| Paytaxtın rabitə sistemi müasir tələblərə cavab verir

 

Azərbaycan rabitəsinin inkişafı, dünya standartları səviyyəsinə yüksəlməsi və bu sahədə əldə olunan möhtəşəm uğurlar ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Respublikamızda informasiyakommunikasiya texnologiyalarının inkişafı, intibah dövrü ulu öndər Heydər Əliyevin 17 fevral 2003– ildə imzaladığı “Azərbaycan Respublikasının inkişafı naminə informasiyakommunikasiya texnologiyaları (İKT) üzrə (2003–2012–ci illər) Milli Strategiyadan başladı. Heydər Əliyev bu mühüm sənəddə 10 ilə yaxın bir müddətdə müasir informasiya texnologiyalarının ölkəmizdə geniş tətbiqi sahəsində prioritet sahələri müəyyənləşdirdi, qloballaşma dövrünün tələblərini nəzərə alaraq çevik idarəetməni təmin edəcək “elektron hökumət”in yaradılmasını vacib” məsələlərdən biri kimi ön plana çəkdi. Bu səbəbdəndir ki, ölkəmiz hazırda qlobal informasiya cəmiyyətinin qurulmasında ən öndə gedən dövlətlərdən biridir. Onun bu sahəyə diqqət və qayğısı sayəsində ölkə iqtisadiyyatında ilk xarici investisiyalar da məhz telekommunikasiya sahəsinə qoyulmuşdur.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin xalqın etimadını qazanaraq ölkə Prezidenti seçilməsi Azərbaycan Respublikasının sosialiqtisadi tərəqqisində keyfiyyətcə yeni dövrün başlanğıcı olmuşdur. Bu gün respublikamızın özünün dinamik inkişafına və iqtisadi yüksəlişinə görə dünyada lider mövqedə dayandığı bir zamanda rabitə sisteminin müasir, beynəlxalq tələblər səviyyəsinə çatdırılması, son dünya texnologiyalarından yerlərdə geniş tətbiqi əsas məsələ kimi həmişə ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və nəzarəti altında olmuşdur. Onun rəhbərliyi iə informasiyakommunikasiya texnologiyalarının respublikamızda müasir tələblərə uyğunlaşdırılması üçün zəruri islahatlar aparılmışdır, bu sahənin inkişafını ölkəmizin iqtisadiyyatında əsas prioritet sahə elan etmişdir. O demişdir: “Mən növbəti illərdə prioritet arasında, ilk növbədə informasiyakommuniksiya texnologiyalarını görürəm. Çünki ümumiyyətlə dünyanın inkişafı bu istiqamətdə gedir. Ona görə də bu sahəyə xüsusi diqqət göstərilməlidir”.

Azərbaycada informasiya cəmiyyətinin bərqərar olması və İKT–nin respublikamızda geniş tətbiqi üçün məqsədyönlü aparılır.

İKT üzrə güclü qanunvericilik formalaşdırılması və bu sahənin davamlı inkişafını təmin etmək məqsədilə qısa müddət ərzində “Elektron imzaelektron sənəd haqqında”, “Telekommunikasiya haqqında”, “İnformasiya” əldə etmək haqqında”, “Fərdi məlumatlar haqqında” və s. Azərbaycan Respublikasının qanunları qəbul olunmuş, İKT–nin davamlı inkişafı ilə bağlı mühüm fərman və sərəncamlar imzalanmışdır. Ölkəmizdə rəqabət mühitinin, tənzimləmə prosedurlarının və hüquqi bazanın formalaşmasındakı mövcud problemləri həll etmək məqsədilə qəbul edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiyakommunikasiya üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005–2008–ci illər üçün Dövlət Proqramı”nda (Elektron Azərbaycan) əsas istiqamətlərdən biribu sektorda islahatların aparılması olmuşdur. Bu proqrama əsasən iqtisadiyyatın bütün sahələrində olduğu kimi, rabitə və informasiya texnologiyalarının inkişafında yeni, daha səmərəli perspektivlər açıldı. Bu işlərin sistemli olaraq davam etdirilməsi və Milli Strategiya ilə müəyyən olunmuş məsələlərin növbəti mərhələsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2010–2012–ci illəri əhatə edən ikinciElektron Azərbaycan” Dövlət Proqramı təsdiq edilmişdir ki, bu proqram hazırda uğurla icra olunmaqdadır.

