Şabran: bugünü dünənindən gözəl diyar

 

Yola saldığımız ötən 2012–ci ilin yekunları və cari ildə qarşıda duran vəzifələrlə bağlı Şabran Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı ənənəvi olaraq ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələrinin qoyulması ilə başlamışdır.

Toplantının keçirildiyi RİH–in böyük zalının önündə düzənlənən sərgidə rayonda istehsal edilən məhsulların sərgisi nümayiş etdirilirdi.

Geniş məruzə ilə çıxış edən Şabran RİH–in başçısı Novruz Novruzov dedi ki, 2012–ci il ölkəmizin hərtərəfli inkişafı istiqamətində görülən geniş miqyaslı işlərlə, qazanılmış böyük nailiyyətlərlə Azərbaycanın çağdaş tarixinə uğurlu dövr kimi yazıldı.

Yola saldığımız 2012–ci il rayonumuz üçünbir çox cəhətdən yaddaqalan, əlamətdar il olmuşdur. Sosialiqtisadi, mədəni quruculuq sahəsində nəzərəçarpacaq irəliləyiş əldə edilmiş, rayon mərkəzi, kəndlərimiz xeyli abadlaşmış, sosial əhəmiyyətli bir çox vacib məsələlər öz həllini tapmışdır.

Rayon icra hakimiyyəti yola saldığımız 2012–ci ildə bütün imkanlardan istifadə edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarından irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsinə var qüvvəsini sərf etmişdir. İl ərzində qəbul edilmiş mühüm proqramlar, Regionların 2009–2013– illərdə sosialiqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində və rayonun sosial iqtisadi inkişafına dair hazırlanmış məsələlər planında müəyyənləşdirilmiş tədbirlər diqqət mərkəzində olmuş, yerinə yetirilməsi nəzərdə tutulan vaxtda təmin edilmişdir.

Heydər Əliyev parkında, şəhər mərkəzində tikinti və abadlıq işləri başa çatmışdır. 60 mənzilli, 5 mərtəbəli yaşayış binasının əsaslı təmiri yekunlaşmışdır. 12 mənzilli 5 ictimai yaşayış binası əsaslı təmir olunmuş, fasadı üzlük material ilə üzlənmiş, 12 mənzilli 3 ictimai binanın dam örtüyü dəyişdirilmişdir. Şəhərin küçə və meydanlarında 3121 kvadratmetr piyada yollara istinad divarı tikilmiş və 3428 kvadratmetr üzlük daş vurulmuşdur. Şəhərin park və meydanlarında 2 fəvvarə, 2 söhbətgah tikilmişdir.

Şəhərdə piyadaların gediş–gəlişi üçün 500 metr yeni piyada yolu salınmışdır. 780 kvadratmetr asfalt, 2592 kvadratmetr üzlük daş, parkmeydanlarda 5380 kvadratmetr (cəmi 7872 kvadratmetr) dekorativ üzlük daş döşənmişdir. Küçələrə 6500 metr uzunluqda bardur qoyulmuşdur.

Şəhərin 5,1 kilometr uzunluqda 6 küçəsi, 4,9 kilometr uzunluğunda park və meydanlarında isə müasir işıqlandırma sistemi quraşdırılmışdır. Şəhərin demək olar ki, bütün küçələrində tikinti–abadlıq işləri davam etdirilmişdir.

5,4 kilometr uzunluqda 9 küçəyə 39,6 min kvadratmetr asfaltbeton verilməklə əsaslı təmir olunmuş, H.Əliyev prospektində 300 metr, M.Ə.Rəsulzadə küçəsində 320 metr ikitərəfli yol qovşağı tikilmiş və işıqlandırma sistemi qurulmuşdur.

Zərifə Əliyeva küçəsində milli üslubda, şəhərimizin görünüşünə xüsusi yaraşıq verən “Saat qüllə” tikilib istifadəyə verilmişdir.

Bayraq meydanının və meydanın qarşısında süni örtüklü kiçik futbol meydançasının tikintisi başa çatmış, meydanın ərazisinin abadlaşdırılması davam etmişdir.

