Goranboy : rübün fərəhli yekunları

 

         Azərbaycan Respublıkasının Prezidenti ilham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında ölkə başçısının nitqindən irəli gələn vəzifələrlə bağlı Goranboy rayonunda fəallar yığıncağı keçirilmişdir.

Goranboy Rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyev fəallar yığıncağını açaraq cari ilin ilk rübündə qazanılmış uğurlardan danışmışdır. RİH başçısı bildirmişdir ki, Goranboy özünün sosial-iqtisadi inkişafı ilə ölkənin bugünkü tərəqqisi ilə həmahəng irəliləməkdədir. Tikinti, abadlıq, təmir və yenidənqurma işlərinə diqqətin artırılması nəticəsində rayon mərkəzinin görkəmi xeyli dəyişmiş və gözəlləşmişdir. Qısa müddətdə görülən işlər, həyata keçirilən tədbirlər onu sübut edir ki, insan əlinin qüdrəti hər şeyə qadirdir.

Fəallar yığıncağında qeyd edilmişdir ki, iqlimin qeyri-sabit keçməsinə baxmayaraq, Goranboy əhalisi əsl əmək nümunələri göstərərək qarşıda duran vəzifələri müvəffəqiyyətlə yerinə yetirmişdir. Rayon ərazisində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilmişdir. Bu məqsədlə Goranboy şəhərinin bəzi küçələrinə ümumi uzunluğu 600 metr olmaqla 3600 kvadratmetr asfalt örtüyü salınmış, Kəpənəkçi kəndinin daxilində 3 kilometr yol çınqıl örtüklə əsaslı təmir edilmişdir. Goranboy şəhərinə Goran istiqamətindən gələn yolun girişində giriş qapısı inşa edilmiş, yolun 150 metr hissəsinə 1950 kubmetr torpaq daşınaraq yaşıllıq zolağının salınmasına hazırlanmışdır. Cəfər Cabbarlı küçəsində yol təxminən 2 metr genişləndirilmiş, yolun hər iki tərəfinə 1380 metr yeni bardür qoyulmuş, yol kənarına ağaclar əkilmişdir. Cəfər Cabbarlı küçəsi ilə Vüqar Bayramov küçəsindəki kəsişmədə şəhərin memarlığına xüsusi yaraşıq verən yol dairəsinin tikintisində son işlər aparılır. Həmin yol dairəsindən Goran istiqamətində gedən yolun 450 metr hissəsinə 2600 kubmetr torpaq daşınmış, 250 metr yeni kanalizasiya  xətti   çəkilmiş,  Vüqar Bayramov kuçəsi müasır üslubda qurularaq iki tərəfli hərəkət təmin edilmiş iki yolun mərkəzində 2200 metr bardür qoyularaq yaşıllıq zolağı salınmış, müasir üslublu işıqlandırma sistemi qurulmuşdur.

Qeyd olunmuşdur ki, istər AZKİL layihəsi, istərsə də BP sərmayə qoyuluşu proqramı çərçivəsində həyata keçirilən layihələri udmaq üçün müəyyən şərtlərə əməl olunmalıdır. Bu şərtlərdən ən başlıcəsı icmanın formalaşmasıdır. İcma qruplaşmasına daxil edilmiş insanlar, necə deyərlər, layihəni udmaq üçün bütün əziyyətlərə qatlaşmalıdır. Ən əsası isə əhali ilə söhbət aparmaq, bu layihənin prinsiplərini onlara düzgün çatdırmaqdan ibarətdir. Hansı icma qruplaşmasında mübahisə və ya anlaşılmazlıq yarsa, qeyri-hökumət təşkilatları bunu dərhal hiss edir və həmin layihənin yerinə yetirilməsindən yan keçirlər. Bu cür vəziyyət Fəxralı icması ilə AZ-KİL təşkilatı arasında baş vermişdir.

RİH başçısının tapşırığı əsasında layihə rəhbərliyi ilə görüşdən sonra onlar bu sahəyə olan diqqət və qəyğını əsas götürərək layihənin icrasına razılıq verdilər.

