Erməni vəhşiliyi faktlarla

 

Erməni millətçiləri əsrlər boyu türklərə, eləcə də azərbaycanlılara qarşı daim düşmənçilik münasibəti bəsləmişlər. Erməni millətçilərinin xalqımıza qarşı düşmənçiliyi XVIII əsrin əvvəllərindən getdikcə güclənib. Həmin dövrdən ermənilər azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq üçün çıxış yolları axtarırdılar. Nəhayət, çıxış yolunu Rusiya imperiyası kimi böyük bir dövlətin qanadı altına sığınmaqda görürlər. Eyni zamanda rus dövlətinin dəstəyi ilə azərbaycanlıları öz torpaqlarından sıxışdırıb çıxarmağı və burada imperiyanın bilavasitə əli ilə erməniləri yerləşdirməyi planlaşdırırlar. Bu məqsədlə 1701–ci ildə Rusiya çarı I Pyotra məktub yazaraq xahiş edirlər ki, xristian olan erməniləri müsəlmanların təzyiqindən xilas etsin. Vəd verirlər ki, Azərbaycan torpaqlarının işğal edilməsində bütün ermənilər rus ordusuna yardımçı olacaqlar.

Ermənilər işğalçılara öz xilaskarları kimi baxırdılar. 1828–ci ilin fevral ayında Rusiya ilə İran arasında bağlanan “Türkmənçay” müqaviləsi isə ermənilərə geniş imkanlar açdı, gələcəkdə erməni dövlətinin qurulması üçün təməl daşını qoydu. Çünki bu müqavilə bağlandıqdan sonra qədim Azərbaycan torpaqlarının kütləvi şəkildə erməniləşdirilməsi prosesi start götürdü. Müqavilə imzalanandan dərhal sonra Rusiya imperiyasının köməyi ilə Qafqaza, xüsusilə Azərbaycan torpaqlarına ermənilərin axını başladı. 3 ay ərzində İrandan İrəvana, Naxçıvana və Qarabağa 10000–ə qədər erməni ailəsi köçürülür. Eyni zamanda rus məmurlarının məxfi məsləhətçisi Xristofor Lazaryevin (milliyətcə ermənidir) canfəşanlığı sayəsində İrəvan və Naxçıvan xanlıqlarını ləğv edib, yerində Erməni vilayətini yaradırlar. “Türkmənçay” müqaviləsi bağlananadək burada 82000 azərbaycanlı, 25000 erməni yaşayırdısa, erməniləri köçürmə əməliyyatı nəticəsində onların sayı 61000–ə çatdırıldı.

Artıq XIX əsrin sonlarınadək qədim Azərbaycan torpaqlarında İrandan və Türkiyədən köçürülmüş 1 milyon 300 mindən artıq erməni məskunlaşmışdı. Onu da qeyd etmək lazımdır ki, onlar əsasən, dövlət torpaqlarında deyil, mülkədarların əlindən alınan ən məhsuldar torpaqlarda yerləşdirilmişdilər.

Erməni millətçiləri azərbaycanlıları terror aktları, müxtəlif təxribatçılıq hərəkatları və s. həyata keçirmək və qoxrutmaq yolu ilə doğma ərazilərindən tədricən sıxışdırıb çıxarmağa çalışırlar. Bu işi planlı təşkil edib həyata keçirmək məqsədilə XIX əsrin sonlarına yaxın bir neçə partiya yaradırlar. Onların “Armenekan” (1885–ci il) və “Qnçak” (1887–ci il) partiyalarının proqramlarında göstərilir ki, “məqsədə nail olmaq üçün təbliğat, təşviqat, terrorizm metodlarından istifadə etmək və terrorçu təşkilatlar yaratmaq lazımdır”. Bu partiyaların əsas məqsədləri Türkiyə və Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” dövləti qurmaq olub.

