər kəsə bir ömür yolu, bir tale qisməti pay verir. Bu ömrü layiqincə yaşamaq, tale qismətindən yetərincə bəhrələrımək və cəmiyyətdə özünəlayiq mövqe, nüfuz qazanmaq isə təbii ki, hər bir insanın özündən asılıdır. Adı respublikamızın elmi-pedaqoji ictimaiyyətinə yaxşı tanış olan, öz zəngin daxili-mənəvi dünyası, möhkəm iradəsi və geniş dünyagörüşü isə onu tanıyanların qəlbində özünə əbədi hörmət və məhəbbət qazandırmış biologiya elmləri doktoru, professor Tofiq İsa oğlu Qazıyev məhz şərəfli ömür yolu başqalarına, xüsusən də gənc nəslə layiqli nümunə olan görkəmli alim və pedaqoq idi.

Tale yolu heç həmişə rəvan rahat olmur. Xüsusən ötən əsrin 20-30-cu illərinin siyasi hadisələri repressiyaları, hətta ən mətin insanları belə əzməyə, siyasi burulğanların dibinə çökdürməyə qadir idi. Həmin dövrdə öz yüksək ləyaqətini saxlamaq xalqına şərəflə xidmət göstərmək böyük hünər idi.

Uşaqlıq gənclik illəri məhz həmin kəşməkəşli fırtınalı dövrə təsadüf edən görkəmli alim Tofiq Qazıyevin keçdiyi şərəfli tale yolu bu baxımdan da böyük ləyaqət nümunəsi sayıla bilər. 1920-ci il may ayının 20-də Samux rayonunda tanınmış ziyalı ailəsində anadan olan Tofiq Qazıyevin həmin illərdə başı az bəlalar çəkməyib. Şübhəli Qazıyev soyadı, atasının savadlı olması, üstəlik bəy nəslindən olan Mina xanım Zülqədərova ilə ailə həyatı qurması bu ailəni çətin sınaqlar qarşısında qoyub. Lakin o sınmayıb, əmək fəaliyyətinə müəllim kimi başlayıb, öz məqsədinə doğru qətiyyətlə irəliləyib.

1938-ci ildə Gəncə Dövlət Pedaqoji institutuna daxil olan gənc Tofiq Qazıyev tələbə ikən Sovet-Fin müharibəsinə yollanır. 37-ci ilin siyasi repressiyalarının mənəvi fiziki ağrıları çəkilməmiş Böyük Vətən müharibəsi başlayır. Beş il müharibədə şərəfli döyüş yolu keçən, göstərdiyi şücaətə gö Böyük Vətən müharibəsinin I II dərəcəli ordenləri, çoxlu sayda medallarla təltif olunan, baş leytenant rütbəsinə yüksələn T.Qazıyev Vitebskin düşməndən azad olunmasında qəhrəmancasına vuruşur, lakin ağır güllə yarası aldığı üçün 1944-cü ilin yayında II qrup müharibə əlili kimi ordudan tərxis olunaraq Gəncəyə qayıdır.

Ömrünü elmə pedaqoji fəaliyyətə həsr etməyi qarşısına qəti məqsəd qoyan T.Qazıyev müharibədən sonra ali təhsilini fərqlənmə diplomu ilə başa vuraraq institutun biologiya fakültəsində dərs deməyə başlayıb. Yüksək mənəvi keyfiyyətlərinə işgüzarlığına görə gənc müəllim Tofiq Qazıyev qısa müddətdə institutun rəhbərliyinin, pedaqoji kollektivin tələbələrin böyük hörmətini qazanıb. Elmə hədsiz həvəsi bağlılığı onu pedaqoji fəaliyyətlə yanaşı, elmi-tədqiqat sahəsində yorulmadan çalışmağa sövq edib. Elmin hələ açılmamış ən dərin qatlarına baş vuran, daimi yeniliyə, yeni kəşflərə can atan Tofiq müəllim 1956-cı ildə namizədlik, 1965-ci ildə isə doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafiə edir. Böyük elmdə yeni cığırın açılmasına nail olur.

