Ağdaşda aqrar sahənin inkişafı diqqət mərkəzindədir

 

Respublikamızda aqrar sahənin inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının rifah halının daha da yaxşılaşdırılması, dövlətin aqrar siyasətinin əsas prioritetlərindən biridir. Yanvarın 15–də ölkə başçısı cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012–ci ilin sosialiqtisadi inkişafının yekunlarına və 2013– ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında aqrar sahənin inkişaf etdirilməsi üçün cari ildə də dövlət dəstəyinin artırılacağı xüsusilə vurğulanmışdır.

Cənab Prezident demişdir:”Bu il sahibkarlara 250 milyon manat güzəştli kredit veriləcəkdir və bu vəsaitin 83 faizi regionların payına düşür. Hesab edirəm ki, biz görülən işlər nəticəsində regionların inkişafına böyük xidmət göstərmişik, regionlarla paytaxt arasındakı fərqi azalda bilmişik. Bunu etmək çox çətindir. Çünki paytaxt da çox sürətlə inkişaf edirbu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Ancaq şadam ki, bölgələrdə də yerli vətəndaşlar, icra orqanlarının nümayəndələri, fəallar çalışırlar ki, onların da şəhərləri, qəsəbələri, kəndləri gözəlləşsin. Kreditlərin verilməsi özünü doğruldub, ildən–ilə məbləğ artır və biz bu 250 milyonu daha çox əvvəlki illərdə verilmiş və qaytarılan vəsaitlər hesabına təmin edirik.

Bununla bilavasitə bağlı olan ərzaq təhlükəsizliyi məsələləri də daim diqqət mərkəzindədir. “Mən çox şadam ki, biz qarşıya qoyulmuş hədəfə yaxınlaşmışıq. Keçən dəfə sahibkarlarla görüşdə qeyd etmişdim ki, indi biz özümüzü əsas ərzaq malları ilə təmin edirik. Amma əlbəttə, istərdim ki, biz özümüzü 100 faiz təmin etmək səviyyəsinə çataq”.

Aqrar sahənin inkişafı ilə bağlı ölkə rəhbərinin söylədiyi bu proqram əhəmiyyətli müddəalar respublikamızın bütün kənd adamlarını daha da ruhlandırır, onların öz fəaliyyət dairələrini genişləndirməyə stimul verir.

Dədə–baba məşğuliyyəti əkinçilik və maldarlıq olan Ağdaşda da son illərdə aqrar sahənin inkişaf etdirilməsi, əkinçilik mədəniyyətinin yüksəldilməsi yönümündə bir sıra uğurlu tədbirlər həyata keçirilmişdir.

Həmsöhbətimiz Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini, aqrar məsələlər şöbəsinin müdiri Fərhad Əliyev rayonda bu sahənin inkişafı ilə əlaqədar görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışaraq bildirdi ki, Ağdaşın mülayimisti, qurusubtropik iqlimə malik olması və həmçinin nəqliyyat qovşağının mərkəzində yerləşməsi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün olduqca əlverişlidir.

Aqrar sahənin inkişafı ilə bağlı ildən–ilə məqsədyönlü tədbirlərin həyata keçirilməsi, fermerlərə güzəştli kreditlərin ayrılması məhsul istehsalının artırılmasına və kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan insanların yaşayış səviyyəsinin daha da yaxşılaşmasına səbəb olmuşdur.

Rayon üzrə 2012–ci ildə kənd təsərrüfatının ümumi məhsulu 112732.4 min manat olmuşdur ki, bu da 2011–ci ilə nistəbən 109,54 min manat çoxdur.

2012–ci ilin məhsulu üçün 15908 hektar sahədə taxıl əkilmişdir, əkilmiş taxıl sahələrindən 42259 ton, 26,6 sentner məhsul istehsal edilmişdir. Yola saldığımız 2012–ci ildə 2011–ci ilə nisbətən 286 hektar əkin sahəsi artmış, hər hektardan 1,7 sentner, başqa sözlə desək, 3294 ton artıq məhsul istehsal olunmuşdur.

Rayon üçün ənənəvi kənd təsərrüfatı məhsullarından olan çəltikçiliyin inkişaf etdirilməsi diqqətdə saxlanılmışdır. 2012–ci ildə 1130 hektar sahəyə çəltik səpilmiş 2275 ton, hər hektardan 20,2 sentner məhsul istehsal olunmuşdur ki, bu da 2011–ci ilə nisbətən 110,1 ton çoxdur.

Həmçinin ötən il 127 hektar sahədə lobya əkilmiş, hər hektardan 29,7 ton olmaqla 352 ton məhsul istehsal olunmuşdur.

2012–ci ildə 1320 hektar qiymətli ərzaq məhsullarından olan dən qarğıdalısı sahələrindən 8562 ton, başqa sözlə, hər hektardan 69,9 sentner məhsul istehsal olunmuşdur. Bu da əvvəlki illərdəkindən 85,5 ton çoxdur.

1186 hektarda kartof əkini keçirilmiş məhsuldarlıq isə 147 sentner olmuşdur.