1890–cı ildə Tiflisdə yaradılmış “Daşnaksütyun” inqilabı federativ erməni partiyasının 1892–ci ildə Tiflisdə keçirilən I qurultayında türklərə qarşı sui–qəsdlər törətmək barədə qərar qəbul edilir. Bu qərarda deyilirdi ki, hər yanda, istənilən şəraitdə türkü, kürdü öldür. Öz əhdlərini pozan satqın erməniləri öldür, qisas al!

Dünyanın müxtəlif nöqtələrində qanlı aksiyalar törətmiş erməni təşkilatları içərisində yuxarıda adıçəkilən “Armenekan” xüsusi yer tutur. Bu partiya yarandığı tarixdən Türkiyənin bölgələrində—Vanda, Muşedə, Bitlisdə, Trabzonda, İstanbulda müxtəlif qanlı toqquşmalar və terror aktları törədib.

Ermənilər özlərini əsrlər boyu əzilən, yazıq bir xalq kimi rus məmurlarına tanıtdıqlarından onların mərhəmətini qazanmış və bundan da istifadə emişlər. Elə I Dünya müharibəsi dövründə yaranmış şəraitdən istifadə edərək Anadolu vilayətində gələcəkdə erməni dövləti qurmaq üçün, Türkiyədən qopartmaq fikrinə düşürlər. Bu məqsədlə Türkiyə vətəndaşı olan minlərlə erməni satqınlıq edərək Türkiyəyə təcavüz etmiş Rusiyanın tərəfinə keçir. Tarixçilərin yazdığına görə, bu müharibədə 150000–dən artıq cəlad erməni könüllüləri, Drastamasın, Andranikin və Aramın başçılığı ilə öz həmvətəndaşlarına qarşı vuruşmuş, onlarca kəndi yerlə–yeksan etmiş, yüz minlərlə dinc əhalini qırmışlar.

Həmişə olduğu kimi, yenə də törətdikləri qətliamları, tarixi hadisələri təhrif etməklə türklərin adına yazaraq “erməni soyqırımı” kimi qələmə verdilər.

Tarixi hadisələrdən həmişə öz məqsədlərinə nail olmaq üçün istifadə etməyə çalışan ermənilər 1917–ci ildə Rusiyada baş vermiş oktyabr inqilabından sonra azərbaycanlılara qarşı soyqırım törətmək məqsədilə silahlanmağa başlayırlar. Bu zaman artıq Bakı komissarlarına rəhbərlik edən Stepan Şaumyan erməni quldur dəstələrini Sovet Rusiyasından göndərilən hərbi sursatla təmin edir.

1918–ci ilin mart–aprel aylarında tam silahlanmış erməni quldurları silahsız azərbaycanlıları qırmağa başlayırlar. Həmin aylarda Lalayan valideynlərinin yaşadığı və özünün doğulduğu Şamaxı şəhərində 19000–dən çox azərbaycanlı qırmışdı. Amazasp Qubada, Nejde və Əmiryanın rəhbərliyi ilə isə Bakı quberniyasında minlərlə müsəlmanı öldürmüşdülər. Drastamat Kanoyan və Andranik Ozanyan kimi cəlladların rəhbərlik etdiyi erməni quldur dəstələri İrəvan quberniyasında azərbaycanlı əhalinin 60 faizini, Gəncə quberniyasında isə 7700 nəfər azərbaycanlını məhv etmişdilər.

1918–ci il may ayının axırlarında ermənilər “Ararat” dövlətinin yaradıldığını elan edirlər. Bundan ruhlanan erməni quldurları qurduqları dövlətin ərazisində yaşayan azərbaycanlıları məhv etmək yolu ilə etnik təmizləməyə başladılar. Ancaq 1918–ci ilin yayında onların bu soyqırımı planının qarşısını azərbaycanlı qardaşlarına köməyə gələn türk əsgərləri alırlar.

