Azərbaycan iqtisadiyyatı sürətli inkişaf yolundadır
Azərbaycan Respublikası müstəqilliyini
bərpa etdiyi ilk vaxtlarda öz
tarixinin ən mürəkkəb dövrünü
yaşayırdı. Hakimiyyət böhranının dərinləşdiyi və
anarxiyanın tüğyan
etdiyi, Azərbaycanın
vətəndaş müharibəsi
astanasında, dövlət müstəqilliyinin itirilməsi təhlükəsi qarşısında
qaldığı bir zamanda xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdan
ulu öndər Heydər Əliyevin müdrik siyasəti, atdığı cəsarətli
addımlar sayəsində dövlət
müstəqilliyinin mövcudluğu
üçün böyük
təhlükə olan
çevriliş cəhdlərinin,
terror aktlarının,
qeyri-konstitusion yolla hakimiyyətə gəlmək
iddialarının qarşısı birdəfəlik alındı,
sabitlik bərpa olundu.
Alman filosofu İmmanuel Kantın belə bir fikri var:
“Sürətlə öz
siyasi süqutuna yaxınlaşan xalqın taleyini yalnız dahi şəxs dəyişə
bilər”. Ümummilli lider
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətləri bu müdrik kəlamı bir daha təsdiqlədi.
Görkəmli dövlət
xadimi Heydər Əliyevin fəaliyyəti
nəticəsində Azərbaycan
bir dövlət kimi zamanın sərt sınaqlarından
uğurla çıxdı.
Ulu öndərin uzaqgörənliklə müəyyənləşdirdiyi
inkişaf strategiyasına
uyğun olaraq həyata keçirilən
siyasi islahatlar sayəsində bu gün Azərbaycan dünya dövlətləri
sırasında öz
layiqli yerini tutmuş, beynəlxalq standartlara uyğun demokratik, hüquqi və dünyəvi bir dövlət qurulmuş, respublikanın
iqtisadi müstəqilliyinə
nail olunmuş, qanunun aliliyinə, insan hüquq və azadlıqlarına real təminat verən vətəndaş
cəmiyyəti formalaşdırılmışdır.
Heydər Əliyevin
siyasi kursu hazırda uğurla davam etdirilir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində xalq
taleyini Heydər Əliyevin layiqli davamçısı cənab
İlham Əliyevə
etibar etməklə demokratik quruculuq yolunda daha bir
ciddi sınaqdan üzüağ çıxmışdır.
Həmin tarixdən
ötən müddət ərzində
Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqın ona bəslədiyi inamı və etimadı yüksək səviyyədə doğrultmuşdur.
Azərbaycan siyasi arenada daha qüdrətli
dövlətə çevrilmişdir.
Müstəqil ölkə
kimi getdikcə daha da möhkəmlənən,
dövlət quruculuğu
və hərtərəfli
yüksəliş sahəsində
böyük nailiyyətlər
qazanan Azərbaycan Respublikasının iqtisadiyyatı
keyfiyyətcə yeni mərhələyə qədəm
qoymuş, qlobal və regional layihələrdə ölkənin
iştirakı daha da genişlənmiş, beynəlxalq aləmdə nüfuzu günbəgün
artmağa başlamışdır.
Müasir Azərbaycanın
1993-cü ilin 15 iyun —Milli Qurtuluş Günündən başlanan
yeni inkişaf tarixi —respublikanın böyük iqtisadi, siyasi, hüquqi, sosial, mədəni islahatlar həyata keçirməsi, özünəməxsus
milli inkişaf modelini formalaşdırması,
dünya miqyasında layiqli yerini tutması,
müstəqil siyasət yürütməsi ilə səciyyələnir.
Prezident İlham Əliyevin dövlət başçısı kimi
fəaliyyətinin son
10 ilində Azərbaycan
öz inkişaf tempi ilə dünyanı
heyrətləndirmişdir. Cənab İlham Əliyevin ötən illərdəki
çoxşaxəli fəaliyyətinin qayəsində məhz milli ideyaların gerçəkləşdirilməsi dayanır. Ulu öndər irəli sürdüyü inkişaf
strategiyasını inamla
davam etdirməklə yanaşı, cənab İlham Əliyev onu yeni dövrün
tələblərinə uyğunlaşdırmışdır.
Praqmatik liderlik
keyfiyyətlərinə malik
möhtərəm İlham
Əliyev keyfiyyətcə
yeni mərhələdə
Azərbaycanın tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. Ötən illərdə respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirilmiş,
xüsusən də regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun
müasirləşdirilməsinə, neft amilindən
asılılığın azaldılmasına, sahibkarlığın inkişafına
və güclü insan kapitalının formalaşdırılmasına xidmət
edən mühüm addımlar atılmışdır.
