Əhalinin ekoloji maarifləndirilməsi “Ekol mühəndislik xidmətləri” QSC-nin fəaliyyətinin əsas istiqamətlərindəndir

 

Ekologiya ili - 2010

 

XXI əsrdə Azərbaycanın qarşılaşdığı ən aktual problemlərdən biri də ekoloji problemlərdir. Uzun illər Azərbaycanda neft-kimya sənayesinin Sovet hakimiyyətinin proqramları əsasında qurulması, ekoloji məsələlərə diqqət yetirilməməsi respublikamızın hava, su hövzələrinin və torpaq sahələrinin çirklənməsinə, ölkəmizin fauna və florasının vəziyyətinin sürətlə pisləşməsinə, ölkə əhalisinin sağlamlığının təhlükə altında qalmasına səbəb olmuşdur.

Ölkə Prezidenti möhtərəm İlham Əliyevin qeyd etdiyi kimi "Ekoloji tarazlığın bərpa edilməsi, ekoloji tədbirlərin görülməsi, ətraf mühitin qorunması həmişə beşinci, onuncu dərəcəli məsələ kimi gündəlikdə dayanırdı". Respublika ərazisinin 20 faizinin erməni işğalçıları tərəfindən zəbt edilməsi də ekoloji vəziyyətin daha da pisləşməsinə şərait yaratmışdır.

Bütün bu çətinliklərə baxmayaraq hələ sovet rejimi dövründə Azərbaycana rəhbərlik etmiş xalqımızın ümummilli lideri Heydər Əliyev bu məsələlərə ciddi diqqət göstərirdi. 1993-cü ildə xalqın təkidi tələbi ilə yenidən hakimiyyətə qayıdan dahi siyasətçi başqa sahələr kimi ekoloji təhlükəsizlik məsələlərini şəxsi nəzarət altına götürdü bu istiqamətdə respublikamızda mühüm əhəmiyyətli işlər görülməyə başlandı.

Ümummilli lider Heydər Əliyev siyasi məktəbinin yetirməsi layiqli davamçısı ölkə prezidenti il-ham Əliyevin rəhbərliyi dövründə ekoloji problemlərin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi keyfiyyətcə yeni bir mərhələyə yüksəldi. Ölkə başçısı 28 sentyabr 2006-cı il tarixli, 1697 saylı sərəncamı ilə "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planını təsdiq etdi. Bu mühüm dövlət sənədi çərçivəsində aidiyyəti qurumlar zəruri tədbirlərin həyata keçirilməsinə başladılar son dörd ildə bir çox vacib məsələlər öz həllini tapdı. ARDNŞ onun tabeliyində olan qurumlar da öz sahələrində "Kompleks Tədbirlər Planı"nın icrasına başlamış bu gün uğurla davam etdirilir.

ARDNŞ Ekoloji Siyasətində respublikamızın ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində irimiqyaslı layihələr həyata keçirməklə yanaşı, ekoloji maarifləndirmə məsələlərinə geniş yer ayırmışdır. Ümummilli lider Heydər Əliyevin imzaladığı "Əhalinin ekoloji təhsili maarifləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununu əldə rəhbər tutaraq ARDNŞ ekoloji maarifləndirmə təbliğat məsələlərinə daha çox diqqət yetirir. Şirkətin prezidenti Rövnəq Abdullayevin 12 avqust 2008-ci il tarixli 123 saylı əmri ilə tədbirlər planı təsdiq edilmiş, ekoloji təbliğat maarifləndirmə işlərinə start verilmişdir.

Tədbirlər planına ARDNŞ-nin əməkdaşları üçün ekologiya üzrə seminarların təşkili, beynəlxalq təşkilatlarla "Dəyirmi masa"ların keçirilməsi, məktəblər, məktəbdənkənar tədris müəssisələri mərkəzləri ilə əməkdaşlığın qurulması, məktəbəqədər məktəb yaşlı uşaqlar üçün açıq dərslərin, ekskursiyaların, iməciliklərin müsabiqələrin təşkili, keçirilən tədbirlərə ictimaiyyətin, QHT KİV nümayəndələrinin cəlb olunma kimi məsələlər daxil edilmişdir.