Öz ərazilərini Azərbaycan torpaqları hesabına genişləndirmək planından əl çəkməyən daşnaklar Zaqafqaziya respublikalarında sovet hakimiyyəti qələbə çaldıqdan sonra yenidən fəallaşırlar. Sovet Ermənistanı 1921–ci ildə Zəngəzuru, 1929–1931–ci illərdə isə Zəngilan rayonunun və Ordubadın bir neçə kəndini Moskvanın əli ilə Azərbaycandan qoparıb öz ərazisinə birləşdirə bilir. Sovet dövlətinin rəhbərlərindən biri olan Anastas Mikoyanın yürütdüyü hiyləgər siyasət nəticəsində isə 1948–1953–cü illərdə ermənilər azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiya olunmasına, nəticədə boşalan ərazilərə xaricdən gələn minlərlə erməninin yerləşdirilməsinə nail olurlar.

Nəhayət, 1980–ci illərin sonunda ermənilər etnik təmizləmə planının son mərhələsini həyata keçirirlər. Keçmiş SSRİ–nin sonuncu rəhbəri Mixail Qorbaçovu ələ alan erməni ekstremistləri 1988–ci ildə azərbaycanlıları öz tarixi torpaqlarından qovaraq, etnik təmizləməni başa çatdırırlar. Bununla kifayətlənməyən azğın ermənilər həm də Dağlıq Qarabağda separatçılıq hərəkatına başladılar, torpaqlarımızın 20 faizini də işğal etdilər.

20 ilə yaxındır ki, dünyanın böyük dövlətlərinin həmsədrliyi ilə Minsk qrupu vasitəsilə aparılan sülh danışıqları heç bir nəticə vermir. Aydındır ki, erməni təcavüzkarlarının işğalçı siyasətlərindən, “böyük Ermənistan” dövləti yaratmaq ideyalarından əl çəkməyəcəklər. Çünki bu mifik xəritəyə hələ Gürcüstanın Cavaxetiya adlanan ərazisini, Türkiyənin şərq hissəsindəki (ermənilərin “Qərbi Ermənistan” adlandırdıqları) torpaqları və digər qonşu dövlətlərin ermənilər yaşayan bəzi əraziləri də daxildir. Aydındır ki, öz dövlətlərinin ərazisini getdikcə böyütmək planları onları rahat buraxmır. Cızdıqları bu planlarını da fürsət düşdükcə soyqırım, terror tətbiq etməklə, zor gücünə həyata keçirmək fikrindədirlər. Odur ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından terrorçuluq məqsədilə istifadə edir, bu torpaqları terrorçular hazırlayan təlim mərkəzinə çevirirlər. “Zerkalo” qəzeti 02.08.2012–ci il tarixli nömrəsində Rusiyanın “Regnum” agentliyinə istinadən yazır ki, Dağlıq Qarabağ separatçıları tərəfindən yaradılmış Aspet (cəngavər) adlı idman düşərgəsində Livandan gəlmiş 20 nəfər erməni gənci təlim keçir. Hərbi–idman düşərgəsi adı altında fəaliyyət göstərən bu düşərgələr, əslində terrorçular hazırlayan təlim mərkəzləridir. Həm də bu mərkəzlərdə təkcə ermənilər deyil, eləcə də digər ölkələrdən gəlmiş müxtəlif millətlərin nümayəndələri də hərbi hazırlıq keçirlər.

Daşnaklar bununla kifayətlənmirlər. Artıq neçə illərdir ki, onlar beynəlxalq normalara zidd olaraq işğal olunmuş ərazimizə erməniləri köçürürlər.

Politoloq, professor Rövşən Novruzoğlu 25.08.2012–ci il tarixli “Zerkalo” qəzetində dərc etdirdiyi “Molbruk səfərə hazırlaşır” adlı məqaləsində xarici ölkələrdə yaşayan ermənilərin işğal altında olan torpaqlarımıza köçürülüb yerləşdirilməsi məqsədilə Ermənistanın həyata keçirməyə çalışdığı dövlət proqamından söz açır. O yazır ki, bu proqram əsasən işğal edilmiş Azərbaycan ərazilərinə yaşamaq üçün köçürüləcək erməni ailələrinin təminatını nəzərdə tutur. Bu məqalədə politoloq daha sonra geyd edir ki, bu köçürmə siyasətinin müəllifi akademik L.Xurşidyan 2006–cı ilin avqust ayında Xankəndidə və Şuşada keçirilən konfranslarda çıxış edərkən bəyan etmişdir ki, bu proqrama uyğun olaraq, Dağlıq Qarabağa 250 min erməni ailəsi köçürülməlidir.

