Məhkəmə hakimiyyətinin müstəqilliyini təmin edən lider

 

Azərbaycan xalqı XX əsrin əvvəllərində müstəqilliyinə nail olsa da, həmin dövrdəki mürəkkəb şərait üzündən onu qoruya bilmədi. Yalnız ötən əsrin sonlarında xalqımız uzunmüddətli istiqlal mübarizəsinin məntiqi yekunu olaraq bu ülvi arzusuna yenidən qovuşmuşdur. Xalqın qəlbində əsrlər boyu silinməz iz salmız, onu mübarizə ruhunda kökləmiş milli dövlətçilik idealının gerçəkliyə qovuşması isə, ilk növbədə, milli lider amili ilə şərtlənmişdir. XX əsr Azərbaycan tarixinə böyük siyasi liderfenomen şəxsiyyət kimi möhürünü vurmuş Heydər Əliyev dühası da xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tariximilli irs əsasında müasir dövlətçilik konsepsiyasını irəli sürmüşdür.

 

Böyük strateqin milli mənafeləri əsas tutmaqla müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyası ötən illərdə müstəqil Azərbaycanda ictimai həyatın bütün sahələrində əldə edilən möhtəşəm nailiyyətlərə zəmin yaratmış, ölkəni regionun qüdrətli, sayılıb–seçilən dövlətinə çevirmişdir. Respublikamızın ötən 20 ildə demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində qazandığı böyük nailiyyətlər də məhz ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır.

Ötən dövrdə bütün sahələrdə dinamik inkişaf yolu keçmiş Azərbaycan iqtisadi sahədə keçid dövrünü geridə qoyaraq modernləşmə mərhələsinə qədəm qoymuş, keyfiyyətcə yeni mərhələdə cəmiyyətin normal inkişaf ahəngini təmin edən çoxşaxəli siyasihüquqi islahatları inamla gerçəkləşdirmişdir. Ən əsası, bu müddətdə xalqın qanı, canı bahasına əldə olunmuş dövlət müstəqilliyi qorunub saxlanılaraq möhkəmləndirilmiş, Azərbaycan xaosanarxiyadan davamlı inkişafa doğru böyük yol qət etmişdir. Böyük strateqin Azərbaycan xalqı və dövləti qarşısında ən böyük xidməti isə Azərbaycanda hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu prosesinin ictimai şüurda qaçılmaz prosesmilli inkişafın strateji xətti kimi qəbul olunmasıdır.

Sivilizasiyanın hazırkı yüksək inkişaf mərhələsində ümumbəşəri dəyərlərə—demokratik ideallara, insan hüquqlarına hörmət bəsləməyən hansısa dövlətin dünya siyasətində özünə layiq yer tutmasından, qlobal miqyasda cərəyan edən proseslərə nüfuz etməsindən danışmaq qətiyyən mümkün deyildir. Müasir dövrdə inkişaf səviyyəsinin müxtəlifliyinə, demokratik dəyərlərin mənimsənilməsi göstəricilərinin fərqliliyinə baxmayaraq, demək olar ki, bütün ölkələr insan hüquqları prinsiplərinə sadiqliklərini bəyan etmişlər. Qədim dövrlərdən başlayaraq insanlar demokratiya haqqında düşünmüş, azadlığa can atmış, lakin bu, heç də həmişə bütün ölkələrə, bütün xalqlara nəsib olmamışdır. Məhz bu reallıqları nəzərə alan ulu öndər Heydər Əliyev daim vurğulayırdı ki, ictimaisiyasi sabitliyin möhkəm təmələ söykənməsi, insanların iqtisadi azadlığı, yüksək maddi rifah halı, vətəndaş–cəmiyyət münasibətlərinin ahəngdarlığı, şəxsiyyətin mənafelərinin, hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması, qanunun aliliyi prinsipinə bütün səviyyələrdə əməl olunması demokratiyanın optimal idarəetmə üsulu kimi dominantlığını təmin etmişdir.

