BƏNZƏRSİZ TARİXİ ŞƏXSİYYƏT

 

Bu il may ayının 10–da dünya şöhrətli siyasi xadim və dövlət başçısı, həyatını Azərbaycanın xilasına, tərəqqisinə və dünyaya qovuşmasına həsr etmiş, bununla da ümummilli lider ucalığına yüksəlmiş Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 90 ili tamam olur. Bu sadəcə dahi bir insanın ömrü deyil, həm də Azərbaycan tarixinin mübarizələr və uğurlarla zəngin, dövlət müstəqilliyi əldə etmək, onu qoruyub möhkəmləndirmək, gələcək nəsillərə çatdırmaq üçün görülən genişmiqyaslı işlər dövrüdür. Prezident İlham Əliyevin 21 yanvar 2013– il tarixli “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamında ulu öndərimizin Azərbaycanın çoxəsrlik dövlətçilik tarixindəki rolu hərtərəfli əksini tapıb: “Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir”.

Ulu öndərimiz Heydər Əliyev zamanının zirvəsində dayanan nəhəng tarixi şəxsiyyətlərdəndir. Zaman keçdikcə onun böyüklüyü, xalqının xöşbəxtliyi naminə gördüyü işlərin mahiyyəti və miqyası bizlərə daha aydın və dolğun çatır. 1970–1980–ci illərin, xüsusilə də 1993– ilin yayından ötən dövrün tarixinə nəzər salanda dövlət müstəqilliyi ideyasının Heydər Əliyev fenomeni ilə vəhdətinin şahidi oluruq. 1993– ilin yayında Azərbaycanın dövlət müstəqilliyinin xilası üçün xalqın xahişi və təkidli tələbləri ilə hakimiyyətə qayıtmış Heydər Əliyevin parlamentdəki ilk çıxışında dediyi “Azərbaycanın tarixi nailiyyəti olan dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifə hesab edirəm”, flkirləri onun bu amala qəlbən bağlılığını açıq göstərirdi. Sonrakı 10 ilin tarixi — Heydər Əliyevin müstəqil Azərbaycana rəbbərliyi dövrü bu amala sədaqətini nümayiş etdirdi.

Bu dövrün kəşməkəşli keçən ilk illərini də unutmamışıq. Azərbaycanın xaricdəki düşmənləri və daxildəki hakimiyyət hərisli bədxah qüvvələr dövlət müstəqilliyini qorumaq, ölkəni, xalqı böhrandan, xaosdan, hərc–mərclikdən xilas etmək üçün Heydər Əliyevə hər vəchlə mane olmağa çalışır, təxribatlar və terror aktları hazırlayır, ölkəni yenidən xaosa sürükləməyə çalışırdılar. Lakin Heydər Əliyevin qətiyyəti, xalqın öz böyük oğluna olan sarsılmaz inamı ona güc, qüvvə verir, “Azərbaycanda zorla, güc işlətməklə, silah işlətməklə hakimiyyət əldə etmək mümkün deyil. Bunu hamı bilməlidir, dərk etməlidir və belə əməllərindən əl çəkməlidir”, – deyərək hakimiyyətə əyri yollarla can atanlara ciddi xəbərdarlıq edirdi. Təəssüf ki, hakimiyyət hərisləri bu xəbərdarlıqları dərk etmək, ondan nəticə çıxarmaq səviyyəsində deyildilər. Tarix sübut etdi ki, dünya şöhrətli dövlət xadimimahir siyasətçi Heydər Əliyevin güvəndiyi, arxalandığı bu yenilməz qüvvə qarşıya çıxan neçə–neçə qorxunc təhlükəni sovuşdurmağa, keçilməz maneələri belə dəf etməyə, həqiqətən də, qadirdir. İndi hamıya aydındır ki, Azərbaycanda dövlət müstəqilliyi haqqında Konstitusiya aktı 1991–ci ildə qəbul edilsə də, əslində ölkəmiz yalnız müdrik dövlət başçısı və uzaqgörən siyasətçi, xalqımızın böyük və fədakar oğlu Heydər Əliyevin 1993–cü ilin iyununda Azərbaycana hakimiyyətə qayıdışından sonra öz həqiqi müstəqilliyini qazana, onu qoruyub möhkəmləndirə və əbədi prosesə çevirə bilib. Müstəqilliyimizin reallaşması, dövlətçiliyin xilası və demokratik, hüquqi dövlət quruculuğu məsələləri bilavasitə Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Məhz xalqın öz dahi lideri ilə birliyi, həmrəyliyi sayəsində müstəqilliyimiz əbədi prosesə çevrildi və ölkəmiz davamlı inkişaf yoluna çıxdı.

