İKT sahəsində maraqlı layihələr işlənməkdədir

 

Ölkə Prezidenti İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında kitabxanainformasiya sahəsinin 2008–2013– illərdə inkişafı üzrə Dövlət Proqramının icrası istiqamətində həyata keçirilən tədbirlərlə bağlı C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru Tahir Sadıqov fikirlərini qəzetimizin əməkdaşı ilə bölüşmüşdür:

—C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası geniş istifadəçi kontingentinə xidmət edir. Kitabxanamızın üzərinə daha geniş perspektivli xidmət üsullarının həyata keçirilməsi kimi məsuliyyətli düşür. Son illərdə Gəncər Kitabxanası İKT sahəsində bir sıra maraqlı layihələr üzərində işləməkdədir.

Kitabxanamız qəbul edilmiş Dövlət Proqramı və onun respublikada həyata keçirilməsi istiqamətində kitabxanabiblioqrafiya proseslərinin avtomatlaşdırılması, Elektron kataloqun yaradılması və istifadəçilərə fasiləsiz online xidmətləri göstərilməsi, informasiya mərkəzinin yaradılması və digər həlli vacib məsələləri yerinə yetirmişdir. Azərbaycanda kitabxana işinin inkişafı və dünya standartları səviyyəsinə çatdırılması mərhələsinin formalaşdırılmasında kitabxanamız öz layiqli töhfələrini vermişdir.

Kitabxanada Rusiyanın EBNİT Assosiasiyasının İRBİS–64 Avtomatlaşdırılmış Kitabxanaİnformasiya sistemi proqram təminatı tətbiq edilərək kitabxanabiblioqrafiya proseslərinin tam avtomatlaşdırılması həyata keçirilmişdir.

Kitabxana prosesləri tam avtomatlaşdırılmaqla, kitabxanada kitabların kataloq kartoçkaları, formulyarlar, kitabxana statistikası, oxucu qeydiyyatı, kitab verilişi, komplektləşdirmə, nüfuzlu ad faylları, sənədin elektron çatdırılması, tam mətnli xidmət və ümumilikdə bütün kitabxana xidmətlərinin kompleks avtomatlaşdırilması kimi bütün proseslər günün tələbləri səviyyəsində çatdırılmışdır. Kitab, ardı davam edən nəşrlər, DVD, CD və dövri mətbuat materiallarının maşınla oxuna bilən kataloqları və sistemdən çıxan kağız kataloqları da hazırlanmışdır. Oxucu artıq kitabxanamıza daxil olduğu andan qısa bir müddətdə sorğusuna konkret cavab ala bilir.

Üzərində işlədiyimiz və artıq yaradılmış AZLIBNET Milli İnformasiyaResurs Mərkəzi və bu mərkəzin həyata keçirəcəyi xidmətin respublika miqyasında kitabxana işi sahəsində həmin sərəncamla üst–üstə düşə biləcək ən uğurlu layihələrdən biri olacağına şübhəm yoxdur.

Bu il biz müasir informasiyakommunikasiya texnologiyalarının tətbiqi və intellektual səviyyəli işçi qrupunun (kitabxanaçı və İT mütəxəssislərinin) iştirakı ilə yaradılan AZLIBNET Milli İnformasiyaResurs Mərkəzinin Toplu Kataloqunu respublika kitabxanalar şəbəkəsinin və fərdi oxucuların istifadəsinə verməklə, respublikamızda ilk dəfə olaraq, yeni mərkəzləşmiş kataloqlaşdırma xidmətini həyata keçirməyi qarşımıza məqsəd kimi qoymuşuq və hazırda ilkin mərhələ olaraq, Toplu kataloqu online istifadəyə vermişik. Qeyd etmək yerinə düşərdi ki, online istifadəyə buraxılmış Toplu kataloq fasiləsiz işləyir. 24 saat ərzində oxuçuların və kitabxanaların çoxşaxəli sorğularına xidmət etməklə, artıq respublikanın kitabxanalarında biblioqrafik yazıların Toplu kataloqdan birbasa Elektron kataloqa yüklənməsi həyata keçirilir (ünvan: www.azlibet.az).

AZLİBNET Milli İnformasiyaResurs Mərkəzinin serverində respublikanın şəhər və rayon kitabxanalarının web şlyuzlarının birləşdirdiyi vahid web Mərkəzi yaradılmışdır. Bu web Mərkəzi də öz növbəsində Bakı, Sumqayıt şəhərləri və region MKS–nin elektron kataloqlarının fasiləsiz işləməsini təmin edir. Belə ki, hər hansı ən ucqar bir rayonun mərkəzi kitabxanasının İnterneti varya yoxdur, elektrik enerji təchizatı var, ya yoxdurkimi faktorlardan asılı olmayaraq fasiləsiz olaraq oxucuların istifadəsinə verilmişdirbu da Azərbaycan Respublikasının kitabxanaçılıq təcrübəsində ilk və təkraredilməz bir nailiyyətdir ki, bunu bizim kitabxana həyata keçirmişdir.

