Gədəbəy: müasir quruculuğun ünvanı

 

Buraya hər şey maşınla gətirilir, sənaye və kənd təsərrüfatı məhsullarından tutmuş tikinti materiallarına qədər. Bu da təbiidir. Kiçik Qafqazın orta və yüksək dağlıq qurşağında öz taleyini yaşayan Gədəbəy Bakıdan 447 kilometr, Şəmkir dəmiryol stansiyasından isə 50 kilometr aralıda yerləşir. “Yasamaladlanan dolaylardan keçib üzü dağlara doğru irəlilədikcə, birbirini əvəz edən mənzərələr fonunda yaztarla işlərinin başlandığının şahidi olursan. Yeri gəlmişkən, onu da xüsusilə vurğulamaq lazımdır ki, rayonun iqtisadiyyatında kartofçuluq, heyvandarlıq və taxılçılıq əsas yer tutur. Şəxsi təsərrüfatlarında əhali dadlı alma, armud da yetişdirməyə nail olur. Kartofçuluq isə rayon sakinlərinin qədim peşələrindən biri sayılır. Elə buna görə də rayonda 10 min tonluq kartof emalı zavodu inşa edilmişdir.

 

Quruculuqtikinti işlərinin gedişini rayon mərkəzinə çatmamış görürşahidi olursan. Məsələn, elə götürək kənd məktəblərinin tikintisini, əsaslı və cari təmirini. Rayonun Slavyanka, Novosaratovka, Qoşabulaq, Samanlıq, Arıqdam və digər kəndlərdəki təhsil ocaqları müasir memarlıq üslubunda inşa edilib istifadəyə verilmişdir. Son illərin nailiyyəti olan bu tikililər “Azərbaycan Respublikası regionlarının 2009–2013– illərdə sosialiqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələr baxımından yerinə yetirilmişdir. Dövlətimizin sosial siyasətində əsas yer tutmuş işlərdən biri də təhsil sisteminin madditexniki bazasını, tədris–metodiki şəraiti yaxşılaşdırmaqdan ibarətdir. Respublikamızın iqtisadi gücü bütün bunlara nail olmağa imkan yaratmışdır.

Yaşayış məntəqələrinin abadlaşdırılması, tikinti işlərinin aparılması oraya gedən yolların vəziyyətindən asılı olur. Abad kənd, rayon rahat yoldan başlanır, – demişlər. Gədəbəy–Novosaratovka–Qaralar avtomobil yolu bərbad vəziyyətdə olub. Gediş–gəliş çətinləşib. Bunu nəzərə alan dövlətimizin rəhbəri həmin yolun keyfiyyətlə nizamlanması üçün vəsait ayırıb və rahat yol çəkilib. Körpü tikmək də yol çəkilişi kimi çətin və mürəkkəbdir, məsuliyyətli işdir. Novosaratovka kəndində 70 kəndin əhalisinin istifadə etdiyi “Fındıqlı” çayı üzərində körpü salınmış, Ərtəpə kəndində təbii fəlakətdən uçan körpü yenidən bərpa olunub istifadəyə verilmişdir.

Bütün bunlarla yanaşı, rayonun mərkəzi qədim Gədəbəy şəhərinin özündə də quruculuq işləri səngimir. Baharın gəlişi ilə işlər daha da çoxalmışdır. Görülən işlərin sürət və keyfiyyətinə ciddi yanaşılır. Əsaslı və cari tikinti işləri rayon icra hakimiyyətinin xüsusi nəzarətindədir. Vaxtaşırı işlərin gedişi müzakirə edilir, ortaya çıxan problemlər aidiyyəti təşkilatların köməyi ilə qisa vaxtda aradan qaldırılır. Şəhərin girəcəyində qəza vəziyyətinə düşmüş köhnə körpü yenisi ilə əvəz olunub, tikintisinin gedişi dediyimizə misal ola bilər. Körpünün tezliklə başa çatdırılması və istismara verilməsi nəzərdə tutulmuşdur. Gədəbəy Rayon İcra hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev rayon ərazisində davam edən tikinti işlərinin gedişi barədə bizə açıqlama verib bildirdi ki, işlər bir neçə istiqamətdə yerinə yetirilir. Ancaq şəhərin girəcəyindəki körpünün inşası digər işlərdən həcmi baxımından fərqləndiyinə görə ona daha çox diqqət ayrılmışdır. Elə gün olmaz ki, rayon rəhbərliyi buraya baş çəkməmiş olsun. İşin gedişi qaneedicidir. Körpü nəzərdə tutulan vaxt ərzində tikilib başa çatdırılacaqdır…

Vaxtilə dağ ətəyinə sığınan şəhər indi tikintilərinin sayı çoxaldıqca, yavaşyavaş dağa yiyələnir, onun döşündə özünə qərar tutur. Aşıq musiqi məktəbinin, rayon məhkəməsinin yeni inzibati binaları məhz bu xüsusda tikilmişdir. Bu idarələrə gedən avtomobil yolları asfaltlaşdırılmış və işıqlandırma sistemi quraşdırılmışdır. Şəhərdə rayon kommunal müəssisələri kombinatının balansında olan 3 yaşayış binasının dam örtüyü dəyişdirilərək dəmir örtüklə əvəz olunmuşdur. Rayonda yerləşən sürücülük məktəbi əsaslı təmir edilmişdir.

