Sahibkarlığın inkişafına xidmət edən iqtisadi strategiyanın banisi

 

 

 

Xalqımız tarixən formalaşmış ənənələr əsasında milli dövlətçilik modeli yarada biləcək güclü liderə daim ehtiyac duymuş, fəqət bu istəyini yalnız ötən əsrin sonlarında ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə gerçəkləşdirə bilmişdir. Qarşıya çıxan bir çox çətinliyə baxmayaraq ulu öndərin fitri istedadı və polad iradəsi bütün sədləri yararaq Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır. Bu dahi şəxsiyyət olduqca mürəkkəb bir dövrdə çoxlarının edə bilmədiyini gerçəkləşdirmiş, müasir dünyanın inkişaf etmiş ölkələrinin dövlət və siyasi xadimləri sırasında özünə həmişəlik yer tutmuşdur. Böyük öndərimiz həyatı boyu hər zaman xalqını, Vətənini düşünüb. Onun ürəyi daim Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınıb, bir dövlət başçısı kimi respublikanın ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərib.

 Bu gün fəxrlə deyə bilərik ki, XX-XXI əsrin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması, son illər iqtisadi sahədə böyük uğurlara imza atması, bölgədə və regionda lider dövlətə çevrilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin ilk illərində ovaxtkı iqtidarın səriştəsizliyi üzündən ölkə iqtisadiyyatı böhranlı vəziyyətə düşmüş, fabrik, zavodların, digər sənaye müəssisələrinin əksəriyyəti işləmirdi. Belə bir vaxtda ikinci dəfə hakimiyyətə gələn ümummilli lider ölkə iqtisadiyyatını böhran vəziyyətindən çıxarmaq üçün bazar iqtisadiyyatına keçidə üstünlük vermişdir. Bu sahədə aparılan islahatlar 1995-ci ildən başlayaraq öz nəticəsini vermişdir. Beləliklə, 1990-cı ilin əvvəllərində bərbad hala düşmüş Azərbaycanın iqtisadiyyatı 1995-ci ildən davamlı inkişafdadır. 1994-cü ilin sentyabrın 20-də xarici şirkətlərlə bağlanmış “Əsrin müqaviləsi” neft kontraktı bu iqtisadi sürətə yeni təkan vermişdir.

Ölkədə yeni iqtisadi kursun start götürməsi birmənalı olaraq zamanın tələbi olmaqla, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün geniş imkanlar açmışdır. Azərbaycan vətəndaşları ölkənin bütün regionlarında — istər rayon mərkəzləri, istərsə də kənd və qəsəbələrdə öz əmlaklarından və digər imkanlarından istifadə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başladılar.

Yeri gəlmişkən, yerli mebel istehsalı ilə məşğul olanEmbawood” şirkəti də o vaxt sahibkarlıq fəaliyyəti üçün yaradılmış münbit şəraitdən bəhrələnərək 1996-cı ildə təsis edilmişdir. Ötən müddət ərzində ölkədə sahibkarlıq sektoruna verilən dövlət dəstəyi “Embawooda da öz müsbət təsirini göstərib. Hazırda daxili satışla yanaşı, şirkət həm də məhsullarını ixrac edir. Bu gün şirkətin 10 ölkədə, o cümlədən Ukrayna, Qazaxıstan, Türkiyə, GürcüstanRusiyada 200-dən artıq satış mərkəzləri fəaliyyət göstərir. Mebel istehsalında müəssisə dünyada tətbiq edilən yeni beynəlxalq texnoloji standartlardan öz fəaliyyətində geniş istifadə edir. Bu baxımdan daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı, istehsal olunan məhsulların xarici bazarlarda satışının təşkili də diqqət mərkəzində saxlanılır, ixracyönümlü məhsul istehsalı istiqamətində təsirli tədbirlər görülür.

Ulu öndərimiz Heydər Əliyev 2002-ci il aprelin 25-də yerli sahibkarlarla görüşmüşdür. Həmin tarixi görüş müstəqil Azərbaycanda iqtisadi islahatların sürətlənməsində, ölkəmizin iqtisadi qüdrətinin möhkəmləndirilməsində özəl sektor subyektləri üçün bir proqrama çevrilmişdir. Sahibkarlarla görüşündə ümummilli lider demişdir: “İndi Azərbaycanda böyük sahibkarlar təbəqəsi yaranıb. Sahibkarlar təbəqəsi Azərbaycan iqtisadiyyatının aparıcı bir hissəsidir. Özəlləşdirmə prosesi gedir, iqtisadiyyatın çox sahəsi özəlləşdirilib. Əldə etdiyimiz nailiyyətlərdə özəlləşdirmənin böyük əhəmiyyəti vardır. İqtisadiyyatın bir çox sahələrindəki nəticələr özəl sektorun hesabına əldə edilib. Bir daha deyirəm, özəl sektorun yaradıcıları, özəl sektorun aparıcıları sahibkarlar qrupunu, sahibkarlar təbəqəsini meydana gətirir”.

