Tərtərdə ictimai asayiş etibarlı qorunur

 

Ümummilli liderimiz Heydər Əliyevin daxilixarici siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkədə daxili sabitliyin, insanların haqq və hüquqlarının, ictimai asayişin etibarlı qorunmasına böyük diqqət və qayğı göstərir.

Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və konkret tapşırıqları rəhbər tutularaq, milli təhlükəsizlik konsepsiyası, müvafiq Dövlət proqramları çərçivəsində insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, dövlətin, hüquqifiziki şəxslərin qanuni mənafelərinin və mülkiyyətlərinin hüquqazidd əməllərdən qorunması sahəsində qanunla müəyyən edilmiş vəzifələrin icrası polis orqanları tərəfindən 2012–ci ildə də davam etdirilmişdir.

Müstəqillik illərində dövlətçilik ideyalarına həmişə sadiq olan Tərtər Rayon Polis şöbəsinin şəxsi heyəti cinayətkarlıqla mübarizə, ictimai qaydaların və təhlükəsizliyin təmini, vətəndaşların hüquq və azadlıqlarının hər cür qəsdlərdən qorunması sahəsində fəaliyyətini əvvəlki illərdə də olduğu kimi uğurla həyata keçirmişdir.

Tərtər Rayon Polis Şöbəsinin rəisi, polisi polkovnik–leytenantı Rauf Məcidov 2012–ci ilin yekunu ilə bağlı məlumatlarında bildirdi ki, Azərbaycan Respublikası Prezidentininİcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri haqqında” 26 oktyabr 2006–cı il tarixli fərmanına əsasən qəbul olunmuş aidiyyəti normativhüquqi aktlardan və tapşırıqlardan irəli gələn vəzifələr ötən il tam yerinə yetirilmiş, kollegiya qərarlarında, Azərbaycan Respublikası daxili işlər naziri Ramil Usubovun əmr və göstərişlərində, xüsusi tədbirlər planında nəzərdə tutulmuş məsələlər öz həllini tapmışdır.

RPŞ rəisi xüsusi vurğuladı ki, Tərtər rayonu cəbhə bölgəsi olduğuna baxmayaraq, keçən il ərzində cəmi 171 cinayət hadisəsi baş vermişdir. Qeydə alınmış cinayətlərin açılması 94 faiz təşkil etmişdir. Təkcə bu fakt onu deməyə əsas verir ki, Tərtər RPŞ–nin kollektivi üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmişdir. Hesabat dövründə oğurluq, xuliqanlıq, qəsdən sağlamlığa yüngül xəsarət yetirmə və döymə, narkotik maddələrin qanunsuz dövriyyəsi, yol hərəkəti, nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui–istifadə etmə, adam oğurluğu, qəsdən adam öldürməyə cəhd, ağır xəsarət yetirmə və digər cinayət faktları qeydə alınmışdır. Bu cinayətlərdən 59,6 faizi böyük ictimai təhlükə törətməyən, 34,5 faizi az ağır, 5,1 faizi isə ağır və ya xüsusilə ağır cinayət hadisələri olmuşdur. Həmin cinayət hadisələrinin 90 faizi açılmışdır. 2011–ci illə müqayisədə keçən il 9 oğurluq hadisəsi az olmuşdur. Aparılmış profilaktik tədbirlər nəticəsində 2012–ci il ərzinda rayon ərazisində qəsdən adam öldürmə, soyğunçuluq, quldurluq, o cümlədən insan alveri və adamları girov götürmə kimi ağır cinayətlər qeydə alınmamışdır. Profilaktik tədbirlər il boyu davam etdirilmişdir.

RPŞ rəisi R.Məcidov vurğuladı ki, gələcək nəslin sağlam ruhda inkişaf etməsi üçün işlər görülmüşdür. Narkotik bitkilərin əkilib–becərilməsi, saxlanması və alverinin qarşısının alınması üçün RPŞ–nin əməliyyat aparatının əməkdaşları tərəfindən bir sıra məqsədyönlü əməliyyat tədbirləri hazırlanıb həyata keçirilmişdir. Məsələn, Tərtər şəhər sakini Qurbanov Azər İsa oğlunun fərdi yaşayış evinə baxış keçilərkən evdə narkotik vasitə hesab olunan 11,1 qram qurudulmuş marixuana, həyətyanı sahədəki hamamda isə aqrotexniki qaydada qulluq olunmaqla becərilmiş çəkisi 13,5 qram olan çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılmış və istintaq materialları məhkəməyə göndərilmişdir. 17 yanvar 2012–ci il tarixdə CAB əməkdaşları tərəfindən keçirilən əməliyyat–axtarış tədbirləri nəticəsində Ağcabədi rayonunun Hindarx qəsəbə sakini Quliyev Zahir Koroğlu oğlu Tərtər rayon Təzəkənd kəndinin ərazisindəki yeməkxananın yaxınlığında 6 ədəd kibrit qutusunda ümumi çəkisi 45,7 qramadək qurudulmuş marixuananı 350 manata Goranboy rayonunun Borsunlu kənd sakini Musayev Məhərrəm Əbülfət oğluna satarkən yaxalanmışdır. İstintaq materialları baxılmaq üçün məhkəməyə göndərilmişdir. Hesabat ili ərzində CAB əməkdaşları narkotiklə bağlı 8 fakt aşkar etmişlər. “Xaşxaş–2012″ kompleks tədbirlər planının icrası ilə əlaqədar rayon ərazisində çəkisi 486 kiloqram olan yabanı halda bitmiş çətənə kolları müvafiq komissiyanın iştirakı ilə yandırılıb məhv edilmişdir.