Azərbaycanı nəinki
Cənubi Qafqaz regionunda, ümumilikdə dünyanın siyasi arenasında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi
kimi tanınan dövlətə çevirən
möhtərəm Prezident
İlham Əliyevin apardığı siyasət dövlət
başçısının xalqın, dövlətin gələcək
inkişafı ilə bağlı
aydın konseptual fikirlərə malik olduğunu göstərir. İqtisadi-siyasi
liberallaşmaya və
demokratikləşməyə xidmət edən
islahatların dərinləşdirilməsi,
hər bir vətəndaşın layiqli,
yüksək həyat şəraitinin
təmin edilməsi milli ideyanın mahiyyətində qərarlaşmış
praktik məqsədlərdir.
Təsadüfi deyil
ki, 9 oktyabr 2013-cü
ildə Azərbaycanda keçirilən
növbəti prezident
seçkilərində hər
bir azərbaycanlı səsvermələrdə böyük
ruh yüksəkliyi ilə iştirak etdi. Seçki məntəqələrində beynəlxalq
standartlara cavab verən şərait, seçkiqabağı kampaniyanın
demokratik şəraitdə
təşkili seçkilərin
şəffaflığına geniş imkanlar yaratmışdı.
Təsadüfi deyil
ki, seçkilərdə
cənab İlham Əliyev böyük səs
çoxluğu ilə
qələbə qazandı.
Cənab İlham Əliyev oktyabrın 19-da keçirilmiş andiçmə
mərasimində prezident
seçkilərinə münasibət
bildirərək demişdir:
“Seçkilər şəffaf,
ədalətli, azad şəkildə keçirilmişdir
və seçkilərin nəticələri
Azərbaycan xalqının iradəsini əks etdirir. Beləliklə, Azərbaycan xalqı son on il
ərzində görülmüş
işlərə öz
yüksək qiymətini
vermişdir. On il bundan əvvəl birinci dəfə Prezident vəzifəsinə
seçiləndə söz
vermişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən
ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam. Şadam ki, on il
ərzində qarşıda
duran bütün vəzifələr uğurla
icra edildi. Hesab edirəm ki, prezident seçkilərində
Azərbaycan xalqının mütləq əksəriyyətinin
öz səsini bu siyasətə verməsi bir daha onu göstərdi
ki, son on
il ərzində verilən bütün vədlər icra edildi. Azərbaycan xalqı görülmüş
işlərə öz
qiymətini, öz səsini verdi”.
Azərbaycanın dünyadakı
daim yüksələn
siyasi nüfuzunun təsdiqi kimi onun BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi
üzv seçilməsini
misal göstərmək
olar. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin uğurlu məntiqi
nəticəsidir. Təhlükəsizlik Şurasının üzvü
məhz səsvermə
yolu ilə seçildiyindən bu zaman Azərbaycana beynəlxalq ictimaiyyətin etimadının nə dərəcədə
yüksək olduğunu
görərik. Qeyd edək ki, həmin
müddətdən sonra
Azərbaycan BMT Təhlükəsizlik
Şurasına iki dəfə sədrlik etmiş və üzərinə düşən
vəzifələri yüksək
səviyyədə icra
etmişdir.
Azərbaycanı hər
zaman özünə qardaş ölkə, yaxın strateji müttəfiq sayan Türkiyə onun hərtərəfli inkişafına,
bütün sahələrdə
əldə etdiyi uğurlara görə böyük qürur hissi keçirir. Qardaş Azərbaycanın
hər bir uğuru Türkiyənin və bütün türk dünyasının
uğurudur. Böyük
Mustafa Kamal Atatürk “Azərbaycanın
sevinci Türkiyənin
sevinci, Azərbaycanın
kədəri Türkiyənin kədəridir”, —demişdir.
Ümummilli lider Heydər Əliyevin təbirincə desək “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə xalqlarının dərin tarixi köklərə, ortaq milli-mədəni və
mənəvi dəyərlərə, zəngin adət-ənənələrə
söykənmiş qardaşlığı əsrlərin
ağır sınaqlarından çıxmışdır.
Prezident İlham
Əliyevin seçkilərdən
sonra ilk rəsmi səfərini
Türkiyəyə etməsi də təsadüfi deyil. Türkiyə Cümhuriyyətinin prezidenti
Abdullah Gül azərbaycanlı həmkarı
ilə görüşündə
bildirmişdir:
—Bu
gün cənab Prezident İlham Əliyev ilə həm təkbətək,
həm də geniş tərkibdə görüşlər keçirdik.