Həyatını bütünlüklə öz xalqına, dövlətinə xidmətə gənc nəslin maariflənməsinə həsr etmiş görkəmli alim Tofiq Qazıyev 130-dan çox elmi əsərin, "Bitkilərin həyatı", "Bitki fiziologiyası" adlı dərs vəsaitlərinin, ümumilikdə 14 kitabın müəllifidir. Onun elmə göstərdiyi yeni müasir ideyalar, səmərəli maraqlı təkliflər beynəlxalq elmi təşkilatların elmi ictimaiyyətin diqqətini cəlb edib. Məsələn, "Pambığın hektarlıq problemləri bal arılarının pambığın məhsuldarlığının artırılmasında rolu" monoqrafiyası dünyanın görkəmli alimləri tərəfindən elm aləmində böyük nailiyyət kimi dəyərləndirilib və 1968-ci ildə Böyük Britaniyada çap olunub. Daha çox elmin qlobal əhəmiyyətli məsələləri ilə məşğul olan görkəmli alimin 17 əsəri dünyanın müxtəlif ölkələrində tərcümə edilib bu elmi nəticələrdən bəhrələnib.

SSRİ Dövlət mükafatı laureatı, novatorçu professor İ.Xalifmanın 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasına göndərdiyi məktub biologiya elmləri doktoru, professor Tofiq Qazıyevin dünya miqyaslı görkəmli alim kimi tənındığının təsdiqidir. Akademik Press London-Nyu-York nəşriyyatının 1970-ci ildə buraxdığı Mak Qreqorun "Bitkilərin həşəratla tozlanması" adlı böyük bir kitəbında Tofiq Qazıyevin nəşr olunmuş əsərlərinə dəfələrlə müraciət edilir. Alimin apardığı bu tədqiqat işlərinin nəticələrinin praktiki tətbiqini dünya pambıqçılıq elmi gözləyir. Belə bir monoqrafiya nəinki bizim ittifaqda, hətta dünyanın heç bir ölkəsində buna qədər nəşr olunmamışdır". Təsadüfi deyil ki, görkəmli Azərbaycan aliminin dünyanın bir çox ölkələrində ABŞ, İspaniya, Rumınıya və s. keçirilən beynəlxalq konfranslardan məruzələri həmişə diqqətlə öyrənilib.

Professor Tofiq Qazıyevin yaradıcılıq fəaliyyətində gənc nəslin layiqli vətəndaş və yüksək mütəxəssis kimi yetişməsi, elmi-pedaqoji kadrların hazırlığı həmişə xüsusi yer tutub. 40 ilə yaxın institutun botanika kafedrasına rəhbərlik etmiş professor Tofiq Qazıyev tələbələrin gələcəyimizin layiqli davamçıları kimi peşəkar səviyyədə hazırlanmasına, elmi-pedaqoji kollektivin təkmilləşməsinə daim qayğı ilə yanaşıb. Vətəninə və xalqına şərəflə xidmət göstərib. Əsl ziyalı, bir vətəndaş kimi ictimai-siyasi proseslərdə fəal iştirak edən, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının yaradıcılarından biri olan T.Qazıyev öz əqidəsinə həmişə sadiq qalıb. Yüksək prinsipiallığı, işgüzarlığı, yüksək insani keyfiyyətləri və siyasi savadlılığına görə xalq arasında böyük nüfuza malik idi. Görkəmli alimin əmək fəaliyyəti dövlətimiz tərəfındən yüksək qiymətləndirilib. Tofiq Qazıyev "Şərəf nişanı" ordeni, çoxlu sayda fəxri fərmanlarla təltif olunub. Görkəmli alim və pedaqoq Tofiq Qazıyevin əziz xatirəsi xalqımızın qəlbində daim yaşəyacaq, gələcək nəsillərə nümunə göstəriləcəkdir.

 

 

Xəlil CABBAROV

 

Respublika.-2010.- 1 iyun.- S.10.