Surra yaşayış sahəsində Dəvəçi çay üzərində piyada körpüsü tikilib istifadəyə verilmiş, şəhərin Ş.Vahabzadə və 20 Yanvar küçələrini birləşdirən və Dəvəçi çayın üzərində tikilən piyada körpüsünün ərazisi abadlaşdırılmış, işlək vəziyyətə gətirilmişdir.

Ümumilikdə, 2012–ci ildə rayonda 48.5 milyon manat həcmində tikinti, abadlıq–quruculuq işləri aparılmışdır. Bu isə 2011–ci illə müqayisədə 20.4 milyon manatya 72 faiz çoxdur. Son 5 ildə isə rayonda 123.5 milyon manatlıq tikinti, abadlıq–quruculuq işləri yerinə yetirilmişdir.

Dövlət başçısının sərəncamı ilə dövlət büdcəsindən ayrılmış 7.5 milyon manat vəsait hesabına Şabran–Pirəbədil–Zeyvə yolunun tikintisi aparılmış, Qorğan kəndi ilə Sumaqova kəndi arasından keçən Dəvəçiçayın üzərində körpü tikintisinə başlanmışdır.

Rayon mərkəzində ötən il Xaqaninin heykəli ucaldılmış, Şabran poeziya evi tikilib istifadəyə verilmişdir.

Təşəbbüskarlıq yolu ilə “Məktəbli Dünyası” ticarət və xidmət mərkəzinin inşası başa çatmış, Ziyalılar evinin (Ağsaqqallar evi), AnaUşaq kafesinin, Çay evinin (Heydər parkında), Yeni Azərbaycan Partiyasının binasının tikintisi davam etdirilir. 2 Milli Qəhrəmanın — Samir ZülfüqarovRoman Yusifovun büstləri Şabran şəhər 2 və 3 saylı tam orta məktəblərin həyətində, Şabran şəhərinin dağlıq hissəsində, şəhidlərimizin uyuduğu məzarlıqda isə rayonun hər yerindən görünən xatirə abidəsi ucaldılmışdır.

Rayon ötən ili iqtisadiyyatın bütün sahələrini yüksək göstəricilərlə, nəzərəçarpan artımla başa vurmuşdur. İl ərzində məhsul buraxılışının həcmi 7,3 faiz artaraq 282.8 milyon manata çatmışdır. Bundan sənaye məhsulu istehsalı 1 faiz artaraq 11.99 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalı 21 faiz artaraq 76.8 milyon manat olmuşdur.

Rayonda ən iri istehsal müəssisələrindən olan “Dəvəçi Dəyirman” Məhdud Məsuliyyətli Cəmiyyətdə 38.2 min ton un və kəpək “Dəvəçi Broyler” ASC–də diri çəkidə 18.1 min ton quş əti istehsal edilmişdir. “Dəvəçi Broyler” ASC–də yeni müəssisə – “Dəvəçi Broyler Dərin Emal” müəssisəsi fəaliyyətə başlamışdır. Yeni işə salınmış istehsal müəssində 40 nəfər əlavə işlə təmin edilmişdir.

Natiq daha sonra vurğulamışdır ki, sahibkarlığın inkişafı və yeni özəl istehsal müəssisələrinin yaradılması ilə bağlı tədbirlər ötən ildə də davam etmişdir. Bu müddətdə fərdi sahibkarlıq subyektlərinin sayı 2374–ə, özəl müəssisələrin ümumi sayı 10 subyekt artaraq 303–ə, nisbətən iri istehsal müəssisələrinin sayı da artaraq 26–dan 28–ə çatmışdır. Regionda cari ildə istifadəyə verilməsi gözlənilən ən böyük 12 min tonluq meyvə–tərəvəz saxlayıcı anbarı iri həcmli özəl müəssisələrdən olacaq.