Təəssüflər olsun ki, XIX–XX əsrlərdə olduğu kimi, müasir dövrdə də iri dövlətlər ermənilərin bu “köçürmə əməliyyatlarına” dəstək verir, kömək edirlər. Hələ 2012–ci ilin avqust ayına olan məlumata görə, Suriyadan İrana qaçan 747 erməni ailəsindən 216 ailə Qarabağa köçmək üçün razılıq almışdılar.

Erməni cəlladları tarix boyu törətdikləri cinayətləri öz təbliğat maşınları vasitəsilə başqalarının adına yazmağa çalışıblar. Xocalıda həyata keçirdikləri azərbaycanlıların soyqırımını ermənilərin məruz qaldıqları soyqırımı kimi gələmə vermək üçün operativ “işıqlandırmaq” məqsədilə Xocalı faciəsindən dərhal sonra Xankəndiyə 32 ölkədən 47 nəfər milliyətcə erməni olan jurnalist toplanılır. Bu jurnalistlər erməni faşistlərinin törətdikləri və videolentə aldıqları vəhşilikəri—dağıntıları, xarabalıqları, öldürülmüş insanların meyitlərini bütün dünyada nümayiş etdirir və dərin hüznlə təkrar–təkrar qeyd edirdilər: “Azərbaycanlılar günahsız erməniləri öldürürlər”.

Professor Rövşən Novruzoğlu “Zerkalo” qəzetinin 08.03.2013–cü il tarixli nömrəsində Xocalı faciəsi ilə bağlı yeni faktlar açıqladığı “Məxfi arayış” məqaləsində 366–cı polkun Dağlıq Qarabağda yerləşən 02270 saylı hərbi hissənin əkskəşfiyyat şöbəsinin rəisi olmuş rus polkovniki Vladimir Savelyevə istinadən yazır: “Ermənilər Xocalı ilə bağlı əllərinə düşən istənilən materialı dönə–dönə dünyaya nümayiş etdirir və azərbaycanlıları vəhşilikdə günahlandırırdılar. “Azərbaycanlılar Xocalını yandırdılar və getdilər” adlı reportajı ermənilər dünya mətbuatında 349 dəfə dərc etdirdilər.

Bütün bunlara baxmayaraq, Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində ermənilərin digər uydurmaları, böhtanları kimi, Xocalı qırğınını azərbaycanlıların adına bağlamaq cəhdi də baş tutmadı, ermənilər dünya ictimaiyyəti qarşısında bir daha ifşa olundular.

Yalanla dolu təbliğatlarının uğursuzluğa düçar olduğunu görən separatçılar Xocalı qırğını ilə bağlı taktikalarını dəyişməyə məcbur oldular. Yerli və xarici jurnalistlərə, başda Serj Sarkisyan olmaqla erməni separatçılarının verdikləri müsahibələrdə Xocalıda soyqırım törədənləri erməni xalqının qəhrəmanları kimi gələmə verildilər. Bu “qəhramanlar”dan biri, hələ 1980–ci illərdə Dağlıq Qarabağda separatçılıq əhval–ruhiyyəsini qızışdıran, separatizmin tanınmış ideoloqlarından biri Zori Balayan Xocalıda özünün fəal iştirakçısı olduğu cinayət hadisələrindən birini görün necə təsvir edir: “…Xaçaturla Xocalıda zəbt edilmiş evlərin birinə daxil olan zaman bizim əsgərlər 13 yaşlı bir türkü pəncərəyə mıxlayırdılar. Uşaq qışqırmasın deyə Xaçatur onun ağzına anasının kəsilmiş döşünü soxdu. Sonra mən onun qarnının, başının və döşünün dərisini soydum.