Bu görüşlərdə,
şübhəsiz ki,
ikitərəfli münasibətlərimizlə
bərabər, regional
məsələləri də
nəzərdən keçirdik.
İkitərəfli münasibətlərimizlə
bağlı çox mühüm, böyük iqtisadi layihələri, qaz, enerji, nəqliyyat,
—bütün bunları,
əlbəttə ki, nəzərdən keçirdik.
Eyni zamanda regional məsələləri,
Azərbaycanın milli
məsələsini və
bizim də milli məsələmiz olan Azərbaycanın ərazi bütövlüyü
və işğal altındakı torpaqlarının
azad edilməsi məsələlərini —bütün
bunları müzakirə
etdik. Bu məsələ də şübhəsiz ki, Türkiyə olaraq ən önəm verdiyimiz məsələlərdən
biridir. İnanıram
ki, gec-tez bir gün bu
problem öz həllini tapacaqdır. Bütün
bunların diplomatik yolla həllinə də şübhəsiz ki, çox önəm veririk. Bu məsələyə dair fikirlərimizi də
hörmətli nazirlərin iştirakı ilə bölüşdük.
Türkiyənin Azərbaycana
qoyduğu sərmayələr,
Azərbaycanın Türkiyəyə
yatırdığı investisiyalar
—bütün bu məsələlər də
həmişə mühüm
əhəmiyyət kəsb
edir. Bu əlaqələrimizin güclənməsi
və inkişafını sonadək dəstəkləyəcəyik”.
Azərbaycan Prezidenti
İlham Əliyev isə səfər zamanı yüksək qonaqpərvərliyə görə
Türkiyə prezidenti
Abdullah Gülə təsəkkür edərək
demişdir: “Əlbəttə,
bu gün biz ikitərəfli əlaqələrin müxtəlif
aspektlərini müzakirə
etdik. İlk növbədə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həlli
ilə bağlı fikir mübadiləsi apardıq. Mən bir daha Türkiyə
dövlətinə ədalətli mövqeyinə görə
minnətdarlığımı bildirdim. Türkiyə bu məsələdə daim bizim
yanımızdadır, ədalətin, haqqın
yanındadır. Çünki Azərbaycanın beynəlxalq
birlik tərəfindən
tanınmış torpaqları
uzun illərdir ki, Ermənistan tərəfindən işğal
edilib. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik
Şurasının dörd
qətnaməsi vardır
ki, onlar Ermənistan tərəfindən
icra edilmir və beynəlxalq hüquq normaları kobudcasına pozulur. Məsələnin
həlli ilə bağlı
Azərbaycan öz səylərini davam etdirir. Ancaq əfsuslar olsun, Ermənistanın mövqeyi
imkan vermir ki, bu məsələ
öz həllini
tapsın və Azərbaycanın
ərazi bütövlüyü
bərpa edilsin. Biz bu işğaldan
əziyyət çəkirik. Uzun illərdir ki, bir milyondan
artıq Azərbaycan vətəndaşı öz
doğma torpağında
qaçqın, köçkün
vəziyyətində yaşayır.
Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır
və bu ədalətsizliklə barışmaq
mümkün deyildir. Ümid edirəm ki, gələcək aylarda, illərdə bu məsələ ilə bağlı daha da ciddi
addımlar atılacaq və
Azərbaycanın ərazi
bütövlüyü bərpa
ediləcəkdir. Bir daha demək istəyirəm ki, bunu tarixi ədalət,
beynəlxalq hüquq diktə edir. Əlbəttə ki, Türkiyənin dəstəyi
bizim gücümüzü
daha da artırır
və bu dəstəyə görə
minnətdarıq”.
Səfər çərçivəsində
ölkələrimizi birləşdirən
və artıq regional çərçivələrdən
çıxmış, qlobal
müstəviyə daxil
olan layihələr—Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum,
Bakı-Tbilisi-Qars layihələri də müzakirə edilib. Onların hər biri böyük
bir hadisədir, böyük uğur gətirən layihələrdir.
