YAZDIM Kİ, İZİM QALSIN

 

Yaşasaydı bu il fevralın 23də 75 yaşını qeyd edəcəkdi, amma nə təəssüf ki, əcəl aman vermədi.

Qayğıkeş müəllim, əsl ziyalı, görkəmli alim, tanınmış etnoqraf, tarix elmləri doktoru, professor Qəmərşah Cavadov ömrünün 67ci ilində əbədiyyətə qovuşdu. 67 illik ömrünün 40 ildən artıq bir dövrünü Azərbaycanın tarixi, etnoqrafiyası ilə bağlı tədqiqatlara sərf etmiş alimin xalqımızın adətənənələrindən, məişətindən, sosial həyatından bəhs edən neçəneçə publisistik məqalələri respublika mətbuatında dərc edilmişdir. Qəmərşah müəllimin ölümü Azərbaycan tarixetnoqrafiya elmi üçün ağır itki olsa da onun bu sahədə gördüyü işlər, Azərbaycanın etnoqrafiya tarixi sahəsində açdığı cığırlar gələcək nəsillər üçün əsl örnək, bir məktəb olaraq qalmaqdadır.

Qəmərşah Cavadov 1938ci il fevral ayının 23də Quba rayonunun Aydınkənd kəndində doğulmuşdu. Orta təhsilini kənddə alan bu görkəmli alimin həyatı acınacaqlı, iztirablı çətinliklər içində keçmişdir.

Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsini bitirən Q.Cavadov təyinatla bir müddət Dəvəçi (indiki Şabran) rayonunun Aygünlü kənd məktəbində dərs hissə müdiri kimi fəaliyyət göstərmişdir. Lakin Azərbaycan xalqının tarixi keçmişinə, məişətinə və adətənənələrinə olan marağı onu təkrar Bakıya, Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutuna gətirmişdir.

19641967ci illərdə akademik Ə.S.Sumbatzadənin elmi rəhbərliyi altında elmi tədqiqatlara başlayan Q.Cavadovun qarşısında Azərbaycanın ənənəvi, qədim əmək alətlərini toplayaraq onların tipoloji növlərini aşkar edib xəritələşdirmək, Azərbaycan xalqının da özünəməxsus əkinçilik texnikasının olduğunu dünya xalqlarına çatdırmaq kimi çətin və məsul vəzifə dururdu. Bu o zamana təsadüf edirdi ki, dünya xalqlarının tarixietnoqrafik atlaslarının yazılması işinə başlanılmışdı. Çətinlikdən qorxmayan Qəmərşah müəllim ona tapşırılan işi layiqincə yerinə yetirməyə çalışırdı. Gecəsini gündüzünə qataraq araşdırmalara başlayan alimin zəhməti öz bəhrəsini verdi. O, 1967ci ildə XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda əkinçilik (şimalşərq rayonlarının materialları əsasında) mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsini almışdır. Yorulmadan çalışan alim 1989cu ildə (çəkdiyi əməyin məhsulu olaraq) rus dilində çap etdirdiyielmi redaktorları Ə.S.Sumbatzadə və T.Ə.Bünyadov olan Narodnaya zemledelçeskaya texnika Azerbaydjana monoqrafiyası əsasında 1990cı ildə böyük müvəffəqiyyətlə elmi işini müdafiə edirtarix elmləri doktoru alimlik dərəcəsi adını alır. Alimin bu monoqrafiyası təkcə Azərbaycanda deyil, o dövrdə Sovetlər Birliyində də böyük əkssəda doğurdu. Çünki həmin monoqrafiyanın dəyərini təkcə Azərbaycan alimləri deyil, keçmiş Sovetlər Birliyinin onlarla görkəmli mütəxəssisləri olan alim və professorları Q.Markov, B.Koloyev, K.Kalinovskaya (Moskva), akademik V.Bondarçik (Minsk), prof. S.Hacıyeva, prof. M.Z.Osmanov (Mahaçqala), prof. Ş.D.İnalİpa (Suxumi), prof. L.Çibirov (Tsinxvali), prof. X.Ziyayev (Daşkənd), prof. V.Qorlenko (Kiyev) prof. S.Pavlyuk, R.Kirçiv (Lvov) tərəfindən yazılmış yüksək rəylər təsdiq etmişdir.

