Heydər Əliyev və azərbaycançılıq ideologiyası

 

Azərbaycanın dövlət müstəqilliyini qazandığı, müasir dünya ilə çoxşaxəli əlaqəiərini qurub inkişaf etdirdiyi dövrdə azərbaycançılığın iqtisadi, sosioloji politoloji aspektləri diqqəti daha çox cəlb edir. Azərbaycançılığın bir ideologiya olaraq məqsədi bir sıra elmlərin nəticələrindən istifadə etməklə Azərbaycan azərbaycanlılar həqqında elmi təsəvvür yaratmaq onun dünyadakı universal mövqeyini müəyyənləşdirməkdir. Bu istiqamətdə ulu öndərimiz Heydər Əliyevin apardığı məqsədyönlü, uzaqgörən siyasəti tariximizin silinməz şanlı səhifələrinə dövlətçilik ideologiyasının əsas bazasına çevrilmişdir.

Müxtəlif dövrlərdə görkəmli elm mədəniyyət xadimlərimiz azərbaycançılıq ideyasını əsərlərində özgün tərzdə ifadə etmişlər. Əsrin əvvəllərindən azərbaycançılıq ətrafında gedən ideya fikir mübarizələrinə nəzər saldıqda aydın olur ki, azərbaycançılıq ideyasının təkamül prosesi çoxşaxəli ziddiyyətli olmuşdur. Azərbaycan milli dövlətçilik hərəkatının qabaqcıl nümayəndələrinin Xalq Cümhuriyyətinin qurucularının konsepsiyasına görə müstəqillik ideyası ölkədə yaşayan bütün xalqların hüquq bərabərliyinin tanınmasına əsaslanırdı. Onun fəlsəfi əsası azərbaycançılıq, islamçılıq mü-asirləşmə şüarından ibarət idi. Bu şüar Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi doktrinasını təşkil edirdi.

Azərbaycançılıq ideologiyası ayrı-ayrı şəxslərin düşüncə duyğularına hakim kəsilən təsəvvürlərin məcmusunu, onların özlərinin, ailələrinin, xalqının, Vətəninin sabahı naminə arzulannı əks etdirir. ideologiya dövləti yaradır, dövlət isə siyasi ideyanı məqsədyönlü istiqamətə yönəldir. Lakin bu prosesə birdən-birə yaranan, necə deyərlər, yoxdan var olan bir hadisə kimi baxmaq olmaz. Azərbaycançılığın turançılıq, islamçılıq kimi ideyalardan faydalandığını da danmaq olmaz. Azərbaycan milli hərəkatının ilk tədqiqatçılarından olan Mirzə Bala Məhəmmədzadənin qeyd etdiyi kimi, hələ 1905-ci ilə qədər Azərbaycan cəmiyyətində milli birlikdən daha çox dini birlik anlayışı üstünlük təşkil edirdi.

Azərbaycançılıq ideyasını ilk dəfə yaradı-cılığının ana xəttinə çevirməkdən çəkinməyən Cəlil Məmmədquluzadənin özü əsərlərində islam Şərq siyasi mənliyinin ideoloqu kimi çıxış edirdi. XIX əsrin ortalarında Mirzə Fətəli tərəfindən qaldırılmış, 1926-cı ildə Bakıda keçirilmiş birinci türkoloji qurultayın qərarı ilə rəsmiləşdirilmiş latın əlifbası məsələsi sonradan gerçəkləşdirilməmiş, əksinə, 1939-cu ildə Azərbaycan xalqının milli iradəsi əleyhinə olaraq mərkəzdən çıxarılmış xüsusi qərarla xalqımız üçün yad olan yeni bir əlifbayakirilə keçilmişdi. XX,əsrin sonlarına qədər bir çox milli əhəmiyyətli problemlər kimi latın qrafikalı əlifba məsələsi öz öktuallığını itirməyərək həllini gözləyirdi. Məsələni ümummilli liderimiz Heydər Əliyevin tarixi qətiyyəti həll etdi. Belə ki, latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi ilə bağlı 18 iyul 2001-ci il tarixli fərman imzalamaqla iki əsrə qədər uzun bir zaman ərzində həll olunmamış bu problemin aradan qaldırılmasında həmişə olduğu kimi, qətiyyətli mövqeyini nümayiş etdirdi. "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanı xüsusilə latın qrafikalı əlifbaya keçid Heydər Əliyevin özünün dediyi kimi "milliliyimizi, azərbaycançılığımızı göstərən çox mühüm bir amil kimi" qiymət-ləndirilməlidir. Dövlətimizin qurucusunun həmin ilin 9 avqustunda "Azərbaycan əlifbası Azərbaycan dili gününün təsis edilməsi haqqında" növbəti fərmanı ilə 1 avqust günü əlifbamızın dilimizin bayramı kimi rəsmiləşdirildi ki, bu da azərbaycançılığın yeni bir bayramı oldu.