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması, onun yeni Əsasnaməsinin təsdiqi, bu sahədə ciddi struktur dəyişikliklərinin aparılması və akademik Əli Abbasovun bu mühüm sahəyə nazir təyin olunması, bu sahəyə səriştəli rəhbərliyi, elmi yanaşma prinsipi rabitə sektorunun davamlı inkişafına, dünya standartları səviyyəsinə çatdırılmasına möhkəm zəmin yaratdı. Onun rəhbərliyi ilə bu sektorda irihəcmli layihələr uğurla həyata keçirilir, rabitənin keyfiyyətinin daha da yüksəldilməsi, səmərəliliyinin artırılması istiqamətində məqsədyönlü, ardıcıl işlər aparılır.

Bildiyimiz kimi, bu il noyabr ayının 6–da Bakı Sərgi Mərkəzində “BakuTel–2012″ Azərbaycan beynəlxalq telekommunikasiyainformasiya texnologiyaları sərgisi açılmışdır. Artıq 18 dəfədir ki, baş tutanBakuTel” sərgisi Xəzər və Qafqaz regionlarında telekommunikasiya, o cümlədən informasiya texnologiyaları sahəsində ən böyük tədbirlərdəndir. Sərgidə dünyanın 23 ölkəsindən 160 şirkət iştirak etmişdir.

Bu sərgidə iştirak edən ölkə Prezidenti cənab İlham Əliyev sərginin əhəmiyyətindən danışarkən vurğulamışdır ki, “BakuTel”də iştirak edən dünya şirkətlərinin sayının artması da Azərbaycan bazarının cəlbedici olmasının yaxşı göstəricisidir. İnformasiyakommunikasiya texnologiyaları sahəsi böyük potensiala malikdir, ölkəmiz İKT–nin inkişafına görə artıq regionda lider dövlətə çevrilib. Bütün bunlar Azərbaycanda bu sektorda görülmüş işləri, qazanılmış uğurları əks etdirir.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi əvvəlki illərdə olduğu kimi, 2012–ci ildə də uğurlarını davam etdirərək müasir texnologiyalar tətbiq etməklə istifadəçilərinə yeni və keyfiyyətli telekommunikasiya xidmətləri göstərir. Bakı şəhərində və ətraf qəsəbələrdə kommunikasiya şəbəkəsinin genişləndirilməsi və təkmilləşdirilməsi, o cümlədən əhalinin müasir telekommunikasiya xidmətlərinə keyfiyyətli çıxışını təmin etmək məqsədilə yenimüasir rabitə obyektlərinin tikilib istifadəyə verilməsi işləri uğurla həyata keçirilir. Belə ki, “2011–2013– illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosialiqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Binəqədi rayonu ərazisində yerləşən ATS–561, 562, 563–də və ATS–568, 569, 513–də, ATS–411–də, ATS–456–a, ATS–454–də və ATS–412–də genişzolaqlı internet xidməti tutumunun artırılması, Xətai rayonu ərazisində yerləşən ATS–371, 372, 373–ün xətt şəbəkəsinin optik kabel vasitəsilə qurulması və xidmətin təşkili məqsədilə 9128 nömrə tutumu olan 5 ədəd ONU–nun istifadəyə verilməsi, Əhmədli qəsəbəsi, Mehmandarov küçəsində tutumu 4475 nömrə olan 579 saylı stansiyanın NGN tətbiqi ilə yenidən qurulması təmin edilmişdir. Nərimanov ərazisində yerləşən ATS–564, 565 xətt şəbəkəsinin fiber optik kabelin tətbiqi ilə qurulması məqsədilə 496 nömrə tutumu olan 1 ədəd ONU–nun, ATS–566, 567, 514 xətt şəbəkəsinin fiber optik kabelin tətbiqi ilə qurulması məqsədilə isə 9672 nömrə tutumu olan 7 ədəd ONU–nun istifadəyə verilməsi, Xəzər rayonu ərazisində Binə (Südçülük sovxozu) ATS–nin rekonstruksiya olunaraq tutumu 1888 nömrə olan NGN tipli ATS–lə əvəz edilməsi, Dübəndidə 896 nömrəlik ONU stansiyasının istismara verilməsi, Gürgan qəsəbəsində yeni ATS binasının tikilməsi və tutumu 512 nömrə olan ATS–in NGN tətbiqi ilə yenidən qurulması və xətt şəbəkəsinin rekonstruksiyası, Zirə, Gürgan, Pirallahı istiqamətlərində fiber optik kabelin çəkilməsi, Savalan, “Şuşa qaçqınları”, Ramana kənd, Ramana sovxoz, Kürdəxanı, Hövsan, Zığ qəsəbə və “Duzlu göl” yaşayış sahəsi ATS–lərinin yeni texnologiya tətbiq etməklə rekonstruksiyası təmin edilmişdir.