Mən saata baxdım, uşaq çoxlu qan itirdiyindən 7 dəqiqə ərzində can verdi. Birinci peşəmə görə mən həkim olduğumdan humanist idim. Bu uşağın başına açdığım oyuna görə özümü xoşbəxt hesab etmədim. Sonra Xaçatur ölmüş uşağın meyitini parçalayıb uşaqla eyni əcdadı olan itlərə atdı. Axşam eyni hərəkətləri 3 türk uşağına da tətbiq etdik”.

Xocalı faciəsindən bir neçə gün keçmiş dünyanın 24 ölkəsindəki varlı və imkanlı ermənilər “Artsaxa kömək fondu” yaratmışlar. Bu fond Xocalıda azərbaycanlıları qıran, uşaqların dərisini soyub meyitini itlərə atan Zori Balayan, Xaçatur kimi erməni “qəhrəmanlarına” kömək etmək məqsədini güdürdü. Ermənistanın iş adamı A.Suleymanyan hətta Londondakı villasını sataraq pulun hamısını bu fonda köçürmüşdü.

Bu cinayətkarların “qəhrəmanlıqları” daxili auditoriyada hələ Xocalı soyqırımı baş verən kimi, geniş şəkildə təbliğ olunmağa başladı. Erməni dövlətinin separatçı rəhbərləri, o cümlədən Serj Sarkisyan erməni gəncləri qarşısında çıxış edərkən dəfələrlə onlara Xocalı “qəhrəmanlarından” nümunə götürməyə, gələcəkdə bu kimi “igidlikləri” təkrar etmək üçün hazır olmağa çağırırdı. Ermənilər hələ bu azmış kimi, gələcək nəsillərə ötürmək üçün və onları da azərbaycanlılara qarşı düşmənçilik ruhunda yetişdirmək məqsədilə bu “qəhrəmanlıq” nümunələrini toplayıb muzeylərində saxlamaq qərarına da gəlirlər.

Ermənilərin Qarabağda törətikləri “qəhrəmanlıqlara” dair materialları toplamaq məqsədilə 1996–cı ildə Yerevanın Milli Akademiyası nəzdində “alimlər qrupu”da yaradılmışdır. Bu qrupun səyi nəticəsində Ermitajın Azərbaycan şöbəsində saxlanılan Dağlıq Qarabağa dair bütün materiallar Qarabağın işğal altındaki ərazisində fəaliyyət göstərən ermənilərin ölkəşünaslıq tarix muzeyinə təhvil verilmişdi. Öz “qəhrəmanlıqları” ilə bağlı materialları toplamaq üçün dəridən qabığdan çıxan erməni alimləri tariximizə dair çoxlu qiymətli materialları dünyanın elmi mərkəzlərindən yox edilməsinə çalışırlar. Tədqiqatçı Rövşən Novruzoğlu “Zerkalo” qəzetində (10.03.2012–ci il) dərc etdirdiyi Şamaxı: 100 il “Məxfi qrifi altında” məqaləsində yazır ki, dünyanın elmi–tədqiqat və milli kitabxanalarından Azərbaycanla bağlı, dövlətimizin simvoluna və qədim tarixinə aid, eləcə də arxeoloji qazıntılar zamanı tapılmış əşyalar barədə məlumatlar toplanmış 25 qovluq, 1796 səhifədən ibarət tədqiqatçı əməyi ya oğrulanmış, ya satılmış, ya da məhv edilmişdir. Bu, Böyük Britaniyanın, ABŞ–ın, Fransanın, İtaliyanın, Almaniyanın, Kanadanın, Rusiya Federasiyasının, Macarıstanın və s. ölkələrin elmi mərkəzlərində işləyən erməni alimləri tərəfindən törədilib.

Məhv etdikləri tarixi sənədlərin, əşyaların yerini erməni alimləri boş qoymurlar: boş qalan yeri təhrif olunmuş sənədlərlə, xəritələrlə doldururlar. Ermənistanın Milli Akademiyasının alimlərinin bəyanatlarının birində bildirilir ki, yalnız 2011–ci ildə dünyanın elmi mərkəzlərinə müxtəlif ölçüdə 1400 xəritə göndərilib. Bu xəritələrdə Dağlıq Qarabağ, Naxçıvan, Yevlax, Goranboy, Tərtər və digər Azərbaycan torpaqları qədim erməni əraziləri kimi qələmə verilir.

