Güclü ordu güclü dövlət deməkdir

 

Müstəqil Azərbaycan dövlətinin hərtərəfli sürətli inkişafını müəyyən edən amillər içərisində möhkəm iqtisadi potensial, insanların yaxşı şəraitdə yaşaması güclü ordunun mövcudluğu prioritet məsələlərdir. Müasir milli ordumuz həm müstəqilliyimizin qorunmasında möhkəmlənməsində, ölkəmizin bölgədə geopolitik güc mərkəzi kimi özünü təsdiqləməsində önəmli rol oynayır. XX əsrin 60-cı illərinin sonlarından başlayaraq Azərbaycanda milli ordu quruculuğu prosesi, onun formalaşması inkişafı dünya şöhrətli siyasətçi dövlət xadimi, müasir dövlətimizin banisi, ulu öndərimiz Heydər Əliyevin adı misilsiz fəaliyyəti ilə bağlıdır. Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ordu quruculuğu, milli zabit kadrlarının hazırlığı məsələlərini daim önə çəkib.

Ötən əsrdə iki dəfə müstəqilliyini əldə etmiş Azərbaycanda milli ordu quruculuğu prosesi çox çətin mürəkkəb mərhələlərdən keçib. Hələ Xalq Cumhuriyyətinin mövcud olduğu 1918-1920-ci illərdə Azərbaycanın görkəmli generalları peşəkar hərbçilərinin rəhbərliyi altında yüksək intizama hərbi hazırlığa malik ordu hissələri formalaşdırılıb. Lakin Azərbaycanın 1920-ci ildə bolşeviklər tərəfindən işğalından sonra müstəqilliyin ən mühüm atributu olan milli ordu hissələri ləğv edilib azərbaycanlılar Sovet Silahlı Qüvvələri sıralarında xidmətə cəlb ediliblər. Azərbaycan keçmiş ittifaqın tərkibində olduğu illərdə isə milli zabit korpusunun formalaşmasına, azərbaycanlıların yüksək hərbi vəzifələrə irəli çəkilməsinə daim müxtəlif süni maneələr yaradılıb.

Yalnız 1969-cu ildə xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlişindən sonda bütün sahələrdə olduğu kimi, bu mühüm sahədə ciddi dönüş yaranıb, yeni inkişaf mərhələsi başlanıb. Həqiqətən , istər keçmış İttifaq dönəmində, istərsə müstəqil dövlətimizin milli ordusunun formalaşması, yüksək hərbi hazırlığa malik olmasında ulu öndərimizin xidmətləri danılmazdır. Məhz ötən əsrin 70-ci illərində ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü gərgin səyi nəticəsində Azərbaycanda ilk milli hərbi kadrlar yetişdirən C.Naxçıvanski adına hərbi məktəb fəaliyyətə başlayıb. Sevindirici haldır ki, bu hərbi məktəbin yetirmələri bu gün Azərbaycanın milli ordusunda peşəkar zabitlər kimi çox şərəflə ləyaqətlə xidmət edirlər.

Təsadüfi deyil ki, 1993-cü ilin iyununda xalqımızın təkidi xahişi ilə yenidən Azərbaycan rəhbərliyinə qayıdan Heydər Əliyev ilk növbədə, ordu quruculuğu ilə məşğul olmağa başladı. Həmin vaxt azğınlaşmış erməni işğalçılarının yeni-yeni ərazilərimizi zəbt etmək cəhdləri Azərbaycanın müstəqilliyinə ən böyük təhlükə idi. Ümummilli liderimizin səyi nəticəsində bu cəhdlərin, ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş məkrli planların qarşısı qətiyyətlə alındı, Azərbaycan həqiqətləri dünya ölkələri ictimaiyyətinə çatdırıldı. Azərbaycan ordusu NATO standartları səviyyəsində yenidən quruldu ən yeni hərbi texnologiyalarla təchiz edildı.

