Qüdrətli Azərbaycanın bütün uğurları üçün Heydər Əliyev zəkasına borcluyuq

 

Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Davmlı ictimaisiyasi sabitlik, həyata keçirilən iqtisadi islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünya birliyi üçün açıq və tərəfdaş ölkəyə çevrilmişdir.

 

Azərbaycan xalqının tarixində böyük şəxsiyyətlər, görkəmli siyasət və dövlət xadimləri çoxdur. Onlar zamanzaman xalq üçün taleyüklü məsələlərin həllində müstəsna xidmətlər göstərmiş, dövlət və dövlətçiliyimiz naminə misilsiz işlər görmüş və əməlləri ilə yaddaşlara yazılmışlar.

Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki ən uzaq tarixi kerçmişimizdən bu yana dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Ulu öndər milli liderliklə siyasi liderliyi ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz ulu öndər olaraq təsdiq etmişdir.

Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucuxilaskar dövlət başçısı kimi qalmışdır. Xalqımızın tarixi, mənəvi, siyasiictimai həyatında onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, güvənc yerimiz, qürur duyduğumuzarxa bildiyimiz vətənpərvər şəxsiyyət idi.

O, tarixi yaradan prosesləri yönəltməyi və bəzən tarixin də fövqündə durmağı bacaran nadir şəxsiyyətlərdən idi. Təbiət bu keyfiyyətləri yalnız seçilmiş adamlara — zəmanəsini çoxçox qabaqlayan görkəmli mütəfəkkirlərə, böyük şəxsiyyətlərə bəxş edir. Nəhəng siyasətçi Heydər Əliyev kimi. O, analitik düşüncə tərzi ilə, yüksək intellekti ilə ətrafdakıları heyrətləndirirdi.

Ulu öndəri xarizmatik lider, fenomenal şəxsiyyət adlandırırlar. Xeyirxahlıq və alicənablıq, inametibar, təmkin və səmimiyyət, zəka, diqqət və başqa cəhətlər isə Heydər Əliyevin fərdi xüsusiyyətlərinin özünəməxsus çalarları idi.

Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişatını öncə görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə vermişdi.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxilixarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdi.

Məhz ümummilli liderimiz Heydər Əliyevin zəhmətinin və gərgin səyinin, onun hələ Azərbaycana rəhbərlik etdiyi 1969–1982–ci illərdə respublikada güclü iqtisadiyyatın təməlinin qoyulmasının nəticəsidir ki, bugünkü müstəqil Azərbaycan qısa müddət ərzində yüksək iqtisadi inkişafa nail olmuşdur.

Hər bir Azərbaycan vətəndaşının qəlbində böyük və səmimi izlər buraxan, yaddaşlarda daim qürur və məhəbbətlə xatırlanan Heydər Əliyev 1969–1982–ci illərdə Azərbaycana rəhbərlik etdiyi müddət ərzində respublikamızın hərtərəfli inkişafına nail olmuşdu. Həmin dövrdə Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən məsələlər müvəffəqiyyətlə həyata keçirildi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatların sayəsində Azərbaycanın sənaye profili kökündən dəyişdi, bütün infrastruktur yeniləndi, kənd təsərrüfatı modernləşdirildi, respublikanın qədim paytaxtı intibah dövrü keçirdi. Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda–respublikanın hər yerində yeni obyektlər tikildi, yeni yaşayış massivləri, binalar, məktəblər, sənaye müəssisələri tikildi, yollar salındı, körpülər inşa edildi.

Azərbaycana rəhbərlik etdiyi həmin 14 il ərzində əsrlər boyu əldə edilməsi mümkün olmayan nailiyyətləri gerçəkləşdirməyi bacaran Heydər Əliyevə bütün bunları həyata keçirməyə onun Vətənə, xalqa, torpağa hədsiz məhəbbət və sədaqət hissi, qurubyaratmaq amalı kömək edirdi.

