Əbədiyaşar şəxsiyyət

 

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin 34 illik dövrü ölkəmizin yüksək inkişaf mərhələsini təşkil etmişdir. Müstəqil respublikamızın bu gün əldə etdiyi böyük uğurlar Heydər Əliyev strategiyasının bəhrəsidir. Azərbaycan dövləti bu gün inkişaf yolundadır, həyatımızın bütün sahələrində yüksəliş var. İqtisadi artım tempinə görə ölkəmiz dünyada lider mövqedə dayanır.

Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində xalqına və vətəninə sonsuz məhəbbət, sədaqət hissi ilə, qurubyaratmaq amalı ilə yaşamışdır. Mənalı həyatı boyu daim xalqını, doğma Azərbaycanı düşünmüş, onu üzləşdiyi çətinliklərdən qurtarmaq üçün böyük fədakarlıqlar göstərmişdir. Bu gün müstəqil ölkəmizin mövcudluğu, qüdrətli bir ölkə kimi təşəkkülü üçün biz ümummilli liderimizə borcluyuq.

Heydər Əliyevin adı və həyatı öz Vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə xidmətin nümunəsi kimi daim yaşayacaq, Azərbaycanın indiki və gələcək nəsillərinə əbədi örnək olacaqdır. Şərəfli və möhtəşəm fəaliyyəti ilə Heydər Əliyev müasir, müstəqil və dünyəvi Azərbaycan dövlətini qurdu, onun idarəçilik mexanizmini formalaşdırdı. Bu gün iftixarqürur hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycan dövləti ulu öndərimizin şah əsəridir, onun öz xalqı qarşısında əvəzsiz tarixi xidmətidir. Heydər Əliyev öz çıxışlarında dəfələrlə vurğulamışdır: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursaolsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə–gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək”.

Ulu öndər xalqını sonsuz məhəbbət hissi ilə sevmiş, xalqı da onun bu sevgisini həmişə uca tutmuşdur. 1993– ildə ağır böhranlar içərisində olan xalqımız öz nicatını Heydər Əliyevin hakimiyyətə qayıdışında gördü. Ulu öndər xalqının ağır günündə onun səsinə səs verdi, xilaskar missiyası ilə Naxçıvandan respublikamızın paytaxtı Bakıya gəldi. Azərbaycanda baş alıb gedən özbaşınalığın, hakimiyyətsizliyin, xaosun, dövlət çevrilişi cəhdlərinin qarşısını aldı, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, ölkədə sabitlik yarandı. Bununla da Azərbaycanda demokratik, vətəndaş cəmiyyəti quruculuğunun əsası qoyuldu. İqtisadisiyasi tənəzzülün qarşısını alan ulu öndər ölkəmizi dinamik inkişaf yoluna çıxardı, bu istiqamətdə islahatlar həyata keçirdi. 1994– ildə dünyanın aparıcı ölkələrinin iri neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla Azərbaycanın bugünkü və gələcək uğurlarının, iqtisadi inkişafının möhkəm bünövrəsini qoydu.

Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan məhz ulu öndərin uzaqgörənliyi və müdrik siyasəti sayəsində yaranmış imkandan istifadə edərək, ilk növbədə dövlətimizin maraqlarının təmin edilməsinə, qlobal miqyasda isə regionda enerji və nəqliyyat sisteminin birləşdirilməsinə, təhlükəsizliyinin təmin olunmasına nail oldu. Onun təşəbbüsü ilə yenidən bərpa olunan qədim İpək Yolu Qərblə Şərqi, Şimalla Cənubu həm dəmir yolu xətti ilə, həm də avtomobil yolu ilə sıx birləşdirərək ölkələrin siyasiiqtisadi inteqrasiyasının genişlənməsində aparıcı rola malik oldu.

Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995–ci il noyabr ayının 12–də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə bərabər, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı. 2001–ci ildə müstəqil respublikamız Avropa Şurasına tamhüquqlu üzv qəbul edildi. Bu təşkilatla əməkdaşlıq milli qanunvericiliyimizin Avropa standartlarına uyğunlaşdırılmasına böyük təkan vermişdir.

Nəhəng dövlətçilik təcrübəsi, fitri idarəçilik qabiliyyəti Heydər Əliyevin bütün dünyada dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim kimi tanınmasına, şöhrət qazanmasına xidmət etmişdir.