“Xocalıda azərbaycanlılar yox, günahsız ermənilər qırılmışdır” deyə bar–bar bağıran erməni təbliğat maşınının yalanı ifşa olunan kimi daşnaklar yeni bir “türk vəhşiliyini” təqdim etməyə başlayırlar. 2012–ci ilin əvvəlində Ermənistan parlamenti və bir çox erməni təşkilatları bəyanat verərək, qabağçıl ölkələrin hökumətlərini Sumqayıt hadisələrini beynəlxalq səviyyədə soyqırım kimi tanımağa çağırırlar. Guya 1988–ci ilin fevral ayında Sumqayıt şəhərində 100–dən artıq erməni öldürülmüş, 18000–dən artıq erməni isə qəddarcasına döyülərək öz evlərindən qovulmuşdular. Əvvəla, bu rəqəmlər həddən artıq—ən azı 15–20 dəfə şişirdilmiş rəgəmlərdir. İkincisi, çoxdan hamiya məlumdur (və istintaq araşdirmaları da sübut etdi ki, Sumqayıt hadisələrini ermənilər öz casusları olan Qriqoryanın əli ilə təşkil etmişlər. Sumqayıtda bir neçə erməninin öldürülməsinin əsas səbəbi də onların Dağlıq Qarabağ ermənilərinə kömək fonduna pul vəsaiti köçürməkdən imtina etmələri, ikinci səbəb isə “satqın erməniləri” öldürüb, bu qətli azərbaycanlıların adına çıxmaqla, onları dünyada vəhşi bir xalq kimi tanıtmaq olub.

Ermənilərin Xocalıda törətdikləri soyqırımı azərbaycanlıların adına yazmaq cəhdi baş tutmadığı kimi, Sumqayıt hadisələri ilə bağlı təşəbbüsləri də uğursuzluğa düçar olur. Çünki biz artıq ölkəmiz barədə, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmağı bacarırıq. Bu həqiqətlər qarşısında ermənilərin böhtan və uydurmaları artıq ifşa olunur.

Ermənilərin süni dövlətləri qurduğu gündən dövlətlərinin siyasətinə çevrilmiş terrorizm, təxribat, irqçilik, etnik təmizləmə prosesi daim təkmilləşib. Daşnaklar bir çox ölkədə—Livanda, Suriyada, Fransada, Avstriyada və digərlərində onlarla terror təşkilatları yaradıblar. Bunlardan bir neçəsini oxucuların diqqətinə çatdıraq: 1973–cü ildə fəaliyyətə başlayan—”Erməni soyqırımının qisasçıları qrupu” 1980–ci illərdə Avstriyada, Daniyada və Portuqaliyada türk diplomatlarının öldürülməsini təşkil edib; 1975–ci ildə Beyrutda yaradılan və 1000–dən artıq döyüşçüsü olan “Məxfi erməni azadlıq ordusu” dünyanın müxtəlif ölkələrində 19 nəfər türk diplomatını öldürtdürüb; 1975–ci ildən fəaliyyətdə olan “Ermənistanın azadlığı uğrunda məxfi erməni ordusu”nun (ASALA–nın) məqsədi də terror yolu ilə “böyük Ermənistan” dövləti yaratmaqdır; Fransada 1991–ci ildə yaradılan “Erməni azadlıq hərəkatı” isə ASALA terrorçu təşkilatı ilə sıx əməkdaşlıq edir.