2012–ci ilin ötən dövrü ərzində ATS–lərin tutumlarının və xidmətlərinin istifadəçilərin tələbatına uyğun genişləndirilməsi, eləcə də “Azərbaycan Respublikası regionların 2009–2013– illərdə sosialiqtisadi inkişafı Dövlət Proqramı”nın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə aid olan bəndlərinin icrasının təmin edilməsi məqsədilə BTRİB kollektivi tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.

Belə ki, 2012–ci il ərzində ATS–566/567–nin xidməti ərazisində tutumu 384 nömrə və 384 ADSL portu olan ONU, tutumu 4987 nömrə olan DMS (DRX–4) Mehmandarov ATS rekonstruksiya olunaraq NGN tipli ATS–lə əvəz olunmuş, EATS–411–in tutumu 256 nömrə artırılmış, Kristal MTK–da 512 nömrə tutumu olan DRX–4 stansiyası quraşdırılmış, montaj tutumu 2994 nömrə və 864 ADSL portu olan 2–ci Mehmandarov ATS istismara verilmiş, Zığ EATS–də tutumu 2556 nömrə olan DMS tipli və 512 nömrəlik DRX–4 və 632 ADSL portu stansiyaları rekonstruksiya olunaraq NGN tipli ATS–lə əvəz olunmuş, ATS–491–in tutumu 208 nömrə artırılmış, 576 nömrə tutumu olanŞuşa qaçqınları” ATS–də DRX–4 tipli stansiya müasir tipli NGN stansiyası ilə əvəz olunmuş, ATS–425–in tutumu 128 nömrə artırılmış, Hövsan südçülük sovxozu ATS–i rekonstruksiya olunaraq 1888 nömrə NGN tipli ATS–lə əvəz olunmuş, EATS–457 Pirallahı EATS–454 arası 16 portluq radio rele avadanlığı istifadəyə verilmiş, tutumu 1872 nömrə olan S–12 tipli 554 saylı ATS rekonstruksiya olunaraq 1888 nömrəlik NGN tipli ATS–lə əvəz olunmuş, Aslan bağlarında tutumu 896 nömrə olan NGN tipli ONU–3 istismara verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2010–cu il 11 avqust tarixli cərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010–2012–ci illər üçün Dövlət Proqramı”na (Elektron Azərbaycan) uyğun olaraq BTRİB–in transmissiya şəbəkəsinin tam rəqəmləşdirilməsi başa çatdırılmışdır. Yeni nəsil telekommunikasiya texnologiyaları əsasında BTRİB–nin böyük tutumlu TDM tipli ATS–lərinin müasir xidmətlər göstərmə imkanlıqları genişləndirilmiş, onlar İP transmissiya platformasına qoşulmuş, transmissiya şəbəkəsi optimal olaraq yenidən qurulmuş, giriş rabitə qovşaqları prinsipi ləğv edilmiş və şəbəkənin İP platforma üzərinə alternativ olaraq keçirilməsi təmin edilmişdir.

Hazırda Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərən “Bakinternetinternet provayder platforması qlobal internet şəbəkəsinə böyükhəcmli kanalla qoşulmuşdur. “Bakinternetinternet provayder platformasının özü isə dünyanın ən qabaqcıl İT istehsalçılarının texnologiyaları əsasında rekonstruksiya olunaraq çox güclü provayder platforması kimi yenidən istismara verilmişdir.

