Düşünülmüş siyasətin bəhrələri

 

Bu siyasət daim Azərbaycana uğur, regionumuza sabitlik inkişaf gətirir

 

Müstəqil Azərbaycan dövləti siyasi iqtisadi çəkisinə görə bu gün dünyanın diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son yeddi il ərzində Azərbaycanın siyasi, sosial-iqtisadi sahələrdə, cəmiyyətin tam demokratikləşməsi istiqamətində qazandığı möhtəşəm nailiyyətlər, eləcə Qərb üçün həyati əhəmiyyət daşıyan qlobal enerji layihələrinin reallaşması dünyanın aparıcı dövlət başçıları, nüfuzlü politoloqlar, mötəbər beynəlxalq təşkilatların ekspertləri tərəfindən çox yüksək dəyərləndirilir. Təsadüfi deyil ki, bəşəriyyətin siyasi proseslərə təsir etmə mexanizmlərinə malik olan Davos iqtisadi Forumunun, Dünya Bankının digər nüfuzlu qurumların hazırladıqları hesabatlarda Azərbaycan həmişə ön mövqelərdədir ən islahatçı ölkə elan olunub. Bu fonda Azərbaycan bir çox dövlətlərə nümunə göstərilir. Prezident İlham Əliyev isə yeni düşüncəli praqmatik siyasətçi regionun lideri kimi tanınır qəbul edilir. ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya digər aparıcı dövlətlərin başçıları Azərbaycanın hərtərəfli inkişafının gələcəkdə məhz cənab İlham Əliyevin liderliyi ilə uğurla davam etdirilə biləcəyini xüsusi vurğulayırlar.

Azərbaycanın dinamik hərtərəfli inkişafı göz qabağındadır. Cənab İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən Azərbaycanın hərtərəfli tərəqqisinə nail olmağı strateji məqsəd kimi qarşıya qoyub qısa müddətdə onu həyata keçirib. Bu istiqamətdə qlobal konsepsiya işlənib hazırlanıb, müxtəlif dövlət proqramları qəbul olunub, onların icrasına dövlətimizin başçısı şəxsən özü nəzarət edib. Prezident İlham Əliyev ulu öndərimiz tərəfindən əsası qoyulmuş dövlətçiliyimizi daha da möhkəmləndirmək, ölkəmizin siyasi, sosial-iqtisadi digər sahələrdə dinamik inkişafı, əhalinin rifah halının, qaçqın məcburi köçkünlərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması digər prioritet məsələlərlə bağlı genişmiqyaslı islahatlar həyata keçirib.

2003 2008-ci illərin prezident seçkiləri xalqımızın yaddaşında həyatımızın bütün sahələrində görünməmiş irəliləyişlər, verilən vədlərin əməli şəkildə həyata keçirilməsi, sıçrayışlı inkişaf dövrü kimi yadda qalıb. Xalqımız bir daha əmin oldu ki, öz tarixi seçimində yanılmayıb, ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı cənab İlham Əliyevi dövlət başçısı seçməklə, əslində öz xoşbəxt gələcəyini təmin edib. Son illər görülən işlərin nəhəng miqyası, Azərbaycanın hərtərəfli inkişafı naminə qəbul edilən qlobal proqramlar, onların real nəticələri bu həqiqəti bir daha təsdiqləyir.

Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, onun üçün ən böyük qiymət məhz xalqın, insanlarımızın münasibətidir. Bakı sakinləri, bölgələrdəki əhali ilə mütəmadi görüşlər keçirən, onların qayğıları ilə ətraflı tanış olan və həlli yolunda konkret addımlar atan möhtərəm İlham Əliyev xalqın dərin məhəbbətini qazanıb və ölkəni inkişaf etdirməyə qadir praqmatik siyasətçi kimi özünü tam doğruldub.              