1993– ilin iyun ayında—ölkədə ciddi siyasi böhranın, hərc–mərcliyin, xaos və anarxiyanın hökm sürdüyü bir şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyət sükanı arxasına keçmiş ulu öndər Heydər Əliyev cəmiyyətdə demokratiyaya münasibətdə formalaşmış yanlış təsəvvürləri dəyişmək üçün, ilk növbədə xalqla əl–ələ verərək ictimaisiyasi böhranı aradan qaldırmış, cəmiyyətdə yeni mübariz əhval–ruhiyyə yaratmağa nail olmuş, milli birlik yolu ilə dövləti parçalanmadan xilas etmişdir. Xalqın milli–mənəvi sərvətinə çevrilmiş bu milli birlik sayəsində hazırda respublikamızda demokratik dəyərlər qanunların və milli dəyərlərin tənzimlədiyi sərhədlərdən kənara çıxmır və dialektik inkişafa uyğun olaraq ictimai şüur tərəfindən tam şəkildə mənimsənilir. Azərbaycanda həqiqi demokratiya məhz Heydər Əliyevin milli dövlətçilik irsinin təcəssümü kimi formalaşmışdır və bu irs demokratiyanın özbaşınalıq kimi başa düşülməsinə, yaxud da ifrat Qərb demokratiyasının neqativ cəhətlərini özündə ehtiva etməsinə yol vermir.

Böyük strateq müdrik və qətiyyətli siyasi gedişləri nəticəsində respublikamızda qanunçuluğunhüquq qaydalarının bərpası istiqamətində kompleks tədbirlər həyata keçirmiş, xaosanarxiya mühitinə son qoyulmuş, hüquqi, siyasiiqtisadi islahatlara start verilmişdir. Beynəlxalq hüququn müstəqil subyekti olan Azərbaycanda həmin dövrdə demokratik cəmiyyətin atributu olan, vətəndaş cəmiyyətinin bərqərar edilməsini, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən yeni milli Konstitusiyaya ehtiyac duyulurdu. Bu zərurəti düzgün qiymətləndirən ümummilli lider Heydər Əliyev dövlətin təməlinin möhkəm siyasihüquqi əsaslar üzərində qurulması üçün, ilk növbədə müstəqil Azərbaycan Konstitusiyasının hazırlanaraq qəbul edilməsini vacib saymışdır. Dövlətçiliyə qarşı yönəlmiş məkrli qəsdlərin qarşısı alındıqdan sonra 1995–ci ilin iyul ayında Milli Məclisin iclasında ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasını hazırlayan Dövlət Komissiyası təşkil edilmişdir. Görkəmli alimlərin, hüquqşünasların, mütəxəssislərin və rəhbər işçilərin daxil edildiyi bu komissiya 1995–ci il iyul ayının 5–də ilk iclasını keçirmişdir. Komissiyanın iclasında geniş nitq söyləyən ümummilli liderimiz dəyərli tövsiyələrini, məsləhətlərini verərək demişdir: Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun… Hakimiyyət bölgüsü,—ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti—bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

Ümummilli liderin rəhbərliyi altında 6 ay müddətində hazırlanan və 1995–ci il noyabrın 12–də ümumxalq səsverməsi yolu ilə qəbul olunan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Beş bölmə, 12 fəsil və 158 maddədən ibarət Konstitusiyanın 48 maddəsinin sırf insan və vətəndaş hüquq və azadlıqlarını özündə əks etdirməsi ulu öndər Heydər Əliyevin demokratik dəyərlərə sadiqliyini bir daha təcəssüm etdirir. Konstitusiyada əksini tapmış bu strateji məqsədlər, ilk növbədə, hüquqi islahatları və insan haqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri etmişdir. Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında BMT–nin 1948–ci il 10 dekabr tarixliİnsan hüquqları haqqında Ümumi Bəyannamə”sində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq və azadlıqları tam, əhatəli şəkildə təsbit olunmuşdur.