BTRİB–in xətt şəbəkəsi üzərindən qoşulmuş genişzolaqlı internet xidməti istifadəçilərinin BTRİB şəbəkəsində fəaliyyət göstərən digər provayder üzrə istifadəçilərin birgə sayı isə 2012–ci il oktyabr ayının sonu üzrə təqribən 200 000–ə çatdırılmışdır.

Hazırda Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin göstərdiyi əsas telekommunikasiya xidmətlərindən biri olan telefon rabitəsi xidmətləri ən müasir texnologiya olan yeni nəsil şəbəkə texnologiyası əsasında quraşdırılmış NGN tipli ATS–lər üzərindən yüksək və standartlara uyğun səviyyədə təşkil edilmişdir.

Belə ki, müasir telefon rabitəsi xidməti üzərindən 50–dən çox servismultimedia xidmətləri möcuddur ki, bu da öz növbəsində abunəçilərə bir telefon xəttindən istifadə etməklə digər servislərdən də istifadə etməsinə imkanlar yaradır.

Abunəçilər tərəfindən ən çox istifadə olunan servis xidmətlərinə zəng olunan zaman nömrənin təyin olunması, məşğul olan zaman yeni zəngin bildirilməsi, 3 və 64 nəfərlik konfrans rabitə, çıxış zənglərinin məhdudlaşdırılması, qısaldılmış yığım, qaynar xətt, yönləndirmə servisi bu xidmətə birbaşa yönləndirmə, abunəçinin telefonu məşğul olan zaman yönləndirmə, abunəçi 5 zəngdən sonra cavab vermirsə yönləndirmə və s. kimi servis xidmətləri daxildir.

Multimediya servis xidmətlərinə İP–TV, videotelefon, İP–Consol, İAD və s. kimi xidmətlər daxildir.

Abunəçi adi telefon xəttindən istifadə edərək videogörüntülü rabitə xidmətinə də qoşula bilər. Bu zaman hər iki abunəçi birbirini görə və eşidə bilir.

İAD avadanlığından istifadə edərək fıziki xətt vasitəsilə 4–dən 32–yə qədər telefon nömrəsi abunəçinin istifadəsinə verilə bilər.

Digər tərəfdən abunəçinin telefon xətti ilə genişzolaqlı yüksək sürətli ADSL internet xidmətindən istifadə etmək imkanları vardır. Bu xidmətdən istifadə edən hər bir abunəçi qlobal şəbəkəyə yüksək sürətli internet vasitəsilə qoşula bilər.

2005–ci ilin oktyabr ayından başlayaraq Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) abunəçilərə CDMA (Code Division Multiple Access) simsiz rabitə xidmətlərini də göstərir. BTRİB–in CDMA şəbəkəsi Bakı şəhəri və Abşeron yarımadasını əhatə edirrouminq sayəsində CDMA abunəçilərinə respublikanın bütün ərazisində xidmət göstərilir.

Hazırda BTRİB CDMA xidmətlərini 511/555 indeksləri ilə təqdim edir.

CDMA (Code Division Multiple Access) kod bölümlü çoxsaylı giriş prinsipi əsasında işləyən simsiz telefon rabitəsi standartıdır. Hazırda dünyada 420 milyondan çox abunəçi bu mobil rabitə şəbəkəsindən istifadə edir.

CDMA texnologiyası mobil rabitənin GSM–dən sonrakı inkişaf mərhələsidir.

CDMA texnologiyası danışıq zamanı səsin yüksək keyfiyyətini təmin etməklə yanaşı, insan orqanizminə heç bir mənfi təsir göstərmir.

Özünün müsbət xüsusiyyətlərinə görə CDMA standartı dünya telekommunikasiya cəmiyyəti tərəfindən 3– nəsil simsiz rabitə növü kimi rəsmi qəbul olunmuşdur.

Hazırda respublika vətəndaşları keyfiyyətli və dayanıqlı CDMA simsiz rabitə xidmətindən geniş istifadə edirlər.

