Səfərbərlik və hərbi xidmətə çağırış ölkəmizin müdafiəsinin mühüm tərkib hissəsidir

 

O rdu hər bir millətin qüruru, dövlətin güvənc mənbəyidir. Ölkənin milli varlığı onun yenilməz və möhkəm ordusundan asılıdır. Hər bir şərəfli peşəyə məhəbbət məhz ailədən, məktəbdən formalaşmağa başlayır. Son illər ölkəmizdə bu istiqamətdə aparılan işlərin ümumdövlət əhəmiyyəti kəsb etməsinin məntiqi nəticəsidir ki, artıq Azərbaycan xalqı öz varlığını çevik, yenilməz milli ordusuna etibar etmişdir. Gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, torpaqlarımızın gələcək taleyi üçün məsuliyyət daşıdıqlarını unutmamaları, Vətənin layiqli övladları kimi yetişmələri naminə aparılan işlər bu gün haqlı olaraq hər birimizdə qürur doğurur.

 

Mübaliğəsiz demək olar ki, bugünkü Milli Ordumuz müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir. Ulu öndərimiz ölkəmizin müdafiəsinin gücləndirilməsinin qayğısına daim qalırdı, bu işi dövlətçiliyin qorunmasında mühüm amillərdən biri, bəlkə də ən başlıcası hesab edirdi.

Artıq bu gün ölkəmizdə ordu quruculuğu prosesi uğurla davam etdirilir. Hamımıza yaxşı məlumdur ki, Silahlı Qüvvələrimizin yüksəlişi və günü–gündən qüdrətlənməsi ölkə başçısının yaxından göstərdiyi diqqət və qayğının təzahürüdür. Möhtərəm Prezidentimiz, Ali Baş komandan cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan ordusu kifayət qədər güclüdür, ölkənin sərhədlərini qorumağa, işğalçı qüvvələri doğma torpaqlarımızdan çıxarmağa hər an hazırdır. Bununla yanaşı bilməliyik ki, ordumuzun möhkəmləndirilməsi fasiləsiz xarakter daşımalı və həmin proses bundan sonra da davam etdirilməlidir. Başlıca vəzifələrdən biri ordunun kadr potensialının gücləndirilməsi, ordu sıralarına mətin və cəsur, hər cəhətdən güclü, vətənpərvər gənclərin göndərilməsidir.

Bu gün hərbi xidmətə yola salınan oğulların sıralarına nəzər yetirəndə sözün həqiqi mənasında fərəhlənməmək olmur, hər bir gənc xidmətə yola düşəcəyi anı səbirsizliklə gözləyir. Vətənə belə oğullar gərəkdir ki, onlar müstəqilliyimizi, ərazilərimizin bütövlüyünü qoruya bilsinlər, ata–babaların döyüş ənənələrini yaşatmağadaha da möhkəmləndirməyə qadir olsunlar. Hər bir Azərbaycan övladı bayrağımıza, gerbimizə, hərbi anda sədaqət ruhunda tərbiyə almalıdır. Ulu öndərimiz Heydər Əliyev demişdir: “Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək demək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaqdır—Vətənpərvərlik”. Ümummilli liderimizin bu kəlamının işığında Silahlı Qüvvələr üçün layiqli oğulların hazırlanması, çağırışçı və çağırışa qədərki gənclərlə məqsədyönlü, müntəzəm aparılması bu günün ən ümdə məsələsidir. Gənclər və yeniyetmələr elə tərbiyə olunmalı, çağırışçılarla elə aparılmalıdır ki, onların hər biri bilməlidir: Vətəni qorumaq, orduda xidmət etmək hər bir gəncin müqəddəs borcudur.