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının nəzdində Milli İnfromasiyaResurs Mərkəzinin yaradılması Azərbaycanda kitabxanabiblioqrafiya proseslərinin avtomatlaşdırılması sahəsində ilkin təcrübə olmaqla həm də kitabxanalarda biblioqrafik yazıların bir Mərkəzdən idarə edilməsi və təkrarçılığın aradan qaldırılmasını təmin edəcəkdir.

Toplu kataloq xidmət etibari ilə əslində kitabxanalar şəbəkəsi üçün yaradılır və Mərkəzləşmiş kataloqlaşdırma funksiyasını yerinə yetirir. Bununla yanaşı, həm də fərdi oxuculara da xidmət göstərir.

Oxucu istənilən anda məkandan, məsafədən, zamandan asılı olmayaraq kompyuter, netbook, AlPd, mobil telefon və digər İKT vasitələri ilə Toplu kataloqa daxil olub istədiyi sorğunu verməklə həmin ədəbiyyatın hansı kitabxanada yerləşməsini təyin edironun sifarişini verir. Bir çox hallarda isə onun elektron versiyasını oxuya bilir (əgər elektron versiyası kitabxana tərəfindən hazırlanıbsa).

AZLİBNET Milli İnformasiyaResurs Mərkəzi Toplu Kataloqunun biblioqrafik yazıları respublikanın 4 iri kitabxanasının kataloqunu əks etdirirPrezident Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Sumqayıt MKS–i.

Toplu kataloq kitabxanabiblioqrafiya

proseslərinin dünya standartlarına uyğun səviyyədə qurulan bütün AKİS biblioqrafik yazılarını konvertasiya edir.

Elektron kataloqda axtarış və kitabın (təsvirin) birbaşa hansı proqram təminatı olmasından asılı olmayaraq işlək sistemə, yəni lokal kataloqa yüklənməsini təmin edir. Z39.50 protokolla işləyən istər Azərbaycan, istərsə də xaricdə olan kitabxanaların hamısı bu Toplu kataloqdan istifadə edə bilər.

AKİS–dən istifadə edən kitabxanalar onların kataloq yazılarına mütəxəssis rəyindən sonra bu sistemə qoşula bilər, yəni Toplu kataloqa yazılar ancaq ekspert rəyindən sonra daxil ola bilər.

Burada vacib deyil ki, sadaladığım bütün rekvizitlər daxil edilsin. Məsələn, kitabın müəllifini, sərlövhəsini və ili daxil etməklə, Toplu kataloqda o müəllifin bütün kitabxanalarda mövcud olan kitablarının siyahısı kitabxanaların adı göstərilməklə sıralanır. İstifadəçi istənilən kitabxanadan çıxan təsviri yükləyə bilər (sadəcə müəllifin adını daxil etməklə də axtarışa qoşulmaq mümkündür).

Burada axtarış bir neçə formada aparılır: kitabın müəllifi, sərlövhəsi, nəşr ili, redaktoru, tərtibçisi, buraxılışa məsul, beynəlxalq qeydiyyat nömrəsi (İSBN), KBT, nəşriyyat.

Toplu kataloqun müsbət cəhətlərindən biriodur ki, həm nazirliyin nəzdində olan kitabxanalar və həm də ən qabaqcıl texnologiyaya malik, çox zəngin biblioqrafik yazıları olan Prezident Kitabxanasının biblioqrafik yazıları kataloqda əksini tapmışdır.

Toplu kataloqun üzvü olmayanproqram təminatından asılı olmayaraq Mark (Marc) formatında işləyən və Z39.50 modulunda oturan sistemlərdə işləyən kitabxanalar heç bir qeydiyyatdan keçmədən Toplu kataloqdan istifadə edə bilərlər.

Respublikanın kitabxana işi tarixində ilk təcürbə olan bu Toplu kataloqdan istifadə, Azərbaycan Respublikası Prezidentinin 2013– ilin Azərbaycan Respublikasında “İnformasiyakommunikasiya texnologiyaları ilielan edilməsi haqqında 2013– il 16 yanvar sərəncamının yerinə yetirilməsi sahəsində ilk yenilik kimi Azərbaycan kitabxanaşünaslıq tarixində öz sözünü deyəcəkdir. Odur ki, Toplu kataloq region kitabxanalarından tutmuş, kütləvi şəhər kitabxanalarına kimi bütün kitabxanaların kitab təsvirlərinin təsnifatın ən son əlavə və dəyişikliklərinə uyğun təsvir edilməsinə imkan verir.

