İstedadlı musiqiçinin növbəti uğuru

 

Səbail rayonu, Bülbül adına orta ixtisas musiqi məktəbinin məzunu, Fransanın paytaxtı Parisdə Rubinşteyn adına və Bakı şəhərində respublika musiqi müsabqələrinin laureatı, İtaliyada keçirilən musiqi müsabiqəsinin mükafatçısı Zakir Əsədov növbəti uğuruna imza atmışdır.

Bu yaxınlarda Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasında təşkil olunmuş Van Klibernin xatirəsnə həsr olunmuş konsertdə istedadlı musiqiçi Zakir Əsədov solo konsertlə çıxış etmişdir. Xatirə konsertində gənc sənətçi DeBüssinin, Ravelin, Prokofyevin, Raxmaninovun əsərlərini ifa etmişdir. Ölkəmizdə və onun hüdudlarından kənarlarda Azərbaycan bəstəkarlarının əsərlərinin təbliği ilə davamlı olaraq məşğul olan istedadlı ifaçı Zakir Əsədova gələcəkdə yeni–yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Məhəmməd VƏLİYEV

 

Respublika.- 2013.- 5 aprel.- S. 7.