Ömrün yaşam ucalığında

 

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Qərbi Azərbaycan Departamentinin təşkilatçılığı ilə görkəmli alim, tanınmış yazıçı, tarixçi, publisistictimaisiyasi xadim İsrafil Məmmədovun 85 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir. Tədbiri AMEA Tarix İnstitutunun direktor müavini Cəbi Bəhrəmov açaraq demişdir:

İsrafil müəllim canlı bir akademiyadır. Onun yazdığı əsərləri, elmi araşdırmalar biz tarixçilər üçün əsl mənbədir. AMEA–nın Tarix İnstitutunda İsrafil müəllimin rəhbərliyi ilə Azərbaycan soyqırım və deportasiya şöbəsi yaradılmış və neçə–neçə əsərlər yazılmışdır.

Milli Dirçəliş Hərəkatı Partiyasının rəhbəri, millət vəkili Fərəc Quliyev çıxışında qeyd etmişdir ki, mənim üçün böyük bir şərəfdir ki, belə bir dahi şəxsdən 10 il dərs almışam. “İrəvan xanlığı” ilə bağlı kitabına görə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət mükafatına layiq görülmüş İsrafil Məmmədov geniş dünyagörüşə malik kamil şəxsiyyətdir.

Filologiya elmləri doktoru İbrahim Bayramov İsrafil Məmmədovun çoxşaxəli yaradıcılığından danışaraq demişdir:

—Qərbi Azərbaycan torpağı Azərbaycan elminə, ədəbiyyatına görkəmli şəxsiyyətlər bəxş etmişdir: Mustafa Topçubaşov, Həsən Əliyev, Heydər Hüseynov, Əziz Əliyev, Budaq Budaqovsadalamaqla tükənməyən neçə–neçə elm adamlarını misal çəkmək olar. İsrafil müəllim də belə görkəmli şəxsiyyətlərdən biridir.

1927–ci ildə Azərbaycanın Zəngəzur mahalının Mığrı rayonunun Əmrəkar kəndində dünyaya göz açmış İsrafil müəllim orta məktəbi qızıl medalla bitirərək öz kəndində müəllimlik etmiş, sonra Mığrı rayon komsomol komitəsinin birinci katibi vəzifəsində işləmiş, İrəvan Ali Partiya məktəbini bitirərək “Sovet Ermənistanı” adlı respublika qəzetində uzun müddət işləmiş, qəzetin son baş redaktoru, Təhsil nazirinin müavini, respublikaBilik” cəmiyyəti sədrinin müavini, Jurnalistlər İttifaqı sədrinin müavini, EA Tarix İnstitutunda “Ermənistanda Azərbaycan mətbuatı tarixi” üzrə baş məsləhətçi, Pedaqoji İnstitutda müəllim vəzifələrində işləmişdir.

Azərbaycanlıların yaşam fəlsəfəsi, ictimai fikir tarixinə dair İrəvanda erməni və rus dillərində ensiklopediyada 8, jurnallarda 32, qəzetlərdə 185, Azərbaycan dilində 200–dən çox elmipublisistik məqalələri dərc edilib. M.F.Axundov, N.Nərimanov, Nizami, Nəsimi, Mirzə Cəlil, Ü.Hacıbəyov, S.Vurğun, Rəsul Rza əzəmətini erməni və rus dillərində oxuculara çatdırıb. “Üç göyərçinim”, “Eldarın uşaqları”, “Bizim Əfəndiyev”, “Hicran”, “Körpüdən”, “Ömür yarpağı” hekayələri həm də erməni mətbuatında işıq üzü görüb.

A.Gelmanın “Aləmlə üz–üzə”, Y.OnelinQarağaclar altında məhəbbət”, P.Pançevin “Əkizlər”, Ə.Əbubəkrin “Şuburumda davadalaş”, Q.Sundukyanın “Daha bir qurban” və başqa səhnə əsərlərini ana dilimizə çevirib. Erməni millətçiləri buna cavab olaraq 1968–ci ildə onun yaşadığı mənzili partladıblar.

İsrafil Məmmədov 1972–ci ildə “Ermənistanda Azərbaycan mətbuatı” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

1985–ci ildə Ermənistanın paytaxtının İrəvan olmasını kitabda yazmaq o dövr üçün cəsarət tələb edirdi. Erməni hədə–qorxularına baxmayaraq İsrafil müəllim hər zaman azərbaycanlıların haqq səsini demiş əsl vətənpərvər ziyalılarımızdandır.