Ölkəmizdə bu missiyanı həyata keçirən, fəaliyyətinin bir ili tamam olanbu qısa müddət ərzində böyük uğurlar qazanan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə ölkə Prezidentinin 13 fevral 2012–ci il tarixli fərmanına əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011–ci il 23 dekabr tarixli 274–IV Q nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək və müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədilə dövlət başçısı tərəfindən Müdafiə Nazirliyinin tabeldiyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər–rayonu hərbi komissarlıqları ləğv edilmiş və onların əsasında yaradılmışdır.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi–vətənpərvərlik tərbiyəsini, müddətli həqiqi hərbi xidmətə çağırışa qədərki hazırlığını, həqiqi hərbi xidmətə çağırışını, ehtiyatda xidmət keçməsini, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışını, xüsusi hərbi ixtisaslar üzrə hazırlığını, həmçinin ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığını təmin edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi–nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirir.

Dövlət Xidmətinin həyata keçirdiyi tədbirlər Silahlı Qüvvələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır.

Xidmətin hərbi qulluqçuları “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Hərbi xidmətkeçmə haqqında” əsasnaməyə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həqiqi hərbi xidmət keçir, Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquqimtiyazlardan istifadə edirlər. Xidmətdə dövlət qulluqçularının qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun, dövlət qulluqçusu olmayan mülki işçilərlə əmək münasibətləri isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.

Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Xidmətin Əsasnaməsininormativ hüquqi aktlarını rəhbər tutur.

Xidmətin əsas fəaliyyət istiqamətləri Silahlı Qüvvələrin döyüş və səfərbərlik hazırlığından, şəxsi heyətlə və hərbi–nəqliyyat vasitələri ilə komplektləşdirilməsi üçün ehtiyatların yaradılmasından ibarətdir.

Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti birbaşa Silahlı Qüvvələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasını təmin edilir.

Səfərbərlik hazırlığı dedikdə, dövlətin silahlı hücumdan müdafiəsinin təmin edilməsi və müharibə dövründə dövlətin tələbatının və əhalinin ehtiyaclarının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası iqtisadiyyatının, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların hazırlanması, Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş başqa silahlı birləşmələrin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan xüsusi dövlət orqanlarının və müharibə dövrü üçün yaradılan xüsusi birləşmələrin hazırlığı ölkənin səfərbərlik hazırlığının yüksəldilməsi və bu sahədə təxirəsalınmaz tədbirlər kompleksi nəzərdə tutulur.

Azərbaycan Respublikasında səfərbərlik və səfərbərlik hazırlığı ölkənin müdafiəsinin təşkilinin tərkib hissəsi olmaqla yanaşı əsas prinsipləri mərkəzləşdirilmiş rəhbərlik, qabaqcadan hazırlıq, planlı və nəzarət, kompleks yanaşma və qarşılıqlı razılaşdırma prosedurları çərçivəsində təmin edir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, səfərbərlik hazırlığı və səfərbərlik sahəsində hüquqi tənzimləməni, elmimetodiki təminatı, səfərbərlik zamanı və müharibə dövründə dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların rejiminin müəyyənləşdirilməsi və hazırlığını, müharibə dövrünün rejiminə keçirilməsi ilə bağlı tədbirləri həyata keçirir. Eyni zamanda Xidmət, Azərbaycan Respublikası iqtisadiyyatının, Silahlı Qüvvələrin, başqa silahlı birləşmələrin və xüsusi birləşmələrin səfərbərlik planlarının işlənib hazırlanmasını, səfərbərlik hazırlığını, iqtisadiyyatın səfərbərliyə və müharibə dövrü şəraitinə hazırlığını və müharibə dövrü şəraitinə keçirilməsi istiqamətlərində tədbirlər görür.

Bundan başqa, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti kütləvi informasiya vasitələrinin səfərbərlik zamanı və müharibə dövrü üçün işə hazırlanmasını, dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda hərbi uçotun təşkili, səfərbərlik planlarının yerinə yetirilməsi üzrə təlim və məşqləri, həmçinin digər səfərbərliyə dair tədbirləri həyata keçirir.