Azərbaycanın böyük tarixi şəxsiyyətlərinin hər biri azərbaycançılığı bir ideya olaraq görürdü. Heydər Əliyevin isə onlardan böyük fərqi ondan ibarət oldu ki, o azərbaycançılığı dövlət ideologiyasına çevirdi. O deyirdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir".

Heydər Əliyev məhz siyasətçi idi ömrünün sonuna qədər öz vətəninin çiçəklənməsi, bütün dünyada layiqincə tanınması qəbul olunması yolunda yorulmadan mübarizə apardı. O öz çıxışlarında dəfələr-lə qeyd edirdi: "Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm". Heydər Əliyevin şəxsiyyətində təzahür edən milli iradə, möhtəşəm xalq ruhudur ki, Azərbaycanı hər cür iqdisadi, sosial-siyasi problemlərdən çıxararaq gələcəyə-əbədi müstəqilliyə aparır,

Türk dünyasının fəxri olan Heydər Əliyev zəmanəmizin yetirdiyi dahi şəxsiyyətlərdəndir.

Heydər Əliyev hər dövrü, hər mərhələsi məktəb olan həqiqətən qeyri-adi bir ömür yaşamış, yalnız mənsub olduğu Azərbaycan xalqının, türk xalqlarının deyil, ümumən dünya xalqlarının təsəvvüründə özünün mükəmməl obrazını, aydın cizgiləri ilə seçilən möhtəşəm portretini yaratmışdır.

Müasir dünya yalnız iqtisadi, sosial-siyasi münasibətlər dünyası deyil, həm də etnik münasibətlər dünyasıdır. Odur ki, bu və ya digər xalqın ön sıralarda getməsi üçün tarixən qazandığı etnik potensialdan tələb olunan səviyyədə istifadə etməsi lazım gəlir.

Azərbaycanlılar dünyanın müxtəlif ölkələrində-Azərbaycanda, İranda, Rusiyada Türkiyədə, Gürcüstanda, ABŞ-da, Kana dada, Hollandiyada, Ukraynada, Belarusda, ingiltərədə, Almaniyada və digər yerlərdə yaşasalar da, onları bir-birinə bağlayan olduqca möhkəm mənəvi-ideoloji vasitələr vardır: Bu, ana dilidir, ata yurdu Vətəndir, tarixən formalaşmış etnik-mədəni sistemdir. Eyni zamanda milli liderdir! Heydər Əliyevin siyasi fəaliyyətində müstəqil Azərbaycan dovlətinin daxili möhkəmliyin beynəlxalq nüfuzunu qorumaq nə qədər möhtəşəm yer tutursa, dünya azərbaycanlılarının milli birliyi, dünya xalqları arasında özünəlayiq movqe qazanması da o qədər mühüm əhəmiyyət daşıyır. Görkəmli siyasi xadim dəfələrlə qeyd edirdi ki, müstəqil Azərbaycan Respublikasının inkişafında dünyanın müxtəlif ölkələrinə yayılmış azərbaycanlıların həmrəyliyi, mənəvi-ideoloji siyasi köməyi böyük rol oynayır. Bir xalq olaraq əsas vəzifələrimizdən biri həm həmrəyliyi gücləndirməkdən, həmin köməyin daha ardıcıl, daha intensiv xarakter almasını təmin etməkdən ibarətdir. Dünyanın müxtəlif ölkələrinə səfərlərində Azərbaycan icmalarının nümayəndələri ilə görüş onlara hərtərəfli dəstək verən ulu öndərimiz dünya azərbaycanlılarının milli bir uğrunda mübarizəni Azərbaycan dövlətiı siyasəti səviyyəsinə qaldırmışdır. Heydər Əliyev elə bir proqram hazırlamışdır ki, ondan sonra da bu siyasətin istiqamətləri aydın və məqsədyönlüdür.

Biz 1993-cü ilin sonlarından etibarən milli ideologiyanın, azərbaycançılıq ideologi sının müasir elmi-nəzəri standartlar sayəsində formalaşmasının şahidiyik. Azərbaycançılıq bu gün milli ənənələri və cc-yanları, dini və praqmatik nəzəriyyələri, manın tələbinə uyğun iqtisadi prosesləri, miyyətin inkişafının bütün çalarlarını özü birləşdirir. Bütün bunlar ulu Öndərimizin xalqı qarşısında tarixi xidmətləridir.

 

 

Sədaqət MƏMMƏDOVA

 

Respublika.- 2010.- 15 may.- S. 3.