1990–cı ilin qanlı 19 yanvar gecəsində Bakıya pənah gətirib. Dörd qaçqın ailəsi ilə bir mənzildə yaşayıb, dəfələrlə qəlb böhranı (infarkt) keçirib, görmə qabiliyyətinin 80 faizini itirib. Bu halla da AMEA Tarix İnstitutunda, Azərbaycan Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində Vətən tarixinin ən çağdaş, ən aktual mövzusu olan deportasiya və soyqırımı, erməni təcavüzkarlığı və saxtakarlığı, Azərbaycanın isbata ehtiyac duyulmayan həqiqətləri ilə bağlı araşdırmalarını böyük səylə davam etdirib. Azərbaycan, rusingilis dillərində 300 m.v həcmində kitablar yazıb, erməni, rus və Azərbaycan dillərində internet səhifələrinə 50–55 s.v həcmində məqalələr verib. 17 elmi əsərin redaktoru, Ermənistan və Azərbaycanda 1991–ci ildən sonra 5 dissertasiyanın rəsmi opponenti, 4 dissertasiyanın elmi rəhbəri olub. Respublika radiosunda indiyə qədər erməni dilində 2680, Azərbaycan dilində 1145 elmianalitik məqaləsi səsləndirilib.

Azərbaycanlıların soyqırımı haqqında respublika prezidenti, ulu öndər Heydər Əliyevin 1998–ci il 26 mart tarixli fərmanından sonra Azərbaycan və Türkiyədə lentə alınan, indinümayiş etdirilməkdə olan 12 sənədli filmin baş məsləhətçisi və aparıcı çıxışçısı olub. Soyqırımı, deportasiya, erməni təcavüzkarlığı, Azərbaycan həqiqətləri mövzuları ilə bağlı Moskva, Ankara, İstanbul və Bakıda keçirilən beynəlxalq elmi–nəzəri konfranslarda neçə–neçə məruzəsi olub.

Tariximiz, torpağımız, taleyimiz”, “Ermənistan azərbaycanlılarının acı taleyi”, “İrəvanın siyasi tarixi 1500–1800″ , “Erməni separatizmiekstremizmi”, “Zorakı xristianlaşdırma”, “Osmanlı Türkiyəsi, Cənubi Qafqaz və Cənubi Azərbaycanda ermənilərin törətdikləri dəhşət və vəhşətlər”, “Panermənizmin üç tərkib hissəsi: “böyük Ermənistan”, “Erməni məsələsi”, “Erməni soyqırımı”, “Ermənistanda Azərbaycan kitabının tarixi, Azərbaycan teatrının tarixi”, “Azərbaycan mətbuatının tarixi”, “Ermənistan azərbaycanlıları 1941–1945–ci illərdə”, “Terror, səbəb və nəticəsi”, “Zəngibasar qətliamları”, “Erməni kilsəsi və Türk–Azərbaycan torpaqlarında dolaşmaqda olanböyük Ermənistan” “kabusu”, “Vedibasar qətliamları və Abbasqulu bəy”, “Rustürk müharibələrində ermənilərin fəal iştirakı” mövzularında yazdığı 25 kitab və yüzlərlə elmi–nəzəri, elmipublisist məqalələrində İsrafil Məmmədov Azərbaycan həqiqətlərini, erməni vandallarının xalqımıza qarşı törətdikləri dəhşət və vəhşətləri təkzibedilməz tarixi faktlar əsasında özünəxas üslubda erməni, rus, ingilis və Azərbaycan dillərində oxuculara, dünya ictimaiyyətinə çatdırmış və bu günbu davam etdirilməkdədir.

Ermənistan tarixşünaslığında hələ də davam etməkdə olan saxtakarlıqların təkzib və ifşa edilməsi onun yaradıcılıq fəaliyyətinin çox vacib tərkib hissəsidir. “Erməni xalqının tarixinin V və VI cildlərində akademiklər Ş.P.Ağayan, A.Q.Hovhannisyan, M.Q.Nersesyan, Q.A.Qalayanbaşqa tarixçilər “erməni soyqırımına elmi vətəndaşlıq pasportu verməyə ciddi cəhd göstərmişlər.

Bunun əsassız, uydurma olduğunu, Anadoluda, Cənubi Azərbaycanda, Cənubi Qafqazda, 2,5 milyon müsəlmanın qətlə yetirilməsinin erməni tarixşünaslığında qəhrəmanlıq kimi qələmə alındığını, o ilk dəfə elə həmin V və VI cildlərdən gətirdiyi faktlarla sübuta yetirib.