Uzaqgörən ulu öndər bilirdi ki, hər bir ölkənin iqtisadi inkişafı onun müasir, geniş infrastruktura malik nəqliyyat sahəsi ilə sıx bağlıdır və geniş infrastruktura malik olmayan bir ölkənin sürətli tərəqqisindən söhbət gedə bilməz. Ona görə də Heydər Əliyevin müəyyənləşdirdiyi sosialiqtisadi siyasətin mühüm istiqamətlərindən biri də nəqliyyat yol infrastrukturunun yenidən qurulması olmuşdur. Bu siyasətin mərkəzində ölkə ərazisində beynəlxalq və tranzit dəhliz və yolların inkişafı, ən mühümü isə milli nəqliyyat sisteminin dünya kommunikasiya məkanına sürətli inteqrasiyası olmuşdur. Azərbaycanda beynəlxalq nəqliyyat sisteminin güclənməsi və daha da möhkəmlənməsi üçün ulu öndərin rəhbərliyi ilə TRASEKA, Şimal–Cənub Proqramı layihələri həyata keçirilib. Hazırda TRASEKA dəhlizi üzrə Azərbaycanın ərazisindən keçən tranzit yüklərin həcmi ilbəil artmaqdadır. Ümummilli liderimiz Heydər Əliyevin Qədim İpək Yolunun bərpası konsepsiyası isə yalnız onun öz xalqı üçün deyil, həm də bəşəri xidmətlərindəndir.

Təməli ümummilli liderimiz tərəfindən qoyulmuş nəqliyyat siyasəti bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələbinə uyğun uğurla davam etdirilir. O, bu barədə danışarkən demişdir: “Neft sektorundan sonra nəqliyyat ölkə üçün ən mühüm sahədir və burada inkişaf perspektivləri çox gözəldir. Biz bütün imkanlarımızdan istifadə edərək nəqliyyat sektorunu daha sürətlə inkişaf etdirəcəyik… Azərbaycan Şərq– Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri layihələrinin həyata keçirilməsində fəal rol oynayır. Hesab edirəm ki, gələcəkdə tranzit ölkə kimi bölgədəki və dünyadakı mövqelərimiz daha da möhkəmlənəcəkdir. Beləliklə, indi Azərbaycanda bütün sferaların, o cümlədən də nəqliyyatın inkişafı üçün münbit şərait var”. Bu gün Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin bu sahəyə diqqət və qayğısı sayəsində nəqliyyat kompleksi dinamik inkişaf edir, böyük islahatlar uğurla həyata keçirilir. Respublikamızın sosialiqtisadi inkişafında dəmir yolu nəqliyyatının böyük rolu vardır.

Azərbaycanda dəmir yolu nəqliyyat sisteminin inkişaf etdirilməsi, əhalinin dəmir yolu nəqliyyatına olan tələbatının ödənilməsini, daşımaların təhlükəsizliyini və s. təmin etmək məqsədilə ölkə başçısı İlham Əliyev 2010–cu ildə “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010–2014– illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Bu Dövlət Proqramında polad magistralın sürətli inkişafını təmin edən bütün müddəalar nəzərə alınıb. Azərbaycan Prezidenti İlham Əliyevin nəqliyyat sektorunda, o cümlədən dəmir yolunda əldə etdiyi ən böyük uğurlardan biri Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin gerçəkləşməsidir. Bütün maneələrə, çətinliklərə baxmayaraq, ölkə başçısı Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin reallaşmasına nail oldu. Bu dəmir yolu xəttinin istifadəyə verilməsi xalqımızın həyatında mühüm rol oynayacaqdır.

Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi, iqtisadi inkişaf kursu bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Böyük öndər 2003– ilin oktyabrında xalqa ünvanladığı müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmiz dünya birliyində layiqli yer tutub. Ölkəmiz iqtisadi artım tempinə görə dünyada lider mövqedə dayanır. Dövlət başçısının uğurla apardığı xarici siyasətin bariz nümunəsidir ki, Azərbaycan BMT–nin Təhlükəsizlik Şurasına qeyridaimi üzv seçilib.

Bu gün Azərbaycanda böyük öndərin parlaq ideyaları yaşayır, daha geniş şəkildə inamla həyata keçirilir. Əbədiyaşar ümummilli liderin nurlu xatirəsi daim xalqımız tərəfindən böyük ehtiram və məhəbbətlə yad edilir.

 

 

Asim Qasımov,

ADY QSC Yükdaşımaları

Departamentinin rəis müavini,

“Lokomotiv” Şöbəsinin rəisi

 

Respublika.- 2013.- 24 aprel.- S. 6.