Səfərbərlik və hərbi xidmətə çağırış işinin təşkilində daha bir əsas mərhələ vətəndaşların həqiqi hərbi xidmətə çağırılması prosesidir. Qeyd edək ki, çağırışaqədər yaş həddində olan vətəndaşların Azərbaycan Respublikası Silahlı Qüvvələrində və digər silahlı birləşmələrdə həqiqi hərbi xidmətə hazırlanması “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa və digər normativ hüquqi aktlara əsasən həyata keçirilir.

Müddətli həqiqi hərbi xidmətə çağırışın aparılması ilk növbədə vətəndaşların ilkin hərbi qeydiyyata alınması ilə başlanır. Azərbaycan Respublikasının 16 yaşı tamam olmuş bütün kişi cinsli vətəndaşları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən tibbi şəhadətləndirilərək qeydiyyata alınırlar. İlkin qeydiyyata alınma zamanı qeydiyyata alınan çağırışçıların sayının müəyyən edilməsi, onların hərbi xidmətə yararlılıq dərəcəsinin, təhsil, ixtisas (peşə) və fiziki hazırlıq səviyyəsinin öyrənilməsi başlıca vəzifələrdəndir.

Çağırışaqədər yaş həddində olan vətəndaşların Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə hazırlanması işində gənclərin hərbi–vətənpərvərlik tərbiyəsi vacib və təxirəsalınmaz tədbirlərdəndir.

Qoşun növləri üzrə ilkin təyinat verilərkən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən yüksək sağlamlıq və fiziki hazırlıqlı şəxsi heyət tələb olunan qoşun növlərinə daha sağlam, fiziki cəhətdən hazırlıqlı çağırışçılar seçilirlər.

Vətəndaşların ilkin hərbi qeydiyyata alınması zamanı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində mütəxəssis hazırlığı kurslarına göndərilmə və xüsusi hərbi ixtisaslar üzrə hazırlanma məqsədi ilə, onlarla fərdi söhbətlər aparılır. “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlğı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin mütəxəssis hazırlığı məktəblərində ixtisaslı mütəxəssislərin hazırlanması üçün namizədlər seçilir.

Vətəndaşlarda hərbi–vətənpərvərlik ruhunun yüksəldilməsi, Silahlı Qüvvələr və Qanunvericiliyə uyğun yaradılmış başqa silahlı birləşmələrin daha biliklifiziki hazırlıqlı gənclərlə komplektləşdirilməsi məqsədi ilə respublikanın ümumtəhsil məktəbləri arasında “Vətənin müdafiəsinə hazıram” devizi altında Gənclər və İdman Nazirliyinin hazırladığı və təsdiq etdiyi Əsasnaməyə müvafiq olaraqŞahin” və “Cəsurlar” respublika hərbi idman oyunları keçirilir.

Təhsil müəssisələrində çağırışaqədər yaş həddində olan çağırışçıların fiziki hazırlığına yönəldilmiş diqqət gənc nəslin hərbi–vətənpərvərlik ruhunda tərbiyə olunmasına imkan yaradır. Məktəb şağırdlərinin hərbi–idman oyunlarına cəlb edilməsi onların ordu sıralarında xidmətə hazırlanmasına təkan verir.