Q.Cavadovun Azərbaycanın bütün bölgələrini, rayon və kəndlərini gəzərək zərrəzərrə topladığı bu materiallar nəinki Azərbaycan xalqı üçün, eləcə də Qafqaz xalqlarının əkinçilik elmi üçün ölçüyəgəlməz sərvətdir.

Akademik V.K.Bondarçik öz rəyində yazırdı: Q.Cavadovun monoqrafiyası onun müəllifinin Azərbaycan xalqının əkinçilik texnikasının öyrənilməsi və tədqiqi sahəsində nə kimi böyük, əzəmətli işlər görməsini qiymətləndirməyə əsas verir. Monoqrafiya Sovetdünya etnoqrafiya elminə böyük töhfədir.

Bundan başqa, tanınmış rus etnoqraflarından professor K.R.Kalinovskayaprofessor Q.E.Markovun Sovetskaya etnoqrafiya jurnalının 1999cu il 3 nömrəsində Q.Cavadovun monoqrafiyası haqqında verdikləri rəy nəinki Azərbaycanın, bütünlükdə Qafqazın tarixi və etnoqrafiyası üçün təqdirəlayiqdir.

Q.Cavadovun Azərbaycanın xalq əkinçilik texnikasının tədqiqinə həsr olunmuş bu əsəri, azərbaycanlıların keçmişindən bu gününə olan layiqli bir hədiyyədir.

Görkəmli professorun 250dən çox elmi məqaləsi, 8 monoqrafiyası olmuşdur ki, bu əsərlər bu gün elmi tədqiqat işi ilə məşğul olan alimlər tərəfindən yüksək qiymətləndirilir. Bu əsərlərin sırasında XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın əkinçilik alətləri Bakı, 1979, Azərbaycanda əkinçilik təqvimi və xalq meteorologiyası Bakı, 1984, Azərbaycanda əkinçilik mədəniyyəti: ənənələr və müasirlik Bakı, 1986, Əkinçilik mədəniyyətimizin sorağı ilə Bakı, 1990, Azərbaycanda el köməyi adətləri Bakı, 1993, Xalq təbabətimiz məişətimizdə Bakı, 1995, Udilər (tarixietnoqrafik tədqiqat) Bakı, 1996, 1999, Azərbaycanın azsaylı xalqları və milli azlıqları Bakı, 2000, Talışlar (tarixietnoqrafik tədqiqat) Bakı, 2004 əsərləri xüsusilə fərqlənir. Əsərlərin adlarının özündə ruhumuza bir yaxınlıq hiss olunur.

Azərbaycan xalqı həmişə öz əməksevərliyi, istiqanlılığı, biribirinə arxa, dayaq olması ilə fərqlənmişdir. Görkəmli alimin əsərlərində Azərbaycan xalqının adətənənələrinin, qonaqpərvərliyinin, istedadının, bacarığının, alicənablığının nə qədər yüksək olduğunu bu əsərlərdən görmək olur.

