Tanınmış naşir, cəfakeş ziyalı

 

Son illər kitab, nəşriyyat sahəsində ölkəmizdə gedən dəyişikliklər cəmiyyətdə belə bir fikir formalaşdırır ki, ölkəmiz kitab renessansı dövrünə qədəm qoymuşdur. Bu da əlbəttə ki, kitaba olan münasibətin tamamilə dəyişməsi, oxucu marağının artması ilə yanaşı, nəşriyyat-poliqrafiya, mətbəə sahəsinin müasir tələblərlə yenidən qurulması, bu sistemdə fəaliyyət göstərən müəssisələrin uğurlu işi ilə səciyyələndirilir. Azərbaycanın kitab mədəniyyətinin inkişafında, bugünkü səviyyəyə çatmasında mətbəələrin böyük rolu olmuşdur.

Azərbaycan Texniki Universitetinin mətbəəsi bu qəbildəndir. Həm yüksək keyfiyyətli ədəbiyyat nümunələri, müxtəlif janrlı ədəbiyyatlar çap edən kollektiv nümunəvi çap məhsulu uğrunda mübarizə aparır.

Universitet alimləri ilə yanaşı digər elmi-tədqiqat institutlarının əməkdaşlarının əsərlərini, monoqrafiyalarını, dərslik dərs vəsaitlərini, universitetin elmi jurnallarının çap işlərini yüksək poliqrafik icrada həyata keçirən Texniki Universitetin mətbəəsinə uzun illərdən bəri tanınmış naşir, peşəkar jurnalist, bir çox kitabların müəllifi olan Əvəz Abbasov rəhbərlik edir.

1948-ci ildə Laçın rayonunda dünyaya göz açan Əvəz Abbasov 1972-ci ildə Azər-baycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirmiş, "Bakı", "Azərbaycan gəncləri", "Azərbaycan pioneri", "Sovet kəndi" qəzetlərində, "Qobustan" jurnalında, Azərbaycan Televiziya Radio Verilişləri Komi-təsində çalışmış, maraqlı publisistik yazıları, ssenariləri ilə oxucuların, tamaşaçıların diqqətini cəlb etmişdir. Neçə-neçə kitabların tərtibatçısı, redaktoru, məsləhətçisi olan Əvəz müəllim "Ömür yolu", "Ömürdən səhifələr" kitablarının müəllifi, ümummilli liderimiz Heydər Əliyevin 75 illik yubileyi ilə əlaqədar "Heydər zirvəsi" foto-albomunun tərtibatçısıdır.

Əvəz İdrisoğlu 1998-ci ildə Azərbaycan Jurnalistlər İttifaqı Həmkarlar Komitəsinin (indiki Azərbaycan Jurnalistlər Birliyi) "Xalq Prezident Heydər Əliyev — "İnam - Şərəf diplomu"na layiq görülmüşdür. YAP-ın üzvü Əvəz Abbasovun rəhbərlik etdiyi mətbəədə universitet tədris proqramları, blankları, jurnallar dərsliklər çap olunmaqla yanaşı bir çox müəlliflərin kitabları da işıq üzü görür.

2010-cu ildə universitetin müəllimləri Rəşid Əliyev Firudin    Məmmədovun hazırladığı ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi ilə əlaqədar "Ulu öndərin Azərbaycanın bədən tərbiyəsi idmanın     inkişafında xidmətləri" adlı 290 səhifəlik kitabını xüsusi olaraq qeyd etmək   lazımdır.   Bu kitabın da redaktoru  Ə.Abbasovdur. Azərbaycan  Prezidentı İlham Əliyevin idmana olan böyük qayğısı, ölkəmizdə vüsət alan olimpiya hərəkatı son illər dünya  miqyaslı yarışlarda idmançılarımızın göstərdikləri yüksək nəticələr çap olunan kitabda geniş   işıqlandırılmışdır.   İstər çağdaş Azərbaycan mədəniyyətində, istərsə Azərbaycan idmanında baş verən bu renessans, çiçəklənmə, heç şübhəsiz, ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Fərəhli haldır ki, ulu öndərin layiqli davamçısı, Prezidentimiz İlham Əliyev tərəfindən bu uğurla həyata keçirilir. Millət vəkili Həvva Məmmədovanın "Azərbaycan Respublikasının xarici siyasətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi" kitabı (360 səh. elmi redaktor AMEA -nın müxbir üzvü Yaqub Mahmudov), Naxçıvan Muxtar Respublikasının tarixi keçmişi ilə bağlı Feyruz Bağırovun "Tarixin yaddaşı" kitabı, universitetin professoru Tofıq Rzayevin "Sistemlərin identifikasiyası" monoqrafiyası, AzTU-nun rektoru, professor Havar Məmmədovun "Avtomatlaşdırmanın əsasları" kitabları digər elmi kitab jurnallar da bu mətbəədə yüksək keyfiyyətlə çap olunmuşdur.

Əvəz Abbasov söhbət əsnasında onu da bildirdi ki, kitabsız heç bir elm, təhsil, maarif, mədəniyyət yoxdur. Mədəniyyətsiz isə gələcək mümkün deyil.

Heç ən müasir texnologiyaların yaratdığı inqilab, möcüzələr belə kitabı əvəz edə bilməz. qədər ki həyat var, elm, bilik əldə etmək üçün kitaba böyük tələbat olacaq. Hər gün mütaliə eləmək insanların dünya görüşünü artırır, biliyini zənginləşdirir. Bir sözlə, kitab ölkənin tarixi, iqtisadiyyatı, sosial həyatıdır.

İstənilən ölkə haqqında məlumat əldə etmək üçün kitaba müraciət etməlisən. Doğrudan da, keyfiyyətlə çap olunan kitablar əsrlərlə insana yoldaş olur, kitab rəflərinin bəzəyi olur.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafında çox böyük əməyi var. Son bir neçə ildə tariximizə, təhsilimizə, mədəniyyətimizə, musiqimizə, xüsusən Qarabağ həqiqətlərinə dair dəyərli kitabların, nəşrlərin, dərgilərin işıq üzü görməsində Azərbaycanın birinci xanımının əvəzsiz xidmətləri olmuşdur.

Bizim borcumuz gənclərimizə kitabları sevdirməkdir. Həqiqətən maraqlı mənbə-lərə istinad edilərək çap olunmuş kitablar oxucular tərəfındən sevilə-sevilə oxunur.

Onu da qeyd edim ki, Əvəz İdrisoğlunun yüzlərlə şeirləri mətbuat səhifəsində çap olunmuşdur. Laçın həsrətini, vətən, yurd nisgilini şeirlərində ürək ağrısı ilə oxucularına çatdıran şair-publisistin geniş həcmli şeirlər kitabı da tezliklə işıq üzü görmək ərəfəsindədir.

Ömrünün bu müdrik çağında da öz vəzifəsini şərəflə davam etdirən tanınmış naşir, şair-jurnalist Əvəz İdrisoğluna yeni-yeni uğurlar arzulayırıq.

 

 

Rauf  İLYASOĞLU

 

Respublika.- 2010.- 20 oktyabr.- S. 7.