Heydər Əliyevi bəşəriyyətin digər dahi şəxsiyyətlərindən fərqləndirən, onu xalqımızın bir neçə nəslinin sevimlisinə, inamümid yerinə çevirən, millətimizin qəlbində ən uca zirvəyə ucaldan bu fövqəlbəşər insanın xalqı üçün gördüyü işlər və həmişə xalqına lazım olmasıdır. Heydər Əliyevin ən böyük xidmətlərindən biri də məhz Azərbaycanın tarixi keçmişini bərpa etməsi, milli–mənəvi irsimizin dəyərlərini özümüzə qaytarması, milli adət–ənənələrimizi yaşatmasıdır. Azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin öz həqiqi təsdiqini tapması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularımızın real siyasi amilə çevrilməsinə nail olmasıdır. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabr gününün dünyanın hər yerinə səpələnmiş soydaşlarımızın və həmvətənlərimizin əziz bayramı kimi qeyd edilməyə başlanması xalqımızın milli amallar uğrunda birləşməsi hərəkatının təməlini qoymuşdur. Bu hərəkat sonrakı dövrdə geniş vüsət almış, dünya azərbaycanlıları ilə əlaqələrin inkişaf etdirilməsi, xarici ölkələrdə diaspor təşkilatlarının formalaşmasına kömək göstərilməsi, soydaşlarımızın tarixi Vətənlə bağlılığının gücləndirilməsi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Milli mənəvi bütövlüyümüzün, dil, əqidə, əməl birliyimizin möhkəmləndirilməsi istiqamətində görülən işlər Azərbaycançılıq ideyasını soydaşlarımızın şüurlarına və qəlblərinə hakim etmişdir. Azərbaycan xalqı intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanır. Yer üzündə az xalq vardır ki, dünya mədəniyyəti xəzinəsinə, dünya ədəbiyyatına, dünya siyasətinə bizim xalqımız qədər dəyərli töhfələr vermiş olsun.

Öz polad iradəsi, sarsılmaz qətiyyəti, bənzərsiz idarəçiliyi, yüksək təşkilatçılığı və dərin yaddaşı ilə fərqlənən, bütün ömrünü doğma xalqının və Vətəninin tərəqqisi naminə sərf edən Heydər Əliyev ölkəmizin ictimaisiyasi, sosialiqtisadi, mədəni həyatına böyük dəyişikliklər, yeniliklər, inkişaf gətirmiş, milli dövlətçiliyimizin və mənəvi dəyərlərimizin yenilməz qarantı olmuşdur. Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı öz vətəndaşları üçün sakitliyin, vətəndaş həmrəyliyinin, əmin–amanlığın hökm sürdüyü, demokratik təsisatların fəaliyyəti üçün geniş şərait yaradıldığı bir ölkəyə, xaricidaxili investorlar üçün isə əlverişli imkanlar açan, səmərəli əməkdaşlığa hazır olan bir tərəfdaşa çevirmişdir.

Ulu öndərimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusubanisidir. Bu gün müstəqil siyasət yürüdən, dünya arenasında öz siyasiiqtisadi çəkisinə görə önəmli rol oynayan Azərbaycan dövləti ümummilli liderimizin şah əsəri, xalqımıza yadigarıdır. Azərbaycanda müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun əzmlə həyata keçirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təminatı və yeni iqtisadi kursun müəyyənləşdirilməsi şəxsən Heydər Əliyevin xalqı qarşısındakı əvəzsiz xidmətləridir. Ulu öndərimizin 90 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident sərəncamında deyildiyi kimi, “Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli–mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar oiması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir”.

Azərbaycanın hərtərəfli və davamlı inkişafı əsası ulu öndərimiz tərəfindən qoyulmuş möhkəm təmələ və müdrik siyasi kursa söykənir. Ulu öndərimizin apardığı uğurlu siyasətin mühüm istiqamətlərindən biri də məhz səhiyyənin möhkəmləndirilməsi və inkişafı idi. Xalqımızın dahi oğlu ölkə səhiyyəsində islahatların aparılmasına xüsusi önəm verir, xalqımızın sağlamlığı və rifahı naminə bir çox tədbirlər həyata keçirirdi. Onun rəhbərliyi altında ölkəmizdə qanunvericilik səhiyyə bazası əhəmiyyətli dərəcədə təkmilləşdirilib.

