Gənclər siyasəti uğurla həyata keçirilir

 

Son illər dövlətimizin yeritdiyi müstəqil siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu ildən-ilə artmış, mövqeləri möhkəmlənmişdir. Ölkəmiz dünya iqtisadiyyatına çox sürətlə inteqrasiya edir. Bu inteqrasiyə özünü bütün sahələrdə göstərir. 2010-cu ildə Azərbaycan iqtisədiyyatı uğurlu inkişafını davam etdirmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında demişdir: "Azərbaycanın uğuru ondan ibarətdir ki, 2004-2009-cu illərdə iqtisadiyyatımız 2,8 dəfə artmışdır. Bunun üzərində əlavə iqtisadi artıma nail olmaq bir daha göstərir ki, apardığımız siyasi, iqtisadi və sosial islahatlar öz nəticələrini verməkdədir. İlin birinci rübündə iqtisadiyyat 5,4 faiz artmışdır. Sənaye istehsalı 5,6 faiz, sevindirici haldır ki, qeyri-neft sektoru 2,8 faiz, kənd təsərrüfatı 1,5 faiz artmışdır. İnflyasiya cəmi 3,8 faiz təşkil etmişdir ki, bu da, bz növbəsində, sosial məsələlərin həlli üçün bizə əlavə imkanlar yaradır. ...Bir sözlə, bütün makroiqtisadi göstəricilərimiz bir daha sübut edir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. Azərbaycan öz müsbət inkişafını gücləndirir və davam etdirir".

Məhz ölkəmizdə aparılan uğurlu siyasətin nəticəsidir ki, cari ilin ötən 4 ayı ərzində 50 çarpayılıq xəstəxana, növbədə 40 nəfəri qəbul edən ambulator-poliklinika müəssisəsi, 50 yerlik məktəbəqədər uşaq müəssisəsi, Biləsuvarda Regional Ana və Uşaq Mərkəzi, Göyçay və Ağdaşda olimpiya idman kompleksləri və s. obyektlər tikilib istifadəyə verilmişdir.

Azərbaycan Respublikəsı regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi, ölkə iqtisadiyyatının qeyri-neft sektorunda dayanıqlı inkişafı təmin edilmiş, xidmət və digər infrastruktur müasirləşdirilmiş, prioritet sahələrə irihəcmli investisiyaların yönəldilməsi yeni müəssisələrin və yeni iş yerlərinin açılmasına zəmin yaratmışdır. Belə ki, 2010-cu ilin birinci rübü ərzində 17017 yeni, o cümlədən 12578 dəimi iş yerləri açılmışdır. Ümumilikdə isə, 840 mindən çox yeni iş yerləri yaradılmışdır.

Bu gün ölkəmizdə bütün sosial proqramlər uğurla icra edilir. Dövlət başçısı bu məsələyə toxunaraq demişdir: "Sosial obyektlərin tikintisi istiqamətində çox böyük işlər görülür. Təkcə bu ilin birinci rübündə proqrama dövlət büdcəsində nəzərdə tutulan layihələr əlavə edildi. Çünki yerlərdən xahişlər daxil oldu ki, bəzi rayonlarda tibbi xidmətin lazımi səviyyədə olmaması insanları narahat edir. Baxmayaraq, son illərdə, demək olar ki, hər bir bölgədə ən müasir tibbi avadanlıqla təchiz edilmiş müasir xəstəxanalar, müalicə-diaqnostika kompleksləri tikilmişdir və onlar   insanlara   gözəl   xidmət göstərir".

Artıq Azərbaycan regionda və dünyada iqtisadi və siyasi cəhətdən ən intensiv inkişaf etməkdə olan ölkələrdən biridir. Bu inkişafda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin mütəşəkkil və əvəzolunmaz rolu olub. Hazırda Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu işin öhdəsindən layiqincə gəlir. Buna misal olaraq tikinti sektorunun inkişafı hərbi potensialının gücləndirilməsi, yerli sənayenin inkişafı, ölkəyə qoyulan investisiyalann artması, regionların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasını göstərmək olar.

Azərbaycan dünyada, eləcə də regionda sülhsevər ölkələrdən biridir ki, bu da onun 20 ildən artıq davam edən Qarabağ münaqişəsinin dinc yolla həll edilməsinə tərəfdar olməsıdır. Baxmayaraq ki, son illərdə daha da qüvvətlənmiş ordumuz bu münaqişəni hərbi yolla da həll etməyə qadirdir. İşğal altında olan torpaqlarımızın azad ediləcəyi günü səbirsizliklə gözləyən qaçqın və məcburi köçkünlərimizin yaşayış tərzi əvvəlki illərə nisbətən qat-qat yaxşılaşır. Bu dəyişikliklər ölkədə aparılan iqtisadi-siyasi islahatların, ölkə Prezidentinin uzaqgörən siyasətinin nəticəsidir.

Hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, cənab Prezidentin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin real həyatda təcəssümüdür. Gənc kadrların hazırlanması məqsədilə dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır, onların maddi, məişət və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görülür, gənclər inkişaf etmiş ölkələrdə təhsil almaq üçün göndərilir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində tələbələrin dünyanın məşhur universitetlərində təhsil almaq üçün göndərilməsi buna əyani misaldır. Cənab Prezidentin gənclərə bağlılığını, sevgisini onun nitqlərində açıq-aşkar hiss edirik. Təbii ki, bu cür qayğı və sevgidən sonra biz gənclər dövlət başçımız cənab İlham Əliyevin ətrafında birləşməli, vətənimiz, xalqımız və dövlətimiz üçün çalışmalıyıq.

 

 

Aydın SƏFƏROV

 

Respublika.- 2010.- 6 iyun.- S. 4.