Heydər Əliyev və Azərbaycan gəncliyi

 

Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü respublikamızın hər yerində olduğu kimi, Qərb Universitetində də yüksək səviyyədə qeyd olunmuşdur. Universitetin akt zalında "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusuna həsr olunmuş tədbirdə əvvəlcə sənədli film vasitəsilə ulu öndərin dövlət xadimi kimi Bakıda, Moskvada hakimiyyəti dövründə qazandığı uğurlarla tədbir iştirakçıları tanış olmuşlar. Ümummilli liderin Dövlət Təhlükəsizlik Komitəsindəki fəaliyyətini, dövlət quruculuğundakı fədakar əməyini, zəhməti və yuxusuz gecələri sayəsində ölkəmizdə həyata keçirilən layihələrini, hərbi quruculuq sahəsindəki nailiyyətləri və bitib-tükənməyən işlərini alqışlarla qarşılayan toplantı iştirakçıları onun xarici dövlət xadimləri ilə apardığı danışıqların, müqavilələrin bağlanmasının zəruriliyi ilə də məlumatlandırılmışlar.

Tədbirdə Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov, universitetin Politologiya və beynəlxalq münasibətlər kafedrasının müdiri Elnarə Qazızadə, tədbirə dəvət olunmuş qonaqlar və tələbələr iştirak edirdi. Universitetin 102 saylı auditoriyasında dəvət olunmuş qonaqların, müəllim və tələbələrin iştirakı ilə "Xeyriyyə yarmarkası" keçirilmiş və yarmarkada yığılan vəsaitin kimsəsiz uşaqlara və tənha qocalara verilməsi müəyyənləşdirilmişdir.

 

 

Məhəmməd VƏLİYEV

 

Respublika.- 2010.- 9 may.- S. 11.