Xaricdə təhsilin coğrafiyası genişlənir

 

Bu, ölkəmizin uğurla təmsil olunmasıdır

 

Təhsil hər zaman dövlətimizin diqqət mərkəzində olub, onun inkişafına milli dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi yanaşılmış, xalqın intellektual səviyyəsinin artmasını ən ümdə məsələlərdən biri kimi daim önə çəkmişdir. Milli təhsil sistemimizin inkişaf perspektivlərinin prioritetlərindən birini də xaricdə təhsil təşkil edir. Bu istiqamətdə son dövrlərdə mühüm tədbirlər həyata keçirilir. Təqdirəlayiq haldır ki, bununla dövlət tədris müəssisələri ilə yanəşı özəl qurumlar da uğurla fəaliyyət göstərirlər. Belə qurumlardan daim öndə olan 1998-ci ildən fəaliyyət göstərən "Aki-İnter" şirkətinin yüksək səviyyəli işi diqqət çəkir. ABŞ, Böyük Britaniya, Fransa, İsveçrə, Almaniya, İtaliya, Hollandiya və başqa ölkələrin təhsil ocaqları ilə qarşılıqlı əməkdaşlıq əlaqələri qurulubdur. Şirkət tərəfindən orta məktəb proqramı, universitet və kollec proqramı, magistratura, qısamüddətli dil kursları, mənalı yay istirahəti təşkil edilir.

"Aki-İnter" şirkətinin təsisçisi va rəhbəri Kənan Cəlilovla söhbətimizdə xaricdə təhsil sahəsində hazırda mövcud vəziyyət, bu sahədə həyata keçirilən tədbirlər barədə qurumun timsalında aydınlıq gətirməyə çalışdıq. Ölkə başçısının gənclərin xaricdə təhsilinə göstərdiyi diqqət və qayğının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan Kənan müəllim qeyd etdi ki, ümurfıi obyektiv və ya subyektiv çətinliklərə baxmayaraq şirkətimizin fəaliyyəti uğurla davam edir. Artıq 12 ildir ki, xaricdə təhsilin təşkili ilə məşğul oluruq. Bu müddət ərzində "Aki-İnter" şirkətinin həm fəaliyyət dairəsi, həm də onun əlaqə coğrafiyası xeyli genişlənmişdir. "Aki-İnter" məhz bu prinsiplərə xüsusi önəm verir və fəaliyyətini bu istiqamətdə qurmuşdur.

İndiyə qədər qazandığımız nailiyyətlər xaricdə təhsil məkanında adımızın kifayət qədər tanınması, əməkdaşlıq əlaqələrimizin ildən-ilə genişlənməsi doğru yol tutmağımızı əyani təsdiq edir. Şirkətimizin fəaliyyətə başladığı illərdə bu sahə ilə məşğul olan çoxlu şirkətlər yaranmışdı. Onların böyük əksəriyyəti məhz bu baxımdan fəaliyyətlərini davam etdirə bilməmişlər. Bunun əksinə, bizə müraciət edənlərin sayı ilbəil artır. Çünki şirkətimizə inanırlar, bütün məsələlərdə bizə güvənirlər. Şirkətimiz tərəfindən xarici ölkələrə təhsilə göndərilənlərin tədris müddətində bütün qayğılarını öz üzərimizə götürürük. Bununla bağlı əlaqədar qurumlarla kontraktlarımız var. Buradan yola düşənləri istər Amerikada, İngiltərədə, istərsə də digər Avropa ölkələrində bizim kontrakt bağladığımız şirkətlərin nümayəndələri tərəfindən yüksək səviyyədə qarşılayıb orada yerləşdirilirlər. Bu zaman bizim xüsusi nümayəndəmiz də onların yanlarında olur. Uşaqların mənzil şəraiti, yeməyi, tədris prosesi daim nəzarətdə olur. Hər hansı məsələ ilə bağlı valideynləri ilə əlaqə yaradılır. Uşaqların təlim və tərbiyəsində vəziyyətlə bağlı məlumatlandırılırlar.