Xatırladaq ki, hələ 2003-cü il prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına müraciətində ulu öndər Heydər Əliyev ölkəmizin gələcək inkişafının, dövlət müstəqilliyimizin  möhkəmliyinin məhz yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətin—cənab İlham Əliyevin simasında etibarlı əldə olacağına qəti inamını ifadə etmişdi:   nanıram ki, mənim axıra çatdıra    bilmədiyim taleyüklü məsələləri,     planları, işləri sizin köməyinizlə    İlham Əliyev başa çatdıra biləcək".                                                  

Həqiqətən də bu inamın, etibarın arxasında cənab İlham Əliyevin uzun illər ərzində topladığı sanballı   siyaşi   dividentlər və onun tükənməz enerjisi dururdu. Hələ dövlət başçısı seçilməzdən     xeyli əvvəl —ötən əsrin doxsanıncı illərinin ortalarından başlayaraq cənab İlham Əliyevin Milli Məclisdəki,  Avropa Şurası və Milli Olimpiya Komitəsindəki fəaliyyəti  ona  daim  uğur gətirib. ARDNŞ-in birinci vitse-prezidenti kimi milli neft strategiyamızın  həyata   keçirillməsində  misilsiz    xidmətlər göstərib. Azərbaycan    Prezidenti kimi fəaliyyətə başlayandan sonra isə cənab İlham  Əliyevin  daha  bir keyfiyyəti dünyamiqyaslı dövlət başçısı və  liderə məxsus təkrarsız qabiliyyəti və bacarığı özünü büruzə verib.                                               

Son   yeddi   ildə   qazanılmış uğur və nailiyyətlər dövlətimizin başçısının böyük istedad və fenomenal təşkilatçılıq qabiliyyətinin, səfərbəredici gücünün sayəsindədir. Cənab İlham Əliyev öz işi və fəaliyyəti ilə ulu öndərimizin əbədiyaşar ideyalarının gerçəkləşməsini təmin etməklə yanaşı, onları müasir dövrün tələblərinə uyğunlaşdıraraq, mahiyyət və keyfiyyətcə zənginləşdirib, daha da təkmilləşdirib.

İndi Azərbaycan dünya ölkələri, xüsusən də Qərb üçün çox böyük önəm daşıyır. Həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə bizimlə sıx əməkdaşlıq etmək istəyən  dövlətlərin  sayı durmadan artmaqdadır. Bir çox aparıcı  dövlətlərlə  əlaqələrimiz artıq strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Müstəqil Azərbaycan dövlətinin uğurla yürütdüyü və regionda sabitliyin möhkəmlənməsinə, inkişafa yönələn xarici siyasət xətti birmənalı olaraq bəyənilir və təqdir olunur. Azərbaycan dünya ölkələri üçün açıq ölkədir. Burada xarici sərmayə yatırtmaq,  sahibkarlıq fəaliyyəti üçün münbit şərait yaradılıb ki, bu da həm Qərb, həm də Şərq ölkələrini, onların şirkətlərini xüsusilə cəlb edir.

Azərbaycan dünyanın, o cümlədən Qərbin enerji təhlükəsizliyi məsələlərinə öz layiqli töhfələrini verməkdədir. Təsadüfi deyil ki, ölkəmiz bu sahədə reallaşan bütün irimiqyaslı layihələrin əsas iştirakçısıdır. Bakı -Tbilisi -Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin tam işə düşməsi Azərbaycanın nefti ilə yanaşı, təbii qazını da dünya bazarlarına  çıxarıb.   Prezident  İlham Əliyevin vurğuladığı kimi, enerji sahəsindəki uğurlar Azərbaycanın gələcəyi üçün tarixi məna daşıyır və vaxt keçdikcə bizim mövqelərimiz daha da möhkəmlənəcəkdir.

Regional layihələrin gerçəkləşməsi bölgə ölkələrinə və xalqlarına sülh, əmin-amanlıq, rifah və iqtisadi inkişaf gətirməkdədir. Bu baxımdan, neft və qaz layihələri ilə yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolu tikintisinin reallaşması Azərbaycanın nəinki regionda, eləcə də dünyadakı siyasi nüfuzunun, iqtisadi qüdrətinin bariz nümunəsidir. Bununla da regionumuz yalnız enerji layihələri deyil, həm də nəhəng nəqliyyat infrastrukturu ilə də birləşəcəkdir. Beləliklə, Azərbaycan Avropa və Asiya üçün həm enerji, həm də əvəzolunmaz nəqliyyat mərkəzinə çevrilir. Bu layihələr təkcə iki müxtəlif coğrafıyaları bir-birinə bağlamır, eyni zamanda mədəniyyətləri, fərdi anlayışları da bir-birinə qovuşduracaqdır.

