70 yaşlı Uşaq İncəsənət Məktəbi

 

Quba şəhərinin mərkəzində hamının "Musiqi məktəbi" kimi tanıdığı qədim, yaraşıqlı binada rayonun sənət məbədi, mədəniyyət ocağı olan Uşaq İncəsənət Məktəbi yerləşir. 1940-cı ildə musiqi məktəbi kimi fəaliyyətə başlayan bu təhsil ocağı istedadların üzə çıxarılmasında, şagirdlərin estetik tərbiyəsinin formalaşmasında, musiqiçi kadrlarının yetişdirilməsində çox səmərəli iş aparır. Bu gün şimal bölgəsində incəsənət müəssisələrində çalışanların əksəriyyəti məhz bu məktəbin yetirmələridir. Hazırda 420 nəfər şagirdin təhsil aldığı bu məktəbdə gənc musiqiçilər və rəssamlar yetişir.

Ötən onilliklər ərzində məktəbin bir çox nailiyyətləri olmuşdur. Məktəbin yetirmələri bir çox nüfuzlu beynəlxalq sərgi müsabiqələrdə respublikamızı layiqincə təmsil etmişlər. Son illərin uğurları daha diqqətəlayiqdir. 2008-ci ildə məktəbin şagirdi, gənc rəssam Mədinə Qədirova İsveçin Stokholm şəhərində keçirilən beynəlxalq rəsm müsabiqəsində "Yurdumuzda sülh olarsa" əsərinə görə sərginin diplomu qızıl medalına layiq görülmüşdür. GUAM ölkələrinin Uşaq İncəsənət Məktəbi şagirdlərinin "Biz sülhə səs veririk" mövzusunda keçirilən rəsm sərgisində məktəbin şagirdləri uğurla çıxış etmişlər. "Çin uşaqların gözü ilə" rəsm müsabiqəsində məktəbin yetirməsi Xəzər İsayev uğur qazanaraq ikinci yerə layiq görülmüşdür.

Respublika miqyasında keçirilən musiqi rəsm müsabiqələrində məktəbin şagirdləri tez-tez iştirak edirlər. Bu günlərdə məktəbin istedadlı şagirdi, gənc xanəndə Vahid Nuriyev daha bir uğura imza atmışdır. "Çağ" öyrətim işləmələri tərəfindən Bakı şəhərində keçirilən uluslararası musiqi olimpiadasında birinci yerə çıxaraq İstanbul şəhərində keçiriləcək final yarışmasına vəsiqə almışdır. Ümumiyyətlə, son üç ildə məktəbin gənc şagirdləri 6 beynəlxalq, 2 respublika müsabiqəsinin qalibi olmuşdur.. Bu günlərdə məktəbin 70 illik yubileyi şəhər mədəniyyət sarayında rayon ictimaiyyətinin, valideynlərin iştirakı ilə böyük təntənə ilə qeyd olunmuşdur. Məktəbin direktoru Kamran Məhərrəmov məktəbin 70 ildə keçdiyi şərəfli yoldan, təhsildə qazandığı müvəffəqiyyətlərdən danışmışdır. Yığıncaqda Mədəniyyət Turizm Nazirliyinin məsul işçisi Səid Hacıyev, rayon icra hakimiyyəti başçısının müavini Xanımsona Əkbərova, təhsil şöbəsinin müdiri Süleyman Aslanov, Xaçmaz Rayon Musiqi Məktəbinin direktoru Telnaz Adıgözəlova, Qusar Rayon İncəsə-nət Məktəbinin direktoru Reyhan Baxışova başqaları çıxış edərək məktəbin müəllim şagird kollektivini yubiley münasibətilə təbrik etmişlər. Gənc nəslin estetik tərbiyəsində səmərəli fəaliyyətinə görə məktəb Mədəniyyət Turizm Nazirliyinin fəxri fərmanı pul mükafatı ilə təltif edilmişdir.

 

 

Ziyafəddin BAYRAMOV

 

Respublika.- 2010.- 5 iyun.- S. 4.