Azərbaycanın hərtərəfli inkişafında  Heydər Əliyevin rolu danılmazdır

 

Deyirlər dünyaya xüsusi missiya ilə gələnlər dərhal seçilirlər. Onlar qeyri-adi iş bacarıqları, möhkəm iradələri, uzaqgörənlikləri, xeyirxahlığı, ədalətli olmaları ilə insanların diqqətini cəlb edirlər. Tarix dəfələrlə sübut edib ki, belə şəxsiyyətlər mümkün olan hər şeyi edə bilib, bir insan ömrünə sığmayan böyük işlər görüblər. Ümummilli liderimiz Heydər Əliyev belə şəxsiyyətlərdən idi. Bəşər tarixində XX əsr Heydər Əliyevi lideri kimi tanıtdırdı.

Heydər Əliyev həm ən böyük azərbaycanlı, həm Azərbaycanın dövlət başçısı, həm də dünyanın siyasət və dövlət xadimi idi. Harada yaşamasından, hansı vəzifədə çalışmasından asılı olmayaraq Heydər Əliyev üçün Azərbaycanın mənafeyindən kənarda heç nə mövcud deyildi.

Hər birimiz vaxtaşırı öz fəaliyyətimizi təhlil edib qiymətləndirir, bir növ özümüz-özümüzə hesabat veririk. Belə məqamda ümummilli liderimiz Heydər Əliyevin bir kəlamı hər bir qiymətləndirmədə meyar olmalıdır: "Heç vaxt fikirləşməyin ki, Vətən sizə nə verib. Həmişə öz-özünüzdən soruşun ki, siz Vətən üçün nə etmisiniz?" Fakt budur ki, Heydər Əliyev bütün fəal həyatı boyu belə bir məfkurə ilə yaşadı, Vətəni, xalqı üçün nə mümkündürsə etdi, müstəqil Azərbaycan dövlətini qurdu.

Çox illər keçəcək və gələcək nəsillər bu günümüzün şanlı dövlətçilik tarixini vərəqləyəcəklər. O zaman 1969-cu ildən etibarən 35 ilə yaxın müddətdə Azərbaycana rəhbərlik etmiş təcrübəli dövlət xadimi, mahir siyasətçi, qətiyyətli komandan Heydər Əliyevin Azərbaycan xalqı və onun dövlətçiliyi üçün nə qədər böyük işlər gördüyünü bir daha təsdiqləyəcəklər.

Ulu öndərimizin mənalı və şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Azərbaycanın son 40 illik tarixinin elə bir mərhələsi yoxdur ki, orada bu fenomenal şəxsiyyətin nəhəng işləri öz əksini tapmasın. Dünya tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində müstəqii Azərbaycan dövlətinin tarixi keçmişini, bugününü gələcəyini, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını, milli mədəniyyətimizi öyrənir. Ulu öndər Heydər Əliyev respublikəya birinci və ikinci rəhbərliyi dövründə möhkəm təməllərə əsaslanmaqla fundamental dövlətçilik ənənələri formalaşdırmış, milli müstəqillik, azadlıq məfhumlarını illüziya və şüarçılıq səviyyəsindən həqiqi milli ideallara çevirməyi bacarmışdır. O, siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ümummilli liderimiz bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi bir çox keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir. Heydər Əliyev milli tarix üçün böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman əsl vətənpərvər mövqeyi tutmuş, özünün siyasi bacarığı sayəsində, xüsusilə 1993-cü ildə Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi böhrandan xilas etmiş, xalqının qəlbində sabaha inam hissi yaratmağı bacarmışdır. Böyük öndər hələ Azərbaycana birinci rəhbərliyi dövründə böyük təzyiqlər, təqiblərlə üzləşsə də, heç bir riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi.dili, mədəniyyəti, milli adət-ənənələri bərədə dolğun təsəvvürlər formalaşdıra bilmişdi. Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi də məhz Azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir.