Cinayətin qarşısının vaxtında alınması, kriminogen duruma mənfi təsir göstərə biləcək amillərin aradan qaldırılması istiqamətində də işlər davam etdirilmiş, bəhs olunan dövr ərzində 16 münaqişəli ailə qeydiyyata alınıb və sahə inspektorları tərəfindən nəzarət edilərək onlarla fərdi profilaktik işlər aparılmışdır.

2012–ci ildə yetkinlik yaşına çatmamışlar tərəfindən törədilə biləcək cinayət hadisələrinin, qaydaqanun pozuntularının qarşısının alınması məqsədi ilə RPŞ–nin ictimai təhlükəsizlik bölməsinin sahə müvəkkilləri, dövlət yol polisi bölməsinin əməkdaşları, təhsil şöbəsinin inspektorları və RİH yanında yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi komissiyasının üzvləri birgə reydlər keçirmişlər. Reydlər zamanı bəzi şagirdlərin təhsildən əsassız surətdə yayınmaları aşkarlanmış, cavabdeh müəllimlərin isə bu nöqsanlara göz yumması və qanunsuzluqlara yol verdikləri təsdiq olunmuş və həm məktəb rəhbərliyi, həm də müəllimlər barədə Tərtər RTŞ–yə müvafiq təqdimatlar göndərilmişdir. 2012–ci ildə yetkinlik yaşına çatmayanlardan iki nəfər—Həsənli kənd sakini Amil Qədir oğlu Əhmədzadə və İsmayılbəyli kənd sakini Müslüm Ələddin oğlu Quliyev tərəfindən törədilən cinayət hadisələri ilə bağlı toplanmış materiallar baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmişdir.

Keçən il postpatrul xidməti bölüyün əməkdaşları 88 nəfəri saxlayaraq RPŞ–yə gətirmişlər. Onlardan 7 nəfəri xırda xuliqanlıq etdiyinə, 23 nəfəri yol–nəqliyyat qaydalarını pozduğuna, 42 nəfəri pasport rejiminə əməl etmədiyinə, 13 nəfəri müəyyən edilməmiş yerlərdə alver etdiyinə görə şöbəyə gətirilərək barələrində müvafiq tədbirlər görülmüşdür. Axtarışda olan 3 nəfər təqsirləndirilən şəxsin tutulmasında da RPX əməkdaşları fəal iştirak etmişlər.

İl boyu gərgin fəaliyyətlə bərabər, şəxsi heyətin peşə və döyüş hazırlığını yüksəltmək məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Makarovtipli tapançadan və AKM silahından iki dəfə təlim atəşi və idman tədbirləri keçirilmişdir. Şəxsi heyətin xidmətdə fərqlənən əməkdaşlarından 75 nəfərə həvəsləndirici mükafatlar, müxtəlif təltiflər və fəxri fərman verilmiş, təşəkkür elan edilmişdir. Onlardan 30 nəfəri zabit, 45 nəfəri isə sıravi polis əməkdaşları olmuşdur. Şəxsi heyət arasında mənəvi–psixoloji mühitin daha da yaxşılaşdırılmasında, şəhid polis əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsi, yaralı polis əməkdaşlarına göstərilən qayğının təşkil olunması sahəsində bir sıra işlər görülmüşdür. Bayramlarda, tarixi və əlamətdar günlərdə, digər kütləvi tədbirlərdə torpaqlarımızın bütövlüyü uğrunda Yuxarı Qarabağda gedən döyüşlərdə şəhid olmuş və xidməti borclarını yerinə yetirərkən həlak olmuş 11 nəfər əməkdaşın ailə üzvləri ilə görüşlər keçirilmişdir.

R.Məcidov bildirdi ki, şəhid polis ailələrinə bayram sovqatları aparılmış, yaralanmış polis əməkdaşlarına maddi yardım göstərilmiş, polis veteranlarına qiymətli hədiyyələr təqdim olunmuşdur.

Şəhid polis əməkdaşlarının xatirəsini əbədiləşdirmək üçün müəyyən addımlar atılmışdır. Keçən il şəhid əməkdaş Cəfərov Rəhim Cəfər oğlunun adının əbədiləşdirilməsi üçün onun vaxtilə yaşadığı Həzi Aslanov küçəsində bulaq kompleksi inşa edilmişdir. Yuxarı Qarabağ uğrunda ilk döyüşlərin birində həlak olmuş Qaçay Mehdiyevin adı isə Tərtərin böyükabad küçələrindən birinə verilmişdir. Bu gənc polis əməkdaşlarında və ümumiyyətlə, yeniyetmələrdə vətənə məhəbbəti, torpağa bağlılığı yüksəldən amillərdən biridir. Şəhid polis işçilərinin igidliyi kollektiv üçün örnək və nümunə kimi göstərilir. Onların portreti şöbənin foyesindəki güşələrdən birini təşkil edir.

2012–ci il ərzində asayişin mühafizəsində və cinayətkarlığa qarşı mübarizə sahəsində hesabatdan da göründüyü kimi RPŞ əməkdaşları üzərlərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gəlmişlər. Ancaq kollektiv 2013– ildə fəaliyyətini daha səmərəli və günün tələbləri səviyyəsində qurmaq üçün var qüvvəsi ilə çalışmağı qarşısına əsas məqsəd qoyub.

 

 

Vəli İLYASOV

 

Respublika.- 2013.- 3 fevral.- S. 6.