1969–1982–ci illərdə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan SSRİ–nin tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan respublikaya çevrilmiş, ölkəmizin gələcək dövlət müstəqilliyi üçün möhkəm təməl yaradılmışdı. Sürətli iqtisadi inkişaf nəticəsində Azərbaycan İttifaq büdcəsindən dotasiya almayan, özözünü təmin edə bilən az sayda respublikalardan biri olmuşdur. Həmin illərdə Heydər Əliyevin səyləri ilə xalqımızın milli mənlik şüurunun, mədəniyyətinin və dilinin inkişafına güclü təkan verən tədbirlər həyata keçirilmişdir. Azərbaycan SSRİ–nin tərkibindəki üç respublikadan biri idi ki, onun Konstitusiyasında xalqın danışdığı əsas dilə—Azərbaycan dilinə dövlət statusu verilmişdi.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərdə birbirinin ardınca hakimiyyətə gələn qüvvələrin səriştəsiz siyasəti nəticəsində ölkənin parçalanması və milli dövlətçiliyin süquta uğraması təhlükəsi yarandı. Azərbaycan vətəndaş müharibəsi astanasında idi. Ermənistanın işğalçılıq siyasəti, ölkə daxilində hökm sürən siyasi çəkişmələr Azərbaycan dövlətinin varlığını təhlükə altında qoydu. Belə bir ağır və mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu.

Hakimiyyətə ikinci dəfə xalqın təkidi ilə, özü də respublikanın həm iqtisadi, həm də siyasi cəhətdən olduqca ağır vəziyyətində qayıdan ümummilli liderimiz Azərbaycan Respublikasını şimaldan və cənubdan məngənəyə salıb sıxan, onun xarici ölkələrlə ənənəvi əlaqələrini kəsən qüvvələrə qarşı Şərq–Qərb dəhlizini açdı. Böyük İpək Yolunun dirçəldilməsi ideyasından Azərbaycanı iqtisadi blokadadan çıxarmaq üçün bütün dünyanın gözü qarşısında məharətlə istifadə etdi. Dünya siyasətçiləri onun bu uzaqgörən addımını yüksək qiymətləndirirlər. Cəsarətlə demək olar ki, 1998–ci il sentyabrın 7–8–də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə Bakıda — “Gülüstan” sarayında keçirilmiş beynəlxalq konfrans Azərbaycanın xarici siyasət tarixinin ən böyük hadisələrindən biridir.

1993– ildən sonra Heydər Əliyev siyasət aləmində çox güclü, səriştəli və təcrübəli müdrik dövlət xadimi kimi qısa bir müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaratdı. Dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başladılar. O, Qərbə inteqrasiya yolunu tutdu. Ən çətin anlarda belə Heydər Əliyev yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi kənardan antiazərbaycan, daxildən isə antimilli qüvvələrin qarşısında sipərə çevrildi, Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu böyük insanın qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.

Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi on illik dövr ərzində Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq, ardıcıl inkişaf yoluna çıxarmışdır. Bu illər ərzində dövlət idarəçiliyi mexanizmi yenidən yaradılmış, nizami ordu qurulmuş, geniş miqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirilmiş, ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edilmiş, müstəqil Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən yeni neft strategiyası hazırlanaraq, uğurla gerçəkləşdirilməyə başlanmışdır. Nəticə etibarilə Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət qurulmuş, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atılmışdır. Dövlətimiz dünya birliyində layiqli yerini tutmuş, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazanmışdır. Azərbaycançılıq ideyası şüurlara hakim kəsilmiş, milli birlik və həmrəylik təmin edilmişdir.

Bir sözlə, Azərbaycan dövlətinin tarixində, xalqının yaddaşında əbədilik qazanmış Heydər Əlirza oğlu Əliyev Vətənini və xalqını xoşbəxt, firavan görmək üçün ömrünü əməli fəaliyyətə, gərgin işə həsr edib. Təsadüfi deyildir ki, bütün dünyanın tanıdığı bu dahi siyasətçi haqqında nüfuzlu şəxslər, dövlət və hökumət nümayəndələri, elm və mədəniyyət xadimləri də olduqca yüksək fikirlər səsləndiriblər. “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur” (Corc Buş), “Bu qeyriadi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxartmışdır” (Jak Şirak), “Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətləri ilə türkdünya tarixində şərəfli yer tutmuşdur” (Rəcəb Tayyib Ərdoğan), “Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası dünya birliyində layiqli yer tutdu” (II İohan Pavel), “Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularındandır” kimi fikirlər sübut edir ki, ayrı–ayrılıqda özləri dahi olan bu şəxslər Heydər Əliyevi nüfuzlu siyasətçi, güclü dövlət xadimi kimi xarakterizə ediblər. Heydər Əliyev idarəetmənin ustadı, siyasətin kamil bilicisi kimi bütün dünyada məşhur idi. Ulu öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosialsiyasiiqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.