2012–ci ildə rayonda 641 yeni yeri açılmışdır. Açılan yeni yerlərinin 569–u daimi yeridir. Son 9 ildə isə 6602 yeri açılmışdır ki, onlardan da 3559–u daimi yerləridir.

Prezident İlham Əliyevin regionların sosial–iqtisadi inkişafı ilə əlaqədar qəbul etdiyi icrasını daim diqqət mərkəzində saxladığı Dövlət proqramlarının uğurla yerinə yetirilməsinin nəticəsidir ki, son 8 ildə Şabranda sənaye məhsullarının istehsalı 7 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 6 dəfə, tikinti–abadlıq işləri sahəsində görülən işlərin həcmi 435 dəfə, əhaliyə göstərilən nəqliyyat xidmətinin həcmi 15,7 dəfə, rabitə xidmətinin həcmi isə 2 dəfə artmışdır.

Əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması məşğulluğu baxımından xüsusi əhəmiyyət daşıyan kənd təsərrüfatı rayonumuzun iqtisadiyyatının əsas aparıcı sahəsidir. Bu sahəyə dövlət dəstəyi tədbirləri ötən ildə davam etmişdir.

2012–ci ildə rayonun kənd təsərrüfatında əvvəlki illərin inkişaf dinamikası davam etmişdir. Bu sahədən məhsul istehsalının ümumi həcmi 21 faiz ya pul ifadəsində 13 milyon 485 min artmışdır.

Hesabat ilində rayonda 27.8 min ton taxıl, 7.4 min ton tərəvəz, 834 ton meyvə, 835 ton üzüm istehsal edilmişdir.

2012–ci il ərzində rayonda 533.5 min manatı heyvandarlıq, 13 milyon 216 min manatı bitkiçilik, 63 milyon, o cülmədən 2 milyon 212 min manatı meyvəçilik üzümçülük məhsulları olmuşdur. İl ərzində ümumi məhsul istehsalının 27.4 faizi kənd təsərrüfatı sahəsində olmuşdur.

Prezident İlham Əliyevin sərəncamı ilə 2011–ci ilin sonunda təsdiq olunmuşÜzümçülüyün inkişafı ilə bağlı Dövlət Proqramı” (2011–2020–ci illər) bu sahəni kənd təsərrüfatının prioritet sahəsinə çevirir.

Ötən 5 ildə rayonda meyvəçilik üzümçülüyün inkişafında əsaslı dönüş yaranmışdır. 2012–ci ildə 226 hektar meyvə, 16 hektar yeni üzüm bağları salınmış, meyvə bağları 1665 hektara, üzüm bağları 380 hektara çatdırılmışdır. Üzüm meyvə bağları indi əkinə yararlı torpaq sahələrinin 12,7 faizini təşkil edir.

Üzümün emalı üçün keçmiş Gəndov üzüm emalı müəssisəsi yenidən bərpa olunmuşdur. Gəndov Şirə zavodu, Uzunboyad şirə–şərab zavodu istehsal edilən məhsulu qablaşdırmaq üçün tara sexi tikilmişdir. Əvvəldə qeyd etdiyimiz kimi 12 min tonluq soyuducu anbarın 2013–cü ildə istifadəyə verilməsi planlaşdırılmışdır. Hazırda Şabranda üzüm bağlarının sahəsi 380 hektara çatmışdır. Dövlət Proqramına uyğun olaraq 2020–ci ilə qədər rayonumuzda üzüm bağlarının sahəsinin 2500 hektara çatdırılması istiqamətində çalışırıq.

Əkinçilik sahəsində işləri uğurlu hesab etmək olar. Fermerlər 2012–ci ilin məhsulu üçün 12,4 min hektar sahədə əkin əkmiş, 27 min 827 ton taxıl istehsal etmişlər. Bu da əvvəlki ildən 5.3 min ton çoxdur.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına Dövlət dəstəyi haqqındaAzərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq 3 min 475 fiziki hüquqi şəxsə becərdikləri 14 min 232 hektar buğda, arpa, yonca, tərəvəz meyvə sahəsinə görə 569 min 275.6 manat müavinət, 2013–cü ilin məhsulu üçün əkilmiş 7138 hektar buğda əkin sahəsinə görə 2199 torpaq istifadəçisinə 285 min 534 manat kompensasiya hesablanmışdır. Ötən il güzəştli qiymətlə 1130 nəfər fermerə 116 min manat dəyərində 341 ton mineral gübrə verilmişdir.