BP sosial sərmayə qoyuluşu proqramı çərçivəsində Qazanbulaq qəsəbəsi, Nadirkənd, Yolpaq və Qurbanzadə kəndlərinin hər birində sahəsi 135 kvadratmetr olan 5 ədəd istixananın tikintisi planlaşdırılır. Bu səmərəli layihələrdən təkcə 4 yaşayış məntəqəsi deyil, neft kəməri keçən digər 9 kənd də yararlanmalıdır.

Ötən rüb ərzində rayonun xidmət təşkilatları tərəfindən əhaliyə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılması, ödənişlərin tam apərılması da daim diqqət mərkəzində saxlanılmışdır. Ötən ayın yekununa görə istehlak edilmiş qaza görə ödəniş 107 faiz, ümumi ödəniş isə 104 faiz təşkil etmişdir. Rübün yekununa görə isə əhəlidən ödəniş 100 faiz, ümumi ödəniş isə 96 faiz olmuşdur. Təbii ki, Ödənişin bu cür olması rayon icra hakimiyyəti tərəfindən aparılmış ardıcıl tədbirlər və qaz təsərrüfatının rəhbər-liyinin təşəbbüskarlığı nəticəsində əl-də edilmişdir. Qaz təsərrüfatında təchizat sahəsındə də ötən 3 ay ərzır xeyli işlər görülmüşdür. Belə ki, Ci Boluslu kəndinə təbii qazın verilm istiqamətində işlər davam etdirilrr Goranboy şəhərinin 3, Dəliməmmədli şəhərinin 4 küçəsində yeraltı xəttlərin yerüstü   qaz xətləri ilə dəyişdirilməsinə, Goranboy şəhərindən Yuxarı Ağcakəndədək 38 kilometr uzun ğunda  yeni  qaz  xəttinin  çəkilişiı başlanmışdır. İlin sonunadək qaz xəttinin tikintisi başa çatmaqla Aşağı və  Yuxarı Ağcakəndə, Börü, Yenikər və Meşəliyə təbii qazın verilməsi təmin ediləcəkdir. Qaz xəttinə Abba qulular və Səfikürd kəndlərinin də qoşulması nəzərdə tutulur ki, bu da həmin kəndlərin qaz təchizatının dah da  yaxşılaşdırılmasına xidmət edəcəkdir. Yaxın gələcəkdə Tatarlı, Qarqucaq, Zeyvə, Şəfəq və digər kəms boyu kəndlərin də həmin qaz xəttin qoşulması nəzərdə tutulur.

Ötən rüb ərzində əhali və qeyr əhali abonentlərinin su təchizatınıı səviyyəsi və ödənişlərin aparılması qənaətbəxş olmuşdur. Əhali tərəfin dən ödənişlər 94,6 faiz təşkil etmişdir.

Nazirlər Kabinetinin iclasında cənab Prezident keyfiyyətsiz mallarır satılmasına ciddi qadağa qoyulması bu məsələyə nəzarətin gücləndirilməsi ilə bağlı ciddi tapşırıq vermiş qeyd etmişdir ki, belə mallardan zə-hərlənmə halları baş verir və insanlar o işləri görənlərin ucbatından əziyyət çəkirlər.

Toplantıda göstərilmişdir ki, rayonda ticarət qaydalarının, sanitariya normalarının pozulması hallarının aradan qaldırılması üçün ciddi tədbirlər görülmüşdür. Bu istiqamətdə iş davam edir.

13 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Nəriman Gülüşov, DSMF rayon şöbəsinin müdiri.Eyvaz Nəcəfov, rayon Ağsaqqallar Şurasının sədri Məzahir Zeynalov, GEM-in direktoru Rauf Dadaşov və Goranboy bələdiyyəsinin sədri Oruc Şirinov tədbirdə çıxış etmişlər.

 

 

Vəli İLYASOV

 

Respublika.- 2010.- 7 may.- S. 10.