Heydər Əliyev zəkasının nəticəsi olan nailiyyətləri sadalamaqla bitmir. Məhz bu müdrik kursun məntiqi nəticəsidir ki, bu gün Azərbaycan iqtisadiyyatının bütün sahələri, o cümlədən nəqliyyat–yol kompleksi dinamik sürətlə inkişaf edir. Biz bu inkişafın qarşıdakı illərdə də daha böyük sürətlə davam etdiriləcəyinə varlığımız qədər inanırıq. Çünki Azərbaycanımızın bugünkü uğurunun, qüdrətinin təminatçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev də məhz ümummilli liderimizin varisi, mükəmməl Heydər Əliyev məktəbinin layiqli davamçısıdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qatqat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolununüfuzunu artırır.

Nəhayət, son olaraq onu demək olar ki, dünya sivilizasiyasını, bəşər xəzinəsini çoxsaylı elm və sənət nümunələri, misilsiz mədəniyyət abidələri, qüdrətli qələm dahiləri ilə zənginləşdirən Azərbaycan Respublikasının hərtərəfli və sürətli inkişafı ulu öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi sosialiqtisadi inkişaf strategiyasına əsaslandı və bu müddətdə ölkəmiz bütün sahələrdə böyük nailiyyətlər əldə etdi. Bütövlükdə ölkə iqtisadiyyatının, o cümlədən nəqliyyat sisteminin inkişaf konsepsiyası bu gün Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında daha da təkmilləşərək uğurla davam etdirilirbu sahədə aparılan ardıcıl islahatlar ölkənin nəqliyyat sektorunu da ən perspektivli sahələrdən birinə çevirmişdir.

İqtisadi tərəqqisinə görə nəinki MDB–də, hətta dünyada lider dövlətlərdən olan Azərbaycan bu nəticəni məhz dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət, aparılan hərtərəfli və köklü islahatlar sayəsində qazanmışdır. Respublika rəhbərliyinin xüsusi dəstəyi və səyləri nəticəsində respublikanın nəqliyyat–yol kompleksi də günbəgün yenilənir, daha da inkişaf edir, avtomobil yolları infrastrukturu genişlənir və səviyyəsi yüksəlir. Son illər ölkəmizin sürətli tərəqqisinə, aparılan iqtisadi islahatların uğurla təmin olunmasına yönəlmiş tədbirlərin və regionların sosialiqtisadi inkişafı dövlət proqramlarının həyata keçirilməsi çərçivəsində mühüm işlər görülmüş, nəhəng layihələr həyata keçirilmişdir.

Bir sözlə, Azərbaycanda ən sürətlə inkişaf edən sektorlardan birini təşkil edən nəqliyyat sahəsi bu modernləşmənin yeni mərhələsindədir. Biz nəqliyyatçılar əldə olunan uğurlara görə, ulu öndərimizin siyasi uzaqgörənliyinə, fitri istedadına, müdrikliyinə nə dərəcədə borcluyuqsa, möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyətliliyinə, siyasi iradəsinə, dərin zəkasına, geniş dünyagörüşünə də bir o qədər minnətdarıq və əmin edirik ki, bundan sonra da dövlət başçısının tapşırıq və tövsiyələrini böyük məsuliyyət hissi ilə yerinə yetirəcəyik.

 

 

Ziya MƏMMƏDOV,

Azərbaycan Respublikasının

nəqliyyat naziri

 

Respublika.- 2013.- 23 aprel.- S. 4.