1995–2003– illərdə Azərbaycan ulu öndər Heydər Əliyevin rəhbərliyi altında demokratik dəyərlərin mənimsənilməsi, sivil Qərb dəyərlərinə inteqrasiya, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu sahəsində mühüm uğurlara nail olmuşdur. Ümummilli liderin Azərbaycana rəhbərliyi dövründə həyata keçirilən mütərəqqi islahatların başlıca qayəsini məhkəmə–hüquq sisteminin, prokurorluq, polis, ədliyyə orqanlarının fəaliyyətinin müasirləşdirilməsi, bu kontekstdə insan və vətəndaş hüquq və azadlıqlarının maksimum müdafiəsi üçün çevik mexanizmlərin yaradılması, qanunların aliliyinin təmin olunması məsələləri təşkil etmişdir. Bu müddətdə insan hüquqları üzrə bir sıra mühüm konvensiyalara, sazişlərə qoşulan, Avropa Şurasının tamhüquqlu üzvünə çevrilən Azərbaycanda Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun yaradılması, söz, mətbuat, fikir, vicdan azadlıqlarının, çoxpartiyalı sistemin, şəffaf və azad seçki qanunvericiliyinin təmin edilməsi və s. demokratik inkişaf yolunda qazandığımız mühüm nailiyyətlərdəndir.

Azərbaycanda yeni ictimai quruluşun tələblərinə cavab verən müasir məhkəmə hakimiyyətinin formalaşdırılması ulu öndər Heydər Əliyevin respublikamızda qanunun aliliyinin təmini baxımından xalq qarşısındakı ən böyük xidmətlərindən biri kimi dəyərləndirilməlidir. 1998–ci il 1 dekabr tarixli “Məhkəmələr və hakimlər haqqında” qanunda məhkəmə fəaliyyətinin hüquqi əsasları və ədalət mühakiməsinin daha səmərəli təşkili qaydaları ilə yanaşı, hakim vəzifəsinə seçkilərlə bağlı bir sıra zəruri tələblər də əksini tapmışdır. İnsan taleyi ilə bağlı qərar qəbul edən hakimlərin bu vəzifəyə test üsulu ilə, tamamilə açıq, şəffaf, obyektiv və ədalətli prosedur əsasında seçilməsi prinsiplərini müəyyənləşdirən qanunda məhkəmə hakimiyyətinin dövlət idarəçilik sistemində nüfuzlu, mötəbər və müstəqil təsisat kimi formalaşması məsələsinə də xüsusi diqqət ayrılmışdır. “Məhkəmələr və hakimlər haqqına” qanuna müvafiq olaraq hakimlərin test üsulu ilə seçilməsi üçün ölkə Konstitusiyası ilə təsbit olunmuş hər üç hakimiyyət qolu ilə qarşılıqlı fəaliyyət göstərən yeni qurum—Məhkəmə–Hüquq Şurası yaradılmışdır. Şura hakim vəzifəsinə müstəqil namizədlərin seçilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri həyata keçirən müstəqil qurumdur.

Aparılan məhkəmə–hüquq islahatı nəticəsində keçmiş Sovetlər Birliyindən miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuş, birinci instansiya, apelyasiyakassasiya instansiyalarından ibarət yeni üçpilləli müstəqil məhkəmə sistemi yaradılmışdır. Bu islahatlara adekvat olaraq məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının da cəmiyyətdə roluna yenidən baxılmış, onun fəaliyyəti beynəlxalq normalarademokratik institutların tələblərinə uyğunlaşdırılmışdır. 1999–cu ildə qəbul edilmişProkurorluq haqqında” qanuna müvafiq olaraq prokurorluq əvvəllər mövcud olmuş bir sıra səlahiyyətlərindən məhrum edilmiş, o cümlədən həbsə alma üçün sanksiyanın verilməsi səlahiyyəti məhkəmələrə verilmiş, məhkəmələr üzərində prokurorluğun nəzarətinə son qoyulmuşdur. Eyni zamanda müstəqil təsisat olan Vəkillər Kollegiyasının fəaliyyətinin yeni, demokratik əsaslarla təşkil edilməsi, əhaliyə hüquqi yardımın yaxşılaşdırılması məqsədilə 1999–cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun qəbul edilmiş, hüquqi yardımın göstərilməsində bu orqanın rolunun daha da artırılması məqsədilə qanunvericilik daha da təkmilləşdirilərək müasir tələblərə uyğunlaşdırılmışdır.