Dövlətimizin başçısının yürütdüyü həm daxili, həm də xarici siyasət kursu ölkəmizə və xalqımıza daim uğur gətirir. Prezident İlham Əliyevin son 7 il ərzində gördüyü möhtəşəm işlər və hazırkı fəaliyyəti qətiyyətlə deməyə əsas verir ki, o Heydər Əliyevin müdrik ideyalarının sadəcə davamçısı yox, eyni zamanda bu ideyaları XXI əsrin tələblərinə, dövrün, zamanın ruhuna uyğun olaraq təkmilləşdirməyə və inkişaf etdirməyə qadir olan bir liderdir. Bu baxımdan Azərbaycanda elm, təhsil, mədəniyyət, həmçinin milli-mənəvi, dini dəyərlərin qorunması və möhkəmləndirilməsi sahəsində görülən mühüm işlər də xüsusi önəm daşıyır. Hazırda Azərbaycanda elm və təhsil sürətlə inkişaf etdirilir, onun keyfiyyəti dünya standartları səviyyəsinə yüksəldilir. Xüsusən də təhsil sistemində, onun bütün pillələrində dünyanın ən mütərəqqi təcrübələri nəzərə alınmaqla köklü islahatlar həyata keçirilir. Təhsilimizin məzmunu, keyfiyyəti ilbəil yüksəlir.

Təsadüfi deyil ki, orta məktəbi bitirənlər indi daha yüksək ballarla kolleclərə və ali təhsil ocaqlarına qəbul olunurlar. Təhsil həqiqətən də millətimizin gələcəyidir. Gənclərin bilikli və savadlı olmaları Azərbaycanın gələcəkdə daha sürətli inkişafının təməl daşları, bünövrəsidir. Dövlətimizin təhsilə olan xüsusi diqqət və qayğısı biz pedaqoji işçilərin də üzərinə böyük məsuliyyət qoyur. Əminəm ki, bu şərəfli missiyanı ləyaqətlə yerinə yetirəcəyik. Hazırda azərbaycanlı tələbələr dövlət hesabına dünyanın aparıcı dövlətlərinin ən yaxşı universitetlərində təhsil alır. Onlar gələcəkdə yüksək səviyyəli peşəkar mütəxəssislər kimi Azərbaycanın tərəqqisinə, güclü, qüdrətli dövlətimizin quruculuğuna öz töhfələrini verəcəklər.

Ölkənin sosial-mədəni sahələrinin, təhsil və səhiyyə sistemlərinin inkişafında YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın da fəaliyyəti xüsusi qeyd olunmalıdır və təqdirəlayiqdir. Türk dünyasının milli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin nurlu ideyalarını zamanın tələblərinə uyğun uğurla həyata keçirən Prezident İlham Əliyevin hərtərəfli inkişaf etdirdiyi Azərbaycanın dinamik inkişafında fondun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır.

Müasir Azərbaycan daim inkişaf edir, gözəlləşir, öz siyasi və iqtisadi qüdrətini daim artırır. Müasir yollar və yol qovşaqları, təhsil və səhiyyə ocaqları göz oxşayır. Yeni istifadəyə verilən sənaye və emal müəssisələri dünya standartlarına uyğun məhsul istehsal edir. Bütün bunlar günümüzün reallıqlarıdır.

Son yeddi il Azərbaycanın müasir tarixində keyfiyyətcə daha önəmli bir mərhələ olmaqla yanaşı, cənab İlham Əliyevin simasında dünya səviyyəli dövlət başçısı və tarixi şəxsiyyətin yetişməsinin, xalqın öz liderinə sonsuz inam və məhəbbətinin şahididir. Bu siyasi kurs yaxın illərdə Azərbaycanı dünyanın ən müasir və qüdrətli dövlətləri sırasına çıxaracaqdır.

 

 

Heydər HÜSEYNOV

 

Respublika.- 2010.- 16 oktyabr.- S. 5.