Ekoloji problemlər diqqət mərkəzindədir

 

“Ekologiya ili – 2010”

 

Təbiəti sevməyən insan tapılmaz. Lakin təbiətdən bu gün nəsə almaq, onu sevmək yetmir. Təbiətə qayğı göstərmək gərəkdir. Təəssüflə qeyd etməliyik ki, bu gün Yer kürəsi, bizi əhatə edən ətraf mühit qlobal problemlərlə üzləşib. Qlobal istiləşmə, radioaktiv tullantılar, havanın, suyun çirkləndirilməsi, yaşıllıqların məhv edilməsi və s. ətraf mühitin üzləşdiyi problemlərin çox cüzi hissəsidir. Bu problemləri yaradan da, onun zərərini çəkən də insandır. Daim dövlət siyasətinin vacib istiqamətlərindən biri olan ekoloji mühitin qorunmasına son illər diqqət artırılmışdır. Bu baxımdan dövlət başçısı İlham Əliyevin 28 sentyäbr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı" ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına geniş imkan açır.

Yeni neft strategiyasının uğurla həyata keçirilməsində mühüm rol oynayan Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda da ekoloji problemlərin həllinə xüsusi qayğı göstərilir.

TSE, İSO EN 9001 keyfiyyət, TSE İSO EN 14001 ekologiya, ISO OHSAS TS 18001 əməyin mühafizəsi və təhlükəsizliyi beynəlxalq idarətmə standartlarının tələbi səviyyəsində fəaliyyət göstərən zavod Azərbaycan Respublikası neftayırma sənayesinin əsas müəssisəsi kimi mühərrik yanacaqları, avtobenzinlər, dizel yanacağı, aviakerosin, maye qazlar və koks istehsal edir. Zavodda neft emalı sənayesi üçün xarakterik olan proseslər neftin ilkin emalı, katalitik krekinq, katalitik riforeminq, tədrici kokslaşma və qaz fraksiyalaşdırıcı qurğular istismar olunur. Zavodun tənlükəsizlik, ekologiya və keyfiyyət xidmətinin ekologiya üzrə rəis müavini Əjdər Mustafayevlə görüşüb ekoloji problemlərin həlli istiqamətində görülən işlər barədə danışmasını xahiş etdik. Ə.Mustafayev dedi:

-Bu gün dövlət başçısı İlham Əliyev ətraf mühitin qorunmasını, ekoloji tarazlığın bərpasının əsas istiqamətlərindən birinə çevirməklə sözügedən istiqamətdə əsaslı dönüş yaradıb. Məhz ölkə Prezidentinin sərəncamı ilə 2006-cı ildə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair "2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı" qəbul olundu uğurla icra edildi. 2010 -cu ilin "Ekologiya ili" elan olunması isə ekoloji tarazlığın qorunması işinin bundan sonra daha geniş vüsət alacağından xəbər verir. Ölkə iqtisadiyyatının aparıcı sahəsi olan neft sənayesinin inkişafında böyük əməyi olan neftçilər bu prosesdə fəal iştirak edirlər. Bu mənada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə müəssisələrində yaşıllıqlar genişləndirilir, ağaclar əkilir, abadlıq işləri görülür. Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun direktoru Elman İsmayılovun rəhbərliyi ilə bu sahəyə xüsusi diqqət göstərilir. Zavodun daxilində, ətraf ərazilərində yaşıllaşdırma işləri aparılır. Ətraf mühitin qorunması, ekoloji tarazlığın təmin olunması üçün ərazilər metal qırıntılardan təmizlənir, neft tullantılarla çirklənmiş sahələr münbit əkin üçün yararlı torpaqla örtülür yaşıllaşdırma işləri həyata keçirilir.

Heydər Əliyev adına BNEZ-in təhlükəsizlik, ekologiya keyfiyyət xidmətinin ekologiya qrupunun işçiləri mütəmadi olaraq zavodun istehsalat, sex sahələrində olarkən daim neft neft məhsulları saxlanılan çənlərin düzgün istismarı zamanı havaya atılan karbohidrogenlərin miqdarına,. çənlərin təmizlənməsi zamanı tullantıların yığılması zərərsizləşdirilməsinə, lokal təmizləyici qurğuların səmərəli işinə, bərk, məişət, tullantılarının yığılması kənarlaşdırılmasına, yaşıllıqlara qulluğun təmin edilməsinə nəzarət edirler".

Əjdər Mustafayev onu da qeyd etdi ki, bu yaxınlarda atmosferə atılan zərərli qazların miqdarının təyin olunması üçün zavodun bütün nəqliyyat vasitələri Balaxanı ekoloji ölçmə məntəqəsində  texniki müayinədən keçirilmiş, maşınların nasazlıqları yoxlanılmışdır.

Eyni zamanda ARDNŞ-in prezidentinin 12 avqust 2008-ci il tarixli "Ekoloji təbliğat maarifləndirmə haqqında" əmri ilə təsdiq edilmiş "Ekoloji təbliğat maarifləndirməyə dair Tədbirlər Pla" na uyğun olaraq ARDNŞ-in ekoloji emblemi hazırlanmış, müvafiq tədbirlərdə istifadə edilməsini təmin etma məqsədilə xüsusi yerlərdə emblemi reklam lövhələrinin asılması, emblemi əks etdirən xüsusi reklam çarxının hazırlanması kimi işlər görülmüşdür. Maarifləndirmə işləri zavodun bütün sahələrində Öz əksini tapmışdı Həqiqətən , "Ekologiyanın qorunma xalqımızın sağlamlığının, milli genefondumuzun qorunması deməkdir".

"Sobalarda yanma prosesini keyfiy yətlə apar!", "Atmosfer havasına atılan zərərli tullantıların miqdarını azalt" kirr onlarca şüarlar yazılaraq zavodun həyətyanı sahələrinə vurulmuşdur.

Qeyd edək ki, Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda Azərbaycan Respublikasında ekoloji vəziyyətir yaxşılaşdırılmasına dair 2006-2010-cı illər üçün Kompleks Tədbirlər pianına uyğun olaraq Bakı buxtasına atılan istehsalat çirkab sularının təmizlənmə effektivliyinin artırılması məqsədilə zavodun bioloji təmizləmə qurğusunun yenidən qurulması, 7 saylı sexin 1-ci stansiyasında 2 saylı istehsalatın 2-ci əmtəə parkında 4 saylı istehsalatın şimal parkında lokal, qapalı, drenaj kanalizasiya sisteminin layihələşdirilməsi yenidən qurulması, xammal müasir standartların tələblərinə cavab verən benzin, kerosin, dizel yanacağı məişət soba yanacağının qəbulu, saxlanılması, dəniz limanına dəmir yolu estokadasınə nəqli üçün əmtəə neft məhsulları parklarının yenidən qurulması kimi tədbirlər həyata keçirilmişdir.

Zavodda keçirilən iməciliklər ekoloji problemlərin həllinə öz müsbət təsirini göstərir. Belə ki, yanvar ayından bu günə qədər 1803 ədəd ağac, 450 ədəd isə müxtəlif gül kolları əkilmişdir.

Hamımızın ümumi evi olan ana təbiətimizi, torpağımızı, suyumuzu, birlikdə nəfəs aidığımız hayamızı qorumaq rnənəvi borcumuzdur. Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun kollektivi ətraf mühitin qorunması işində öz səylərini əsirgəmir.

 

 

Mehparə ƏLİYEVA

 

Respublika.- 2010.- 4 iyun.- S. 5.