Şəhərin əsas girəcəyindən başlayaraq hər şey təzələnir. Yeni çəkilən istinad divarları küçə və səkilərin görünüşünü tamamlayır. Divarlara üzlük materiallarla bəzək vurulur. Buradan başlayaraq Heydər Əliyev prospektinin kənarlarında sahibkarlıqla məşqul olan ticarət obyektləri təmir edilib təzələnmiş və yeniləri tikilməkdədir. Ümumiyyətlə, rayonda kəndli–fermer təsərrüfatları da daxil olmaqla sahibkarlığın inkişaf etdirilməsinə xüsusi diqqət göstərilir. Azərbaycan Respublikasının Prezindenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasətin əsas istiqamətlərindən biri də məhz budur. Dövlət Proqramında göstərilir ki, “sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edəcəkdir”. Söz yox ki, bu kimi işlərin faydası məşğulluq səviyyəsinin artırılmasında özünü göstərir. Kiçikorta sahibkarlğın inkişafına yönəlmiş bu tədbirlər xüsusi əhəmiyyət kəsb edir.

Prospekt boyu irəlilədikcə yeniliyin, tərəqqinin şahidi olursan. Təhsil və mədəniyyət şöbələrinin, rabitə evinin və neçə–neçə inzibati binaların müasir görkəmi adamı əsl mənada valeh edir. İşləmək və əhaliyə nümunəvi xidmət göstərmək üçün əlverişli şərait yaradılmışdır. Rayon icra hakimiyyətində olarkən bizə məlumat verdilər ki, bütün diqqət və fəaliyyət şəhərin görkəminə müasirliklə yanaşı, ona milli ornamentli forma verməyə yönəlmişdir. Bunun ücün usta və fəhlələr əllərindən gələni əsirgəmirlər.

Tikinti–abadlıq işlərinin həcmi günbəgün artır və şəhər libasını dəyişir. Az müddət ərzində xeyli işlərin görülməsi onu deməyə əsas verir ki, yaxın illərdə Gədəbəy baxımlı, inkişaf etmiş və genişlənmiş bir şəhərə çevirləcəkdir. Buna rayonun iqtisadi inkişafının imkanları təkan verəcəkdir. Bunun üçün etibarlı bünövrə yaradılmışdır. Kənd təsərrüfatı dinamik inkişaf edir, sahibkarlığa geniş meydan açılıbdır. Onu da vurğulayaq ki, əgər bir şəhərin, bir mahalın yaşayış tərzini öryənmək istəyirsənsə, onun bazarına getmək, orada olan məhsullara baxmaq kifayətdir. Şəhərin mərkəzində yerləşən bazar da gur və qaynardır. Sənaye və kənd təsərrüfatı məhsulları aşıb–daşır. Qonaqqara buraya baş çəkib alversiz geri qayıtmır. Dağ havasının, suyunun ləzzətini aldıgı alma, armudun tamında, ətirində tapır.

Lakin bugünkü Gədəbəy üçün bu bazar darısqallıq edirbuna görə də sıxlıq yaradır. Kənd təsərrüfatı məhsullarının və digər məhsulların çeşidli yerləşdirilməsinə imkan məhduddur. Bunu nəzərə alan rayon icra hakimiyyəti yeni bazar ücün geniş torpaq sahəsi ayırmış və tikinti aparmağa sərəncam vermişdir. Şəhərin girəcəyində, Arıqdam kəndinə gedən yolun üstündə hər cür şəraiti olacaq rayon bazarı tikilir. Söz yox ki, bundan sonra ətraf rayonlardan da əhali bu dağ bazarına öz məhsullarını çıxarda biləcəkdir.

Bəli, dağlar diyarı fədakar insanların gücü və qüdrətilə abadlaşır, inkişaf edir. Paytaxtımızdan başlanan quruculuq işləri burada tamamlanır. Dövlətimizin bir əli isə, təbii ki, yenə bu füsunkar bölgənin üstündə olacaqdır.

 

 

Qəhrəman QURBANOV

 

Respublika.- 2013.- 17 aprel.- S. 15.