Hələ 70-80-ci illərdə ulu öndərimiz sanki Azərbaycanın müstəqil dövlət olacağını görmüş, bunun üçün siyasi, iqtisadi və hüquqi zəmin yaratmışdır. O dövrdə Azərbaycanda aparılan misli görünməmiş quruculuq işləri, bu gün dövlət müstəqilliyimizə təminat verən mühüm amillər kimi nəzərdən keçirilir. Ulu öndərimiz Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycan qısa müddətdə iri sənaye respublikasına çevrilmişdir. Məhz ümummilli liderimizin şəxsi müdaxiləsi və qayğısı ilə 70-ci illərdən başlayaraq Bakıdakı Hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmağa başlamış, bu sahədə milliləşdirmə prosesinə start verilmişdir, Tarixdə millətin və dövlətin dünya səhnəsindən yox olmaq həddinə çatmasına dair çox misallar mövcuddur. Fəqət, hər bir tarixi dövrdə millətin iradəsini və ülvi amalını, dövlətin diplomatiya və strategiyasını, cəmiyyətin müxtəlif təbəqələrini birləşdirməyə qadir şəxsiyyətin sayəsində həmin dövlətlər öz varlığını davam etdirmiş, millətlər isə dirçəlmişdir. Bu baxımdan ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətinin ikinci mərhələsi nə qədər təlatümlü, ziddiyyətli, ictimai-siyasi gərginliklərlə səciyyələnən dövrə təsadüf etsə belə, ona xas uzaqgörənlik və siyasi müdriklik, iradə yenilməzliyi, ən əsası, doğma Vətəni düçar olduğu bəlalardan xilas etmək istəyi ölkəmizi sürətlə fəlakətə aparan təhlükəli proseslərin qarşısını almağa, xalqın müstəqilliyə və firavan gələcəyə inamını qaytarmağa qadir olan yeganə qüvvə kimi təsdiqləmişdir.

Ulu öndərimiz Heydər Əliyev böyük şəxsiyyət olaraq cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək bunun üçün zəruri tədbirləri həyata keçirmişdir. Məhz ulu öndərin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insənların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır. Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulmuş, onun təkmilləşdirilməsi prosesi uğurla davam etdirilmişdir. Ulu öndərimizin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır.

Son illərdə Azərbaycanın milli mənafelərə əsaslanmaqla həyata keçirilmiş xarici siyasət kursunun prioritet istiqaməti müstəqil və güclü dövlət modelinin praktik surətdə reallaşdırılmasına yönəlmiş, respublikamız beynəlxalq normalara istinad edərək sivil dünyanın hüquqi-siyasi atmosferini müəyyənləşdirən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münask bətlərini yüksək dinamizimlə inkişaf etdirmək xəttinə üstünlük vermişdir. Ulu öndərimiz Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdınlmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsınə, ümummilli problemlərin həllinə yönəlmişdir. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də məhz ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Böyük öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində bu problem öz həllini tam şəkildə tapmış və beynəlxalq təşkilatlarda bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilmişdir.

Yeni kollektiv sənədlərə və  beynəlxalq müqavilələrə qoşulan müstəqil respublikamız coğrafi movqeyindən, dünya miqyaslı coğrafi-strateji əhəmiyyətə malik təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qu-rumlarla əməkdaşlıq edərək Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir. Ulu öndərimizin dövlətçilik konsepsiyasının uğurlu istiqamətlərindən biri də Ölkəmizin 2001-ci il yanvarın 25-də Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasıdır.                                           

Ümummilli liderimiz Heydər Əliyev özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında həm də Azərbaycanın yeni dovrü üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud  problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərmişdir. Ümummilli liderimiz mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu bir ictimai-iqtısadı formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürərək onun həyata keçirilməsinə çalışmışdır. İqtisadi sahədə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümumi daxili məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanmışdır.

Azərbaycanın yeni neft strategiyasının hazırlanaraq həyata keçirilməsi ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir, 1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi"nin imzalanmasının milli inkişafındakı misilsiz əhəmiyyəti bugünkü intensiv sosial-iqtisadi inkişaf fonunda daha qabarıq görünür. Azərbaycana böyük uğurlar gətirən neft strategiyasının əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə etməyə əsaslanır. Bu strategiyanın həyata keçirilməsi iqtisadi maraqlarla yanaşı, milli təhlükəsizlik maraqlarının təmin olunmasına yönəlmişdir. Ulu öndərimiz Heydər Əliyevin təməlini qoyduğu uğurlu neft strategiyası təkcə dövlətin iqtisadi maraqlarının realizə olunmasına deyil, paralel olaraq dövlət müstəqilliyinin qorunub saxlanmasına yönəlmiş siyasi xəttin yürüdülməsinə, buna uyğun əlverişli əməkdaşlığın formalaşdırılmasına xidmət edir. Məhz bu strategiya nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirə bilmiş, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olmuşdur.

Təsadüfi deyil ki, müasir tariximizin bütöv bir epoxası Heydər Əliyev dövrü adlandırılır.

Böyük öndər bu gün bizimlə olmasa da, 1969-cu ildən başlanmış Heydər Əliyev dövrü davam etməkdədir. Onun qurduğu, möhkəmləndirdiyi Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha işıqlı sabaha, daha firavan gələcəyə doğru inamla irəliləyir.

 

 

Ağacan ABİYEV

 

Respublika.- 2010.- 9 may.- S. 8.