1994– ildən başlayaraq Heydər Əliyevin göstərişi ilə dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan maliyyə vəsaitinin durmadan artırılması üçün konkret tədbirlər planı həyata keçirilirdi. Həmin ilin dekabr ayında ulu öndərimiz Heydər Əliyev YUNİCEF–in rəhbərliyi ilə səhiyyə sahəsində mütərəqqi dəyişikliklər edilməsi və yeni səhiyyə sistemi yaradılması məqsədilə əməkdaşlıq proqramı imzaladı. 2001–ci ildə 17 iyun tarixinin Tibb işçiləri günü elan edilməsi haqqında sərəncam imzaladı. Bütün hakimiyyəti ərzində ümummilli lider səhiyyənin inkişafını öz fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab edirdi və həkimlərin işini yüksək qiymətləndirirdi. Heydər Əliyev həkimlərə müraciətlə deyirdi: “Mən həkimi çox sevirəm, səhiyyəni çox sevirəm. Deyə bilərəm ki, mən sizlərin dostuyam. Siz isə mənim bir nömrəli dostumsunuz”.

Ulu öndərimizin müdrik siyasi kursu hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən illər ərzində xalqımız bir daha əmin oldu ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı, Prezident İlham Əliyevin simasında Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevirmək iqtidarında olan qüdrətli liderinə qovuşub, öz firavan gələcəyini təmin edib. Son on il ərzində görülən işlərin miqyası, Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi naminə qəbul edilən və uğurla həyata keçirilən qlobal dövlət proqramları, onların real nəticələri, ölkəmizin dünya birliyində öz mövqelərini daha da möhkəmləndirməsi bu həqiqəti bir daha təsdiqləyir.

Prezident İlham Əliyev ümummilli liderimizin idarəçilik məktəbindən maksimum bəhrələnərək, bu məktəbin daha da təkmilləşdirilməsinə təkan vermiş, onu müasir tələblər səviyyəsinə qaldırmışdır. Desəm ki, bu gün ölkəmizdə ən çox diqqət göstərilən və müasir səviyyədə yeniləşən sahələrdən biri də səhiyyədir, səhv etmərəm. Azərbaycan səhiyyəsi indi özünün ən yüksək inkişaf dövrünü yaşayır. Ölkəmizdə bütövlükdə səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində böyük islahatlar aparılır, böyük işlər görülür. Hər bir bölgədə yeni, müasir xəstəxanalar tikilməkdədir. Bakının özündə əvvəlki dövrdə tikilmiş xəstəxanalar əsaslı təmir edilir, yeni xəstəxanalar tikilir və onların madditexniki bazası ən son texnologiyalara əsaslanan avadanlıqla zənginləşdirilir.

Ulu öndərimizin müdrik ideyalarının həyata keçirilməsində, onun zəngin mənəvi irsinin, xalq və Vətən qarşısındakı misilsiz xidmətlərinin dərindən, hərtərəfli öyrənilməsində və təbliğində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO–nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın xidmətləri olduqca böyükdür. Bu məqsədlə genişmiqyaslı proqramlar və tədbirlər həyata keçirən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətində ulu öndərin zəngin dövlətçilik və idarəçilik fəlsəfəsinə əsaslanaraq milli–mənəvi və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da möhkəmlənməsi müstəsna yer tutur. Mehriban xanım Əliyeva fəaliyyət göstərdiyi hər bir sahədə böyük uğurlar qazanılmasına, qlobal layihələrin gerçəkləşməsinə, mədəni irsimizin dünyada tanınmasına nail olub, təhsil və səhiyyəmizin inkişafına güclü dəstək verir.

Ulu öndər Heydər Əliyev məktəbi sözün həqiqi mənasında böyük həyat məktəbdir. Bu dahi şəxsiyyətin zəngin irsinin, həyat dərslərinin mahiyyətini bu gün də öyrənilir. Onun bir dərsi insan ruhunun qüdrətinə, iradənin yenilməzliyinə, xarakterin gücünə inama parlaq nümunədir. Ulu öndərimiz bu gün cismən aramızda olmasa da, təsəllimiz odur ki, Heydər Əliyevin ideyaları yaşayır və inkişaf edir. Xalqımız dünya şöhrətli öz böyük oğlunun xatirəsini həmişə uca tutur, onun irsindən bəhrələnir.

 

 

Zərifə QULİYEVA,

Bakıdakı Kosmetoloji klinikanın

baş həkimi

 

Respublika.- 2013.- 17 aprel.- S. 11.