Respublikada hərbi–vətənpərvərlik işi vətənpərvərlik tərbiyəsinin əsas tərkib hissəsi olaraq Azərbaycan xalqının və dövlətinin hərb tarixi ilə bağlı olan Milli dəyərlərə əsaslanır və həyata keçirilir.Ən əsas məsələ ondan ibarətdir ki, gənclər Vətənə sonsuz sədaqət, xalqına məhəbbət, Azərbaycan xalqının adət və ənənələrinə hörmət, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə sevgi və məhəbbət, düşmənə nifrət, hər an Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olmaq ruhunda tərbiyə olunur.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri yerli dövlət orqanları ilə birgə, hərbi–vətənpərvərlik tərbiyəsi istiqamətində işlərin aparılmasını, vətəndaşlara müstəqil Azərbaycan Respublikasının daxilixarici siyasətinin öyrənilməsini, müdafiə qüdrətinin yüksəldilməsini, Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılmasını, gələcək döyüşçülərə Vətənin taleyi üçün yüksək cavabdehlik məsuliyyətinin zərurətini aşılayır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri vətəndaşlara Vətənin müstəqilliyini və ərazi bütövlüyünü əldə silahla müdafiə etmək hisslərinin təlqin edilməsini, Silahlı Qüvvələrin qəhrəmanlıq salnaməsinin öyrənilməsini, müharibə, əmək veteranları və milli qəhrəmanlarla, yüksək döyüş hazırlığına malik olan əsgər və zabitlərlə gənclərin görüşlərini, habelə çağırışçıların Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına təntənəli şəraitdə yola salınma mərasimlərini təşkil edir.

Gənclərin hərbi–vətənpərvərlik tərbiyəsi işinin sistematik və məqsədyönlü aparılmasına nəzarəti artırmaq, çağırışqabağı hazırlığın və onun keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə təhsil müəssisələrində ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətini əks etdirən muzeylərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tarixi, azərbaycanlı sərkərdələrin, generalların, Milli qəhrəmanların, dövlət tərəfindən təltif olunmuş əsgər və zabitlərin, Böyük Vətən müharibəsi illərində azərbaycanlılardan təşkil olunmuş xüsusi hərbi hissələrin döyüş yolunu, Azərbaycanın ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda şücaət göstərmiş döyüşçülərin və şəhidlərin fotoşəkillərini əks etdirən xatirə güşələrinin, gənclərin çağırışqabağı hazırlığı fənninin keyfiyyətlə keçirilməsi üçün tədris vəsaitləri və ümumilikdə əyani təbliğat vasitələrinin məzmun etibarilə daha da zənginləşdirilməsi istiqamətində işlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən uğurla gerçəkləşdirilməkdədir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına və “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq səfərbərlik və hərbi xidmətə çağırış işinin təşkilində şəffaflığın təmin edilməsi, o cümlədən vətəndaşlarla maneəsiz və bir başa əlaqənin qurulması məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet informasiya resursu (sayt) yaradılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında Xidmətin fəaliyyəti, tarixi, əldə etdiyi nailiyyətlər haqqında geniş məlumatlar öz əksini tapacaq, həmçinin qanunvericilik bazası, sualcavab və digər bölmələr yerləşdiriləcəkdir.

Sayt istifadəyə verildikdən sonra vətəndaşlar ondan istifadə edərək Xidmətlə operativ ünsiyyət quracaq, onları maraqlandıran mövzusuallarla bağlı informasiya əldə etmək imkanı qazanacaqlar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində vətəndaşların müraciətlərinə baxılması işinə səmərəliliyinin artırılması, müəyyən olunmuş qaydada vətəndaşların qəbulunun təşkil edilməsi, icra müddəti gecikdirilmədən müraciətlərin araşdırılmasının nəticələrinə dair vətəndaşlara cavab məktublarının göndərilməsi təmin edilir.

Bu gün Müstəqil dövlətimizin memarı və yaradıcısı ulu öndər Heydər Əliyevin siyasi kursu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu nailiyyətlərin nəticəsi olaraq ölkəmiz artıq inkişaf etmiş nüfuzlu dövlətlərin sırasındadır. Odur ki, Ordumuzun Beynəlxalq standartlara uyğunlaşdırılması üçün bütün zəruri addımlar atılır. Ordumuzun mütəşəkkiliyi sahəsində görülən irimiqyaslı işlər ictimaiyyət tərəfindən də son dərəcə razılıqla qarşılanır. Ölkə vətəndaşları yürüdülən düzgün siyasət nəticəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə ürəkdən inanırlar.

 

 

Müşfiq MİRZƏ

 

Respublika.- 2013.- 13 fevral.- S. 6.