1979–cu ildə yaradılan və ASALA–nın tərkibinə daxil olan “Ermənistan azadlıq cəbhəsi”, 1972–ci ildə Avstraliyada yaradılan “Erməni soyqırımının ədalət dəstələri”, 1981–ci ildə yaranmış “Orli qrupu”, 1988–ci ildə Moskvada fəaliyyətə başlamış “Ermənilərin ittifaqı”, 2001–ci ildə təşkil olunmuş “Apostol qrupu” və onlarca bu kimi təşkilatların da məqsədi türklərə və azərbaycanlılara qarşı terror aktları həyata keçirməkdir. Təkcə onu qeyd etmək kifayətdir ki, Qarabağ münaqişəsinin başlandığı vaxtdan bugünədək Azərbaycana qarşı onlarca terror aktları həyata keçirilmişdir ki, nəticədə 2000–dən artıq insan dünyasını dəyişmiş, bir o gədər də yaralanmışdır. Bu terror aktlarının hamısı Ermənistanın xüsusi xidmət orqanları tərəfindən təşkil edilmişdir.

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə erməni terror təşkilatlarını və terrorçularını daha fəal cəlb etmək üçün Ermənistan dövləti 1990–ci illərin əvvələrində onların reabilitə olunması kampaniyasına başlayır. Reabilitə edilən terrorçular dövlət tərəfindən sığınacaq və maliyyə dəstəyi alır və Qarabağ müharibəsində yetərincə istifadə olunurlar. Məsələn, “Asala inqilabı hərəkatı qruplaşması”nın rəhbəri Monta Melkonyan 1990–cı ildə fransız həbsxanasından çıxan kimi erməni terror dəstəsinin komandiri vəzifəsində Xocavənd rayonunun zəbt edilməsində fəallıq göstərir, 1993–cü ildə Dağlıq Qarabağda öldürülür. Bu beynəlxalq terrorçuya Ermənistanın milli qəhrəmanı adı verilir.

1981–ci ildə Türkiyənin Parisdəki səfirliyinə hücumun təşkilatcısı Vazgen Sisliyan 1992–ci ildə Xankəndiyə göndərilir. Azərbaycanlılara qarşı terror aktlarının təşkilində və həyata keçirilməsində fərqləndiyinə görə ona “Qarabağ müharibəsinin qəhrəmanı” adı verilir.

1983–cü ildə Paris aeroportunda 8 nəfərin ölümünə və 60 nəfərin ağır yaralanmasına səbəb olan terror aktını törətmiş məşhur erməni terrorçusu Varocan Karapetyan ömürlük həbs cəzasına məhkum olunduğuna baxmayaraq, Ermənistan rəhbərliyi onun azadlığa buraxılmasına nail olur və Ermənistanda sığınacaqla təmin edir. Eyni zamanda ona polkovnik rütbəsi də verilir. Halbuki bu qatil heç vaxt nə Ermənistan Respublikasının vətəndaşı olub, nə də ki, Ermənistanda yaşayıb.

Ermənistan Respublikasının terrorçulara sığınacaq və maliyyə dəstəyi verməsinə, məşhur terrorçu Varocan Karapetyanı qeyri–qanuni yolla ömürlük cəzadan azad etdirməsinə dünyanın heç bir dövlət rəhbəri, heç bir beynəlxalq təşkilatın az da olsa, reaksiya verməyib. Lakin Azərbaycan bayrağını təhqir edən bu erməni zabitini qətlə yetirdiyinə görə 2004–cü ilin əvvəllərində Macarıstan məhkəməsinin ədalətsiz hökmü ilə ömürlük həbs cəzası almış Azərbaycan zabiti Ramil Səfərovun 2012–ci ilin avqust ayında respublikamıza ekstradasiya olunduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əfv edilməsinə bəzi dövlət başçıları və beynəlxalq təşkilatlar, Ermənistan rəhbərlərinin çığır–bağırına dəstək verərək, dərhal narazılıqlarını bildirdilər.