Toplu kataloqun yaradılması və ondan istifadə istər ənənəvi kitabxanaçılıqda, istərsə də müasir kitabxanaçılıqda kitabxanaçı əməyinin asanlaşdırılması istiqamətində böyük müsbət üstünlüklər verir.

Toplu kataloqda axtarış nəşrin tipi, növü, geniş, sadə, lüğət, rubrikator, KBT, açar söz, müəllif, nəşr ili, sərlövhə irbis axtarış növlərinin daxilində isə bölünmüş axtarış ünsürləri 42 dən artıqdır ki, bunu da axtarışda əyani göstərmək yolu ilə daha aydın görmək olar.

Artıq respublikanın kitabxanalarının çoxu avtomatlaşdırılmışdır. AZLİBNET Milli İnformasiyaResurs Mərkəzində yaradılmış Web Mərkəzində Z39.50 modulunda birləşdirilərək bütün Elektron kataloqların fasiləsiz online rejimdə işləməsini təmin etmişdir.

AZLIBNET Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kitabxanalarının bazasında respublikada ilk dəfə olaraq, Milli resurslar əsasında respublika kitabxanalarını tam əhatə edən unikal bir sistemin yaradılması və istifadəyə verilməsi respublikamızın siyasətinin elektron dəstəklənməsinə xidmət edir. Axtarış zamanı axtarılan kitabın mənbələrini (eyni kitabın daha hansı kitabxanada olduğunu) dəqiq göstərir. Komplektləşdirici isə artıq bilir ki, hansı kitabxana daha keyfiyyətli təsnifləşdirməyə malikdir. Bir məsələni də qeyd etmək yerinə düşərdi. Kitablara siqla verilməsi də Azərbaycan kitabxanaçılığında ilk təcrübədir. Bunu da Toplu kataloqun tərkibində ilk dəfə olaraq C.Cabbarlı adına Respublika Gənclər kitabxanası həyata keçirmişdir.

AZLIBNET Mərkəzinin yaradılması respublika kitabxanalarında (istər Mədəniyyət və Turizm Nazirliyi tabeliyində olan kitabxanalarda və istərsə də sahəvi, təhsil sistemlərində olan bütün kitabxanalarda, hətta xarici ölkə, MDB ölkələri kitabxanalarında rus dilində və xarici dildə olan kitabların) kitab təsvirinin tam düz, yəni dünya standartlarına uyğun şəkildə əks olunmasını təmin etmişdir.

Toplu kataloqa daxil olan biblioqrafik yazılar respublikanın iri və tanınmış kitabxanalarının mütəxəssisləri tərəfindən hazırlanmış və beynəlxalq təsnifləşdirmə sistemlərinin yenilənmiş qaydaları ilə hazırlanmışdır. Toplu kataloqa daxil olan hər bir kitabxana işçisi işlədiyi kitabxanada olan, lakin müasir standartlara uyğun olmayan formada təsvir olunmuş kitab üçün sorğu verəcək. Tapılan kitabın bir neçə təsvir formasını tapacaqdır və istədiyi biblioqrafik təsviri yükləyərək öz kataloqunda yerləşdirəcəkdir. Bununla da mərkəzləşmiş yoxlama funksiyasını həyata keçirmiş olacaqdır.

Təsvirin Toplu kataloqdan alınması respublikada kitabxana kataloqlarının kataloq yazılarının müasir standartlara uyğundüzgün yazılmasını təmin etməklə yanaşı, həm fərdi oxucuya, həm də kitabxananı təmsil edən oxucuya imkan verəcəkdir ki, sorğuladığı kitabın fiziki olaraq daha hansı kitabxanalarda olduğunu müəyyən etsin.

İstər fərdi oxucu, istərsə də kitabxanalar Google axtarış saytında AZLIBNET–in Toplu kataloqunun xidmətlərindən istifadə edə bilər. Lakin Google axtarış saytında həm AZLIBNET Milli İnformasiyaResurs Mərkəzinin (WEB Mərkəzin) fasiləsiz işləyən WEB kataloqları və həm də digər sonsuz sayda olan müxtəlif axtarış resursları da mövcuddur. Toplu kataloqdan yararlanmaqbu Topludan birbaşa istifadə daha səmərəlidir.

 

 

Söhbəti yazdı: Rauf İLYASOĞLU

 

Respublika.- 2013.- 7 fevral.- S. 5.

.