Belə bir ağır işin öhdəsindən gəlməyi bacaran Q.Cavadovun 1965ci ildən 2005ci ilə qədərki ömrü Azərbaycan xalqının tarixi, etnoqrafiyası, məişəti, adətənənələri, etnik münasibətləri ilə bağlı materialların toplanması işinə sərf edilmişdir. Mövzu müxtəlifliyi ilə maraqlı materiallar toplayan alimin araşdırdığı məsələlər müxtəlif mətbuat orqanlarında dərc olunmuş və Azərbaycanın keçmiş həyat tərzinin öyrənilməsi oxucuların diqqətini cəlb etmişdir. Uzun illər araşdırmalar aparan alim Azərbaycanın bütün rayon, qəsəbə və kəndlərini qarışqarış gəzərək hər bir rayonun, kəndin adının necə meydana gəldiyini, hansı mənanı verdiyini, hər bölgənin adətənənələrinin necə yarandığını, hətta bölgələrin özlərinə məxsus məişət və kənd təsərrüfatı alətlərini necə yaratdıqlarının sirrini öyrənmişdir.

Alimin zəhməti öz bəhrəsini vermişdir. Onun yetişdirdiyi tələbələr bu gün ölkəmizi yüksək ixtisaslı mütəxəssislər kimi müxtəlif universitetlərdə və institutlarda təmsil edirlər. Xalq tərəfindən dəyərləndirilən alimin adına neçəneçə məqalələr yazılmış, xatirəsinə şeirlər həsr edilmişdir.

Əsl insan, əsl alim, əsl ziyalı! Bu üç sözdə olan məna heç hər kəsə nəsib olmayır. Q.Cavadovun əsl insanlığı Vətənini sevməyində, onun keçmişinə olan marağı məhəbbətində özünü büruzə vermişdir. Əsl alimliyi əsl ziyalılığı isə onun uzun illər yorulmadan çalışaraq belə gözəl, gərəkli, tariximizi əks etdirən Azərbaycanın etnoqrafiyasının müxtəlif problemlərinin tədqiqatının öyrənilməsində çəkdiyi zəhmətinə görədir.

Qəmərşah müəllimin ömürgün yoldaşı M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru olan Esmira xanım Cavadova ilə söhbətimizdə, Qəmərşah müəllimin necə ağır həyat yolu keçərək bu zirvəyə çatdığını, var qüvvəsini bu yola sərf etdiyini öyrəndik. Oğlu Cavadov Cavid Qəmərşah oğlu da tarix üzrə fəlsəfə doktorudur.

Esmira xanım Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində arxivin elmi kitabxanasında özünün apardığı elmi tədqiqatları zamanı gördüyü qayğı hörmətin nəticəsi olaraq, görkəmli alimin şəxsi kitabxanasına aid olan ədəbiyyatların demək olar ki, əksər hissəsini bizim kitabxanaya hədiyyə etməyi özünə borc bilmişdir. Esmira xanımın artıq əminəm ki, Qəmərşah müəllimin əsərləri etibarlı yerdədir deməsi bu ailənin elmə, sənətə olan bağlılığını bir daha sübut etdi.

Elmi kitabxanamıza təqdim olunan ədəbiyyatların içərisində həm alimin özünün yazdığı əsərləri, həm dünya etnoqrafiyası sahəsində çalışan bir çox görkəmli alim tədqiqatçıların yazdıqları kitab jurnallar yer almışdır. 200 nüsxəyə yaxın Azərbaycan rus dillərində olan kitab, Sovetskaya etnoqrafiya Trudı İnstituta Etnoqrafii jurnalının 30dan artıq nömrələri aftoreferatlar daxildir. Belə xeyirxah işi ancaq əsl insan, əsl ziyalı edə bilər.

Esmira xanıma bizə göstərdiyi etimada görə təşəkkür edirik. Kitabxanamızda qorunan digər ədəbiyyatlar kimi hörmətli professorumuz Qəmərşah Cavadovun da əsərləri etibarlı şəkildə qorunacaq gələcək nəsillərə çatdırılacaqdır.

 

 

Pərixanım MURADOVA,

Azərbaycan Respublikası Prezidentinin

İşlər İdarəsinin Siyasi Sənədlər

Arxivinin Elmi kitabxanası

şöbəsinin müdiri

 

 

Respublika.- 2013.- 26 aprel.- S. 15.