Milli ordumuzun hərbi-texniki bazasının gücləndirilməsi məqsədilə 2003-cü ildə ümummilli liderimiz Heydər Əliyevin sərancamı ilə "Azərbaycan   Respublikası müdafiə sənayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına dair Dövlət Proqramı" təsdiq edilib bu proqram hərbi müdafiə sahəsində yeni mərhələnin əsasını qoyub. Hazırda ulu öndərimizin siyasi kursu onun ən layiqli siyasi varisi, Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələbinə uyğun olaraq yeni məzmun keyfiyyətdə uğurla davam etdirilir. Azərbaycanın hərbi qüdrətinin müdafiə qabiliyyətinin gücləndirilməsi dövlət başçısının xüsusi diqqət qayğısı ilə əhatə olunub. Qısa müddətdə ölkəmizdə müdafiə sənayesinin inkişafında ciddi dönüş yaranıb.

Regionun lider dövlətinə çevrilən Azərbaycanın qarşısında duran yeganə problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Bu məsələdə ölkəmizin mövqeyi həmişə konstruktiv olub 15 ildən artıqdır ki, danışıqlar prosesinə sadiqik. Bunun əksinə olaraq, Ermənistan öz təcavüzkar siyasətini yeritməkdə, Azərbaycan torpaqlarını hələ işğal altında saxlamaqdadır. Bütün dünyaya məlumdur ki, sülh danışıqları məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən heç bir nəticə vermir. Təcavüzkar Ermənistan BMT-nin məlum qətnamələrini, beynəlxalq təşkilatların təkliflərini qulaqardına vurur bununla da bütün dünyaya meydan oxuyur. Artıq BMT , Avropa Şurası da Ermənistanı rəsmi şəkildə təcavüzkar dövlət kimi tanıyıb. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, biz bu vəziyyətlə, torpaqlarımızın itirilməsi ilə heç vaxt barışa bilmərik danışıqlar predmeti yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası olmalıdır. Bundan kənarda heç bir razılaşma mümkün deyildir.

Təbii ki, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe Azərbaycanı öz siyasətinə müəyyən düzəlişlər etməyə vadar edir. Dövlətimizin başçısının dəfələrlə vurğuladığı kimi, bizim səbrimiz tükənməz deyildir. Azərbaycan ya sülh yolu ilə, ya da hərbi yolla öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bu gün Ermənistan istər iqtisadi, istər siyasi, istərsə hərbi cəhətdən Azərbaycanla rəqabət aparmaq iqtidarında deyil. Azərbaycan inkişaf etdikcə bu fərq daha da artır artacaqdır. Çünki Ermənistanın inkişaf etməsi üçün heç bir imkanı yoxdur. Onlar bütün beynəlxalq regional layihələrdən təcrid olunmuşlar. Əhali Ermənistanı tərk edir, canlı qüvvəsi çatışmadığından hətta təmas xəttinin qorunmasında da çətinlik çəkirlər. Tam müstəqil siyasət yürüdən Azərbaycan isə dünyanın ən aparıcı, qüdrətli dövlətlərindən birinə çevrilib. Bütün bunlar ölkəmizin hər cəhətdən üstün olduğunun əyani təsdiqidir.

Azərbaycanda bu gün ən müasir silahlar, döyüş sursatları hərbi texnika istehsal olunur proses daim təkmilləşdirilməkdədir. Ölkəmiz 2009-cu ildə ilk dəfə olaraq Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycanda istehsal olunan 27 adda müdafiə təyinatlı məmulatlarını nümayiş etdirmişdir. Azərbaycan istehsalı olan "İstiqlal" tipli snayper tüfəngi, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, artilleriya minaları optik cihazlar xarici ölkələrin hərbi mütəxəssislərində belə xüsusi maraq doğurmuşdur.

Hazırda Azərbaycanda çox guclü ordu yaradılmışdır bu ordu qarşıda duran bütün məsələləri həll etməyə qadirdir. Ordumuzun maddi-texniki bazası möhkəmlənmiş, əsgər zabitlərin peşəkarlığı artmışdır.

 

 

Zərifə QULİYEVA

 

Respublika.- 2010.- 22 iyun.- S. 2.