Şabran şəhərinin qaz təchizatı ilə bağlı görülən tədbirlər öz bəhrəsini verməkdədir. Dövlət Proqramına uyğun olaraq qaz təchizatı sahəsində tədbirlər davam edir. Rayonun kənd yaşayış məntəqələrini təbii qazla təchiz edən 20 km uzunluqda Şabran–Vəlvələçay magistral qaz xətti yenidən tikilmişdir. Həmin xətdən qidalanan kəndə yeni qaz xətləri çəkilmişdir.

2011–ci ildə tikintisinə başlanmış Şabran şəhərinin içməli su şəbəkəsi kanalizasiya sisteminin tikintisi başa çatmaq ərəfəsindədir. Rayonun ucqar kəndləri olan Zeyvə Giləvar kəndlərində içməli su təchizatı şəbəkəsi qurulur.

Qəbul edilmiş Dövlət Proqramına müvafiq olaraq Heydər Əliyev Fondunun təşəbbüsü iləYeniləşən Azərbaycana yeni məktəbdevizi altında məktəblərin inşası, müasir təlim avadanlıqları, elektron–informasiya texnologiyaları ilə təmin edilməsi işləri uğurla davam etmişdir.

Ötən il rayonun ən ucqar ərazisində, Çuxurazəmi kəndində 80 şagird yerlik ümumi orta məktəb tikilib istifadəyə verilmişdir. 160 şagird yerlik Pirəbədil tam orta məktəbin tikintisi başa çatmışdır. Təşəbbüs yolu ilə Giləvar kəndində 80 şagird yerlik ümumi orta məktəbin tikintisi davam etmiş, Təzəkənd kəndində 80 şagird yerlik ümumi orta məktəbin tikintisinə başlanmış, Xəlilli Taxtalar ümumi orta məktəblərinin tikintisi üçün layihə–smeta sənədləri hazırlanmış, bu günlərdə inşaat işlərinə başlanılacaqdır.

2012–ci ildə rayon icra hakimiyyətində rayon icra hakimiyyətinin başçısı tərəfindən keçirilən qəbullarda 261 nəfər rayon sakini müraciətlər etmişdir. Qəbullarda qaldırılan məsələlərin 25,3 faizi torpaqla, 21,1 faizi işlə təmin olunma ilə, 10 faizi tikinti ilə, 5,7 faizi isə mənzillə bağlı olmuşdur. Bu müraciətlərin 154–ü müsbət həll edilmiş, 83–ü əsassız sayılaraq vətəndaşlara müvafiq izahatlar verilmiş, 24–nün icrası isə nəzarətdə saxlanılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin son müşavirəsində qeyd etdiyi kimi, 2012–ci ildə ölkə boyubütün infrastruktur yenilənməlidir. Sosial infrastrukturun tikintisiməktəblər, xəstəxanalar, olimpiya komplekslərinin inşası davam etdiriləcəkdir. Elektrik xətləri, qazlaşdırma, içməli su, kanalizasiya xətləri, yollar büsbütün yenilənməlidir”. Bu, qarşıda çox məsul vəzifələr qoyur. Ötən il qazanılan nailiyyətlər bizi qətiyyən arxayınlaşdırmamalı, görülən işlər, qazanılan uğurlar yalnız növbəti, daha böyük işlər üçün start meydanına çevrilməlidir.

Sonra məruzə ətrafında müzakirələr olmuşdur. Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Milli Məclisin üzvü Tahir Süleymanov müşavirədə çıxış etmişlər.

 

 

Aydın Tağıyev

 

Respublika.- 2013.- 10 fevral.- S. 6.