ARDNŞ-in təsisçiliyi ilə yaradılmış "Ekol Mühəndislik Xidmətləri" QSC-də öz sahəsində 2008-ci ilin sonundan etibarən tədbirlər planında qeyd edilmiş məsələlərin həyata keçirilməsinə başlanmışdır.

Bu tədbirlərin davamı olaraq "Ekol  Mühəndislik Xidmətləri" QSC üzv olduğu Azərbaycandakı Amerika Ticarət Palatasının təşəbbüsü ilə "Ekologiya ili" çərçivəsində may ayının 12-dən etibarən Bakı şəhəri məktəblərində ekoloji maarifləndirmə tədbirlərinə başlamışdır. Tədbirlər paytaxtın Zərifə Əliyeva adına, eləcə 20, 23, 6 saylı lisey-məktəbləri "SOS uşaq kəndi" intemat məktəbini əhatə etmişdir.

Azərbaycandakı Amerika Ticarət Palatasının "Ekol Mühəndislik Xidmətləri" QSC-nin rəhbər işçilərinin mütəxəssislərinin birgə keçirdiyi bu layihə, məktəblilərin mədəniyyətinin, onların dünya gö-rüşlərinin, düşüncə tərzlərinin yeni davranış stereotiplərinin ekoloji cəhətdən formalaşmasına yönəldilmişdir.

Adı çəkilən məktəblərdə təqdim olunan əyani materiallarla respublikamızın ekoloji vəziyyəti, ekoloji problemlərin həlli yolları, ölkəmizin təbii ehtiyatları, alternativ enerji mənbələri, onlardan səmərəli istifadə digər ekoloji mövzular barədə geniş məlumat verilmişdir.

Təqdimatlarda qeyd olunmuşdur ki, cəmiyyətin elə bir sahəsi yoxdur ki, orada ekologiyanın prinsip qaydaları nəzərə alınmasın. Bununla belə, ekologiyanın vacibliyi hələ tam dərk edilməmiş lazımi səviyyəyə qaldırılmamışdır. Müxtəlif sosial, maddi-texniki, hüquqi faktorların sırasında ekoloji təhsilin ekoloji mədəniyyətin aşağı olması təhlükəli ekoloji durumun əsas səbəblərindəndir.

Məktəblilərin diqqətinə çatdırılmışdır ki, özünün kainatın sirlərini dərk etməyin sonsuz arzuları ilə yaşayan insan ümumbəşəri dəyərlərdən hesab edilən ekologiya məsələlərinə münasibətində dəyişiklik etməli, ekologiyanın gələcək mənzərəsinin təsvirini verməyi bacarmalıdır. Əminliklə bildirilmişdir ki, ekoloji biliklərin hər bir insana çatdırılması onun cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq həyat fəaliyyətinin bütün sahələrində təbiətə münasibətdə düzgün mövqedə durmasında xüsusi rol oynayacaq. Ekoloji biliklər hər bir kəsin mədəniyyətinin dünyagörüşünün ayrılmaz hissəsi olacaq. Bu isə cəmiyyətin, xalqın ölkənin sağlam həyatı deməkdir.

2010-cu ilin öikə Prezidenti tərəfındən "Ekologiya ili" elan edilməsinin əsas məqsədi isə ekoloji problemlərin ümumxalq problemi olduğunu bütün səviyyələrdə təsbit etməkdir. Bu prosesin həyata keçirilməsi təhsilin bütün pillələrində ekoloji   biliklərin mənimsənilməsinə nail olmağı tələb edir.

Məktəblərdə keçirilən təqdimatlar şagird müəllim heyəti tərəfindən böyük maraqla qarşılanmış, qarşılıqlı dialoq şəraitində keçmişdir. Məktəblilərə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin rəmzi hədiyyələri təqdim olunmuş, "SOS uşaq kəndi" internat məktəbinə isə əlavə olaraq televizor da hədiyyə edilmişdir.

Qeyd olunmuşdur ki, gənclərin ekoloji maarifləndirilməsi, məktəblərlə qarşılıqlı əməkdaşlıq davamlı olaraq ekoloji tədbirlər keçirilməsi "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyətinin əsas istiqamətlərindəndir.

 

 

Ramil ƏLİYEV

 

Respublika.- 2010.- 5 iyun.- S.  5.