Ulu öndərin rəhbərliyi altında, həmçinin ölkənin bütün hüquq sistemində köklü dəyişikliklərə səbəb olmuş yeni mütərəqqi qanunlar, o cümlədən “Konstitusiya məhkəməsi haqqında”, “Polis haqqında”, “Əməliyyat–axtarış fəaliyyəti haqqında” və digər qanunlar, əvvəlkilərdən prinsipcə köklü surətdə fərqlənən MülkiMülkiProsessual, Cinayət və Cinayət–Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edilmişdir. Bütün bu qanunlar demokratik prinsiplər və beynəlxalq hüquq normalarının tələblərinə uyğun hazırlanmış, beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdir.

Ulu öndərin əsasını qoyduğu bu mütərəqqi islahatlar son 10 ildə onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdiriliryeni dövrün tələblərinə uyğun zənginləşdirilir. Prezident kimi fəaliyyətə başladığı ilk vaxtlardan ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xüsusi əhəmiyyət verən cənab İlham Əliyevin tapşırıqlarına əsasən, 2004– ildən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə kompleks tədbirlər həyata keçirilmiş, köklü dəyişikliklərə səbəb olan mühüm addımlar atılmışdır. Avropa Şurası ilə səmərəli əməkdaşlıq şəraitində məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinin müxtəlif istiqamətləri üzrə işçi qruplar yaradılmış, beynəlxalq ekspertlər tərəfindən yüksək dəyərləndirilən yeni mütərəqqi qanun layihələri hazırlanaraq ölkə başçısının qanunvericilik təşəbbüsü əsasında qəbul edilmişdir. “Məhkəmələr və hakimlər haqqında” qanuna ciddi dəyişikliklərin edilməsi, “Məhkəmə–Hüquq Şurası haqqında” yeni qanunun qəbulu, “Hakimlərin Seçki Komitəsi haqqında” Əsasnamənin, “Hakim vəzifələrinə namizədlərin seçimi qaydaları”nın, Hakimlərin Etik Davranış Kodeksinin qəbulu, habelə “Məhkəmələrdə kargüzarlığın aparılması Qaydası”nın təsdiq olunması məhkəmələrin fəaliyyətində səmərəliliyin və keyfiyyətin yüksəlməsinə imkan yaratmışdır.

Müstəqil qurum olan Hakimlərin Seçki Komitəsi məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin test üsulu ilə, habelə yazılı və şifahi imtahanlarla tam şəffaf şəraitdə seçimi məqsədilə bir sıra tədbirlər həyata keçirmişdir. Son illərdə Avropada ən mütərəqqi və şəffaf hesab edilən bu qaydalar əsasında 2200 namizəd sırasından seçilmiş 235 nəfər yüksək hazırlıqlı hüquqşünas müxtəlif hakim vəzifələrinə təyin edilmişdir. Eləcə də 2012–ci ildə hakim seçkilərində uğur qazanmış daha 76 nəfər namizəd uzunmüddətli tədris kursu və təcrübə keçdikdən sonra bu vəzifəyə təyin olunmalıdır. Bir qayda olaraq imtahanlarda uğur qazanmış şəxslərin hakim vəzifəsinə hazırlanmaları üçün yarımillik kurslar təşkil olunur. Həmin kurslarda yüksək məhkəmə hakimlərinin, görkəmli alimlərin, zəngin biliyə və təcrübəyə malik olan şəxslərin, habelə nüfuzlu xarici mütəxəssislərin mühazirələri təşkil olunur, insan hüquqlarının qorunması, məhkəmə etikası, korrupsiyaya qarşı mübarizə və digər aktual məsələlərə dair mövzuların tədrisinə xüsusi əhəmiyyət verilir.