"Aki-İnter" şirkəti olaraq belə bir məsuliyyəti üzərimizə götürməklə, uşaqların xarici ölkələrin ən nüfuzlu məktəblərində oxumasını təmin etmək başlıca məqsədimizdir. Bu sahəyə bələd olduğum üçün onu da təəs-süflə qeyd etmək istəyirəm ki, yalnız öz biznes maraqlarını ödəməklə xaricə təhsil almağa uşaq göndərən digər şirkətlər belə bir məsuliyyətin altına girməzlər. Onlar yalnız müəyyən müddət üçün xaricə oxumağa göndərməklə işlərini bitmiş hesab edirlər. Biz isə hər bir şagirdin orada necə yaşaması, oxuması, tədrisin keyfiyyəti, qarşılaşdıqları çətinliklərlə maraqlanırıq. Lazım olduqda operativ müdaxilə edirik. İşimizin bu cür ciddi qurulması şirkətimizin nufuzunun yüksəlməsinə əlavə stimul verir. Yeri gəlmişkən onu da əlavə edim ki, hazırda xaricdə təhsil almağa maraq böyükdür.

Xaricdə təhsil almaq arzusunda olanların çoxu Böyük Britaniyaya üstünlük verirlər. Bu da ondan irəli gəlir ki, ABŞ-la müqayisədə bu ölkə bir qədər yaxındır və nüfuzlu təhsil ocaqlarının çoxu burada fəaliyyət göstərir. ABŞ-da, digər ölkələrdə yüksək təhsil sistemi mövcuddur. Valideyn və uşaqların arzusu ilə qapalı-yatılı orta məktəblərə, yaxud təhsil kurslarına şagirdlər göndəririk. Bu uşaqların xarici dillə bağlı çətinlik çəkməməsi üçün şirkətimizdə hazırlıq kursları təşkil olunubdur. Bu kurslarda uşaqjar həm dil öyrənir, həm də xarici təhsil proqramlarını mənimsəyirlər.

Kurslarda dərs deyən pedaqoqların peşəkarlığına da mühüm önəm veririk. Müəllimlərimizi bu sahədə böyük təcrübəsi olan ixtisaslı kadrlardır. Digər şirkətlərdə olduğu kimi bir nəfər xaricini dəvət edib, sonra da bizdə əcnəbilər dərs aparır deməklə öyünmək olmaz. Heç soruşulmur ki, bu əcnəbinin özü ingilis dilini mükəmməl bilirmi?! Yeri gəlmişkən, qeyd edim ki, mən özüm ABŞ-da təhsil almışam. Kurslarda dərs aparan müəllimlərin seçiminə tələbkarlıqla, ciddi yanaşıram.

Xaricdə təhsil həm də gələcəyə hesablanmış bir məsələdir. Xaricə təhsilə göndərilənlər gələcəyin kadrlarıdır. Ona görə də biz bu işə biznes maraqları ilə yox, belə bir mühüm məsələyə kömək etmək istəyi ilə yanaşırıq. Gəlir həmişə ikinci planda olmalıdır. Bu sahənin inkişafına ölkə başçısı səviyyəsində xüsusi diqqət və qayğı göstərilir, dövlətin təhsil siyasətinin prioritetlərindən birini təşkil edir. Xaricdə təhsil barədə prezidentin imzaladığı və qəbul edilən Dövlət Proqramının icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Şirkətimiz də bu proqramın reallaşmasında fəal iştirak etməyə çalışır. Fəaliyyətində bu mühüm sənəddən irəli gələn vəzifələrin həllinə əzmlə çalışır.

