İdarəetmə mədəniyyəti

 

Xarici ölkə təcrübəsinin öyrənilməsində dəyərli vəsait

 

Son dövrlər ölkəmizdə kütləvi oxucu auditoriyası üçün nəzərdə tutulan kitablar daha çox maraqla qarşılanır. Yeni nəşrlərdən biri kulturoloq Fuad Məmmədovun "İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi" ("Култура управления. Опыт зарубежных стран") kitabıdır. Müəllif bu kitabda apardığı tədqiqatlar sayəsində öyrəndiyi xarici ölkələrin idarəetmə mədəniyyəti təcrübəsini oxuculara çatdırmaq məqsədi daşıyır. Hansı metod yanaşmanın, texnologiyaların qarşıya qoyulan tərəqqiyə çatmaq yolunda daha səmərəli nəticələr verə biləcəyini aydın göstərir. Burada müəllif tərəfindən işlənib hazırlanan universal "kulturoloji piramida" metodu verilibdir. Bu metoddan effektiv milli qlobal idarəetmədə istifadə oluna bilər, hər bir maraqlanan insana gündəlik şəxsi həyatının, özünü idarəetməsinin yaxşılaşdırılmasında doğru yolu seçməsinə yardım edir. Kitab tələbələr, lisey gimnaziyaların, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, müəllimlər, alimlər, siyasətçilər, məmurlar, dövlət müəssisələrinin rəhbərləri, biznes sahəsində çalışanlar, bələdiyyələr qeyri-hökumət təşkilatları, gənclər hərəkatının liderləri, qadın cəmiyyətləri mədəniyyət işçiləri, ümumiyyətlə, geniş oxucu auditoriyası üçün nəzərdə tutulubdur. Eyni zamanda kitabdan müxtəlif ölkələrin vətəndaşları, millətləri yararlana bilərlər.

Müəllifin apardığı gərgin səmərəli iyirmi illik tədqiqatları sayəsində üç ilə hazırlanan bu dəyərli əhəmiyyətli dərs vəsaiti oxucuların istifadəsinə verildiyi az bir müddətdə geniş marağa səbəb olmuşdur. Hazırda Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tədris proqramına daxil edilib. Kulturoloq Fuad Teyyub oğlu Məmmədov həm elm təhsil sahəsində, həm ictimai həyatda fəal fəaliyyətinə görə respublikamızda yaxşı tanınır. Tarix elmləri doktoru, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professorudur. "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, bir sıra elmi qurumların üzvüdür.

İndiyə kimi iki yüzdən artıq elmi işlərin müəllifi, həmmüəllifi olubdur. Bir sıra nüfuzlu beynəlxalq konfrans konqreslər, simpoziumlarda, səfirliklərdə, institut cəmiyyətlərdə tarix mədəniyyət sahəsinin müxtəlif problemlərinə həsr olunan məruzələri dinlənilmişdir. Belə ölkələr sırasında Almaniya, Rumıniya, Yunanıstan, Misir, Türkiyə, Norveç, Kosta-Rika, ABŞ, Tailand, Koreya, Fransa, Macarıstan, Gürcüstan da vardır.

Bu yaxınlarda kitabın "Hyatt Regensy" mehmanxanasının konfrans zalında təşkil edilən təntənəli təqdimetmə mərasimində iştirak edən elm xadimləri , ziyalılar, millət vəkilləri, xarici ölkə səfirliklərinin, respublika ictimaiyyətinin, müxtəlif təşkilatların nümayəndələri müəllifin bu ya digər fəaliyyəti barədə ətraflı söhbət açdılar. Kitabı, fundamental tədqiqat vəsaiti kimi yüksək dəyərləndirdilər. Tədbirdə çıxış edən millət vəkillərindən Nizami Cəfərov, Ziyad Səmədzadə, Elmira Axundova başqa nüfuzlu ziyalılar belə bir sanballı kitabın nəşrinin ölkəmizin mədəni həyatında mühüm əhəmiyyətli hadisə olmasını qeyd etdilər.

Mütəxəssislərin geniş oxucu auditoriyasına təqdim olunan professor Fuad Məmmədovun "İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi" ("Култура управления. Опыт зарубежных стран") bu sahədə xarici ölkə təcrübəsinin öyrənilməsinə xidmət edir. Bu kitab Azərbaycanda kulturoloji tədqiqatlar sahəsində ilk ciddi vəsaitdir. Monoqrafiyanın Azərbaycan dilində nəşri üzərində gedir. Kitabın ingilis və digər xarici dillərdə çapı da planlaşdırılıbdır.

 

 

Mustafa KAMAL

 

Respublika.- 2010.- 4 may.- S. 7.