Moskva, İrəvan, Tehran mətbuatında ulu öndər Heydər Əliyevin ünvanına böhtanlar yağdıran Kirakosyan və Tərcumanyan kimi siyasətbazları ifşa edən yazılarından birində deyilir: “Ölülərə istinadən dirilərə böhtan atmaq mərəzindən əl çəkin! O vaxt cənab Əliyev Bakıda deyildi. Moskvadaydı. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, siyasi büronun üzvü idi. Deməli, onun Bakıdan Moskvaya çağırılması haqqında yazdığınız yalandı! İkincisi, Brejnev də zəng vura bilməz, – bizim Əliyevi narahat etməyin, —deyə bilməzdi. Ona görə ki, Brejnev artıq baş katib, Prezident deyildi, çoxdan dünyasını dəyişmiş bir ölü idi. Yetər, tarixi saxtalaşdırmaqla dünya ictimaiyyətini aldatmağınız bəs deyilmi?!

Həddini çoxdan aşmış erməni saxtakarlığının ifşa edilməsində, Qərb bölgəsi azərbaycanlılarının acı taleyitarixinin araşdırılmasında uğurlar, ulu öndərin “Sovet Azərbaycanı” adlı kitabının milli münasibətlərin gərginləşməyə başladığı bir vaxtda İrəvanda tərcümə edilməsi və erməni dilində çap olunmasında göstərdiyi yaradıcılıq səyi, bədniyyətlə “Azərbaycan tarixiyazmaq mərəzinə tutulan erməni yazıçısının Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Türkiyənin baş naziri cənab Rəcəb Tayyib Ərdoğana ünvanladığı məntiqə sığmayan məktuba cavab olaraq yazdığı “Tarix nə mədhnamə və antimaniyadır, nə də demokratiya xətti” adlı irihəcmli analitik məqaləsi, ümumiyyətlə bütün yaradıcılıq fəaliyyəti çağdaş təfəkkür zirvəsindən boylanan tarixçi alim, qocaman yazıçı, müdrik ağsaqqal, əməkdar jurnalisti, əməkdar mədəniyyət işçisi, Dövlət mükafatı laureatı, 85 yaşlı İsrafil müəllimin vətənə, xalqa, elmə, dövlətçiliyimizə şüurlu, təmənnasız və fədakarlıqla xidmətinin isbata ehtiyac duymayan gerçək sübutudur.

Tarix elmləri doktoru, professor Süleyman Məmmədov Ermənistanda Azərbaycan tarixinin araşdırılmasında İsrafil Məmmədovla bir işləməsindən şərəflə danışmış və kövrək xatirələrini dilə gətirmişdir.

Dövlət mükafatına layiq görülmüş Nazim Mustafa İsrafil Məmmədovla bir işləmiş Məhərrəm Bayramovun, Qəşəm Aslanovun, Yunis Rzayevin adlarını iftixarla çəkmiş və vətənin qeyrətli oğullarından fəxarətlə danışmışdır.

Tədbirdə Qərbi Azərbaycan Departamentinin sədri Arif Abbasov, Qərbi Azərbaycan Departamentinin ağsaqqallar şurasının sədri Əli Rzayev, AMEA Tarix İnstitutunun şöbə müdirləri Hacı Həsənov, Elmar Məhərrəmov, Milli Dirçəliş Hərəkatı partiyası sədrinin müavini Bayram Abbasov, Böyük Vətən müharibəsi veteranı Əli Səfərov, yazıçı Azər Abdulla, şərqşünas alim, şairpublisist Rəşid Təhməzoğlu, “Zəngəzurun səsi” qəzetinin təsisçisi və baş redaktoru, Qarabağ müharibəsi veteranı Yavər Nuriyev, AYB–in katibi Arif Əmrahoğlu, vətəndaşların sosial rifahı naminə ictimai birliyin sədri İradə Rzazadə, jurnalistlərdən Mirzə Ənsərli, R.Allahverdiyev və başqaları çıxış etmşilər.

Əsrlər boyu ata–babalarımız o torpaqlarda yaşamış və dəfn olunmuşlar. Yadların atamın toxuma dönmüş ürəyi üzərində gəzməsi mənə çox ağır gəlir. Biz atababa yurdumuzun təsibini yad əllərdə qoya bilmərik. O torpaqlar adi torpaqlar deyil, bizim qanımız və canımızdır. Biz axır–əvvəl əzəli torpaqlarımıza qayıdacağıq —deyən İsrafil Məmmədov tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirmişbundan sonra da əzmlə çalışacağını, yarımçıq qalmış əsərlərini tamamlayacağını vurğulamışdır.

Tədbir “Xəmsə” şadlıq sarayında musiqili ədəbi–bədii gecəylə davam etdirilmişdir.

 

 

Rauf İLYASOĞLU

 

Respublika.- 2013.- 9 fevral.- S. 13.