Ağdaşın təbii iqlim şəraiti tərəvəzçiliyin, xüsusilə faraşörtülü tərəvəzçiliyin inkişafı üçün xeyli əlverişlidir. Rayonumuzda tərəvəzçiliyin inkişafı geniş yayılmışdır. Münasib iqlim şəraiti tərəvəzin digər bölgələrə nisbətən 25–30 gün faraş çıxarılmasına, tərəvəz sahələrindən ildə 2 dəfə məhsul götürülməsinə imkan verir. Müasir bazar şəraitində tərəvəzçiliyin inkişafı aqrar sahədə olduqca önəmli yer tutur. Belə ki, rayonda istehsal olunan müxtəlif növ tərəvəz məhsullarına müstəqil dövlətlər birliyi ölkələrində tələbat böyükdür. Bunu nəzərə alan kənd əhalisi tərəfindən ötən ildə 4369 hektar sahədə tərəvəz əkilmiş, yüksək aqrotexniki qulluq sayəsində həmin sahələrdən 67214 ton məhsul əldə etmişlər ki, bu da əvvəlki illə müqayisədə 311,4 ton çoxdur.

2012–ci ildə 846,6 ton məhsul istehsalçılarına güzəştli yolla mineral gübrə satılmışdır, bu da 2011–ci ildən çoxdur.

2012–ci ildə Bakı şəhərində keçirilən kənd təsərrüfatı satış yarmarkasına 111 tondan çox keyfiyyətli və ucuz qiymətə bir neçə çeşiddə məhsul göndərilmişdir.

Rayonda 3 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. 2012–ci ildə həmin təsərrüfatlara istehsal etdikləri və satdıqları toxuma görə 21220 manat subsidiya verilmişdir.

Meşə ehtiyatlarının qorunması, təbii mənbələrin doğru şəkildə tədqiq edilməsi, mühafizəsi və inkişaf etdirilməsi ilə həyata keçirilir. Sosialiqtisadi tərəqqi və inkişaf, yerli ictimai dəstək nəticəsində 2012–ci il ərzində rayondaxili yol kənarlarında, meşə fondu torpaqlarında, qeyri–meşə fondu torpaqlarında məqsədyönlü işlər aparılmışdır. Ağdaş Meşə Mühafizəsi və Bərpası Müəssisəsi il ərzində 526 min ədəddən artıq meşə cinsli, iynəyarpaqlı və enliyarpaqlı ağacgül cinsindən ibarət əkin materialı, tinglər yetişdirmişdir. Yetişdirilmiş tinglər meşə fondu torpaqlarında, rayonun və respublikanın digər rayonlarında yaşıllaşdırma işlərində əkilmişdir. Rayonun yol kənarı yaşıllaşdırma idarələrinə 1500 ədəddən çox akasiya toxmaları, 2250 ədəddən çox şam ağacı verilmiş və təsərrüfatının kollektivi tərəfindən əkilmişdir. Ekoloji tədbirlərlə bağlı müəssisə il ərzində 98 hektar torpaq hazırlıq işləri aparmış, meşə ərazisində meşə–bərpa tədbirlərinin genişləndirilməsi məqsədi ilə yaz mövsümündə 91 hektar sahədə meşə əkini əkmiş, 3 hektar sahədə ting səpini aparmış, 1 hektar sahədə kökləndirmə şöbəsi salmış, toxmaçaları böyütmək məqsədilə 2,50 hektar sahədə böyüdülmə şöbəsi yaradılmışdır. Bundan əlavə, gələcəkdə keyfiyyətli əkin materialı yetişdirmək məqsədilə 2670 kiloqram toxum tədarük olunmuşdur.

Rayonda fəaliyyət göstərən Ağdaş suvarma sistemləri və Pirəzə mexaniki suvarma idarələri tərəfindən rayonda kənd təsərrüfatı əkinlərinin suvarılması işlərinə böyük qayğı ilə yanaşılmış, su təchizatı ilə bağlı problemlər olmamış, su istifadəçiləri və fermerlərlə işgüzar əlaqələrin yaradılmasının nəticəsində əvvəlki illərə nisbətən xeyli artıq məhsul əldə edilmişdir.

Türyançay Suvarma Sistemləri İdarəsinin balansında olan texnikaların hesabına 1538,1 kilometr uzunluğundakı suvarma kanalının 400 kilometrlik hissəsi də lildən təmizlənmişdir. Rayonun Ərəbocaq, Kükəl, Tofiqi, Qəribli, Mürsəl və sair kəndlərindəki su arxları da yararlı hala salınmışdır.

Rayonun 11 kəndinin 9650 hektar sahəsini mexaniki yolla suvarma suyu ilə təmin edən Pirəzə Mexaniki Suvarma İdarəsinin apardığı məqsədyönlü tədbirlər nəticəsində Kotavan və Xınaxlı suvarma kanallarında lildən təmizləmə işləri uğurla həyata keçirilmişdir. Azərbaycan MeliorasiyaSu Təsərrüfatı ASC–nin rəhbərliyinin—şəxsən Əhməd Əhmədzadənin gündəlik qayğısı nəticəsində idarənin balansına daha güclü suvarma mexanizmləri verilmiş və artıq həmin aqreqatların quraşdırılmasına başlanılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2008–ci il 25 avqust tarixli “2008–2015–ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin həlli istiqamətində Ağdaş rayonunda həyata keçirilən uğurlu tədbirlər bu gündavam etdirilməkdədir. Söz yox ki, rayon icra hakimiyyəti rəhbərliyinin qarşıya qoyulmuş məsələlərin həlli istiqamətində göstərdiyi qətiyyət və səriştə rayonda aqrar sektorun daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcəkdir.

 

 

İlham PƏNAHOV

 

Respublika.- 2013.- 3 fevral.- S. 6.