Hakim vəzifəsinin icrasına yeni başlamış hakimlərin sosial müdafiəsi tədbirləri də diqqətdə saxlanılır. 8 oktyabr 2010–cu il tarixli müvafiq qanunla “Məhkəmələr və hakimlər haqqında” qanunun 106–cı maddəsinə edilmiş iki mühüm əlavəni xüsusi vurğulamaq lazımdır. Birinci əlavəyə görə, “Səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apelyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir. İlk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı 4 il ərzində ildə bir dəfə aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım edilir”.

Ümumilikdə, hakimlərin maddi təminatının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılmış, 2000–ci illə müqayisədə onların əməkhaqqı orta hesabla 30 dəfə artırılmış, bütün məhkəmə aparatlarının tərkibi yenidən müəyyən olunmuşdur. Ölkədə 20–dək yeni regional məhkəmənin yaradılması, o cümlədən apelyasiya, ağır cinayətlər və inzibatiiqtisadi məhkəmələrin fəaliyyətə başlaması, məhkəmə aparatı işçilərinin sayı 75 faiz artırılması, hər bir hakimə köməkçi ştatının ayrılması son illər həyata keçirilən islahatların miqyası barədə kifayət qədər real təsəvvürlər formalaşdırır. Bütün bunlarla yanaşı, məhkəmələri əhatə edən vahid internet portalının yaradılması vətəndaşların məhkəmələrə müraciət imkanlarının sadələşdirilməsinə xidmət etməklə onlara ali, apelyasiyabirinci instansiya məhkəmələri, onların yurisdiksiyası, baxılan işlər və çıxarılan qərarlar, müraciətə əlavə edilməsi zəruri olan sənədlər, qəbul günləri və s. barədə ətraflı məlumat almaq imkanı verir.

Bundan əlavə, Dünya Bankı tərəfindən dəstəklənən “Ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi” çərçivəsində Azərbaycanda xüsusi işlənilmiş və dünyada analoqu olmayan unikal proqram təminatı vasitəsilə 30–dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanmış, respublikamızın müxtəlif bölgələrində, o cümlədən Bakı şəhərinin Yasamal, Gəncə şəhərinin Nizami, habelə Gədəbəy və Oğuz rayonlarının məhkəmələri üçün ən müasir məhkəmə binaları inşa olunmuşdur. Hazırda Sabunçu və Şəki məhkəmə komplekslərinin və Quba Rayon Məhkəməsinin yeni inzibati binalarının tikintisi davam etdirilir. Yeni məhkəmə binalarında hakimlərlə vətəndaşların birbaşa ünsiyyətinin məhdudlaşdırılması şəffaflığın təminatı və korrupsiyaya qarşı mübarizə baxımından mühüm addımlardan biri kimi dəyərləndirilməlidir.

“Ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi” çərçivəsində, həmçinin, Məhkəmə–Hüquq Şurası, Hakimlərin Seçki Komitəsi, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, habelə Ədliyyə Nazirliyinin qeydiyyat qurumları ən müasir İKT–lərlə təchiz olunmuş, “Qeyrikommersiya hüquqi şəxslər” üçün avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi, Bakıda və bölgələrdə hüquqi məsləhət mərkəzləri yaradılmışdır. Ölkə Prezidenti möhtərəm İlham Əliyevin bir sıra məhkəmə binalarının açılışında şəxsən iştirak etməsi məhkəmə hakimiyyətinin müasirləşdirilməsinə verilən önəmin növbəti təzahürü olmuşdur.

Dövlətin məhkəmə–hüquq sisteminə qayğısı hakimləri daha səylə işləməyə, qanunçuluğa dönmədən riayət etməyə, insan hüquq və azadlıqlarının təminatı sahəsində prinsipial olmağa sövq edir. Sonda onu da vurğulamaq istərdik ki, bu il anadan olmasının 90–cı ildönümü ölkə miqyasında qeyd olunan ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi hüquq islahatlarının uğurla davam etdirilməsi keyfiyyətcə yeni mərhələdə məhkəmə hakimiyyətinin müstəqilliyinə, ədalət mühakiməsinin səmərəliliyinə ən etibarlı təminatdır.

 

 

Elçin Kazımov,

Lənkəran Rayon

Məhkəməsinin sədri

 

Respublika.- 2013.- 20 aprel.- S. 5.