Əbədiyaşar lider

 

Tanrı bəşəriyyətə neçə əsrlərdən bir nadir şəxsiyyətlər, dahilər bəxş edir. Həmin şəxsiyyətlər doğulduğu əsrin xilaskarı olurlar. Ulu öndər Heydər Əliyev də əsrimizin dahi şəxsiyyətlərindəndir.

1969–1982–ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmışdır.

Heydər Əliyev xalqının əsrlərin sınağından çıxmış özünəməxsus milli xüsusiyyətlərinə malik olmaqla yanaşı, bəşəri düşüncələrin daşıyıcısı idi. Əsası budur ki, Şərq və Qərb sivilizasiyalarının, mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan xalqının mənəvi–mədəni irsini əks etdirirdi.

Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsi ulu öndərimizin şərəfli adı və möhtəşəm dövlətçilik fəaliyyəti ilə sıx bağlı olmuşdur. Həmin dövrdə xalqımızın əldə etdiyi bütün nailiyyətlərdə, respublikamızın ictimaisiyasi, iqtisadi və mənəvi həyatındakı bütün uğurlarda Heydər Əliyevin imzası vardır.

Ulu öndər Heydər Əliyev XX əsr Azərbaycan tarixində təkcə milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş lider kimi yox, həm də yaratdığı dövlətin möhkəmliyini, dayanıqlığını təmin edən, onun hərtərəfli inkişafı üçün iqtisadi, siyasihüquqi zəmin hazırlayan böyük strateq, müdrik rəhbər kimi xalqın qəlbində yaşayır. Heydər Əliyev qarşıya qoyduğu ali məqsədlərə doğru irəliləyərkən təkcə daxili inamına, iti fəhminə, yüksək intellektinə və parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdır. Heydər Əliyev dühasının böyüklüyü həm də onun daim xalq qarşısında yüksək mənəvi və siyasi məsuliyyət hissi daşıması, ictimai inamı doğrultmaq üçün böyük səylə, əzmlə, vicdanla çalışması olmuşdur.

Ulu öndərin 40 ilə yaxın müddətdə özünü təcrübəli dövlət xadimi və rəhbər kimi təsdiqləməsi, mühüm əhəmiyyət kəsb edən ideyaproqramlarla insanların inam və etimadını qazanması unudulmaz obrazı həm də qeyriadi bir keyfiyyətlə—liderlik keyfiyyətləri ilə ölçülür. Tarixdən yaxşı məlumdur ki, belə liderlik keyfiyyətlərinə malik şəxsiyyətlər sosialiqtisadi, ictimaisiyasi və mənəvi–mədəni kataklizmlər dövründə xalqa düzgün yol göstərən mayakxilaskar missiyasında çıxış etmişlər.

Heydər Əliyev qeyriadi şəxsiyyət kimi insanları öz ideya və baxışları ətrafında toplamaq, onların iradələrinə, qərarlarına pozitiv təsir göstərmək imkanında olmuş, məhz bu xüsusiyyətləri sayəsində idarəçilikdə böyük uğurlara imza atmış, insanları arxasınca apara bilmişdir.

1982–ci il noyabrın 23–də Heydər Əliyev Siyasi Büroya üzv seçildi, Moskvaya getdi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini oldu, ölkənin ən mühüm sahələrinə rəhbərlik etdiöz güclü təsir qabiliyyəti ilə inkişafa təkan verdi. Ətrafında belə güclü siyasətçini görüb ona qısqanclıqla yanaşan Qorbaçov hər vəchlə Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırmağa çalışdı və buna nail oldu.

Bu, ən böyük haqsızlıq idi. Lakin Heydər Əliyev Siyasi Büro tarixində ilk şəxsiyyət idi ki, sovet siyasi maşını onu sındıra bilmədi. Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılan yeganə şəxs idi ki, yenidən siyasi olimpə qalxmağı bacardı! Çünki Heydər Əliyev çoxdan milyonların sevgisini qazanmışdı.

Xalqın böyük sevgisi, tələb və təkidi 1993– ildə Heydər Əliyevi yenidən hakimiyyətə gətirdi. Bu, böyük qayıdış idi. Bu, xalqın öz xilaskarına qovuşması idi! Bu, quruculuq və dövlətçilik rəmzinə çevrilən real və əfsanəvi liderin “Müstəqilliyimiz dönməzdir, qətidir, əbədidir” fikrinin təsdiqi idi!

Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda dövlət quruculuğu, ictimaisiyasi sabitlik təmin edildi, iqtisadi inkişaf, beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində davamlı proses başlandı, ölkədə bütün sahələr üzrə köklü islahatlar aparıldı. Bunlardan ən birincisi hüquqi islahatlar idi. SSRİ dağıldıqdan sonra respublika daxilində yaranmış hərc–mərclik aradan qaldırıldı. Müdrik rəhbərin qəti iradəsi, möhkəm əzmi ilə 1994– il oktyabr, 1995–ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı məharətlə alındı.

Müstəqillik yolunda inamla addımlayan Azərbaycan qısa zaman kəsiyində dünyada baş verən demokratikləşmə prosesinin iştirakçısına çevrildi.

1994– il sentyabrın 20–də dünyanın aparıcı ölkələri ilə “Əsrin müqaviləsi”nin bağlanılması beynəlxalq neft siyasətini birmənalı şəkildə Xəzər regionuna istiqamətləndirdi. Bu yeni neft strategiyası Xəzərin Azərbaycan sektorunda dünyanın 33 iri neft şirkətinin iştirakı ilə 22 neftqaz müqaviləsinin imzalanmasına səbəb oldu. Heydər Əliyevin siyasi uzaqgörənliyinin nəticəsidir ki, Azərbaycan dünyanın aparıcı dövlətlərinin iqtisadi maraq meydanına çevrildi. Bakı–Tbilisi–Ceyhan boru kəməri Azərbaycanın yeni neft strategiyasının təməl daşı, iqtisadiyyatımızın ana xəttidir.

Qədim İpək Yolunun bərpası ideyasını qaldırmaq və onun həyata keçirilməsi işini təşkil etmək isə dünya üçün böyük əhəmiyyət daşıyırdı. 30–dan çox dövlətin müasir inkişafında bu yolun müstəsna rolu Heydər Əliyevin adı ilə bağlıdır.

Dünyanın məşhur ictimaisiyasi xadimlərinin, dövlət adamlarının və mütəfəkkirlərinin Heydər Əliyev haqqında söylədikləri fikirlər xalqımızın bu dahi oğlunun şəxsiyyətinə və çoxşaxəli dövlətçilik fəaliyyətinə verilən yüksək qiymətin, göstərilən ehtiram və heyranlığın ifadəsidir. Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər”. ABŞ–ın keçmiş prezidenti Corc Buş “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdurdemişdir. Ulu öndərimizin parlaq, təkrarsız şəxiyyətinin ucalığını səciyyələndirən bu sözlərdən hər bir azərbaycanlı haqlı olaraq hədsiz qürur və fəxarət hissi duyur.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosialiqtisadi strategiya bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmiz son illər iqtisadi, siyasi, beynəlxalq əməkdaşlıq və digər sahələrdə inkişaf və tərəqqi yoluna qədəm qoymuşdur.

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanı Cənubi Qafqaz regionunda böyük nüfuz sahibinə çevirən qlobal enerjikommunikasiya layihələrinin ardıcıl surətdə həyata keçirilməsi, demokratikləşmə prosesinin surətləndirilməsi, insan hüquq və azadlıqlarının maksimum səviyyədə təmin edilməsi kimi vacib məqamlar Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi müdrik siyasətin əsasını təşkil edir.

Ulu öndərimiz, dahi şəxsiyyət, Heydər Əliyevin ideyaları daim qəlblərdə yaşayır. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin xatirəsi əbədiləşdirilməsin, adına möhtəşəm abidə ucaldılmasın. Müstəqil Azərbaycanın qurucusubanisi, dövlətçiliyimizin qarantı olmuş ulu öndər Heydər Əliyevin ölkəmiz və xalqımız üçün etdikləri əsrlər keçsə də tarixi dəyərini itirməyəcəkdir.

 

 

Elçin Zeynalabdin,

Beynəlxalq Ticarət Mərkəzinin

Direktoru

 

Respublika.- 2013.- 14 aprel.- S. 4.