Böyük strateq Heydər Əliyev bu iqtisadi inkişaf modelini irəli sürərkən respublikamızın zəngin təbii resurslarını, Şərqlə Qərbi qovuşduran əlverişli coğrafi-siyasi mövqeyini, geniş tranzit-kommunikasiya imkanlarını, habelə tarixi təsərrüfatçılıq ənənələrini, spesifik xüsusiyyətlərini, sosial-iqtisadi gerçəklərini nəzərə almışdır. Ulu öndərimiz qısa müddətdə özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, dövlətsizləşdirməni özünə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran liberal inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır”— deyən Heydər Əliyev bütün dünyada qibtə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail olmuşdur.

Həyata keçirilən islahatlar Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerlixarici investisiyaları, müasir texnologiyaları idarəetmə təcrübəsinə cəlb etməklə, rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni yerlərinin açılmasına imkan vermişdir. Respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi daim diqqət mərkəzində saxlanılmışdır. İnvestisiyaların təşviqi üçün ölkədə daha münbit şərait yaratmaq daxilixarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək üçün kompleks tədbirlər həyata keçirilmişdir. Sahibkarlığın inkişafı sahəsində görülən işlər nəticəsiz qalmamış, yeni istehsal sahələri yaranmış, yerlərinin açılması hesabına əhalinin məşğulluq səviyyəsi yüksəlmiş, tələbatın ödənilməsində yerli istehsalın xüsusi çəkisi artmışdır.

Artıq 10 ildir ki, iqtisadi sahədəki bu siyasəti ulu öndərimizin layiqli davamçısı — Azərbaycan Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Sahibkarların fəaliyyətinə əngəl törədən bütün maneələrin aradan qaldırılması, mərkəzdə, regionlarda yerlixarici adamlarına müxtəlif layihələrin həyata keçirilməsində lazımi kömək göstərilməsi də icra strukturları qarşısında ən mühüm vəzifələrdən biri kimi qoyulmuşdur. Dövlət səviyyəsində sahibkarlara göstərilən qayğı da öz bəhrəsini verir. Zaman göstərdi ki, sahibkarlıq fəaliyyəti Azərbaycan iqtisadiyyatının davamlı və dayanıqlı inkişafının təmin edilməsində xüsusi rol oynayır. Məhz bu siyasətin bəhrəsidir ki, ölkəmiz iqtisadi inkişaf tempinə görə dünyada liderdir. Bu da bir həqiqətdir ki, əgər 1995-ci ildə ümumi daxili məhsul istehsalında özəl bölmə 15 faizlik paya malik idisə, indi bu göstərici artaraq 80 faizdən çoxdur. Yoxsulluq 49 faizdən 6 faizə düşüb. Ölkədə 1.200 min yeni yeri açılıb.

Həmçinin 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər planının qəbulu və müvəffəqiyyətlə icra edilməsi respublikanın hərtərəfli tərəqqisinə və iqtisadi inkişafına güclü təkan vermişdir. Bir sözlə, özəl sektor irihəcmli layihələrin icrasında yaxından iştirak edirondan bəhrələnir. Prezident İlham Əliyev bəyan etmişdir ki: “Mən çox istərdim ki, özəl sektor daha da böyük həcmdə investisiyalar qoysun, həm öz imkanlarını genişləndirsin, eyni zamanda, ölkənin inkişafı üçünbunun böyük əhəmiyyəti vardır”.

İllər boyu sahibkarları narahat edən yersiz yoxlamaların aparılması son illər ölkə başçısının daim diqqət mərkəzində olub. Dövlət başçısının bu ilin ortalarında, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tətbiqi barədə imzaladığı fərman bu mənada sahibkarlığın inkişafında yeri mərhələ açan faktor kimi səciyyələndirilə bilər.

Bu gün ölkə həyatının bütün sahələrində, o cümlədən sahibkarlıq fəaliyyətinin və biznes mühitinin iqtisadiyyatımızın sürətli inkişafında özünə layiqli yer tutması böyük öndərimizin adı ilə bağlıdır. Ümummilli liderimiz dünya şöhrətli ictimai-siyasi xadim, müdrik dövlət başçısı Heydər Əliyev bütün şüurlu həyatını canından artıq sevdiyi xalqının xoşbəxtliyinə, müstəqil Azərbaycanın tərəqqisinə həsr etmişdir. Ulu öndər tarixi yaradan şəxsiyyətlərdəndir—müasir tariximizin bütöv bir epoxası, 34 ildən çoxu bu liderin adı və fəaliyyəti ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin yaradıcısı və memarı kimi, o, quruculuq salnaməmizin şanlı səhifələrini yaratmağa müvəffəq olmuşdur. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, əbədi və qüdrətli bir dövlətə çevrilməsi üçün biz hamımız Heydər Əliyevə borcluyuq. Böyük öndərin keçdiyi yol şanlı, şərəf dolu bir tarixdir. İllər, əsrlər, qərinələr keçəcək, dahi Heydər Əliyevin şah əsəri olan Azərbaycanda ulu öndərimiz anılacaq, xatırlanacaq, ruhuna dualar oxunacaq, həmişə seviləcək.

 

Elşad ABBASOV,

Embawood”şirkətinin prezidenti.

 

Respublika.-2013.- 18 dekabr.- S.8.