Müasir telekommunikasiya texnologiyaları adi telefon xətti üzərindən çoxlu sayda əlavə telekommunikasiyamüvafiq servis xidmətlərinin də istifadəçilərə çatdırılmasını təmin edə bilir. Belə xidmətlərdən biriinternet protokolu üzərindən televiziya kanallarının və digər videomaterialların istifadəçilərə çatdırılmasını təmin edən İP–TV xidmətidir. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin təqdim etdiyi İP–TV xidməti beynəlxalq standartlara uyğun olaraq rəqəmsal audiovideo sıxlaşdırma formatı olan MPEG 4 formatı üzərindən təşkil olunmaqla yanaşı, əlavə bir çox müasir servis xidmətlərinin istifadəçilərə çatdırılmasını təmin edir.

Hazırda telekommunikasiya sahəsində qabaqcıl ölkələrin təcrübəsini daim öyrənən BTRİB mütəxəssisləri abunəçi şəbəkəsinin təkmilləşdirilməsi üçünyeni layihələr üzərində işləyirlər. Belə ki, istifadəçinin son qurğularının imkanlarının artırılmasını, genişzolaqlı multiservis xidmətlərinin yüksək sürətlə ötürülməsini nəzərdə tutan ONT (Optical Network Termination), ONU (Optical Network Units) və GPON (Giqabit Passive Optical Network) avadanlıqlarının abunəçi şəbəkəsinə tətbiqi bir optik lif ilə SİP və H.248 protokol bazasında səs xidmətlərinin, yüksək sürətli internetin (Ethernet 10/100 və 10/100/1000), İPTV və VoD da daxil olmaqla İP üzərindən rəqəmli televiziya xidmətinin, RF overlay video xidmətlərinin yüksək keyfiyyətlə istifadəçiyə çatdırılmasını təmin edəcəkdir. Məsələnin bu cür həlli şəbəkənin İPTİME (Multiplay xidmətinin istifadəsi üçün İP–transport infrastrukturu) həlli adlanır.

GPON avadanlığının tətbiqi mövcud şəbəkə infrastrukturunun veriliş məsafəsini, buraxılış qabiliyyətini əhəmiyyətli dərəcədə artırır. Avadanlığın köməyi ilə optik lifli kabeli birbaşa abunəçinin evinə çəkmək və beləliklə də ona ADSL2+ imkanlığından 100 dəfə yüksək olan 2,5 Gbit/slik buraxma zolağı təqdim etmək mümkündür.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi telefon rabitəsinin yaradılmasının 131 illik yubileyi ilə əlaqədar 01.11.2012–ci il tarixdən 10.12.2012–ci il tarixə kimi kampaniya keçirir: iki telefon çəkmək istəyən abunəçiyə 1 ədədini pulsuz çəkir. 3 Mbit/s və yuxarı sürətli internetə qoşulan abunəçiyə İP telefon nömrəsini hədiyyə verir. Bundan başqa, 5 Mbit/s və yuxarı sürətli internetə qoşulan abunəçiyə İP telefon nömrəsini hədiyyə və 100 kanallı İP–TV–ni 3 ay pulsuz verir.

6 dekabr–Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günü ərəfəsində bir neçə rabitə müəssisəsinin təntənəli açılışı olmuşdur. Bunlardan Xəzər rayonunun Qala kəndinə 1104 nömrə tutumlu ATS–in NGN–in tətbiqi ilə qurulması, Xəzər rayonunun Türkan sovxozunda 512 nömrə tutumlu ATS–in NGN–in tətbiqi ilə qurulması, Sabunçu rayonunun Pirşağı kəndində 1472 nömrə tutumlu ATS–in, Sabunçu rayonunun Ramana sovxozunda 1632 nömrə tutumlu ATS–in, Sabunçu rayonu Pirşağı sovxozunda 1500 nömrə tutumlu ATS–in, BTRİB şəbəkəsi üzrə mövcud ATS–lərdə genişzolaqlı internet xidmətinin tutumunun 7000 port artırılmasının açılışı olmuşdur.

Azərbaycan rabitəçiləri özünün 131 illik yubileyini təntənəti surətdə qeyd edir. Fürsətdən istifadə edib bu bayram günündə ölkə rabitəçilərini təbrik edir, onlara məsul işlərində yeniyeni uğurlar arzulayıram.

 

Beytulla HÜSEYNOV,

Bakı Telefon Rabitəsi İstehsalat

Birliyinin baş direktoru.

 

Respublika.- 2012.- 6 dekabr.- S. 4.