Erməni daşnakları erməni xalqını öz işğalçı siyasətlərinin qurbanına çevirmişlər. Ermənistan dövləti regionda həyata keçirilən bütün beynəlxalq layihələrdən təcrid olunduğundan iqtisadi cəhətdən ilbəil zəifləyir, nəticədə dilənçi vəziyyətinə düşən on minlərlə əhali başqa ölkələrə üz tutmağa məcbur olur. Təkcə 2012–ci ildə bu ölkəni 100 mindən artıq erməni tərk edib. Əhalisi getdikcə azalan Ermənistanda doğum da hər il 1,2 faiz azaldığından, proqnozlara görə 5–10 ildən sonra bu ölkədə insanların sayı 1 millyona düşəcəkdir.

Azərbaycanda isə hər il insan artımı 1,2 faiz təşkil edir. Bu da o deməkdir ki, 5–10 ildən sonra bizdə əhalinin sayı 12 milyona çatacaqdır.

Hazırda iqtisadiyyatımız dünyada ən sürətlə artan iqtisadiyyatlardan biridir. İqtisadiyatımız inkişaf etdikcə, xalqımızın da sosial durumu durmadan yaxşılaşır. Yalnız bunu qeyd etmək kifayətdir ki, son 10 il ərzində yoxsulluq 50 faizdən 6 faizə, işsizlik isə 5,2 faizə düşmüşdür. Bu müddət ərzində Azərbaycanda 1 milyon 200 mindən artıq iş yerinin açılması həm yoxsulluğun, həm də işsizliyin azalmasına, insanların rifah halının yaxşılaşmasına öz müsbət təsirini göstərmişdir.

Əlbəttə, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə öz həllini tapsa idi, respublikamız bütün sahələrdə daha sürətlə inkişaf edərdi. Hərbi büdcəyə ayrılan vəsaitin çox hissəsi sosial sahələrə xərclənərdi, insanlarımız rahat yaşayardılar. Lakin təəssüflər olsun ki, 25 ildir ki, bu münaqişə səngimək bilmir. Azərbaycan dövlətinin sülh yolu ilə ərazi bütovlüyümüzü təmin etmək səyləri nəticəsiz qalır. Çünki dünyanın bəzi öz maraqlarını güdən dövlətlərin himayədarlığına arxalanan Ermənistan münaqişənin sülh yolu ilə ədalətli həlli istiqamətində bir atdım belə atmaq istəmirlər.

Beynəlxalq təşkilatlar isə, o cümlədən BMT, Avropa İttifaqı, ATƏT və s. Dağlıq Qarabağı və onun ətrafında işğal altında olan torpaqlarımızı Azərbaycan əraziləri kimi tanıdıqlarını bəyan etsələr də, münaqişənin həll edilməsinə səy göstərmirlər. Onların münaqişə ilə bağlı verdikləri qərarlar kağız üzərində qalır, həyata keçirilmir.

Bu il martın 18–də Bakıda “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda nitq söylərkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Azərbaycanın ərazi bütövlüyu bərpa edilməlidir. Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır. Biz münaqişənin dinc yolla həllinə göstərdiyimiz səyləri davam etdiririk. Lakin əfsuslar olsun ki, Ermənistan… bacardığı qədər münaqişənin saxlanılmasına çalışır. Lakin bu, mümkün olmayacaqdır. Çünki dünya dəyişir, regional tarazlıq dəyişir. Azərbaycanın qlobal miqyasda oynadığı rol artır. Buna görə mən tam əminəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik…”.

Bəli, dünya da, regional tarazılıq da dəyişir. Gələcəkdə bu dəyişikliklər nəticəsində ermənilər böyük dövlətlərin himayəsindən məhrum olacaqlar. O zaman Mübariz İbrahimov, Çingiz Mustafayev, Eldar Ağayev, Eldar Xəlilov və digər igidlərimizdən nümunə götürən Azərbaycan ordusunun mərd döyüşçüləri erməni işğalçılarına layiqli cavab verib, onları torpağımızdan qovacaqlar. O gün uzaqda deyil….

 

 

Zahiddin Abbasov,

Azərbaycan Respublikası Veteranlar

Şurasının beynəlxalq əlaqələr və xalqlar

arasında dostluq komissiyasının sədri,

Silahlı Qüvvələr veteranı

 

Respublika.- 2013.- 7 aprel.- S. 6.