Yalnız Türkiyə və
Azərbaycan birliyi, dostluğu sayəsində
bu layihələrin reallaşmasına nail olunub. Azərbaycanın xaricdəki ən böyük sərmayələri,
təbii ki, Türkiyəyə
yatırılan sərmayələrdir. Bu proses artıq davam edir və
növbəti beş il ərzində Türkiyə iqtisadiyyatına
15-17 milyard dollar həcmində Azərbaycan
sərmayəsi qoyulacaqdır. Prezidentlərin
görüşündə qeyd olunub ki,
bizim gücümüz
birliyimizdədir, bizim
birliyimiz tarix üzərində qurulubdur. Bu gün iki müstəqil
dövlət —Türkiyə və Azərbaycan bir-birini daim dəstəkləyir, bir-birinin
gücünü artırır.
Əlbəttə, bir
iş adamı kimi ikitərəfli münasibətlərin
yüksək səviyyədə inkişafı
məni də çox sevindirir. Mən uzun illərdir
ki, Azərbaycanda yaşadığımdan, ümummilli
lider Heydər Əliyevlə dəfələrlə
yaxın ünsiyyətdə
olduğumdan, Prezident İlham Əliyevin biz iş adamlarına
diqqət və qayğısından və
Azərbaycan xalqının qonaqpərvərliyindən bəhrələnərək
bu yurdu öz doğma elim-obam, isti ocağım bilmişəm.
Rəhbərlik etdiyim
“ÖZKAYA GROUP” şirkəti 1995-ci ildə təsis edilmişdir. Şirkət
Azərbaycanda qara metaldan düzəldilən
inşaat iskənələrinin,
dayaqların, digər yardımçı
materialların, inşaat
aksessuarlarının istehsalı
və satışı ilə məşğuldur.
Şirkət 2004-cü ildən paslanmaz polad məmulatlarının
(sənaye tipli mətbəx avadanlıqlarının,
soyuducu sistemlərin və s.), eyni zamanda 2007-ci ildən İtaliya, Gürcüstan,
Rusiya kimi ölkələrin istehsal
etdiyi izolyasiya materiallarının distribütorluğunu
da həyata keçirir. İstehsal etdiyi məhsulların keyfiyyətini dünya standartlarına tam uyğunlaşdıran şirkət
yeni-yeni layihələr
hazırlayıb həyata
keçirməkdədir. Bu günlərdə şirkət
ayrı-ayrı türk
şirkətlərinin distribütorluğunu
həyata keçirməklə
yanaşı həmin şirkətlərin
vasitəsilə müxtəlif
inşaat avadanlıqlarının
ixracı ilə də məşğul olur. “Özkaya Group” Azərbaycan bazarında kifayət qədər etibarlı partnyordur. Şirkət təsis olunduğu gündən əməksevər, özünə
güvənən, təcrübəli
və işinin ustası olan bir işçi kontingenti ilə Azərbaycanda təhlükəsiz,
qüsursuz, qənaətli
bir inşaatı təmin etmək üçün çalışır.
“Özkaya
Group” şirkəti respublika
iqtisadiyyatının inkişafında,
paytaxtda və bölgələrdə inşa
edilən müasir binaların tikintisindəki
rolundan qürur hissi keçirir.
“Özkaya
Group” uğurla inkişaf
edən, texnoloji avadanlıqlar və restoranlar, barlar və başqa iaşə obyektləri üçün avandanlıqlar
istehsal edən bir şirkətdir. Burada mətbəx üçün bütün
avadanlıqlar, o cümlədən
paylaşdırma xətləri,
evyelər və mətbəx üçün
rəflər paslanmaz poladdan hazırlanır. Bundan
başqa, yeməkxana,
qida, tibbi, əczaçılıq sənayesinə
aid müəssisələr
üçün texnoloji
avadanlıqları da buraya əlavə etmək olar. Biz həmçinin çörək və qənnadı sənayesinə
aid avadanlıqlarının
dizaynı və təminatıyla da məşğul oluruq.
Ölkədə yaradılan
əlverişli investisiya
mühiti biz iş adamlarını daha böyük uğurlara ruhlandırır.
Ulu öndər Heydər Əliyev demişdir ki, iqtisadiyyatı güclü
olan dövlət hər şeyə qadirdir. Biz iş
adamları da Azərbaycan
iqtisadiyyatının möhkəmləndirilməsi
və inkişaf etdirilməsi yönündə
əlimizdən gələn köməyi əsirgəməyəcəyik.
İnanırıq ki,
xalqın möhkəm
iradəsi və dövlət
başçısının qətiyyətli addımları sayəsində Azərbaycan
xalqını daha nurlu sabahlar gözləyir.
Osman GEZEKER,
“Özkaya
Group” şirkətinin rəhbəri.
Respublika.-2013.- 3
dekabr.- S.8.