"Aki-İnter" şirkəti xarici ölkələrdə fəaliyyət  göstərən nüfuzlu tədris müəssisələri ilə  qurduğu  faydalı  əməkdaşlıq  əlaqələrindən  bacarıqla və daha əhatəli şəkildə istifadə edir. Bu sahə ilə məşğul olan özəl şirkətlərin potensial  gücündən  daha çox istifadə edilməsi ümumi məqsədin  xeyrinədir. Hələ ki, bu qüvvədən istifadə edilmir. Məsələyə məntiqi yanaşılsa, dövlət proqramı ilə xaricdə təhsilə göndərilənlərin sayı artardı. Bu işdə şirkətimizin təcrübəsi və potensial fəaliyyətinə diqqət çəkmək istəyirəm. İndiyə qədər qazandığımız imic, xarici ölkələrin  əməkdaşlıq etdiyimiz şirkətlərinin bizə olan inamı "Aki-inter"in nəyə qadir olduğunu ortaya qoyur. Yeri gəlmişkən onu da qeyd edim ki, yüksək səviyyəli fəaliyyətimizə, bu işə hazır olduğumuza, daha çox iş görmək istəyimizə baxmayaraq hələlik arzu olunann səviyyədə bizə yanaşılmır. Hazırda ölkəmizdən xaricə oxumağa göndərilmə ilə bağlı qurumlarla yanaşı,  "Soros" fondu məşğul olur, onların maliyyə dəstəyini həyata keçirir. Bu fond yalnız maliyyə məsələsini  həll  edir. ABŞ, Böyük Britaniya və  başqa ölkələrdə fəaliyyət göstərən orta məktəblərdə X-XI siniflərdə təhsil alanlara geri qayıtdıqdan sonra Təhsil Nazirliyi tərəfindən attestat verilir. Eyni məktəbə, tamamilə eyni proqram əsasında öz vəsaiti hesabına bizim şirkət tərəfindən göndərilən uşaqlar attestat almaqda çətinliklərlə üzləşirlər. Belə vəziyyət isə narahatlıq yaratmaya bilməz. Düşünürəm ki, hər bir ölkə vətəndaşı imkan vatsa, xaricdə təhsil almaq arzusunu reallaşdırmalıdır. Bunun üçün xaricdə təhsil məsələsi ilə məşğul olan yerli şirkətlər istənilən proqramla bunu həll etməyə qadirdir. Özəl şirkətlərə dövlət dəstəyi, onlara da eyni münasibət göstərməsi bu sahənin inkişafına güclü stimul olar. Bütün bunlarla yanaşı, xaricdə təhsil proqramında mövcud boşluqların doldurulması zəruriyyəti də vardır. Məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciətlər etmişik. Bundan başqa ölkəmizdən xaricə təhsil almağa gedənlərə səfirliklər viza verməkdə müxtəlif problemlər yaradırlar. Bu problemin həllində də təxirəsalınmaz işlər görülməli, buna dövlət səviyyəsində dəstək olmalı, xarici səfirliklər təhsil məsələlərində həssaslıq göstərməlidirlər.

Bizim fikrimizcə, bu gün çox uğurla həyata keçirilən xaricdə təhsillə bağlı bu sahədə fəaliyyət göstərən şirkət və müəssisələrin, müxtəlif əlaqədar qurumların, təşkilatların, səfirliklərin nümayəndələrinin birgə müzakirəsinə ehtiyac var.

Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, təhsilə, elmə xalqımız böyük önəm verir. Savadlı, intellektual biliyə malik gənclərimiz olub, bu gün də var və gələcəkdə də olacaq. Hazırda elə orta məktəb məzunu yoxdur ki, o, ali təhsil və yaxud ixtisas almaq arzusunda olmasın. Bu hal qürurverici amildir. "Aki-inter" bu işdə bundan sonra da əzmlə çalışacaqdır, yetər ki, şirkətimizə daha isti münasibət göstərilsin.

 

 

Mustafa KAMAL

 

Respublika.- 2010.- 5 iyun.- S. 4.