Gənclər cəmiyyətin aparıcı qüvvəsidir

 

Artıq on altı ildir ki, Azərbaycan gəncləri öz bayramlarını–2 fevral Gənclər gününü təntənə ilə qeyd edirlər. Azərbaycan gəncliyi bu gün cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi iştirak ediröz sözünü deyir. Dünyada elmitexniki tərəqqinin sürətli inkişafı dövründə elə bir sahə tapılmaz ki, orada gəncliyin fəal iştirakı görünməsin. Ölkə gəncləri bu gün ölkəmizdə gedən demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elmidman sahəsində böyük uğurlar qazanır, zəngin tarixi–mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar. Elm, təhsil, mədəniyyət, incəsənət, idman sahəsində çalışan gənclərimizin nailiyyətləri ölkəmizdə aparılan məqsədyönlü islahatların məntiqi nətiəcəsi kimi qiymətləndirilməlidir. Ötən dövr ərzində ictimaisiyasi proseslərdə fəal iştirak edən Azərbaycan gəncliyi müstəqil dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edir. Belə gənclərin böyük bir hissəsini də idmançılar ordusu təşkil edir. Müstəqil dövlətimizin hazırki inkişaf mərhələsində bədən tərbiyəsi və idmana mühüm əhəmiyyət verilir. Bədən tərbiyəsi və idmanın xalqın sağlamlığının möhkəmləndirilməsində, milli şüurun möhkəmlənməsində gənclərin əməyə və Vətənin müdafiəsinə hazırlanmasında böyük əhəmiyyəti vardır.

Ümummilli liderimiz Heydər Əliyev bildirmişdir ki, hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcəyi kimi qəbul etməli və hər şeydən əvvəl müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Ulu öndər deyirdi: “Bu, sizin vəzifənizdir və güman edirəm ki, hər bir Azərbaycan gənci cəmiyyətdə, Vətəndə, ölkədə öz vəzifələrini layiqincə yerinə yetirməyə çalışmalıdır. Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədiliyinə həsr etməkdən ibarət olmalıdır”.

Ulu öndərimiz ölkə həyatının bütün sahələrində əldə olunmuş nailiyyətlər sırasında idman nailiyyətlərinin dəyərini xüsusi önə çəkmişdir. 1995–ci ilin martında respublika gəncləri ilə görüşən ulu öndərimiz onların sağlam ruhda tərbiyə almaları və əsl vətəndaş kimi yetişmələri naminə əlindən gələni əsirgəməyəcəyini bəyan etdi. Bu bəyanatın real təzahürü 1996–cı ilin 2 fevralından “Respublika Gənclərinin I forumundan etibarən ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə hər üç ildən bir Azərbaycan Gənclərinin Forumunun təşkil edilməsi, ölkədə gənclər gününün təsis olunması, gənclərimizin problemlərinin həllinə yönələn çoxsaylı fərman və sərəncamların imzalanması, qanunların qəbulu, gənclərin dövlət quruculuğu prosesinə cəlb edilməsi ilə şərtləndi. Bu dövrdə “Bədən tərbiyəsi və idman haqqında”, “Dövlət Gənclər siyasəti haqqında” qanunlar qəbul edildi, ölkə idmanının inkişafına xidmət edən təkmilləşdirilmiş qanunvericilik bazası yaradıldı. İdmançıların yaşayış səviyyəsi və təlim–məşq şəraiti ildən–ilə yaxşılaşdırıldı. Bu gün idmançılarımızın qazandığı uğurlar, məhz son 20 ildə həyata keçirilən gənclər və idman siyasətinin uğurlu nəticəsidir.

Ümumiyyətlə götürdükdə, 1994– ildən etibarən respublikamızda gənclər və idman siyasəti uğurla həyata keçirilmişdir. Ulu öndər gənclərin problemlərinə toxunaraq bədən tərbiyəsi və idmanın xalqın sağlamlığı ilə bağlı mühüm bir sahə olduğunu qeyd edərək demişdir: “Bizim ulu babalarımız sağlam olublar, döyüşlərdə qalib çıxıblar, vətənimizi, xalqımızı öz gücü, qüvvəti, qəhrəmanlıqları ilə qoruya biliblər. Dünyada bədən tərbiyəsi və idmanın müasir səviyyədə inkişaf etməsinə ciddi fikir verilməlidir. Bu, xalqımızın gələcək nəsillərinin daha da sağlam olmasının əsasıdır. Ümumiyyətlə, idman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm bir sosial sahədir. Belə ki, Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və birki, idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən olur. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır”.

Bu gün ölkəmizdə idman və gənclər siyasətinin uğurları hazırda dünya miqyasında etiraf olunur. Bir vaxtlar maddi çətinliklər üzündən respublikamızı tərk etmiş çoxlu sayda idmançı gənc geri qayıdaraq ölkəmizin idman şərəfini uca tutur, üçrəngli bayrağımızı göylərə qaldırır. Artıq ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən çempionatlarda uğurlu nəticələr əldə edirlər. Dövlət başçısının əksər hallarda bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onların ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır. Möhtərəm Prezidentin bəyan etdiyi kimi idman təkcə sağlamlıq yox, sağlam düşüncə, saf niyyət deməkdir.

Ölkəmizin bütün gəncləri kimi, kollektivimizdə çalışan gənclər də ölkə Prezidentinin dövlət Gənclər siyasəti xəttini böyük ruh yüksəkliyi ilə qarşılayır, ürəkdən bəyənirlər. İnanırıq ki, gənclər müstəqil respublikamızın daha qüdrətli, güclü dövlətə çevrilməsində var qüvvələrini əsirgəməyəcəklər.

 

 

Qiyas NƏcƏfov,

Təhsil Nazirliyinin

Respublika Bədən Tərbiyəsi

Mərkəzinin direktoru.

 

Respublika.- 2013.- 2 fevral.- S. 6.